Category: Dünya

  • Dünyanın ən “yaşıl” şəhərləri açıqlandı: Ən çox park və meşə olan yerlər

    Şəhər həyatında yaşıllıq zonaları keyfiyyətli nəqliyyat və ümumi mühit qədər vacib hesab olunur.

    “Time Out” platforması 24 min nəfər arasında sorğu keçirərək dünyanın ən “yaşıl” şəhərlərini müəyyənləşdirib.

    Ümumi reytinqdə Melburn ilin ən yaxşı şəhəri seçilsə də, yaşıllıq səviyyəsinə görə birinci yeri Böyük Britaniyanın Bat şəhəri tutub. İkinci yerdə ABŞ-ın Çikaqo şəhəri, üçüncü yerdə isə Kanadanın Monreal şəhəri qərarlaşıb.

    Ən çox yaşıllıq sahələrinə malik şəhərlər

    1. Bat – 94% – Bu Britaniya şəhəri həm ətraf kənd mənzərələri, həm də şəhər daxilindəki park və geniş yaşıl əraziləri ilə seçilir. XVIII əsrə aid “Prior Park” landşaft bağı burada xüsusi diqqət çəkir.

    2. Çikaqo – 89% – ABŞ-ın bu iri şəhəri “bağ içində şəhər” kimi də tanınır. Burada ümumi sahəsi 8 800 akrdan çox olan 600-dən artıq park mövcuddur.

    3. Monreal – 88% – Kanadanın bu şəhəri geniş və müxtəlif ekosistemli yaşıl zonaları ilə məşhurdur. Burada meşələr, bataqlıq ərazilər, “Beaver Lake”, botanika bağları və “Jean-Drapeau” parkı yerləşir.

    4. Riqa – 87% – Latviyanın paytaxtında şəhər ərazisinin 47%-i yaşıllıq, 39%-i isə meşələrdən ibarətdir.

    5. Melburn – 87% – Avstraliyanın ikinci böyük şəhəri təbiətə çıxış imkanlarının genişliyi ilə seçilir və bu amil onun ümumi reytinqdə lider olmasına da təsir edib.

    6. Keyptaun – 86% – Cənubi Afrika Respublikasının bu şəhəri UNESCO irsi olan bioloji müxtəlifliyi yüksək bölgədə yerləşir. Buradakı bitkilərin 70%-i dünyada başqa yerdə rast gəlinmir.

    7. Sinqapur – 86% – 1967-ci ildən “bağ şəhəri” konsepsiyası ilə inkişaf edən Sinqapurun ərazisinin təxminən yarısı yaşıllıqla örtülüdür.

    8. Medellin – 86% – Kolumbiyanın bu şəhərində yaşıllıq sahələri şəhər temperaturunun azalmasına belə təsir göstərir.

    9. Stokholm – 86% – İsveçin paytaxtı 2010-cu ildə “Avropanın yaşıl paytaxtı” seçilib. Burada dünyanın ilk milli şəhər parkı yerləşir.

    10. Hamburq – 85% – Almaniyanın bu şəhəri “Hamburqun yaşıl şəbəkəsi” layihəsi ilə tanınır və yaşıl damlar sahəsində liderlərdən biridir.

    İkinci onluq

    11. Pekin – 84%
    12. Vyana – 83%
    13. Helsinki – 83%
    14. Krakov – 82%
    15. Oslo – 81%
    16. Seul – 80%
    17. Tallin – 79%
    18. Oklend – 78%
    19. Lüksemburq – 78%
    20. San-Paulu – 76%

    Reytinq necə hazırlanıb?

    Sorğu çərçivəsində 150 şəhərdə yaşayan insanlara “şəhərinizdə yaşıllıq sahələrini və təbiətə çıxışı necə qiymətləndirirsiniz?” sualı verilib. Daha çox “yaxşı” və “əla” cavabı alan şəhərlər siyahıya daxil edilib və hər ölkə üzrə ən yüksək nəticə göstərən şəhər seçilib.

  • Bu iPhone modellərində “Telegram” işləmir

    Bəzi Apple cihazlarının istifadəçiləri son yeniləmədən sonra “Telegram”dan istifadə edə bilmədiklərini bildiriblər.

    “iGuides”ə görə, problem əməliyyat sisteminin köhnə versiyalarını işləyən iPhone və iPad sahiblərinə təsir edib.

