Category: Dünya

  • 18+ VİDEOsu yayılan “gəlin”i evə salıb döydülər – Məndən istifadə etdin – VİDEO

    Seda Sayan və Uğur Arslanın təqdimatında yayımlanan izdivac proqramı ilə məşhurlaşan gəlin namizəd Solmaz ailə quracağı deyilən Kaandan polisə şikayət edib.

    Median.az Haberler-ə istinadən xəbər verir ki, Türkiyədə Radio və Televiziya Şurası tərəfindən yayımı qadağan edilən izdivac proqramları ilə məşhurlaşan Solmaz ona məxsus əşyaların Kaan tərəfindən satıldığını iddia edib.

    Bəy namizəd barəsində şikayət edən Solmaz sosial şəbəkədə etdiyi canlı yayımda evlənəcəyi deyilən Kaanın ünvanına ağır sözlər işlədib.

    Kaanın onu döydüyünü və aldadıldığını deyə Solmaz sözlərinə belə davam edib: “Məni döydün, məni aldatdın. Fotoları hər kəs gördü. Psixologiyamı pozdun. Məni kölə kimi evdə saxladın. Sənin də bacın, anan var. Məni aldatdın, məndən istifadə etdin”.

    Xatırladaq ki, bir neçə ay öncə Solmazın saytlarda qız tanışı ilə 18+ hərəkətlərini əks etdirən videosu yayılmışdı.

  • 6 yaşlı uşağın “Ana, mən hamilə qala bilərəm?” sualı cinayətin üstünü açdı

    Türkiyənin Eskişehir şəhərində lisey şagirdi Selçuk K. (18) 6 yaşlı oğlan uşağını zorlayıb.

    Median.Az Milli.Az-a istinadən xəbər verir ki, tükürpədən hadisə çarəsiz uşağın “Ana, mən hamilə qala bilərəm?” sualı ilə ortaya çıxıb.
     
    Şübhəli şagird 12 il azadlıqdan məhrum edilib.

  • Gürcüstanda kanat yolunda faciə – VİDEO

    Gürcüstanın Qudauri xizək kurortunda kanat yolu sıradan çıxıb.

    Hadisə nəticəsində 10-dan çox insan xəsarət alıb.

    İlkin məlumatlara əsasən, qəzaya elektrik enerjisinin kəsilməsi səbəb olub.

    Hadisə yerində xilasedicilər çalışır.

  • ABŞ-da “Arsax” küçəsi olacaq

    ABŞ-ın Kaliforniya ştatının Qlendeyl şəhərində Meriland prospektinin adı dəyişdirilərək “Arsax” ediləcək.

    Bu barədə Amerika Erməniləri Milli Komitəsinin rəsmi səhifəsində məlumat verilir.

    Qərar şəhər şurasında səsvermə nəticəsində yekdilliklə qəbul olunub.

    Xatırladaq ki, bundan əvvəl ABŞ səfiri Robert Sekuta Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb və ona etiraz notası verilib.

    Notada Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Xankəndi şəhərinin sakini olan Bako Saakyanın saxta məlumatlar təqdim edərək, Ermənistan pasportu ilə ABŞ vizası alması və ABŞ ərazisinə daxil olması, ABŞ-ın müvafiq təsisatlarında qondarma separatçı rejimi təbliğ edən və Azərbaycan ərazilərinin işğalını dəstəkləmək üçün ABŞ ərazisində maliyyə toplamaq məqsədi daşıyan tədbirlər keçirməsinə icazə verilməsinin beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə, Azərbaycan və ABŞ arasında imzalanmış ikitərəfli sənədlərə, ABŞ-ın rəsmi mövqeyinə zidd olduğu qeyd olunub.

    “Bu kimi addımı ilə ABŞ Azərbaycan xalqının gözündə və ictimai rəydə ona olan münasibətə əsaslı dərəcədə zərbə vurub.

    ABŞ-ın bu kimi davranışına cavab olaraq, Azərbaycan Respublikası ABŞ-la münasibətlərində qarşılıqlılıq prinsipindən çıxış edəcək”, – deyə XİN sözçüsü Hikmət Hacıyev qeyd edib./oxu.az

  • ABŞ-da piyada keçidi çöküb — Ölü və yaralılar var + VİDEO

    ABŞ-da yerüstü körpü çöküb.
    Median.az-ın yerli mediaya istinadən verdiyi xəbərə görə, hazırda tikintisi davam edən yerüstü piyada körpüsü Florida ştatının Mayamı şəhərində uçub. Körpünün altında çox sayda avtomobilin park edildiyi bildirilir.

    Hadisə nəticəsində ölü və yaralıların olacağı istisna edilmir. Hazırda ərazidə xilasetmə əməliyyatları aparılır.
    Qeyd edək ki, körpünün ümumi ağırlığı 950 tondan artıq olub. Tikilinin 2019-cu ilin əvvəllərində istifadəyə verilməsi planlaşdırılırdı.

