Category: Dünya

  • Rusiya Ukraynaya kütləvi hava zərbələri endirdi – Ölənlər və xəsarət alanlar var

    Rusiya ordusu martın 24-nə keçən gecə Ukraynanın bir sıra bölgələrinə kütləvi hava zərbəsi endirib.

    Median.Az xəbər verir ki, paytaxt Kiyev şəhərində də gecə saatlarında partlayış səsləri eşidilib, hava hücumundan müdafiə sistemi işə düşüb. Hava hücumu zamanı dron, ballistik və qanadlı raketlərdən istifadə edilib. Zaporojyeyə 6 dron və 5 raketlə zərbə endirilib. Nəticədə 20 çoxmərtəbəli bina, fərdi ev və yanacaqdoldurma məntəqəsi zədələnib, 1 nəfər ölüb, 9 nəfər yaralanıb.

    Poltavaya endirilən hava zərbələri nəticəsində hotel və evlər zədələnib. Böyük yanğınlar, qatar gecikmələri var. 2 nəfər ölüb, 11 nəfər yaralanıb.

    Xarkov vilayətində dron şəhərətrafı qatar vaqonuna dəyib, 61 yaşlı sərnişin ölüb.

    Xersonda şəhər mərkəzi atəşə tutulub, fərdi evlər və qaraj dağılıb. Dağıntılar altında qalan 1 nəfər ölüb, 2 nəfər yaralanıb.

    Sumı və İvano-Frankovsk vilayətlərində də partlayış səsləri eşidilib.

    “Unikal”

  • İki ay əvvəl Bakıya gələn senator ABŞ-də NAZİR SEÇİLDİ

    ABŞ senatı Markveyn Mallini daxili təhlükəsizlik naziri vəzifəsinə təsdiqləyib.

    Bu barədə Gazeta.ru məlumat yayıb.

    Səsvermənin nəticələrinə əsasən, Mallinin namizədliyini 54 senator dəstəkləyib, 45 senator isə əleyhinə səs verib. Təsdiq üçün sadə səs çoxluğu kifayət edib.

    Məlumata görə 49 yaşlı respublikaçı M.Mallin Senatda Oklahoma ştatını təmsil edir.

    Xatırladaq ki, martın 5-də ABŞ-nin daxili təhlükəsizlik naziri Kristi Noem vəzifəsindən uzaqlaşdırılıb. “New York Post” qəzetinin məlumatına görə, vəzifədən azad edilmə katibin ofis romantikası ilə bağlıdır. Bundan əvvəl ABŞ administrasiyası Minnesota ştatında artan gərginlik səbəbindən Noemin fəaliyyətini nəzərdən keçirməyə başlayıb.

    Qeyd edək ki, bu ilin yanvarın 4-də ABŞ nümayəndə heyəti Bakıda səfərdə olub. Nümayəndə heyətinə ABŞ Senatının Silahlı Qüvvələr Komitəsinin üzvü, Oklahomadan respublikaçı senator Markveyn Mallin də daxil idi.

  • Hamiləlik müddətində Daun sindromu riskini azaldan məhsul açıqlanıb

    “Sardina hamiləliyin erkən mərhələlərində uşaqda Daun sindromu riskini azaltmağa kömək edir”.

    Bu barədə rusiyalı mama-ginekoloq Anastasiya Semyonenko Gazeta.Ru-ya bildirib.

    “Daun sindromunun genetik bir xəstəlik olmasına baxmayaraq, onun yaranması riskinin qarşısını almaq mümkündür. Yumurta sağlamlığı mayalanmadan çox əvvəl müəyyən edilir. “Omeqa-3″dən hazırlanmış yüksəkkeyfiyyətli membranlar hamiləliyin ən erkən mərhələlərində təsadüfi xromosom anomaliyaları riskini azaldır. Sardina yağ turşularının ən asanlıqla əldə edilə bilən mənbələrindən biridir. Bu balığın 100 qramı bu qida maddəsinin gündəlik tövsiyə olunan dəyərinin 100%-dən çoxunu ehtiva edir”, – deyə həkim bildirib.

    Ginekoloq qeyd edib ki, 100 qram sardinanın tərkibində 4.8 mkq D vitamini də var ki, bu da gündəlik tövsiyə olunan qəbulun üçdəbirindən çoxdur. Onun sözlərinə görə, “Omeqa-3” ilə birləşdirildikdə bu qida maddələri güclü bir komanda yaradır: biri anormal hüceyrə bölünməsinin qarşısını alır, digəri isə hüceyrələrin düzgün inkişafına kömək edir.

    Həkim izah edib ki, D vitamini hüceyrə bölünmə proseslərində iştirak edir və immun reaksiyasını tənzimləyir, iltihabı yatırır və hüceyrə bölünməsini tənzimləyir. Semyonenko xroniki iltihabın sağlam hamiləliyin və doğulmamış körpənin sağlamlığının bir nömrəli düşməni olduğunu vurğulayıb.

    Bundan başqa, həkim balığın ananın pəhrizinin vacib bir hissəsi olmalı olduğunu və onu həftədə cəmi 2-3 dəfə istehlak etməyin kifayət etdiyini vurğulayıb.
    //oxu.az

  • “F-35” pilotu İrana qarşı əməliyyat zamanı qəlpə yaraları alıb

    Martın 19-da İran səmasında “F-35” qırıcısının vurulması nəticəsində ABŞ Hərbi Hava Qüvvələrinin pilotu qəlpə yaraları alıb.

    Bu barədə “Air And Space Forces Magazine” nəşri məlumatlı mənbələrə istinadən məlumat verib.

