Category: Dünya

  • Çexiya səfiri Rusiya XİN-ə çağırıldı – “Rus Evi”nə görə

    Çexiyanın Rusiyadakı səfiri Daniel Koştoval Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

    “Qafqazinfo” RBC-ya istinadən xəbər verir ki, buna səbəb Praqada yerləşən “Rus Evi”nə hücum olub.

    Məlumata görə, Rusiya qarşı tərəfdən hadisənin araşdırılmasını tələb edib, səfirə etiraz notası təqdim edilib.

    “Çexiya tərəfindən bu cinayətin operativ şəkildə araşdırılmasını, günahkarların tapılıb cəzalandırılmasını, habelə Praqadakı Rusiya nümayəndəliklərinin obyektlərinin təhlükəsizliyinin təmin edilməsi üçün zəruri tədbirlərin görülməsini tələb edirik”, – deyə XİN-in etirazında bildirilir.

    Qeyd edək ki, hadisə ötən gün baş verib. Naməlum şəxslər Praqada yerləşən Rus Evinin binasına altı “Molotov kokteyli” atıblar. “Kokteyl”lərdən üçü partlayaraq binanın fasadını zədələyib. Daha üç şüşə isə binanın ikinci mərtəbədəki kitabxana otağına düşsə də, onların heç biri partlamayıb.

  • ABŞ senatorları Macarıstana qarşı sanksiyalar hazırlayır

    ABŞ-da iki partiyadan olan senatorlar Ukraynaya yardımın bloklanmasında iştirak edən yüksək vəzifəli macar rəsmilərə qarşı sanksiyaların tətbiqini nəzərdə tutan qanun layihəsi hazırlayırlar.

    Qaynarinfo xəbər verir ki, “Financial Times” nəşrinin yazdığına görə, “Block Putin act” adlı sənəd qəbul edilərsə, ABŞ prezidenti Donald Tramp Macarıstan hökumət nümayəndələrinə qarşı maliyyə sanksiyaları və viza məhdudiyyətləri tətbiq etməyə məcbur olacaq.

    Sanksiyalar Macarıstanın Rusiya nefti və qazını almaqda iştirak edən, eləcə də Ukraynaya dəstəyin qarşısını almağa çalışan rəsmiləri hədəf alacaq.

    Qanun layihəsi Macarıstanın baş naziri Viktor Orbanın Ukraynaya ayrılması nəzərdə tutulan 90 milyard avroluq Aİ kreditini ləngitdiyi bir vaxta təsadüf edir. Nəşr qeyd edir ki, Orban bunu qarşıdan gələn parlament seçkiləri ərəfəsində apardığı sərt seçki kampaniyası fonunda edir.

    Layihəni NATO üzrə Senat müşahidə qrupunun həmsədrləri – demokrat Cin Şahin və respublikaçı Tom Tillis təqdim etməyi planlaşdırır. Hər iki senator Avropanın Rusiya enerji resurslarından asılılığını dəfələrlə tənqid edib. 2022-ci ildə Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsindən sonra Avropanın böyük hissəsi bu asılılığı azaltmağa çalışsa da, Macarıstan və Slovakiya əksinə, Rusiyadan enerji idxalını artırıb.

    Tom Tillis bildirib ki, ABŞ və müttəfiqləri Ukraynaya dəstək məsələsində birlik nümayiş etdirməli və Rusiyanın müharibəni maliyyələşdirən gəlir axınlarını kəsməlidir.

    Onun sözlərinə görə, qanun layihəsi Macarıstan üçün də aydın seçim yaradır: Rusiya enerjisindən asılılığı azaltmaq və Ukraynaya dəstəyin qarşısını almaqdan imtina etməklə müttəfiqlərlə eyni mövqeyə qayıtmaq.

    Cin Şahin isə qeyd edib ki, ABŞ vitse-prezidenti Cey Di Vensin seçki öncəsi Macarıstana səfər edərək “korrupsiyalaşmış hökumətə” dəstək verməsi planları narahatlıq doğurur.

    Qanun layihəsinin detalları

    Məlumata görə, sənəd layihəsində Viktor Orbanın adı birbaşa sanksiya obyekti kimi göstərilmir. ABŞ Konqresindəki mənbələr bildirir ki, hansı macar rəsmilərin sanksiyaya məruz qalacağını müəyyənləşdirmək Tramp administrasiyasının səlahiyyətində olacaq.

    Materialda həmçinin qeyd olunur ki, Viktor Orban və onun xarici işlər naziri Peter Siyarto uzun müddətdir Rusiya ilə yaxın münasibətlər qurmağa çalışır. Siyarto 2022-ci ildən bəri Rusiyanın xarici işlər naziri Sergey Lavrovla 20-dən çox dəfə görüşüb.

    Macarıstan–Ukrayna münasibətləri

    Daha əvvəl Macarıstan hökuməti iyul ayından etibarən Ukraynaya təbii qaz tranzitini dayandırmaq qərarı vermişdi. Ekspertlər bu addımın ciddi hüquqi problemlər yarada biləcəyini bildirirlər.

