Category: Dünya

  • Donald Trampın imzası ABŞ dollarının üzərində yerləşdiriləcək

    ABŞ-nin Maliyyə Nazirliyi ölkənin yaranmasının 250 illik yubileyi münasibətilə yeni planını təqdim edib. Belə ki, milli valyuta olan ABŞ dollarının üzərində hazırkı Prezident Donald Trampın və maliyyə naziri Skott Bessentin imzaları yerləşdiriləcək.

    Bu barədə TASS məlumat yayıb.

    S.Bessent mövzu ilə bağlı çıxışında qeyd edib ki, Prezident Donald Trampın və dövlətin tarixi uğurlarını yaddaşlarda saxlamaq üçün onun adını daşıyan ABŞ dollarlarının dövriyyəyə buraxılmasından daha təsirli vasitə mövcud deyil.

    Xatırladaq ki, 1776-cı ildə imzalanan İstiqlaliyyət Bəyannaməsi ilə ABŞ-nin Britaniya İmperiyasından asılılığına son qoyulub. Sözügedən sənəd Konqres tərəfindən 1776-cı il iyulun 2-də Pensilvaniya ştatına daxil olan Filadelfiya şəhərində qəbul olunub. İki gün ardınca Konqres bəyannamənin redaktə edilmiş variantını təsdiqləyərək çap edilməsi və xalqa paylanması barədə qərar qəbul edib. Məhz bu səbəbdən iyulun 4-ü ABŞ-nin yaranma günü kimi tarixə düşüb.

  • ABŞ-də nüvə sınaqlarının bərpasına çağırış edildi

    “ABŞ-nin nüvə sınaqlarını bərpa etmək imkanı olmalıdır”.

    Bunu ABŞ Silahlı Qüvvələrinin Strateji Komandanlığının rəhbəri admiral Riçard Korrell bildirib.

    “Biz elə bir vəziyyətdə olmaq istərdik ki, lazım gələrsə, hər hansı formada sınaqları bərpa edə bilək və müvafiq potensiala malik olaq. Eyni zamanda, digər ölkələri də nüvə sınaqlarını bərpa etməkdən, hər hansı formada belə sınaqlar keçirməkdən çəkindirə bilək”, – deyə o, ABŞ Konqresinin Silahlı Qüvvələr üzrə komitəsində keçirilən dinləmələrdə bildirib.

  • “Oskar” mükafatının təqdimetmə mərasimi Hollivuddan köçürüləcək

    “Oskar” mükafatının təqdimetmə mərasimi 2029-2039-cu illərdə Los-Ancelesin mərkəzində yerləşən “Peacock” teatrında keçiriləcək.

    Bu barədə təşkilatçı “Academy of Motion Picture Arts and Sciences” və məkanı idarə edən AEG şirkəti məlumat verib.

    Hazırda mərasim Los-Ancelesin Hollivud rayonunda yerləşən “Dolbi” teatrında keçirilir.

    Xatırladaq ki, martın 15-də Los-Ancelesdə 98-ci “Oskar” mükafatları təqdim olunub.

  • Yeni Qvineyada güclü zəlzələ oldu

    Sakit okeanın Yeni Qvineya adası sahillərində 5.9 maqnitudalı zəlzələ baş verib.

    Median.Az TASS-a istinadla xəbər verir ki, bununla bağlı Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

    Bildirilir ki, zəlzələnin episentri İndoneziyaya məxsus Cayapura şəhərindən 174 kilometr şimal-qərb istiqamətində, təkanların ocağı isə 63 kilometr dərinlikdə yerləşib.

    İndiyədək hər hansı dağıntı və ya insan itkisi barədə məlumat daxil olmayıb. Həmçinin, sunami təhlükəsi elan edilməyib.

  • Ermənistanda hərbi hissədə bıçaqlanma hadisəsi oldu, üç hərbçi yaralandı

    “Bu yaxınlarda Vardenisdəki hərbi hissədə hərbçilər arasında münaqişə bıçaqlanmaya çevrilib”.

    APA xəbər verir ki, bu barədə “Makaryan News” məlumat yayıb.

    Məlumata görə insident nəticəsində üç hərbçi yaralanıb və onlar xəstəxanaya yerləşdirilib.
    Ermənistanın Müdafiə Nazirliyi yaralı hərbçilərin həyatının təhlükə altında olmadığı və xəstəxanada nəzarəti altında olduqları barədə məlumat yayıb.

    Hadisənin hansı səbəbdən baş verməsi hələ ki, məlum deyil.

    İnsidentlə bağlı istintaq başladılıb, araşdırma aparılır.

  • Malayziya gəmilərinə Hörmüz boğazından keçməyə icazə verildi

    Malayziyanın Baş naziri Anvar İbrahim bildirib ki, İran, Misir, Türkiyə və regionun digər ölkələrinin liderləri ilə danışıqlar aparıb və artıq Malayziya gəmilərinə Hörmüz boğazından keçməyə icazə verilib.

    Bu barədə “The Straits Times” məlumat yayıb.

    “Hazırda Malayziya neft tankerlərinin keçidini təmin etməklə məşğuluq ki, yüklərin daşınmasında iştirak edən heyətlər evlərinə qayıda bilsinlər”, – deyə qəzet İbrahimin televiziya müraciətindən sitat gətirib.

    Baş nazir həmçinin İran Prezidenti Məsud Pezeşkiana tankerlərin buraxılmasına icazə verdiyinə görə təşəkkür edib. O bildirib ki, digər liderlərlə aparılan danışıqlar Yaxın Şərqdəki münaqişənin həlli yollarının tapılmasına yönəlib.