  • Canlı yayımda sevgilisini öldürdü, cəmi 6 ay həbs cəzası aldı… Səbəbinə baxın (Video)

    Sevgilisini YouTube kanalı üçün çəkdikləri videoda canlı yayımda səhvən vuraraq öldürən Amerikalı qadına 6 ay həbs cəzası verilib.
    Minnesotanın Halstad şəhərində yaşayan sevgililər, gündəlik həyatlarını və etdikləri zarafatları məşhur olmaq üçün videoya çəkib Youtube kanalına yükləyirdilər. Bir övladları olan sevgililər bu dəfə daha təhlükəli bir video yayımlayacaqları barədə anons vermişdilər.

    20 yaşında olan Monalisa Perez 22 yaşlı sevgilisi Pedro Ruizə cəmi 30 sm məsafədən atəş açıb. Ruiz sinəsində tutduğu ensiklopediyanın onu güllədən qoruyacağı fikrini irəli sürüb. Lakin güllə ensiklopediyadan keçərək Ruizə dəyib və onu öldürüb.

    Perezin atəş açmasını 3 yaşlı qızları və 30 nəfər izləyib. Hadisənin ardından Perez təcili tibbi yardıma zəng edərək sevgilisini səhvən vurduğunu söyləyib.

    Perez ikinci dərəcəli cinayət əməli törətdiyini etiraf edib. Məhkəmə heyəti Perezə sadəcə, 6 ay müddətinə həbs cəzası verib.(Kuryoz.com)

  • Baş nazirin qızı video yayıb ölkədən qaçdı: “Atam qatildir, neçə insanları öldürüb…”

    Dubay əmiri, Birləşmiş Ərəb Əmirliklərinin vite-prezidenti və baş naziri, dünyanın ən zəngin adamlarından biri Muhammed bin Rəşid əl-Məktumun qızı ölkədən qaçıb.

    Median.az xəbər verir ki, bu barədə “The Daily Mail” və “New York Post” yazır. Məlumata görə baş nazirin 33 yaşlı qızı Lətifə öləcəyi və ya başına başqa xoşagəlməz hadisələrin gələcəyi təqdirdə yayılmaq üçün videomüraciət qoyub. Videomüraciətdə o bildirir ki, ölkədən qaçmağı qərara alıb, çünki bu ərəb ölkəsində normal yaşamaq mümkün deyil.

    “Mən bu videonu çəkirəm, çünki bu mənim son videom ola bilər…”-Lətifə bildirir.

    Lətifə deyir ki, o zəngin şeyxin 30 övladından biridir. Bildirdiyinə görə həmin səbəb üzündən böyük bacısı da ölkədən qaçıb: ona avtomobil sürməyi qadağan ediblər və şəxsi həyatını çərçivəyə salıblar.


    Lətifənin sözlərinə görə o özü artıq bir dəfə-yeniyetməlik çağında ölkədən qaçmağa cəhd edib və buna görə üç il həbsxanada keçirməli olub. Habelə bundan əvvəl qardaşı ölkəni tərk edib. O, bildiri ki, illərdir atasının işgəncələrinə məruz qalır

    “Bizim heç bir azadlığımız yoxdur. Küçəyə çıxmaq qadağam vardı. Saraydan çıxanda nəzarət altında idim və evə müəyyən edilmiş vaxtda qayıtmaq məcburiyyətində idim. Anam məndən məruzə istəyirdi. Əlbəttə ki, sürücüdən haralara getdiyimizi soruşurdu. Sürücü atamın ofisinə də hesabat yollayırdı. Atam həyatımda tanıdığım ən pis insandır…Mənə işgəncə verənlərdən biri “Atan bizə sənə işgəncə verməyimizi əmr etdi” deyib. Bunu əmr edib! Bax, bu onun özünü verdiyi fotodur. Atam həyatımda gördüyüm ən pis, ən şər insandır. Atamın şəxsiyyəti çirkabdan ibarətdir! Heç bir şeyi ehtiva etmir. Neçə-neçə insanın həyatını məhv etdi. Neçə-neçə insanı qətlə yetirdi! Neçə-neçə insanı soyuqqanlılıqla öldürdü. Atamdan qorxmuram. Hesab verəcək”-şeyxin qızı yaxtada şəkdiyi videolardan birində deyir.


    Bildirilir ki, Lətifənin ölkədən qaçmasına keçmiş fransız casusu kömək edib. Ehtimal olunurdu ki, Lətifə Hindistanın cənub sahillərində yaxtada gizlənir və ABŞ-dan siyasi sığınacaq istəyəcək. Orada o vəkillə təmas qurub.

    Lakin Hindistan sahillərindən 50 kilometr məsafədə olanda o Böyük Britaniyada yaşayan hüquqi nümayəndəsi Radha Sterlinqə mesaj göndərib. Lətifə kömək istəyib, bildirib ki, çöldə şübhəli adamlar görüb və atəş səsləri eşidib. Sterlinq ondan xahiş edib ki, atəş səslərini yazsın.Lakin şeyxin qızından cavab gəlməyib. Hazırda onun taleyi məlum deyil.