    Eyni zamanda Avropa İttifaqı Ukraynaya yardımın bloklanması səbəbindən Macarıstan üçün nəzərdə tutulan milyardlarla avronu dondurub. Avropa Komissiyası Viktor Orbanın “sadiq əməkdaşlıq” prinsipini pozduğunu və Ukraynaya maliyyə dəstəyinə mane olduğunu vurğulayır.

  • “İrana zərbələr gücləndiriləcək” – İsrailin müdafiə naziri

    İranın mülki əhaliyə raket hücumlarına cavab olaraq İrana qarşı zərbələr gücləndiriləcək və genişləndiriləcək.

    Bu barədə İsrailin müdafiə naziri İsrael Katz bildirib.

    “Baş nazir Benyamin Netanyahu və mən İran terrorçu rejimini İsrail vətəndaşlarına qarşı raket hücumlarını dayandırması barədə xəbərdar etdik. Xəbərdarlıqlara baxmayaraq, raket hücumları davam edir və buna görə də İsrail Müdafiə Qüvvələrinin İrana zərbələri gücləndiriləcək və rejimin İsrail vətəndaşlarına qarşı silah istehsalına və istifadəsinə kömək edən əlavə hədəfləri və əraziləri əhatə edəcək şəkildə genişləndiriləcək. Onlar bu müharibə cinayətinin bədəlini ağır şəkildə ödəyəcəklər”, – deyə İsrael Katz qeyd edib.
    //unikal.az

  • Bu ölkədə stasionar telefonlara maraq yenidən artır

    Rusiyada etibarlı rabitə kanallarına artan tələbat fonunda stasionar telefonların quraşdırılması üzrə müraciətlərin sayında artım qeydə alınır.

    “Rostelecom”un prezidenti Mixail Oseyevskinin jurnalistlər açıqlamasına görə, şirkət xüsusilə də mobil rabitədə vaxtaşırı fasilələrin yarandığı iri şəhərlərdə stasionar rabitəyə qoşulmağa marağın nəzərəçarpacaq dərəcədə artdığını müşahidə edir.

    O, bunu Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqının Moskvada keçirilən qurultayının kuluarlarında deyib. Onun sözlərinə görə, istifadəçilər getdikcə daha çox simli rabitəni hər bir evdə olmalı olan zəmanətli və keyfiyyətli ünsiyyət vasitəsi kimi qiymətləndirirlər.

    O qeyd edib ki, dəqiq artım göstəriciləri hələ açıqlanmır, lakin tələbat davamlı olaraq qeydə alınır və Rusiyanın müxtəlif regionlarını əhatə edir.

  • Məhkəmə rusiyalı nazirin barəsində həbs qərarı verdi

    Rusiyanın Stavropol diyarının məhkəməsi vəzifə səlahiyyətlərini aşmaqda ittiham olunan bölgənin energetika, sənaye və rabitə naziri olmuş İvan Kovalyovun barəsində həbs qətimkan tədbiri seçib.

    Median.Az-ın “İnterfaks” nəşrinə istinadən xəbərinə görə, bu barədə məhkəmənin mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, nazir mayın 24-nə qədər həbsdə saxlanılacaq.

    İstintaqın versiyasına görə, nazir öz müavini ilə əlbir olaraq dövlət mülkiyyətində olan daşınmaz əmlakın icarəyə verilməsini təsdiqləyən qanunsuz əmr verib. Daha sonra bir təşkilatla icarə müqaviləsinin bağlanmasını təşkil edib.

    “İstintaq hesab edir ki, vəzifəli şəxsin və onun müavininin hərəkətləri vətəndaşların və təşkilatların hüquqlarının, qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olub”, – deyə mənbə nəşrə bildirib.

    Xatırladaq ki, daha əvvəl Stavropol diyarının energetika, sənaye və rabitə naziri İvan Kovalyovun saxlanıldığı barədə məlumat verilmişdi. Onun barəsində Rusiya Cinayət Məcəlləsinin 286-cı maddəsinin 3-cü hissəsi (vəzifə səlahiyyətlərini aşma) maddəsi üzrə cinayət işi açılıb. Bu maddəyə əsasən, ən yüksək cəza 10 ilə qədər həbsdir.

    İvan Kovalyov 2021-ci ildən Stavropol Sənaye və Ticarət Nazirliyinin rəhbəri olub. Bundan əvvəl o, nazirin birinci müavini vəzifəsində, daha öncələr tikinti və yanacaq-enerji şirkətlərində çalışıb.
    //oxu.az

  • Raket zərbələrindən sonra Təbrizdəki dağıntıların görüntüləri – Video

    İsrail və ABŞ-nin raket zərbələrindən sonra İranın Təbriz şəhərindəki genişmiqyaslı dağıntıların görüntüləri yayılıb.

    Bu barədə Oxu.Az İsrail və İran KİV-lərinə istinadən xəbər verir.

