Category: Dünya

  • Trampın korteci polisi vurdu – VİDEO

    İsveçrədə – Davos şəhərində  ABŞ prezidenti Donald Trampın korteci yerli polisi vurub.

    Oxu.az bu barədə “Blick” qəzetinə istinadən xəbər verir.

    İnsident  yanvarın 25-də, axşam saatlarında, asayiş keşikçisi üzərində İsveçrəyə məxsus nömrə nişanı olan “BMW X5”i  saxlamağa çalışan zaman baş verib. Qəzetin yazdığına görə, həmin avtomobil Donald Trampın kortecində yer alıb.

    Polis zabiti maşını saxlamağa çalışan zaman sürücü sürəti artırıb və avtomobilin sağ qanadı ilə onu vurub. Hadisənin görüntüsü ərazidə olan müşahidə kameralarından biri ilə qeydə alınıb.

    İnsident nəticəsində polis hər hansı ciddi xəsarət almayıb. Belə ki, asayiş keşikçisi sayıq hərəkət edərək, vaxtında kənara çəkilib.
    Hələlik insidenti nə rəsmi İsveçrə, nə də Vaşinqton şərh edib.

  • Türkiyədə “fahişə” əməliyyatı: Azərbaycanlı qadınlar ələ keçdi

    Türkiyənin Kastomu əyalətinin Daşkörpü rayonunda polisin fahişələrə qarşı keçirdiyi əməliyyat zamanı azərbaycanlı qadınlar saxlanılıb.

    Median.Az Hurriyet-ə istinadən xəbər verir ki, əməliyyat zamanı saxlanılan doqquz nəfər fahişəlik və fahişəliyə vasitəçilik etməkdə ittiham olunub.

    Saxlanılan Şehri Ç., Erdal Ö., Hakan Ö., Mehmet D., Kemal Ş. Və Ufuk S.İ. məhkəmə qərarı ilə həbs edilib. Tutulan azərbaycanlı qadınlar Təranə A., Şəmşat P. ve Dilnazə H. İsə deportasiya edilmək üçün əyalətin Köç İdarəsinə təhvil verilib.

  • Tacikistanda xəyanətə görə cəza tətbiq oluna bilər

    Tacikistanda ər-arvadın xəyanətə görə cinayət məsuliyyətinə cəlb olunması məsələsinə baxıla bilər.

    Oxu.az xəbər verir ki, bu barədə Tacikistanın baş prokuroru Yusuf Raxmon mətbuat konfransında KİV nümayəndələrinin sualına cavabında bildirib.

    Jurnalistlərdən biri ölkədə son zamanlar qısqanclıq zəmində qətl hadisələrinin çoxaldığını bildirib və xəyanatə görə cəzanı nəzərdə tutan qanunvericiliyə ehtiyac olduğunu vurğulayıb.

    Xatırladaq ki, oktyabrın əvvəlində Tacikistanda qətl törətməkdə şübhəli bilinən 56 yaşlı Çorboq kənd sakini hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılıb.

    Şübhəli fərdi təsərrüfatla məşğul olan 40 yaşlı keçmiş həyat yoldaşının iş yerinə gələrək, ona qısqanclıq zəminində 19 bıçaq xəsarəti yetirib.

    Nəticədə qadın aldığı xəsarətlərdən hadisə yerində keçinib.

    Hüquq-mühafizə orqanları əməkdaşları qətl törətməkdə şübhəli bilinən 51 yaşlı Tursunzadə şəhər sakinini saxlayıb.

    Şübhəli sentyabrın 26-da, içkili vəziyyətdə 50 yaşlı keçmiş həyat yoldaşının evinə gəlib. Onların arasında mübahisə düşüb. Şübhəli qadının qarın boşluğuna bıçaq xəsarəti yetirərək hadisə yerini tərk edib.

  • 2 yaşlı qız siqaret çəkir, söyüş söyür – Valideynləri də baxıb gülür – VİDEO

    Polis sosial şəbəkədə videosu yayılan 2 yaşlı qızın valideynlərini axtarır.

    Median.Az Milli.Az-a istinadla xəbər verir ki, videoda təxminən 2 yaşı olan qızın siqaret çəkməsi, söyüş söyməsi əks olunub.

    Kadrlar Rusiyanın Vladikavkaz bölgəsində çəkilib. Kameraya uşağın valideynlərinin də səsi düşüb. Onlar videoda gülür, uşağa söyüş öyrədirlər.

    Uşağın siqaret çəkərkən öskürməməsindən məlum olur ki, siqaret çəkməsi ilk dəfə deyil, o, artıq öyrəşib.

    Video sosial şəbəkələrdə yayılıb. Videonu çəkənlər ciddi şəkildə qınanılıb.
     
    Rusiya polisinin verdiyi məlumata görə, valideynlərin kimliyi müəyyənləşən kimi onlar valideynlik hüquqlarından məhrum olunacaqlar.

