Category: Dünya

  • Putin Marsa missiya göndəriləcəyini elan etdi

    Rusiya 2019-cu ildə Marsın tədqiq olunması ilə bağlı missiyanı işə salacaq.

    Median.az “İnterfaks”a istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin bəyan edib.

    “Biz uzaq kosmosun tədqiq olunması və ay proqramı, daha sonra isə Marsın tədqiq olunması üçün ilk əvvəl pilotsuz, gələcəkdə isə pilotlu buraxılışlar həyata keçirəcəyik. Bu, çox yaxın zamanda baş verəcək. 2019-cu ildə Mars istiqamətində missiya göndərməyə hazırlaşırıq”, – deyə Rusiya lideri Andrey Kondraşovun sənədli filminin ikinci hissəsində bildirib.

    2020-cı ildə isə “Roskosmos” Avropa kosmik agentliyi ilə müştərək olaraq Mars missiyasının ikinci mərhələsini gerçəkləşdirməyi planlaşdırır. Qırmızı planetin səthinə eniş platforması ilə təchiz olunmuş desant modulu və roverinin göndərilməsi nəzərdə tutulur.

  • Şahzadə anasını 2 ildir zindanda saxlayır – ŞOK İDDİA

    Özünü islahatların tərəfdarı adlandıran və qadınların bir çox hüquqlarını bərpa edən Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd İbn Salmanla bağlı şok iddia ortaya çıxıb.

    Median.az xarici mediaya istinadla xəbər verir ki, məlumat ABŞ kəşfiyyatı tərəfindən yayımlanıb.

    İddiaya görə, şahzadə 2 ildir ki anasını Səudiyyədəki həbsxanalardan birində saxlayır:

    “Buna səbəb onun anasının kralla görüşməsini istəməməsi olub. Bununla şahzadə bütün hakimiyyəti əlində saxlamağı planlaşdırıb. Anasının həbsxanada olmasını isə kraldan müxtəlif bəhanələrlə gizlədib. Ən inandırıcı bəhanə isə qadının ölkə sərhədlərindən xaricdə olmasıdır”.

  • Rusiya-Qərb savaşı başladı: hərbi müdaxilələr olacaq

    Rusiya Qərbə qarşı 2030-cu ilə qədər hibrid müharibəsi aparmaq niyyətindədir. Bu müharibə 2030-cu ildən tez başa çatmayacaq.

    Bunu “Apostrof” saytına müsahibəsində ukraynalı hərbi ekspert Aleksey Arestoviç söyləyib. Onun sözlərinə görə, Kreml Avropa Birliyi ölkələrinə açıq hərbi müdaxilə də edə bilər:

    “İndi Putin yenidən taxta oturacaq və altı il müddətinə legitimlik qazanacaq. Hər şey gərginliyə doğru gedəcək. Heç bir başqa çıxış yolu yoxdur. Biz Rusiya və Qərb arasında ciddi, dünyamiqyaslı konfliktə doğru hərəkət edirik. Hibrid müharibəsi soyuq müharibənin demək olar ki, bütün cəbhələrində aparır. Bu müharibə yeni imperiya forması tapmayana qədər başa çatmayacaq. Bu tarix ərzində çox şeylər baş verəcək. Tarix 2030-2035-ci illəri əhatə edəcək. Sərt tədbirlərin baş verdiyi anlar da olacaq. Məsələn, Avropada hər iki tərəfdən birbaşa hərbi əməliyyatlar aparılacaq. Bəzən isə elə dövrlər olacaq ki, müharibə gizli olacaq. Kimlərsə boğulacaq və zəhərlənəcək.

    Qərb Rusiyanın yavaş-yavaş boğulması əməliyyatına başlayıb”.

    Mənbə: axar.az

  • 3-cü Dünya savaşı xəbərdarlığı

    “Hər şeyə hazır olmalıyıq”.

    Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. O, III Dünya savaşını ehtimalını xatırladıb.

    Prezident Suriyada ABŞ hərbi bazalarının qurulmasına qarşı çıxıb. “Suriyada 20 baza qurulub. Niyə, nə üçün? Ağla ilk gələn Türkiyə və İrana olur. Hər halda Rusiyaya qarşı istifadə edilməzlər. Çünki belə olarsa bu III Dünya savaşı mənasına gələr.

    Amerikanın burada səərhədi var? Onların burada nə işi var? Koalisiya gücləri kiminlə birlikdə hərəkət edir. Mən deyim – YPG ilə. Onların bu qədər silah-sursat göndərdiyi yerə biz humanitar yardım daşıyırıq. Aramızdakı fərq budur”.

    Ərdoğanın sözlərinə görə, o, Tillersondan da (ABŞ-ın dövlət katibi. Ötən gün prezident onu bu postdan azad edib) bu barədə soruşub. “İnanırsız, səs yoxdur”.

    Mənbə: istipress

  • 5 yaşlı qızını dəcəllik etdiyi üçün öldürdü – Qandonduran cinayət

    Rusiyanın Soçi şəhərində baş vermiş dəhşətli qətlin üstü açılıb.

    Rusiya KİV-i xəbər verir ki, 28 yaşlı Murad Mirzə oğlu Şahmirzəyev 5 yaşlı qızı Veronikanı bıçaqla öldürdükdən sonra Abxaziyaya qaçmaq istəyərkən saxlanılıb.

    Məlumata görə, evdə dəcəllik edən Veronikaya bir neçə bıçaq vuran Mirzə onun meyitini şəhər kənarına apararaq basdırıb. Sonra isə polis idarəsinə gedərək qızının itkin düşdüyünü bildirib.

