Rusiyada bu gün 18 mart prezident seçkiləri ilə əlaqədar “sükut günü”dür.
Oxu.az “Zvezda” telekanalına istinadən xəbər verir ki, ölkənin bütün bölgələrində seçkilərlə bağlı təbliğat-təşviqat qadağan edilib.
Ölkənin şərq bölgəsində olan böyük vaxt fərqinə görə, Kamçatka və Çukotkada qadağa dünən Bakı vaxtı ilə saat 16:00-da qüvvəyə minib.
Rusiyada prezident seçkiləri martın 18-də keçiriləcək. Təşviqat eyni zamanda səsvermə prosesi ərzində qadağan edilir. Qadağanın sabah sonuncu seçki məntəqəsi bağlanana kimi (Bakı vaxtı ilə 22.00-a qədər) qüvvədə qalacağı bildirilir.
Madriddə seneqallı küçə alverçisi Mmamme Mbaqenin ölümü, İspaniya paytaxtını iğtişaş meydanına çevirib. Şəhərdə miqrantlarla asayış keşikçiləri arasında güclü qarşıdurma yaşanıb.
Oxu.az xəbər verir ki, bu barədə “Euronews” məlumat yayıb.
Etiraz aksiyasının iştirakçıları küçələrdə zibil yeşiklərini yandıraraq, polis əməkdaşlarının üzərinə daş və sərt əşyalar atıb. Asayış keşikçiləri rezin güllələrlə qarşılıq verib.
Toqquşmalarda azı 20 nəfərin yaralandığı xəbər verilir.
Hüquq mühafizə orqanları Mbaqenin şəhər küçələrindən birində huşsuz vəziyyətdə aşkarlandığını bildirib. Ona göstərilən ilkin tibbi yardım heç bir nəticə verməyib.
Həmkarları iddia edir ki, huşunu itirməzdən əvvəl motosikletli polis əməkdaşları tərəfindən təqib olunub.
Xəbər verdiyimiz kimi, bu gün MHP-li deputat, İslam Əməkdaşlıq Təşkilatının sabiq baş katibi Ekmeleddin İhsanoğlunun VI Qlobal Bakı Forumunda halı pisləşib. O, Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib. Mərkəzi Klinikanın kardioloqu, dosent Firdovsi İbrahimov deyib ki, E. İhsanoğlu bu gün infarkt keçirib: “İhsanoğlu şəkər xəstəsidir. Əvvəl də ürəyində işemiyası, xırda problemləri olub, ancaq ciddiyə almayıb. Bu gün isə infarkt keçirib. Anında müdaxilə etdik, damar 100 faiz tıxanmışdı. Damarı açdıq, stent qoyduq. İndi qaydaya uyğun olaraq reanimasiyadadır, durumu isə stabildir. Müalicəsi davam etdirilir”.
Türkiyə mətbuatı isə E. İhsanoğlunun forumda çıxışı zamanı halının pisləşdiyi anın videosunu yayıb. Median.az həmin anları əks etdirən görüntüləri təqdim edir:
Şərqi Qutanın Kefer Batna rayonunda Bəşər Əsəd rejimi və dəstəkçilərinin bazarı bombalaması nəticəsində 61 insan həlak olub.
Median.az-ın xəbərinə görə, bölgədəki Mülki Müdafiə (Ağ Beretlilər) nümayəndələri bildirib ki, rejim qüvvələri və Rusiya BMT Təhlükəsizlik Komitəsinin qərarına baxmayaraq Şərqi Qutaya hücumları dayandırmırlar.
Bazarın bombalanması zamanı yüzdən çox insan yaralanıb. Bombardmanın uzun müddət davam etməsi cəsədləri toplamağa və yaralıları tapmağa imkan verməyib.
ABŞ-ın keçmiş dövlət katibi Hillari Klintonun biləyi sınıb. Median.az xarici KİV-ə istinadən xəbər verir ki, Hindistanda səfərdə olan Klinton qaldığı otelin hamamında yıxılıb. O, dərhal xəstəxanaya aparılıb. Müayinə keçdikdən sonra əlinə sarğı qoyulub.
Hazırda Klintonun özünü yaxşı hiss etdiyi bildirilir.
“Emirates” aviaşirkətinin stüardessası təyyarənin qəza lyukundan yıxılıb.
Median.az Trend-ə istinadən bildirir ki, hadisə Uqandanın Entebbe hava limanında baş verib.
Qeyd olunur ki, təyyarə uçuşa hazırlaşan zaman lyukun qapısı naməlum səbəbdən açılıb. Hadisə nəticəsində stüardessa ağır xəsarətlər alıb. Xəstəxanaya yerləşdirilən qadın, orada həyatını itirib.
Qapının hansı səbəblərdən açılması ilə bağlı araşdırma aparılır.
NASA Bennu adlı səma cisminin dünyamıza yaxınlaşdığını bildirib. Median.az xəbər verir ki, açıqlamaya əsasən, 2135-ci ildə nəhəng bir asteroid Yerlə toqquşacaq.
Əgər Bennu adlı səma cismi planetimizlə toqquşma, canlı həyatın böyük bir hissəsi məhv olacaq. Asteroidin uzunluğu 500 metrdir. NASA bu ehtimalın qarşısını almaq üçün PUA-lar üzərində çalışır.
Plana əsasən, PUA-larla asteroid toqquşacaq və səma cisminin istiqaməti dəyişəcək. Başqa bir plana əsasən, PUA-ya yüklənən nüvə bombası asteroidi tamamilə məhv edəcək.
ABŞ prezidenti Donald Trampın böyük oğlu Donald Tramp boşanıb. Median.az xəbər verir ki, oğul Donald 13 illik arvadı Vanessa Tramp tərəfindən məhkəməyə verilib. Cütlük ilk prosesdəcə boşanıb.
13 illik cütlük birlikdə verdikləri açıqlamada yollarını ayırmaq qərarına gəldiklərini bildiriblər: “Bir-birimizə və ailələrimizə hər zaman hörmətlə yanaşacağıq”. Ehtimal edilir ki, oğul Donaldın həm siyasətdə, həm də şirkətlərdə aktiv fəaliyyəti və arvadını tək buraxması boşanmaya əsas səbəblərdən biridir.