Category: Dünya

  • Türkiyədə daha bir məktəbə silahlı hücum: Ölənlər və xəsarət alanlar var

    Türkiyənin Kahramanmaraş bölgəsində məktəbdə silahlı insident baş verib.

    Bu barədə “A Haber” məlumat yayıb.

    İlkin məlumata görə, hadisə nəticəsində ölənlərin və xəsarət alanlar var.

    Məlumata görə, insident yerinə çoxlu sayda polis və tibb qrupları göndəriliblər.

    Qeyd edək ki, daha əvvəl Türkiyənin Şanlıurfa bölgəsindəki liseydə silahlı insident baş vermişdi.

  • Neft kəskin ucuzlaşmadan sonra yenidən BAHALAŞDI

    Qlobal bazarda neft qiymətləri kəskin ucuzlaşmadan sonra yenidən cüzi bahalaşıb.

    Bu, ticarət məlumatlarından aydın olur.

    Bakı vaxtı ilə saat 9:12-də Londonun ICE birjasında iyun ayına çatdırılma ilə “Brent” markalı neftin füçerslərinin qiyməti 0,85 dollar (0,9%) artaraq bir barel üçün 95.64 dollara çatıb. Bir gün əvvəl “Brent” markalı neftin qiyməti 4.57 dollar (4.6%) azalaraq bir barel üçün 94.79 dollara düşmüşdü.

    Nyu-York Ticarət Birjasında (NYMEX) may ayına çatdırılma ilə WTI markalı xam neftin füçerslərinin qiyməti isə 0.20 dollar (0.22%) artaraq bir barel üçün 91.48 dollar olub. Bundan əvvəlki sessiyada WTI markalı neftin qiyməti 7.80 dollar (7.87%) azalaraq bir barel üçün 91.28 dollara düşmüşdü.

  • İsrail ordusu “Hizbullah”a zərbələr endirdi

    İsrail ordusu Livanın cənubunda əməliyyatları davam etdirir.

    Bu barədə İsrail Müdafiə Qüvvələri (SAXAL) məlumat yayıb.

    “Əməliyyatlar zamanı İsrail qüvvələri ölkənin şimalına yönəldilmiş atıcı qurğular, həmçinin “Hizbullah” təşkilatının yəhudi dövlətinə hücumlar planlaşdırmaq üçün istifadə etdiyi raketlər və digər silahlar aşkar ediblər”, – deyə xəbərdə bildirilib.

    Xəbərdə qeyd olunur ki, İsrail ordusu koordinasiyalı şəkildə “Hizbullah”ın hərbi infrastrukturlarına zərbələr endirib.

    Məlumata görə, SAXAL “Hizbullah”a qarşı əməliyyatları davam etdirəcək.

  • İran Hörmüz boğazı üçün xüsusi rejim hazırlayır

    “İran hökuməti qlobal geosiyasi əhəmiyyətə malik olan Hörmüz boğazı ilə bağlı xüsusi qaydalar rejimi tətbiq etmək niyyətindədir”.

    Bu barədə İran hökumətinin sözçüsü Fatimə Mühacirani “RİA Novosti” agentliyinə müsahibəsində məlumat verib.

    “Hörmüz boğazı dövlətimizin xüsusi mülkiyyəti hesab olunur. Müxtəlif dövlətlərlə qarşılıqlı əlaqələrdə təsir aləti kimi çıxış edən hər bir mülkiyyət kimi, onun üçün də spesifik bir rejim formalaşdırılmalıdır”, – deyə Mühacirani diqqətə çatdırıb.

    Onun sözlərinə görə, İslam Respublikası Hörmüz boğazı üzərindəki suverenlik məsələsində ölkənin milli maraqlarının qorunması məqsədilə bütün lazımi vasitələrdən istifadə edir.

    Xatırladaq ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp Birləşmiş Ştatlarla İran arasındakı münaqişənin yekunlaşmaq üzrə olduğunu, lakin hələ tam bitmədiyini bəyan edib.

  • Parisdə məktəb tualetlərinə kameralar quraşdırılır

    Paris məktəblərində cinsi zorakılıq hallarının artması ilə əlaqədar təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və kameraların quraşdırılması planlaşdırılır.

    Bu barədə “Le Parisien” nəşri məlumat yayıb.

    Layihəyə əsasən, videomüşahidə sistemləri ümumilikdə 620 təhsil müəssisəsində yerləşdiriləcək. Ən çox müzakirə edilən məqam isə kameraların hətta tualetlərdə də quraşdırılması ehtimalıdır.

    Yerli tənqidçilər və vətəndaş cəmiyyəti təşkilatları bu təşəbbüsə şübhə ilə yanaşırlar. Onlar hesab edirlər ki, bu addım həm şəxsi həyatın toxunulmazlığını poza bilər, həm də zorakılıq probleminin həllində gözlənilən effektivliyi verməyəcək.

  • Avstraliyada xadimə evdə bir milyon dollar həcmində partlayıcı və narkotik tapıb

    Avstraliyanın Melburn şəhərində xadimə kirayə mənzildə bir milyon dollardan çox dəyəri olan narkotik vasitələr, silah və partlayıcı maddələr aşkar edib.

    Bu barədə News.com portalı məlumat yayıb.

    Hadisə Melburnun Keylor-İst rayonunda baş verib. Qısamüddətli icarəyə verilən evdə çalışan xadimə gizli saxlanc yerinə rast gəlib və polisə məlumat verib. Otaqlardan birində qadağan olunmuş maddələr, partlayıcılar və silahlar tapılıb.