    “Lakin bu, asan deyil, çünki İran hesab edir ki, dəfələrlə aldadılıb. Ölkəsi üçün aydın və icrası məcburi təhlükəsizlik zəmanətləri olmadan sülh istiqamətində addımlar atmaq onun üçün çətindir”, – deyə baş nazir vurğulayıb.

    İbrahim qeyd edib ki, Hörmüz boğazının blokadası Malayziyaya da təsir edir və hakimiyyət orqanları neft və qaz tədarükündə yaranan fasilələrin nəticələrini azaltmaq üçün tədbirlər görür.

  • Malayziya gəmilərinə Hörmüz boğazından keçməyə icazə verildi

    Malayziyanın Baş naziri Anvar İbrahim bildirib ki, İran, Misir, Türkiyə və regionun digər ölkələrinin liderləri ilə danışıqlar aparıb və artıq Malayziya gəmilərinə Hörmüz boğazından keçməyə icazə verilib.

    Median.Az xəbər verir ki, bu barədə “The Straits Times” məlumat yayıb.

    “Hazırda Malayziya neft tankerlərinin keçidini təmin etməklə məşğuluq ki, yüklərin daşınmasında iştirak edən heyətlər evlərinə qayıda bilsinlər”, – deyə qəzet İbrahimin televiziya müraciətindən sitat gətirib.

    Baş nazir həmçinin İran Prezidenti Məsud Pezeşkiana tankerlərin buraxılmasına icazə verdiyinə görə təşəkkür edib. O bildirib ki, digər liderlərlə aparılan danışıqlar Yaxın Şərqdəki münaqişənin həlli yollarının tapılmasına yönəlib.

    “Lakin bu, asan deyil, çünki İran hesab edir ki, dəfələrlə aldadılıb. Ölkəsi üçün aydın və icrası məcburi təhlükəsizlik zəmanətləri olmadan sülh istiqamətində addımlar atmaq onun üçün çətindir”, – deyə baş nazir vurğulayıb.

    İbrahim qeyd edib ki, Hörmüz boğazının blokadası Malayziyaya da təsir edir və hakimiyyət orqanları neft və qaz tədarükündə yaranan fasilələrin nəticələrini azaltmaq üçün tədbirlər görür.

  • Zelenski Səudiyyə Ərəbistanına səfər edib

    Ukrayna Prezidenti Volodimir Zelenski Səudiyyə Ərəbistanına səfər edib.

    Median.Az xəbər verir ki, bu barədə Zelenski öz “Telegram” kanalında bildirib.

    “Mühüm görüşlər planlaşdırılıb. Biz dəstəyi qiymətləndiririk və təhlükəsizlik naminə bizimlə birlikdə işləməyə hazır olanları dəstəkləyirik”, – Ukrayna lideri detalları açıqlamadan yazıb.

    Daha əvvəl xəbər verilmişdi ki, Ukrayna Yaxın Şərq ölkələri ilə təhlükəsizlik sahəsində, xüsusən də pilotsuz uçuş aparatlarından müdafiənin gücləndirilməsi istiqamətində əməkdaşlıq etmək niyyətindədir.

  • “ABŞ İrana zərbələr endirməyə davam edəcək” – Tramp

    Tərəflərin münaqişənin sülh yolu ilə nizamlanması üzrə davam edən təmaslarına baxmayaraq, ABŞ İrana zərbələr endirməyə davam edəcək.

    Median.Az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ evdə öz kabinetinin iclasında bildirib.
     
    “İndi onların elə bir şansı var ki, bununla da İran nüvə ambisiyalarından tamamilə imtina edəcək və yeni bir yol müəyyənləşdirəcək. Biz onların bunu etmək istəyib-istəmədiklərini görəcəyik. Əks halda, biz onların ən pis kabusu olacağıq. Hələlik isə sadəcə onları maneəsiz şəkildə partlatmağa davam edəcəyik, heç nə bizi dayandıra bilməyəcək”, – deyə o qeyd edib.
     
    Xatırladaq ki, ABŞ və İsrailin 28 fevralda İrana qarşı birgə əməliyyat başlatmasından qısa müddət sonra İsrail Müdafiə Qüvvələri ilə “Hizbullah” arasında silahlı qarşıdurma yenidən başladı. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən hərbi bazalarına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb. Həmin gün İranın ali dini rəhbəri Əli Xamenei ABŞ və İsrailin hücumları nəticəsində öldürülüb.

  • Yaponiyada güclü zəlzələ baş verdi

    Yaponiyanın Honşu adasının şərq sahilləri yaxınlığında, Sakit okean akvatoriyasında 6.2 bal gücündə zəlzələ qeydə alınıb.

    Median.Az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Altay-Sayan filialı məlumat yayıb.

    Filialın operativ məlumatına görə, zəlzələ bu gün Bakı vaxtı ilə saat 18:19-da baş verib. Episentr İvate prefekturasının Miyako şəhərindən 165 km şərqdə yerləşib.

    Episentrdə təkanların intensivliyi “dağıdıcı” kimi qiymətləndirilib.

    ABŞ Geoloji Xidməti isə zəlzələnin maqnitudasını 6.5 olaraq qiymətləndirib. Amerika seysmoloqlarının məlumatına görə, zəlzələnin ocağı 9.5 km dərinlikdə yerləşib.