Category: Dünya

  • Emin Ağalarov stomatoloji klinika açır

    Məşhur azərbaycanlı müğənni və biznesmen öz “ConfiDent” adlı klinikalar şəbəkəsini açmağa hazırlaşır. Klinikalarda müştərilərə kosmetoloji və stomatoloji xidmətlər göstəriləcək.

    Birinci mərhələdə iki belə klinikanın yaradılması planlaşdırılır. Plana görə, bu klinikaların inşasına və təchizatına bir milyon dollar vəsait sərf olunacaq.

    Bu barədə Emin Ağalarov RNS-ə verdiyi açıqlamada bildirib.

    “Biz stomatoloji xidmətlər, eləcə də, üz dərisinə qulluq, aparatlı kosmetologiya üzrə xidmətlər göstərəcək “ConfiDent” klinikalar şəbəkəsini istismara verməyi planlaşdırırıq. İlk klinika bir müddət sınaq rejimində fəaliyyət göstərəcək.

    Yaxın günlərdə VEGAS Krokus Sitidə açmağı planlaşdırırıq. Mən bu layihəni Aleksandr Sançesin tərəfdaşlığı ilə gerçəkləşdirirəm, o, stomatoloqdur, stomatoloji klinikaların inkişafı üzrə təcrübəsi var”, – deyə Ağalarov bildirib.

    “Crocus Group” şirkətlər qrupunun vitse-prezidenti olan Emin Ağalarov bundan əvvəl RNS-ə verdiyi açıqlamada sağlam qidaların çatdırılma xidmətini işə saldığını xəbər vermişdi. Bu layihəni Ağalarov, müğənni Valeriya və onun həyat yoldaşı, prodüser İosif Priqojinin gerçəkləşdirəcəyi bildirilir.

    Ağalarov restoran biznesində də bir neçə layihə gerçəkləşdirir. Oktyabr ayında Ağalarov müğənni dostu Qriqori Lepslə birgə “Ryumka vodki” adlı bar açıb.

    Hal-hazırda tərəfdaşlar eyniadlı karaoke klubu və restoran açmağı planlaşdırır. Bundan başqa, Emin prodüser Maksim Fadeevlə şərik olaraq “U dadyi Maksa” adlı musiqi restoranını inkişaf etdirir.

  • Bayılda işıq, qaz və su xətləri sökülür

    Bakının Səbail rayonunda Bayıl yamacındakı sürüşmə zonasına gedən bütün su, qaz və işıq xətləri şəbəkədən ayrılaraq sökülür.

    Median.Az
    Trend-ə istinadən xəbər verir ki, Bayıl sakinləri bildiriblər ərazidə çatlar əmələ gələndən sonra mənzillərə elektrik enerjisi, su və qaz verilişi dayandırılıb:

    “Həmin vaxt sadəcə qaz, su və işığın verilməsi dayandırılmışdı. Lakin artıq xətlər əsas hissədən ayrılaraq sökülür. Axşamlar qadınları və azyaşlıları sığınacaqlara göndəririk, kişilər isə evdə olur”.

    Sakinlərin sözlərinə görə, ərazidə yeni çatlar da əmələ gəlib və sürüşmə aktivdir: “Dünən yeni çatlar əmələ gəlmişdi. Bu çatlar evlərdə də hər gün hiss olunur”.

    “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı qəzalı vəziyyətdə olan ərazilərə verilən su xəttinin ayrılmasını təsdiqləyib:
    “Bayıl yamacındakı sürüşmə ilə əlaqədar Fövqəladə hallar üzrə Dövlət Komissiyasının qərarı ilə həmin ərazidə təxminən 100-ə yaxın evə suyun verilişi dayandırılıb. Sürüşmə ərazisinin ətrafında yerləşən, təhlükəli yerdə olmayan hissələrə də su eyni xətdən verilir. Ona görə də təhlükəli olmayan mənzillərdə yaşayan sakinlərə su verilməsi üçün qəzalı mənzillərə gedən su xətti şəbəkədən ayrılıb. Hələ ki, su xətləri kəsilib daşınmır, mənzillərdə olan sayğaclar və su xətləri olduğu kimi qalır”.

    “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin əməkdaşı İbrahim Kərbəlayev bildirib ki, əraziyə yalnız təbii qazın verilişi dayandırılıb: “Xətlərin sökülməsi ilə bağlı heç bir iş görülmür. Sadəcə, köçürülən evlərin qaz təchizatı dayandırılıb. Əgər ərazidə söküntü işlərinə başlanarsa, həmin vaxt bizə müraciət oluna, ondan sonra qaz xətlərinin söküntüsünə başlana bilər”.

    “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev qeyd edib ki, ərazidə sürüşmə zamanı zədələnən xətlərin dirəkləri götürülür: “İşıq dirəkləri və xətlər sökülmür. Sadəcə, sürüşmə nəticəsində həmin ərazidə bir neçə işıq dirəyi zədələnib, xətlər əhali üçün təhlükə yaradıb. Ona görə də əhalinin təhlükəsizliyini nəzərə alaraq, həmin dirəklər və xətlər götürülür. Onsuz da həmin əraziyə elektrik enerjisinin verilişi dayandırılıb. Amma sayğaclar və mənzillərə çəkilən xətlər sökülməyib”.