    Bombardmanın ardından şəhərin durumu sosial şəbəkələrdə dərc edilib.

    İsrail və ABŞ-nin raket zərbələrindən sonra İranın Təbriz şəhərindəki genişmiqyaslı dağıntıların görüntüləri yayılıb.

    Bu barədə Oxu.Az İsrail və İran KİV-lərinə istinadən xəbər verir.

    Bombardmanın ardından şəhərin durumu sosial şəbəkələrdə dərc edilib.

  • Qazaxıstan Rusiya ilə sərhəddəki keçid məntəqəsini bağladı

    Bersuat çayında baş verən daşqınlarla əlaqədar olaraq Qazaxıstan Rusiya sərhədində yerləşən Jelkuar buraxılış məntəqəsinin fəaliyyətini müvəqqəti olaraq dayandırıb.

    Bu barədə “Rosqranstroy” Federal Dövlət Büdcə Müəssisəsi rəsmi “Telegram” kanalında açıqlama yayıb.

    “Qazaxıstan ərazisində Bersuat çayının səviyyəsinin qalxması və daşması nəticəsində 27 mart 2026-cı il tarixindən etibarən qonşu Jelkuar buraxılış məntəqəsindən (Rusiya istiqamətində Mariinski) vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkəti müvəqqəti dayandırılıb”, – deyə xəbərdə qeyd olunub.

    Eyni zamanda, Çelyabinsk vilayəti istiqamətində sərhədin Rusiya hissəsindəki Mariinski buraxılış məntəqəsi vasitəsilə də gediş-gəlişin dayandırıldığı diqqətə çatdırılıb. Bu səbəbdən aidiyyəti qurum vətəndaşlara Rusiya-Qazaxıstan sərhədindən keçidi planlaşdırarkən tətbiq edilən bu məhdudiyyətləri mütləq nəzərə almağı məsləhət görür.

  • Təl-Əvivdə hava həyəcanı siqnalı işə salındı, səmada partlayış səsləri eşidildi

    Təl-Əvivdə hava həyəcanı siqnalı işə salınıb, səmada partlayış səsləri eşidilib

    Bu barədə İsrail KİV-i məlumat yayıb.

    İsrail Müdafiə Qüvvələri İrandan raket buraxılışlarının qeydə alındığını bildirib. Bu, günün əvvəlindən İran tərəfindən İsrailə doğru dördüncü raket hücumudur.

    Raketlərin düşməsi və ya xəsarət alanlar barədə məlumat daxil olmayıb.

    İsrailin raket hücumları barədə xəbərdarlıq sisteminin məlumatına görə, həyəcan siqnalı ölkənin mərkəzi hissəsinin onlarla şəhərində, eləcə də İsrailin cənubunda aktivləşdirilib.

    Baba Əl-Bekay azad edilmiş ərazilərdə bərpa işlərinin heyranedici tempini qeyd edib. Onun sözlərinə görə, hələ bir neçə il əvvəl burada demək olar ki, infrastruktur yox idi, bu gün isə müasir şəhərlər tikilib. “Hökumətin bu inanılmaz səyləri möhtəşəm nəticə verib”, – o vurğulayıb.

    Səyyah əlavə edib ki, öz təcrübəsini mütləq vətənindəki ailəsi və dostları ilə bölüşəcək, gələcəkdə isə Qarabağa qayıtmağı planlaşdırır. “Bu, mütləq ziyarət edilməli olan bir yerdir”, – o vurğulayıb.

  • SEPAH İsrailin mərkəzinə raket və dron zərbələri endirib – 83-cü hücum dalğası

    İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailin mərkəzində yerləşən Modiin şəhəri ətrafındakı hərbi hədəflərə pilotsuz uçuş aparatları (PUA) və raketlərlə zərbələr endirib.

    Median.Az TASS-a istinadən məlumat verir ki, bununla bağlı qurumun rəsmi bəyanat verib.

    Məlumatda vurğulanır ki, İran silahlı qüvvələri İsrailə qarşı sayca 83-cü hücum dalğasına start verib.

    İsrail hərbi mövqelərinə dəyən zərərin nəticələri və əməliyyatın effektivliyi haqqında hələlik dəqiq məlumat açıqlanmayıb.

  • İranın Qum və Urmiya şəhərlərinə raket zərbələri: Ölənlər var

    İranın mərkəzində yerləşən Qum şəhərində yaşayış məntəqəsinə edilən hava hücumu zamanı ən azı altı dinc sakin həlak olub.

    Median.Az-ın “Fars” agentliyinə istinadən xəbərinə görə, bu barədə Qum əyaləti rəhbərinin nümayəndəsi məlumat verir.

    O əlavə edib ki, bombardmana məruz qalan Pardisan rayonunda üç yaşayış binasına ciddi ziyan dəyib. Yaralıların sayı hələlik məlum deyil.

    Həmçinin İranın şimal-qərbində yerləşən Urmiya şəhəri də ötən gecə bombardman edilib, nəticədə bir neçə nəfər həlak olub və yaralanıb.