    Tezliklə min nəfərə yaxın yerli sakin ətraf meşəlik ərazidə Veronikanın axtarışına başlayıb. Evin yaxınlığından axan çayda axtarışa dalğıclar cəlb edilib.

    Mirzə Şahmirzəyev təkrar dindirildikdə isə onunla bağlı şübhələr yaranıb. Müstəntiqlər onu sərbəst buraxandan sonra izləməyə başlayıblar. Məlum olub ki, Mirzə Abxaziyaya qaçmaq istəyir. Həbs edilən Şahmirzəyev qısa dindirmədən sonra törətdiyi cinayəti boynuna alıb. (lent.az)

  • Dubay əmirinin qızı fransız casusla qaçıb – VİDEO

    Birləşmiş Ərəb Əmirliyinin baş naziri Məhəmməd bin Rəşid əl-Maktumun 33 yaşlı qızı Lətifə ölkədən qaçıb.

    Median.az xəbər verir ki, bu barədə “New York Post”-da məlumat yayılıb.

    Ölkədən qaçmış əmirin qızı öldürüləcəyi və ya başına başqa bir bədbəxt hadisənin gələcəyi təqdirdə, insanların həqiqəti bilməsi üçün videomüraciət hazırlayıb.

    Videoda gənc qadın ölkəsində normal şəkildə yaşaya bilmədiyini ona görə, qaçmaq qərarına gəldiyini bildirib. Lətifənin sözlərinə görə, o zəngin şeyxin 30 övladından biridir. Bundan əvvəl bacısının da oxşar səbəblərə görə ölkədən qaçdığını bildirib.

    Əmirin qızı iddia edir ki, Dubayda ona seçim imkanı verilmir, avtomobil sürmək qadağan olunur, şəxsi həyatı isə ciddi nəzarət altındadır.

    Lətifəyə ölkədən qaçmağa keçmiş fransız casusun kömək etdiyi bildirilir. “The Daily Mail”in iddiasına görə, əmirin qızı Hindistanın cənub sahillərinə istitqamət alan yaxtada gizlənir. Onun ABŞ-dan siyasi sığınacaq istəyəcəyi bildirilir.

  • “İran nüvə silahı istehsal etsə, biz də edəcəyik” — Səudiyyə Ərəbistanından ŞOK AÇIQLAMA

    Səudiyyə Ərəbistanının şahzadəsi Məhəmməd bin Salman İranın nüvə bombası proqramı ilə bağlı açıqlama verib.

    Median.az xəbər verir ki, açıqlamaya əsasən, əgər İvan nüvə bombası istehsal etsə, Səudiyyə Ərəbistanı da eyni yola baş vuracaq.

    32 yaşlı vəliəhd şahzadə deyib: “Səudiyyə Ərəbistanı nüvə silahı əldə etmək istəmir. Amma heç şübhəsiz ki, İran nüvə bombası əldə etsə, ən qısa müddətə biz də eyni yola baş vuracağıq”.

  • Dağıstanlı nazir axtarışa verildi

    Dağıstanda davam edən geniş-miqyaslı anti-korrupsiya istintaqı çərçivəsində, respublikanın inşaat, memarlıq və mənzil-kommunal təsərrüfat naziri vəzifəsini müvəqqəti icra edən İbrahim Kazibekov axtarışa verilib.

    Median.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Dağıstanın başçısı Vladimir Vasilyev açıqlama verib.

    Bundan əvvəl regionun hüquq mühafizə orqanları, evində axtarış aparılmış Kazibekovun Dağıstandan qaçdığını bildirmişdi.

    “Hal-hazırda bizim inşaat nazirimiz axtarışdadır” deyə Vasilyev jurnalistlərə bildirib.

    Hazırda Dağıstanda korrupsiyaya qarşı istintaq çərçivəsində Moskvadan göndərilmiş xüsusi komissiya işləyir. Komissiya ezam olunduğu vaxt ərzində sosial sferada iri məbləğlərdə dövlət vəsaitinin talanı ilə bağlı faktlar aşkarlayıb.

    Dağıstanın keçmiş baş naziri Əbdüsəməd Həmidov, onun iki müavini Şamil İsayev və Rayudin Yusifov və təhsil naziri Şahabbas Şahov həbs olunub.

  • Rusiyada təyyarədən qızıl külçələri töküldü

    Rusiyanın Yakutiya əyalətinin hava limanından uçan “Antonov 12” tipli poçt təyyarəsinin qapağı qırılıb və bənzəri görülməyən mənzərə ortaya çıxıb.

    Median.az xəbər verir ki, hadisə nəticəsində havadan qızıl və gümüş külçələr tökülməyə başlayıb.

    Görülən tədbirlərlə yerə tökülən 200-ə qədər qızıl və gümüş külçəsi tezliklə yığılıb.

    Külçələrin hər biri 20 kiloqram ağırlıqda olub.

    Hadisədən sonra uçuş meydanında təhlükəsizlik tədbirləri artırılıb. Yük Kanadaya aid mədən şirkətinə məxsus olub.

  • Lavrov dizi üstə yıxıldı – VİDEO

    Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvada keçirilən Rusiya imkanlar ölkəsidir adlı forumda səhnəyə çıxan zamanı yıxılıb.

    Oxu.az-ın xəbərinə görə, bu barədə NTV məlumat yayıb.

    Lavrov pilləkənə ilişərək dizi üstə yıxılıb, lakin tez qalxaraq öz yerini tutub.

    Rusiya XİN rəhbəri öz nitqini forumda zarafatla başlayıb:

    “Görürsünüz? İlişdim. Yaxşı ki, diplomatik cəbhədə yox, forumda yıxıldım”.