    Mənbələrin məlumatına görə, ABŞ-nin beşinci nəsil stels qırıcısı “F-35” böyük ehtimalla, döyüş uçuşu yerinə yetirərkən İran raketi tərəfindən vurulub.

    Hadisədən sonra pilot təyyarəni Yaxın Şərqdəki aviabazalardan birinə endirməyə nail olub.

  • KİV: Tramp GİZLİCƏ İranın yeni ali liderini seçib

    ABŞ İran parlamentinin sədri Məhəmməd Baqir Qalibafı bu ölkənin yeni ali lideri postuna namizəd kimi nəzərdən keçirir.

    Bu barədə “Politico” nəşri mənbələrinə istinadən məlumat yayıb.

    “Ağ Evdə bəzi rəsmilərin fikrincə, Qalibaf İrana rəhbərlik etməyə və müharibənin növbəti mərhələsində Tramp Administrasiyası ilə danışıqlar aparmağa qadir perspektivli tərəfdaşdır”, – deyə xəbərdə bildirilib.

    Lakin qeyd olunur ki, Vaşinqton hələlik hər hansı konkret namizədin xeyrinə seçim etməyə hazır deyil. ABŞ hökuməti razılaşma bağlamağa razı olacaq şəxsi tapmaq üçün bir neçə iddiaçını nəzərdən keçirmək istəyir.

    Mənbələrdən birinin sözlərinə görə, yekun qərar hələ qəbul edilməsə də, Qalibaf ən perspektivli namizədlərdən sayılır.

    Martın 23-də bir neçə media orqanının İran-ABŞ danışıqlarında potensial iştirakçı adlandırdığı Qalibaf Tehran və Vaşinqton arasında münaqişənin həlli ilə bağlı əlaqələrini təkzib etmişdi.

    Dünən bir neçə KİV İranın ABŞ ilə danışıqlarının ehtimal olunan iştirakçısı hesab etdiyi Qalibafın Tehranla Vaşinqton arasında münaqişənin həlli üzrə əlaqələrini təkzib etmişdi.

    Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.

    İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

    Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.

    İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.

    Həmçinin Hörmüz boğazından gəmilərin keçidində ciddi problemlər yaranıb.

  • İran XİN ABŞ ilə danışıqlar barədə məlumatları şərh edib

    “İran hökuməti ABŞ ilə heç bir danışıq aparmayıb, vasitəçilərin müvafiq təkliflərinə öz mövqeyini bildirib”.

    Median.Az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai IRNA agentliyinə bildirib.

    “Son bir neçə gün ərzində bəzi dost ölkələrdən ABŞ-nin müharibəni dayandırmaq üzrə danışıqlar aparmaq xahişi ilə bağlı müraciətlər daxil olub ki, onlara da ölkənin prinsipial mövqelərinə uyğun olaraq müvafiq cavab verilib”, – deyə o vurğulayıb.

    Bəqai son 24 gün ərzində ABŞ ilə hər hansı bir danışıq və müzakirə aparıldığı barədə məlumatı təkzib edərək, İranın Hörmüz boğazı və atəşkəs şərtləri ilə bağlı mövqeyinin dəyişmədiyini bildirib.

  • Putin azərbaycanlı alimi təltif etdi

    Rusiya Prezidenti Vladimir Putin azərbaycanlı alim, geologiya və minerologiya elmləri doktoru Vaqif Kərimovu təltif edib.

    Median.Az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

    Putinin imzaladığı Fərmanla Vaqif Yunus oğlu Kərimova “Rusiya Federasiyasının Əməkdar elm xadimi” fəxri adı verilib.

    Qeyd edək ki, V.Kərimov 1949-cu ildə Bakıda anadan olub. O, uzun illərdir Rusiyada geologiya və neft-qaz kəşfiyyatı sahələrində çalışır.

  • Tramp: “Hörmüz boğazına İranla birgə nəzarət edəcəyik”

    “Vaşinqton və Tehran mövcud təmaslarında razılığa gəlsələr, Hörmüz boğazı dərhal açılacaq”.

    Median.Az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazındakı vəziyyət barədə jurnalistlərin sualını cavablandırarkən bildirib.

    Onun sözlərinə görə, hadisələr bu cür inkişaf edərsə, boğazdakı vəziyyətə birgə nəzarət olunacaq.

  • Tramp: İran razılaşmaya hazırdır, Tehran kompromisə getmək niyyətindədir

    İran razılaşmaya hazırdır və danışıqlar müsbət istiqamətdə davam edir.

    Sky News-un məlumatına görə, bunu ABŞ Prezidenti Donald Tramp bildirib.

    Onun sözlərinə görə, Tehran artıq kompromisə getmək niyyətindədir.

    “Onlar razılaşmaq istəyirlər və razılaşma üçün çox yaxşı şans var. Mənim bütün həyatım danışıqlarla keçib, amma İranla uzun müddətdir danışıqlar aparırıq. Bu dəfə onlar ciddi yanaşırlar”, – deyə Tramp qeyd edib.

    ABŞ lideri bildirib ki, tərəflər arasında son günlər fəal müzakirələr aparılır:

    “Hazırda çox yaxşı danışıqlar gedir. Onlar sülh istəyirlər. Nüvə silahına sahib olmayacaqlarını qəbul ediblər. Amma görəcəyik, bunu reallaşdırmaq lazımdır”.

  • SEPAH-ın Tehrandakı əsas qərargahı vuruldu

    İsrail ordusu SEPAH-ın Tehranın mərkəzindəki əsas qərargahına zərbələr endirib.

    Median.Az xəbər verir ki, bu barədə İsrail ordusundan məlumat verilib.