    “Telegram” 12.6.2-ni quraşdırdıqdan sonra, iPhone 8, iPhone X və digərləri də daxil olmaqla iOS 15 və iOS 16 cihazlarının istifadəçiləri tətbiqlərdə nasazlıqlar barədə məlumat verməyə başlayıblar. Başlatma zamanı naməlum bir səhv səbəbindən tətbiq ya sıradan çıxır, ya da qara ekran göstərilir.

    Tətbiqi yenidən quraşdırmaq, yaddaşı təmizləmək və cihazı yenidən başlatmaq da daxil olmaqla standart tədbirlər əksər hallarda funksionallığı bərpa edə bilməyib.

    “Telegram” nümayəndələri problemi təsdiqləyib və təsirlənmiş əməliyyat sistemi versiyaları üçün düzəliş hazırladıqlarını açıqlayıblar. Müvəqqəti həll yolu olaraq istifadəçilərə messencerin veb versiyasından istifadə etmələri tövsiyə olunur.

    Düzəlişlə birlikdə yeniləmənin yaxın günlərdə yayımlanması gözlənilir.

  • Moskva 2027-ci il üçün planını açıqladı: Miqrantlarla bağlı yeni limitlər

    Rusiyanın paytaxtı Moskvada 2027-ci il üçün müxtəlif məşğulluq sahələrində miqrantların icazə verilən payı müəyyənləşdirilib.

    Bu barədə şəhər meriyasının rəsmi saytında yerləşdirilən sənəddə qeyd olunub.

    Bildirilib ki, Moskva komissiyasının qərarı ilkin xarakter daşıyır və gələcəkdə dəyişdirilə bilər. Bununla yanaşı, federal səviyyədə iş yerlərində miqrantların payının azaldılması tendensiyası davam edir. Moskvada isə bəzi sahələr üzrə 2026-cı ildən etibarən müəyyən yumşalmalar tətbiq olunub.

    Belə ki, tikinti, apteklər, qeyri-stasionar ticarət obyektləri, bazarlarda pərakəndə satış, eləcə də mağazalardan kənar fəaliyyət sahələrində miqrantların çalışmasına məhdudiyyət qoyulmayıb.

    Tərəvəzçilik və meşə təsərrüfatında maksimal pay 50 faiz, alkoqol və tütün ticarətində 15 faiz, sərnişin və yük avtomobil daşımalarında 24 faiz, daşınmaz əmlakın idarə olunması və binalara xidmət sahəsində isə 70 faiz müəyyən edilib.

    Qeyd edək ki, mart ayında Rusiyada miqrantların ala biləcəyi ən yüksək maaşın Moskva şəhərində idarə heyətinin sədri vəzifəsi üzrə 380 min rubl (8 320 manat) olduğu açıqlanmışdı.

  • Şeyx 10 milyon dollara dünyanın ən gözəl atını aldı – VİDEO

    Əbu-Dabi şeyxlərindən biri dünyanın ən gözəl atı sayılan safqan yarış atını rekord məbləğə alıb.

    Şeyx ağ rəngli ata 10 milyon dollara (17 milyon manat) ödəyib.

    Bu məbləğ atçılıq bazarında qeydə alınan ən yüksək rəqəmdir.

  • Hörmüz boğazında gərginlik: Tramp Aİ-yə ultimatum verib

    ABŞ Prezidenti Donald Tramp Avropadakı müttəfiqlərinə təzyiqi artıraraq Hörmüz boğazında təcili hərbi dəstək göstərilməsi tələbini irəli sürüb.

    Bu barədə “Der Spiegel” jurnalı mənbələrə istinadən məlumat yayıb.

    Məlumata görə, Vaşinqtondan qayıdan NATO-nun baş katibi Mark Rütte Avropa liderlərinə bildirib ki, Donald Tramp Avropadan boğazda hərbi gəmilərin və digər qüvvələrin yerləşdirilməsi ilə bağlı konkret öhdəliklər gözləyir. Avropalı diplomatlar Ağ Evin bu yeni tələblərini ultimatum kimi qiymətləndiriblər. Bu təzyiqlər Trampın NATO üzrə müttəfiqlərinə hərbi dəstəyi dayandırmaqla bağlı hədələrinin davam etdiyi bir şəraitdə baş verir.

    Qeyd edək ki, Tramp aprelin 8-nə keçən gecə İrana qarşı zərbələrin iki həftəlik dayandırılmasına razılıq verdiyini açıqlayıb. Bunun əsas şərti kimi Hörmüz boğazının tam açılması göstərilib. ABŞ-nin İrandan münaqişənin nizamlanması ilə bağlı 10 maddədən ibarət təkliflər paketi aldığı bildirilir. Ağ Ev rəhbəri vurğulayıb ki, əgər razılaşma əldə olunmazsa, hərbi əməliyyatların yenidən başlanması qaçılmaz olacaq.