  • Moskvada azərbaycanlı milyarderlərin bazarı yanır – VİDEO

    Moskva şəhərinin cənub-şərqində yerləşən “Sadovod” bazarının ticarət pavilyonunda  yanğın baş verib.

    Oxu.az xəbər verir ki, bu barədə “RİA Novosti” paxtaxtın fövqəladə hallar xidmətindən olan mənbəyə istinadən məlumat yayıb.
    “Üçüncü cərgədə pavilyon yanır, yanğın təxminən 20 kvadrat metr sahəni əhatə edir”, – deyə adı açıqlanmayan mənbə bildirib.
    Məlumata görə hadisə yerinə gələn xilasedicilər təxliyyə işləri aparır.

    Xatırladaq ki, ötən həftə həmin bazarda tikinti tullantılarının alovlanması nəticəsində 300 kvadrat metr sahə yanmışdı. Hadisə nəticəsində heç kim xəsarət almayıb.

    “Sadavod” bazarı Qoda Nisanov və Zarah İliyevin sahib olduğu “Kiyevskaya Ploşad” şirkətinin balansındadır. MDAY (Moskva Dairəvi Avtomobil Yolu) kənarında yerləşən bazar Rusiyanın ən iri topdan-pərakəndə satış mərkəzlərindən sayılır.

    Bazar 40 hektardan çox ərazini əhatə edir. Orada geyim, uşaq malları, ov-balıqçılıq ləvazimatları, turizm məhsulları, gül-çiçək, bağ-həyət ləvazimatları və s. satan səkkiz mindən çox pavilyon fəaliyyət göstərir.

  • Selfi çəkən bloqeri qatar vurdu – VİDEO

    Hindistanda dəmiryolu fonunda esktrimal selfi çəkdirmək fikri Heydərabad şəhərinin sakininə baha başa gəlib. 

    Bloqeri qatarın vurduğu anın görüntüsü “Youtube” videoportalına yerləşdirilib.  

    Gənc ekstrim həvəskarı lokomotiv və vaqonlar fonunda maraqlı foto və ya videoçarx çəkməyə çalışıb, ancaq relslərə çox yaxınlaşıb. Hadisənin görüntüsündə dostlarının onu fikrindən daşındırmağa çalışdığını görmək olur, ancaq o, məsafənin təhlükəsiz olduğunu, hər şeyi düzgün hesabladığını deyib.

    Xəsarət alan gəncə qısa zamanda tibbi yardım göstərilib. Həkimlər onun vəziyyətinin sabit olduğunu bildirir.

    “YouTube”dakı videonun şərhlərində bəzi istifadəçilər bloqerin bu hərəkətini qınadığını və onun payını aldığını bildirib. Ancaq çoxları bloqerin toqquşmadan sonra sağ qalmasına heyrətlənib.//oxu.az

  • Dənizdə itkin düşən azərbaycanlıların adları məlum oldu – YENİLƏNİB

    Yapon dənizində itkin düşmüş Rusiyaya məxsus “Vostok” balıqçı gəmisinin göyərtəsində olan azərbaycanlıların adları məlum olub.

    Oxu.az-ın Primamedia.ru saytına istinadən xəbərinə görə, göyərtədə iki Azərbaycan vətəndaşının olduğu ehtimal edilir.

    1991-cü il təvəllüdlü Ruslan Əlizadə və 1972-ci il təvəllüdlü Mübariz Hüseynovun adı itkin düşənlərin siyahısında yer alıb.

    * * * * *

    Yapon dənizində göyərtəsində 21 nəfər olan “Vostok” balıqçı gəmisi ilə rabitə kəsilib. Gəminin göyərtəsində Rusiya, Moldova, Ukrayna və Azərbaycan vətəndaşlarının olduğu bildirilir.

    Bu barədə “RİA Novosti” Rusiya Fövqəladə Hallar Nazirliyinin yerli idarəsinə istinadən xəbər verir.

    Qəza radio-siqnalının ötürüldüyü yerə sahil mühafizə xidmətinin gəmisi, xilasedici-yedəkçi gəmi və BE-200 təyyarəsi göndərilib.

    Axtarışlar hələlik bir nəticə verməyib.

  • 49 qadını öldürdü, doğradı, “donuz əti” kimi polislərə satdı – VIDEO

    O qadınları əməllərinə görə cəzalandırmışam. Peşman da deyiləm. Hər kəs əməlinə görə cavab verməlidir.

    Kanadalı Robert Pikton həbsxanada kamera yoldaşına belə deyib. Daha sonra o, 46 qadını öldürdüyünü, onları şaqqaladığını, ət maşınından keçirdiyini və “donuz əti” adı ilə polislərə satdığını söyləyib.

    Median.Az Milli.Az-a istinadən bildirir ki, Robert Pikton dünyanın ən qəddar manyak seriya qatillərindən biridir.

    2007-ci ildə Kanadada həbs olunan və 26 qadını xüsusi amansızlıqla qətlə yetirməkdə suçlanan R.Pikton ömürlük azadlıqdan məhrum olunmuşdu.

    68 yaşlı R.Pikton indi Kanadanın Britaniya Kolumbiyası əyalətindəki həbsxanadadır, cəza çəkir.

    Onun 2002-ci ildə kamera yoldaşına 49 qadını qətlə yetirdiyini etiraf edibmiş.

    Robert Piktonun qurbanları əxlaqsız qadınlar olub. Manyak qurbanlarını narkotik maddələr və spirtli içkilərlə şirnikləndirərək Port Kokuitlamdakı fermasına aparıb, orada dəhşətli işgəncələrdən sonra qətlə yetirib. Qurbanını öldürəndən sonra şaqqalayan R.Pikton parçaları ət maşınından keçirəndən sonra “təzə donuz əti farşı” adı ilə satıb.

    Alıcıların əksəriyyəti də təsadüfdən, yaxınlıqdakı evlərdə yaşayan adamlardı. Onların arasında polis zabitləri də vardı.

    Polis Piktorun fermasında 26 qadının DNT-nin qalıqlarını tapıb.

    Robert Pikton və onun cinayətləri barədə “Voice of A Serial Killer” adlı sənədli film çəkilib. Film CBS Reality telekanalında nümayiş olunacaq.

  • Ticarət mərkəzində Azərbaycan bayrağının rəngləri zibil qutuları qoyuldu

    “Zibil qutularının Azərbaycan bayrağının rəngləri ilə boyanması bizi hiddətləndirir. Bu, Azərbaycana qarşı təhqirdir. Düşünürəm, Rusiya bu problemi qısa zamanda həll edəcək”.

    Median.Az xəbər verir ki, bunu “Report”a hakim Yeni Azərbaycan Partiyası (YAP) İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Aydın Mirzəzadə deyib.

    O, Rusiyanın paytaxtı Moskva şəhərində ticarət mərkəzlərindən birindəki zibil qutularının Azərbaycan bayrağının rəngləri ilə boyanmasına münasibət bildirərkən deyib ki, bu əməlin arxasında Azərbaycanı sevməyən qüvvələr dayanır: “Onlar yaxşı bilirlər ki, bu məsələ qıcıq yaradacaq. Onu da bilirlər ki, bu, uzunmüddətli qala bilməz və aradan qaldırılacaq. Azərbaycanın dövlət quruculuğunda, beynəlxalq aləmdə qazandığı uğurlar bunu istəməyən qüvvələrdə narahatlıq yaradır”.

    A.Mirzəzadə qeyd edib ki, bu cür təxribatlar Azərbaycan-Rusiya münasibətlərinə təsir edə bilməz: “Təxribatı törədənlərin məqsədi Azərbaycanda Rusiyaya qarşı narazılıq yaratmaqdır. Ola bilər, buna Rusiyadan yeni silahların alınması səbəb olub. Xaricdəki erməni diaspor dairələri bunu etməklə iki ölkə arasındakı dostluq münasibətlərini pozmağa çalışırlar. Çox istərdim ki, bu məsələ Azərbaycanın Rusiyadakı səfirliyinin və diaspor təşkilatlarının diqqətində olsun, bunu etməyə cəhd edənlər cəzalandırılsın. Problemin həlli uzanarsa, rəsmi müraciət edəcəyik. Amma əminəm ki, bu, elə bu gün həll ediləcək”.

  • Almaniyada türklərlə kürdlər arasında kütləvi dava – VİDEO

    Almaniyada türk və kürd icmasının nümayəndələri arasında toqquşma baş verib.

    Oxu.az Focus-a istinadən xəbər verir ki, kütləvi dava Hannover şəhər aeroportunun terminalında meydana gəlib. Toqquşmalarda 180 nəfərə yaxın insanın iştirak etdiyi bildirilir.

    Qarşıdurma kürdlərin təşkil etdiyi etiraz aksiyası ilə əlaqədar meydana gəlib. Alman hüquq mühafizə orqanlarının məlumatına görə, türk sərnişinlər bundan hiddətlənərək, aksiya iştirakçılarına hücum edib.

    Tərəfləri bir-birindən ayırmaq üçün aeroportun təhlükəsizlik xidmətinin əməkdaşları  müdaxilə etməli olub. Toqquşmalarda heç kimi ciddi xəsarət almasa da, 20 nəfərin gözyaşardıcı qazla əlaqədar halının pisləşdiyi bildirilir.

    Oxşar lakin daha kiçik miqyaslı toqquşmalar Almaniyanın digər şəhərlərində də müşahidə olunub.