    Qeyd edək ki, Bayıl qəsəbəsində sürüşmə zonasında prosesin aktivləşməsi nəticəsində evlərdə çatların sayı artıb. Sürüşmə zonasında 90-a yaxın ev qəzalı vəziyyətdədir. Sürüşmə ilə bağlı Səbail Rayon İcra Hakimiyyətində xüsusi qərargah yaradılıb.

  • Çində müsəlmanları həbs düşərgələrinə doldururlar

    Çində təxminən 120 min müsəlman-uyğuru Sinszyan-Uyğur Muxtar Rayonunun (SUMR) Kaşqar şəhərindəki siyasi maarifləndirici düşərgələrə göndəriblər.

    Virtualaz.org bildirir ki, bu barədə CNN xəbər yayıb.

    Çin Xalq Respublikasının ən böyük regionlarından birində, harada ki, İslam əsas dindir, hakimiyyət siyasi düşərgə yaradıb və orada on minlərlə uyğuru yenidən tərbiyələndirir. Orada onlar inqilabi mahnılar ifa edir, Çin Xalq Respublikasının sədri Si Szinpinin ideyalarını öyrənir və doğma olmayan Çin dilində danışırlar. Ona görə belə deyirik ki, yerli sakinlərin dili uyğur dilidir.

    Mərkəzi hökumətin belə hərəkətləri insan hüquqları uğrunda mübarizə aparan fəallar və yerli sakinlər tərəfindən kəskin qınaqla qarşılanır.

    Fəallar iddia edirlər ki, yerli hökumətin Si Szinpinin hərəkətlərinə loyal yanaşması qanunsuzluqdur. Hakimiyyət potensial təhlükəli uyğurları təkcə həbs edib həbsxanalara salmır, həm də hər yerdə müşahidə kameralarını qoyur, nəqliyyat vasitələrinə GPS-tənzimçiləri quraşdırır, 16-65 yaş arasında olanların DNK nümunələrini toplayır…

  • 1000dən çox kişi ilə yatan qadın kitab yazdı – FOTO

    Daha əvvəl min kişi ilə birlikdə olduğunu söyləyən, keçmişdə fahişə kimi fəaliyyət göstərən Guyneth Montenegro adlı qadın sektorun bilinməyən tərəflərini cəmiyyətə açıqlayıb.

    Onun “Gizli qadağa” adlı kitabı işiq üzü görüb. Burada qadın bu fəaliyyətə niyə başladığını, onun çətinliklərini, şəxsi təcrübəsini danışıb. O da bu işin cazibəsinə, işığına aldanan və lüks həyat tərzi içində yaşamaq üçün fahişə olmağa qərar verənlərdən olub. Montenegro qadınların sonradan peşman olduğunu və bunun öhdəsindən gəlməyin çətin olduğunu söyləyib.

    O, bacarıqlı bir fahişə olmaq üçün risk almaq və qadağan olunmuş bölgələrdə bunu etməyin lazım olduğunu deyib. Fahişə qeyd edib ki, insan həyatda çox pul qazanmaq üçün çox risk almalıdır.

    Qadın qeyd edib ki, daha çox pul qazandıqca, daha çox gözləntiləriniz olur. Onun sözlərinə görə qadınlar kişilərin onları gözəl olduqları üçün seçdiklərini zənn edirlər, amma əslində bu, belə deyil: “Kişilər digər qadınlarla etmədikləri hərəkətlər üçün sizi seçirlər. Bu da sizi təhlükəli vəziyyətlərə salır. Ən böyük təhlükələrdən biri şiddətdir. Kişilər yaxşı pul ödəyə bildikləri birinə nə istəsələr edə biləcəklərini düşünürlər və daxillərindəki vəhşi insani hissləri ortaya çıxarırlar. Bundan əlavə, cinsi yolla keçən xəstəliklərə tutulmaq qorxunuz da var”.

    Montenegro hazırda bir xeyir qurumunda işləyir və burada çalışdığından peşman olmadığını söyləyib.// goldnews.az





  • Avropada yay vaxtı ləğv oluna bilər

    Avropada yay və qış vaxtına keçid ləğv oluna bilər.

    Oxu.Az bu barədə “Newstalk” saytına istinadən xəbər verir.

    Avropa parlamentinə Avropa İttifaqı ölkələrində yay vaxtına keçidi ləğv etməyə çağıran qətnamə layihəsi təqdim olunub.

    Sənəd Avropa Parlamentinin nəqliyyat məsələləri üzrə komitəsi tərəfindən hazırlanıb. Onun müzakirəsi fevralın 8-də Strasburqda aparılacaq. Avropa parlamentinin irlandiyalı deputatı Şon Kelli, artıq Finlandiya, Polşa və Estoniyanın əqrəblərin yerdəyişməsinə qarşı çıxdığını bildirib.