  • DÜNYA “Zeytun budağı”: Afrin mühasirəyə alındı – VİDEO

    Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında həyata keçirdiyi “Zeytun budağı” antiterror əməliyyatı uğurla davam edir.

    Median.az bildirir ki, Suriyanın Afrin bölgəsindəki əməliyyatın 55-ci günüdür.

    Son xəbərlərə görə, Türkiyə hərbçiləri və Azad Suriya Ordusunun (ASO) döyüşçüləri Afrinin 400 metrliyinə çatıblar.

    Şəhərin ətrafındakı hakim təpələrin hamısıa nəzarət əldə olunub. Mabadlı, Kafer Çil, Birka, Alicaro, Hamoraco, Korzlu, Çakur, Naz, Zerkanlı və Balal kəndləri terrorçulardan tamamən təmizlənib.

    “Zeytun budağı” əməliyyatı başlanandan bəri zərərsizləşdirilən terrorçuların sayı 3525 nəfərə çatıb.

    Afrində isə şəhəri tərk etməyə çalışan dinc sakinlərlə kürdlərin YPG və PYD terror təşkilatlarının mənsubları arasında qarşıdurmalar davam edir.

  • TANK aldı, içindən çıxanlar həyatını dəyişdi – FOTOLAR

    Kolleksiyaçı Nik Myad SSRİ dövründə ruslar tərəfindən istehsal edilən tank alıb.

    Median.az – ın Metbuat.az-a istinadən verdiyi məlumata görə, o sıradan çıxmış zirehli texnika üçün 30 min sterlinq ödəyib. Lakin 55 yaşlı şəxs tankın yanacaq çəninə baxanda gözlərinə inanmayıb. Çənin içində hər birinin ağırlığı 5 kq olan 5 qızıl külçə tapıb.

    Onların ümumi dəyəri 2,3 milyon avrodur. Xəzinənin Körfəz müharibəsi dövründə Küveytdə döyüşən iraqlı əsgərlər tərəfində saxlanıldığı güman edilir.

  • İki milyard insan çirkli su içməyə məcburdur

    2030-cu ildə 700 milyon insan içməli su çatışmazlığından qaçqına çevrilə bilər. Hazırda iki milyard insan çirkli su içməyə məcbur olur. Su qıtlığının səbəblərindən biri bu təbii resursun lazımi qaydada idarə edilməməsi ilə bağlıdır.
    Bu fikirlər “Gəlin suyun hər damlasını qoruyaq: su ehtiyatları sahəsində gündəlik” adlı məruzədə əksini tapıb.

    AZƏRTAC BMT-nin xəbərlər mərkəzinə istinadla bildirir ki, məruzə 11 dövlət başçısının və xüsusi müşavirlərin daxil olduğu qrup tərəfindən hazırlanıb və BMT-nin baş katibinə təqdim edilib.

    Sənəddə dünyada su ehtiyatlarının mövcud vəziyyəti qiymətləndirilib. Məlum olub ki, su israfçılığı, su ehtiyatlarının qeyri-effektiv idarə edilməsi və infrastrukturun olmaması milyonlarla insanın su qıtlığı ilə üzləşməsinə, lazımi qədər su təchizatı, sanitariya və gigiyena normlarının pozulması səbəblərindən ölüm hallarına gətirib çıxarır.

    Məruzədə bildirilir ki, planetin sakinlərinin təxminən 40 faizi bu və ya digər dərəcədə içməli su çatışmazlığından əziyyət çəkir. 2030-cu ildə su çatışmazlığı səbəbindən təxminən 700 milyon insan qaçqına çevrilə bilər. Bu gün iki milyarddan çox insan çirkli su içir, 4,5 milyard insan sanitariya sahəsində lazımi xidmətlərdən məhrumdur. Onlar ən yoxsul təbəqədən olan insanlardır.

    Məruzənin müəllifləri su çatışmazlığı ilə bağlı əsas problemləri, məsələn, əhali artımı, urbanizasiya, ekosistemin dəyişməsi, ərzaq məhsullarına tələbatın artması, sənaye və energetikanın cari durumu ilə bağlı problemləri qiymətləndiriblər. Onlar suyun keyfiyyətini araşdırıblar, sudan səmərəsiz istifadə olunmasının ətraf mühitə təsirini təsvir ediblər, torpağa və su çənlərinə nə qədər təmizlənməmiş su axıdıldığını xatırladıblar.

    Məruzədə su ehtiyatları sahəsində müvafiq plan təqdim edilib.

    Xatırladaq ki, BMT baş katibinin 2010-cu ilin iyul ayında qəbul etdiyi qətnaməyə görə, hər kəsin şəxsi və məişət ehtiyaclarını ödəmək üçün sutkada 50-100 litr arasında sudan istifadə etmək hüququ var.