    Mütəxəssislər nəzarətli partlayışlar həyata keçirərək qurğuları zərərsizləşdiriblər. Araşdırma zamanı məlum olub ki, mənzil bir neçə həftəlik icarəyə götürülüb. Hüquq-mühafizə orqanları həmin evin yaxınlığında tez-tez görünən ağ rəngli “Toyota Camry” markalı avtomobili axtarır.//oxu.az

  • Çində ağlagəlməz hadisə: 32 yaşlı kişinin qarnından 20 il əvvəl udduğu termometr çıxarıldı

    Qarın ağrısından şikayət edərək xəstəxanaya müraciət edən 32 yaşlı çinli kişi ağrılarının səbəbini öyrənəndə şoka düşüb.

    Bu barədə “South China Morning Post” nəşri məlumat yayıb.

    Həkimlər müayinə zamanı pasiyentin onikibarmaq bağırsağında yad cisim – 20 il əvvəl udulmuş civəli termometr aşkar ediblər. Məlum olub ki, cihazın ucu birbaşa bağırsaq divarına təzyiq etdiyi üçün perforasiya (deşilmə) və güclü daxili qanaxma riski yaranıb.

    Zərərçəkən bildirib ki, 12 yaşında olarkən termometri təsadüfən udub, lakin valideynlərinin danlayacağından qorxduğu üçün bu barədə heç kimə məlumat verməyib.

  • Çində dəniz məhsullarında görmə itkisinə səbəb ola bilən virus aşkarlanıb

    Çin alimləri krevetka və balıqlarda insanlara yoluxa bilən və nadir göz xəstəliyi yaradan yeni POH-VAU virusunu aşkarlayıblar.

    Bu barədə “Nature Microbiology” jurnalında dərc olunan tədqiqatda bildirilir.

    Mütəxəssislərin rəyinə əsasən, virusa yoluxma çiy dəniz məhsullarının istehlakı zamanı baş verə bilər. Yoluxmuş xəstələrin 70%-dən çoxunda davamlı göz hipertenziyası (gözdaxili təzyiqin artması) qeydə alınıb. Bu hal güclü iltihabla müşayiət olunur və bəzi hallarda görmənin tamamilə itirilməsinə səbəb ola bilər.

    Müəlliflər qeyd edirlər ki, əvvəllər POH-VAU tipli virusların insan toxumalarına təsir edə bilmədiyi və yalnız dəniz orqanizmləri üçün təhlükəli olduğu hesab edilirdi. Lakin yeni kəşf növlərarası keçid sərhədlərinin qeyri-müəyyən olduğunu və bu tip virusların insanlar üçün təhlükə yaratdığını sübut edir.

    “Greek City Times” platformasının məlumatına görə, hazırda bu virusa qarşı xüsusi dərman preparatı mövcud deyil. Müalicə prosesi əsasən iltihabəleyhinə vasitələr və gözdaxili təzyiqin azaldılması metodları ilə həyata keçirilir.

  • KİV: ABŞ-nin Rusiya neftinə qarşı sanksiyaları yenidən qüvvəyə minib

    ABŞ-nin Rusiya neftinə qarşı sanksiyaları aprelin 11-də xüsusi lisenziyanın müddəti başa çatdıqdan sonra yenidən qüvvəyə minib.

    Median.Az bu barədə “Politico” nəşrinə istinadən xəbər verir.

    Qeyd edək ki, bir ay ərzində Rusiyadan bəzi neft və neft məhsulları ilə bağlı əməliyyatlara icazə verilmişdi. Bildirilir ki, ümumi lisenziyanın müddəti bitənə qədər sanksiyaların yenidən tətbiq olunub-olunmayacağı aydın deyildi.

    Bir neçə demokrat senator aprelin 10-da ABŞ Prezidenti Donald Trampdan bu icazəni uzatmamağı tələb etmişdi. Onların sözlərinə görə, bir ay ərzində Rusiya neft əməliyyatlarından təxminən dörd milyard dollar gəlir əldə edib.

  • ABŞ İran nefti ilə bağlı güzəşt rejimini uzatmayacaq

    ABŞ Administrasiyası İran neftinin dəniz yolu ilə tədarükünə dair 30 günlük sanksiya istisnasını uzatmayacaq.

    Median.Az “Reuters”ə istinadən xəbər verir ki, martın 20-də verilən bu icazə dünya bazarına təxminən 140 milyon barel neft çıxarmağa imkan verib.

    ABŞ Maliyyə Nazirliyi bildirib ki, müddəti aprelin 19-da başa çatan icazə uzadılmayacaq. Bundan başqa, İranla əməkdaşlığı davam etdirən xarici banklara qarşı ikinci dərəcəli sanksiyalar tətbiq oluna bilər.

    Qərar Vaşinqtonun Tehrana qarşı siyasətinin sərtləşdirilməsi kimi qiymətləndirilir. ABŞ tərəfi İran neftinin alışı və daşınmasında iştirak edən qurumlara qarşı əlavə məhdudiyyətlər tətbiq edə bilər.

    Bundan əlavə, Vaşinqton Çin, BƏƏ və Oman kimi ölkələrdə fəaliyyət göstərən banklara da təzyiqi artırıb. ABŞ rəsmiləri bu maliyyə qurumlarının İranla bağlı əməliyyatlarda iştirak etdiyini iddia edir.

    Qeyd olunur ki, bu addım İranla aparılan danışıqların nəticəsiz qalması və Hörmüz boğazı ətrafında gərginliyin artması fonunda atılıb.