    Təşəbbüs ötən ilin oktyabr ayında Avropa Parlamentinin araşdırma xidmətinin hazırladığı Avropa İttifaqında yay vaxtı ilə bağlı ölçülər haqqında hesabatın ötən ilin oktyabr ayında dərc olunmasından sonra meydana gəlib. Sənədə görə, yay vaxtının iqtisadi üstünlükləri “marginaldır” və vaxt keçidinin insan sağlamlığına zərəri müəyyənləşib.

  • Braziliyalı gənc qız bakirəliyini satır

    Braziliyalı gənc, öz bakirəliyini ailəsinin dolanışığı üçün satdığını etiraf edib.

    Oxu.Az-ın məlumatına görə, bu barədə The Mirror məlumat yayıb.

    Rozali Pinyo (Rosalie Pinho) bəyan edib ki, ona bir gecə üçün 500 min avro (təxminən 1 milyon manat) təklif ediblər. Amma 19 yaşlı qız bununla razılaşmayıb. O hesab edir ki, may ayına qədər onun “bakirəliyinin” qiyməti artacaq. Braziliyalı gənc bu addımı, kasıb həyat sürməsi ilə bağlı olduğunu açıqlayıb.

    “Mən bunu ailəm üçün edirəm. Bizim ailə 7 nəfərdən ibarətdir: anam, 2 qardaşım və 3 bacım. Atam bizi atıb gedəndən sonra dolanışığımız xeyli pisləşib”, – gəc qız danışır.

    Qeyd edək ki, Braziliya qanunvericiliyinə əsasən, ölkədə seksual xidmətlərin göstərilməsi tam qanuna uyğundur.

  • Məşhur “Pişik Leopold” cizgi filminin yaradıcısı vəfat edib

    Rejissor-multiplikator Anatoliy Reznikov 77 yaşında vəfat edib.

    Bu barədə kinotənqidçi Susanna Alperina “Facebook” səhifəsində yazıb.

    “Almaniyadakı dostlarım Anatoliy Reznikovun vəfatı barədə yazırlar. O, məşhur sovet cizgi filmi “Pişik Leopold”un və digər maraqlı layihələrin yaradıcısıdır”, – o yazıb.

  • Türkmənistanda benzin kəskin bahalaşdı

    Fevralın 1-dən Türkmənistanda benzinin qiyməti 50% bahalaşıb.

    Median.Az-ın “RİA Novosti”yə istinadən məlumatına görə, hazırda ölkədə Aİ-95 markalı benzinin bir litrinin qiyməti 1,5 manat (əvvəl 1 manat), Aİ-92 markalı benzinin qiyməti isə 1,36 manat (əvvəl 0,94) təşkil edir.

    Qiymətlərin 50% bahalaşmasına baxmayaraq, Türkmənistan MDB məkanında benzinin ən ucuz olduğu ölkələrdən biri olaraq qalır.

  • Zibil qutusunu bayrağımızın rənginə boyayan şirkət məhkəməyə verilir – FOTO

    “Moskvada “Mega” Ticarət Mərkəzində Azərbaycan bayrağı rəngində hazırlanan zibil qutuları hələ də yığışdırılmayıb. Bununla bağlı Ticarət Mərkəzinin rəhbərliyinə rəsmi müraciət etdik. Müraciətdə bildirdik ki, qısa müddətdə bu hal aradan qaldırılmasa məhkəməyə müraciət edəcəyik”. 

    Median.Az xəbər verir ki, bunu Modern.az-a Rusiyada yaşayan azərbaycanlı Daşqın Rəcəbli bildirib.

    Daşqın Rəcəblinin sözlərinə görə, Ticarət Mərkəzinin girişinə bu şəkildə zibil qutularının qoyulması təsadüf ola bilməz: “Zibil qutusunun üstündə yazılmış “Цвет имеет значение” (“Rəngin əhəmiyyəti var”) yazısı bu hərəkətin təsadüfi olmadığını söyləməyə əsas verir. Bu yəqin ki, ermənilərin növbəti təxribatıdır. Əgər yaxın zamanlarda bu hal aradan qaldırılmasa, məhkəməyə müraciət edəcəyik”.

  • -40 dərəcədə mini geyinib küçəyə çıxan qızın ayağı dondu – FOTO

    Rusiyada -40 dərəcədə mini yupka geyinən qızın ayaqları donub. 

    Baku.ws-in məlumatına görə, Anastasiya Qruzdeva adlı qız dünyanın ən soyuq bölgəsi olan Rusiyanın Yakutsk regionundan yeni fotolar paylaşıb. 

    Regionda -70 dərəcəyə çatan soyuqlar olsa da, hər kəs gündəlik iş rejimini davam etdirir.

    Hava şəraətini nəzərə alan sakinlər qalın və yun geymlərdən istifadə edirlər. ANastasiyanın şaxtalı havada qısa geyinməsi isə ona baha başa gəlib. Ayaqlarını vuran şaxta gənc qızı çətin vəziyyətə salıb.

    Sözügedən fotoları təqdim edirik: