Category: Dünya

  • Rusiyada partlayışla bağlı yalan məlumat verən azərbaycanlı saxlanılıb

    Rusiyanın Sankt-Peterburq şəhərinin Petroqrad rayonunda partlayışın baş verəcəyi iddiası ilə kommunal mənzilin sakinlərini təşvişə salan azərbaycanlı saxlanılıb.

    Oxu.az “Невские Новости”yə istinadən xəbər verir ki, yanvarın 21-də, 16:28 radələrində polisin növbətçi hissəsinə 14 saylı mənzildən, 1977-ci təvəllüdlü vətəndaş tərəfindən məlumat daxil olub. Həmin şəxs polisə evin qısa zamanda partlayacağını bildirib.
    Hadisə yerinə Daxili İşlər Nazirliyinin Sankt-Peterburq və Leninqrad vilayətləri üzrə 18 saylı polis bölməsindən  briqada göndərilib. Qeyd olunan kommunal mənzilin dəhlizində 1998-ci il təvəllüdlü Azərbaycan vətəndaşı saxlanılıb.

    Əvvəllər məhkumluğu olmayan şəxs polis bölməsinə aparılıb. Ona qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 207-ci maddəsi ilə cinayət işi açılıb.

    Mənzildə aparılan axtarış zamanı içəridə heç bir partlayıcı vasitə və ya partlayış təhlükəli qurğu  aşkarlanmayıb. Sakinlərin təxliyyə olunmadığı bildirilir.

  • Türkiyə bayrağı Afrində dalğalandı – VIDEO

    Türkiyənin Azad Suriya Ordusu (ÖSO) ilə birlikdə başlatdığı hərbi əməliyyatla artıq 9 kənd PKK/PYD terrorçularından təmizlənib.

    Median.Az Modern.az-a istinadən xəbər verir ki, azad olunan kəndlərdə qurulan postlarda nəzarəti ələ keçirən mehmetciklər bir yüksəklikdə Türk bayrağını qaldırıblar.

  • Ana 13 yaşlı qızının bəkarətini biznesmenə 27 minə satmaq istədi, tutuldu – FOTOLAR

    Rusiyada 13 yaşlı qızını biznesmenə satan ana polis tərəfindən saxlanılıb.

    Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, 35 yaşlı Irina Gladkikh adlı qadın rəfiqəsi ilə birləşərək qızını 27 min dollara oliqarxa satmaq istəyərkən tutulub.
    Pulu götürəndə qadın saxlanılıb. O, qızının bəkarətini 27 min dollara iş adamına satmaq istədiyini etiraf etmək məcburiyyətində qalıb.

    O, azyaşlını intim münasibətə sövq etdiyinə və insan alveri ilə məşğul olduğuna görə həbs edilib.

    Median.Az fotoları təqdim edir:




  • “Instagram”a istifadəçinin son dəfə daxil olduğu vaxt görünəcək

     “Instagram”da yeni funksiya yaradılıb.

    İKT.lent.az-ın “Business Insider” nəşrinə istinadən məlumatına görə, bu funksiya istifadəçinin əlavəyə sonuncu dəfə nə zaman daxil olduğunu göstərəcək.

    Sonuncu daxil olma zamanı hamıya deyil, ancaq o şəxslərə göstəriləcək ki, istifadəçi şəxsi yazışma bölməsində yazışma aparıb.

    Qeyd edilir ki, bu funksiyanı “Seçimlər” bölməsində asanlıqla söndürmək mümkün olacaq.

  • Ana oğlunu motosikletin arxasına bağlayıb sürüdü – Dəcəllik etdiyi üçün (VİDEO)

    Çinli ana dəcəllik edən oğlunu əllərindən iplə motosikletin arxasına bağlayaraq küçədə sürükləyib.

    Median.Az xəbər verir ki, azxeber.com xarici KİV-ə istinadən bildirir ki, ana videonu çəkən adama oğlu dəcəllik etdiyi üçün onu günlərdir belə cəzalandırdığını bildirib.

    Hadisə şahidi olan vətəndaşlardan biri anaya maneə olmaq istəsə də, qadın ona acıqlanaraq müdaxilə etməsinə imkan verməyib.

    Videonun sosial şəbəkədə yayımlanmasından sonra ana polis tərəfindən axtarılır.

  • Türkiyədə avtobus qəzası: 13 ölü, 42 yaralı

    Türkiyədə avtobus qəzası baş verib.

    APA-nın NTV-yə istinadən verdiyi məlumata görə, Ankaradan Bursaya gedən sərnişin avtobusunun Əskişəhər ərazisində yolun kənarındakı ağaclara çırpılması nəticəsində 13 nəfər ölüb, 42 nəfər yaralanıb.

    Yaralılar xəstəxanalara çatdırılıb.

    Qəzanın sürücünün avtobusun qarşısına çıxan iti vurmamaq üçün kəskin manevr etməsi nəticəsində baş verdiyi bildirilir.
    Hadisə yerində polis işləyir.

  • 6 gündür yoxa çıxan kişini görüşdüyü evli qadının əri öldürübmüş – ŞOK TƏFƏRRÜAT – VİDEO

    Türkiyənin Karaman rayonunda 6 gündür axtarılan Yasin Uzunun (35) görüşdüyü iddia edilən evli qadının əri tərəfindən öldürüldüyü ortaya çıxıb.

    Milli.Az Haberler-ə istinadən xəbər verir ki, Yasin Uzunu öldürən Hikmet Y. (45) qonşusudur. Şübhəli qonşusunu odun parçası ilə döyə-döyə öldürüb. 

    Polis Hikmet Y.-nin evinin bağçasında apardığı axtarış zamanı Yasin Uzunun cəsədini çuxurda aşkar edib. 

    Şübhəli Hikmet Y.-nin sosial şəbəkə hesabında Yasin Uzunun itməsi xəbərləri ilə bağlı paylaşım etdiyi ortaya çıxıb.
    Saxlanılan 5 nəfərin dindirilməsi davam edir.

  • Rusiyada azərbaycanlılara hücuma görə həbslər

    Rusiyanın hüquq-mühafizə orqanları Volqoqradın cənubunda silahlı hücumda iştirak etməkdə şübhəli bilinən üç nəfəri saxlayıb. Onlardan ikisi müvəqqəti təcrid etmə mərkəzinə yerləşdirilib, üçüncü şübhəli polis nəzarəti altında xəstəxanada müalicə olunur.

    Oxu.az xəbər verir ki, bu barədə TASS cümə günü regionun güc strukturlarında çalışan mənbəyə istinadən məlumat yayıb.
    Bundan əvvəl yayılan xəbərə görə, cümə axşamı Moskva vaxtı ilə axşam saat 19:00 radələrində Volqoqradın Krasnoarmeysk rayonunda yerləşən kafelərdən birinin yaxınlığında silahlı hücum (odlu və soyuq silahların tətbiq ilə) baş verib. Nəticədə bir nəfər həlak olub, üç nəfər ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Fakt üzrə cinayət işi açılıb.

    “Əməliyyat-axtarış tədbirləri nəticəsində və şəhərdə həyata keçirilən “Perexvat” planı nəticəsində  şübhəlilərin minərək hadisə yerini tərk etdiyi “İnfiniti” və “Lada Priora” markalı  avtomobillər  aşkarlanaraq-saxlanılıb. Ümumilikdə üç şübhəli saxlanılıb – onlardan biri polis nəzarəti altında xəstəxanada müalicə alır, digər iki şübhəli müvəqqəti təcridxanaya yerləşdirilib”, – deyə agentliyin müsahibi bildirib.

    Bölgənin istintaq idarəsi, saxlanılan şübhəlilərlə bağlı rəsmi qaydada ətraflı məlumatların bir qədər sonra ictimaiyyətə çatdırılacağını bildirib.

    Volqoqrad diyar administrasiyasının səhiyyə komitəsindən verilən xəbərə görə, insident nəticəsində xəsarət alanlar hələ də xəstəxanadan buraxılmayıb. Əvvəl hər üç zərərçəkənin ağır vəziyyətdə olduğu bildirilsə də, hazırda onlardan birinin vəziyyəti orta-kafi qiymətləndirilir.

  • Türkiyədə avtobus dərəyə yuvarlandı: Altı ölü, 20 yaralı – FOTO

    Türkiyənin Muş və Bingöl əyalətləri arasındakı Solhan rayonu ərazisində sərnişin avtobusunun dərəyə yuvarlanması nəticəsində altı nəfər ölüb, 20 yaralı var.

    Oxu.Az Haber7-yə istinadla bildirir ki, qəza Muş-Solhan avtomobil yolunda baş verib.

    Qəzanın səbəbi hələlik bəlli deyil. Yaralılar Solhandakı xəstəxanalara çatdırılıb.




  • Putin mənfi yeddi dərəcədə çimdi – VİDEO

    Rusiya prezidenti Vladimir Putin xaç suyuna salma mərasimində iştirak edib.

    Prezident Tver vilayətində yerləşən kişi monastrı “Nilo-Stolobenskaya”ya baş çəkib.
    O, mənfi yeddi dərəcə şaxtada suya girib və çimib.

    Bu haqda dövlət başçısının mətbuat katibi Dmitri Peskov məlumat verib.

    O bildirib ki, bu il Rusiyanın mərkəzi hissəsində həmişəki şaxtalar müşahidə olunmayıb.