  • Semyon Slepakova qarşı cinayət işi açılıb

    Rusiyalı komik Semyon Slepakova qarşı cinayət işi açılıb.

    Bu barədə Moskva prokurorluğu məlumat yayıb.

    Bildirilir ki, o, sosial şəbəkə paylaşımları ilə “xarici agent” barədə qanunu pozmaqda ittiham olunur. Bu səbəbdən Slepakov barəsində cinayət işi başlanıb. Onu iki ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

    Qeyd edək ki, Semyon Slepakov rusiyalı və israilli yumorist, aktyor, ssenarist, prodüser və müəllif-ifaçıdır. O, 2019-cu ildə “Nika” kino mükafatına layiq görülüb və vaxtilə KVN-in “Pyatiqorsk yığması” komandasının kapitanı olub. Hazırda Rusiya hüdudlarından kənarda yaşayır.

  • Paşinyan yenidən Putinlə görüşəcək

    Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə iyunun ikinci yarısında yüksək səviyyəli görüş keçirmək barədə razılığa gəldiyini açıqlayıb.

    Bu barədə “Sputnik Armenia” məkumat yayıb.

    Qeyd olunur ki, Paşinyan hökumıtin bugünki iclasında yennidən Putinlə görüşəcəyini açıqlayıb:

    “İyunun ikinci yarısı da daxil olmaqla, yüksək səviyyəli görüş keçirmək barədə razılığa gəldik”.

    O, bir daha 1 apreldə Moskvaya səfərini “çox uğurlu” adlandırıb və əlavə edib ki, “hər kəs öz qiymətləndirmələrini verməkdə sərbəstdir”. Ermənistanın baş naziri Rusiya lideri ilə təmaslarının davam edəcəyini qeyd edib.
    //unikal.az

  • KİV: İran Hörmüz boğazından gündə 15 gəminin keçməsinə icazə verəcək

    İran Hörmüz boğazından gündə 15 gəminin keçməsinə icazə verəcək.

    Bu barədə Rusiyanın TASS agentliyi məlumat yayıb.

    Bildirilib ki, İran ABŞ ilə əldə etdiyi atəşkəs razılaşmasına əsasən, gündə 15 gəmidən çox olmayaraq Hörmüz boğazından keçməsinə icazə verəcək.

    İran və Oman arasında cəmi 34 kilometr (21 mil) enində olan boğaz, Körfəzdən Hind okeanına keçidi təmin edir və dünya neft tədarükünün təxminən beşdə birinin, eyni zamanda həyati əhəmiyyətli malların əsas marşrutudur.

    Fevralın sonunda münaqişənin başlamasından bəri İran tərəfindən əsasən bağlanıb və bu da qlobal neft qiymətlərinin kəskin şəkildə artmasına səbəb olub.

  • Günəşdə güclü partlayış baş verib

    Günəşdə M sinfindən olan partlayış qeydə alınıb.

    Median.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutundan məlumat verilib.

    “Aprelin 9-da Moskva vaxtı ilə saat 11:47-də (Bakı vaxtı ilə saat 12:47-də) rentgen diapazonunda M1.0 partlayışı qeydə alınıb”, – deyə məlumatda bildirilib.

    Qeyd edək ki, Günəşdə partlayışlar rentgen şüalanmasının gücündən asılı olaraq, beş sinfə bölünür: A, B, C, M və X. Minimum A0.0 sinfi Yerin orbitində bir kv.m-ə 10 nVt şüalanma gücünə uyğundur. Növbəti mərhələyə keçərkən güc 10 dəfə artır. Partlayışlar, adətən, Günəş plazmasının emissiyaları ilə müşayiət olunur ki, onların buludları Yerə çataraq maqnit qasırğaları yarada bilər.

  • Zelenski Putinlə görüşə hazır olduğunu açıqladı

    Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinlə görüşməyə hazır olduğunu bəyan edib.

    Zelenski bunu İtaliyanın RAI radiostansiyasına verdiyi müsahibədə bildirib.

    “Mən Putinlə görüşməyə hazıram. Əlbəttə, Moskvada və ya Kiyevdə deyil. O mənimlə görüşməyə hazırdırsa, bunun üçün kifayət qədər yer var. Biz Yaxın Şərqdə, Avropada, Birləşmiş Ştatlarda, harada olursa-olsun görüşə bilərik”, – o vurğulayıb.