Category: Dünya

  • Bu şəxslər İranla danışıqlar aparıblar

    ABŞ prezidenti Donald Tramp jurnalistlərə bildirib ki, iş adamı Cared Kuşner və ABŞ prezidentinin xüsusi elçisi Stiv Vitkoff ABŞ-İran danışıqlarında iştirak ediblər.

    O, bu barədə “Fox News”a danışıb.

    Bu gün Tramp ABŞ-nin İranla yaxşı və məhsuldar danışıqlar apardığını və daha çox görüş keçirdiyi müddətdə orduya İslam Respublikasının elektrik stansiyalarına və enerji infrastrukturuna edilən hər hansı bir hücumu beş gün təxirə salmağı əmr edəcəyini bildirib.

    “Biz (İranla – red.) çox ciddi danışıqlar apardıq. Onları həm cənab Vitkoff, həm də cənab Kuşner apardı”, – deyə Amerika lideri bildirib.

  • “OnlyFans”ın sahibi 43 yaşında öldü

    “OnlyFans”ın sahibi Leonid Radvinski 43 yaşında vəfat edib.

    Bu barədə “Bloomberg” şirkəti məlumat yayıb.

    “Biz Leo Radvinskinin vəfatı xəbərindən dərindən kədərlənirik. Leo xərçəng xəstəliyi ilə uzun mübarizədən sonra dünyasını dəyişib”, – deyə xəbərdə bildirilib.

    Radvinski 1982-ci ildə Odessada anadan olub. Sonra ailəsi ABŞ-yə köçüb və o, orada böyüyüb.

    O, “OnlyFans”ı 2018-ci ildə əldə edib və platformanı “Fenix International” şirkəti vasitəsilə idarə edib.

    “Reuters”in məlumatına görə, Radvinski yeganə səhmdar olub və son illər ərzində biznesdən 1 milyard dollardan çox qazanc əldə edib.

  • Qırğızıstanın DİN rəhbəri siqaret çəkdiyinə görə cərimələndi

    Qırğızıstanın daxili işlər naziri Ulan Niyazbekov ictimai yerdə siqaret çəkdiyinə görə cərimələnib.

    “Unikal” xəbər verir ki, bu barədə Departamentin mətbuat xidməti məlumat yayıb.

    Bildirilir ki, bu yaxınlarda “Instagram”da Niyazbekovun Bişkek Dram Teatrının yaxınlığında siqaret çəkdiyini göstərən video yayılıb.

    Qanun pozuntusuna görə Daxili İşlər Nazirliyinin rəhbəri 3000 som (təxminən 56 AZN) məbləğində cərimə ödəyib.

    Agentlik qeyd edir ki, “Qırğızıstan Respublikası qanunvericiliyinin tələbləri, vəzifəsindən asılı olmayaraq, istisnasız olaraq hər kəs üçün məcburidir”.

  • Müctəba Xameneiyə nə olub? – Ali liderin səssizliyi ətrafında söz-söhbətlər böyüyür

    “İranın yeni Ali Lideri Müctəba Xamenei yaralı, təcrid olunmuş vəziyyətdədir və mesajlara cavab vermir”.

    Bunu “The Washington Post” qəzeti ABŞ və İsrail təhlükəsizlik rəsmilərinə istinadən yazıb.

    Bildirilir ki, regiondakı gərginlik fonunda İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) qalan ruhaniləri və liderləri ölkədə güc və nəzarətlərini möhkəmləndiriblər.

    Qeyd edək ki, martın 8-də ölkənin yeni ali lideri seçilən İranın sabiq ali lideri Əli Xameneinin ikinci oğlu Müctəba Xamenei İsrail və ABŞ-nin İrana birgə hücumları nəticəsində yaralanıb. İran Xarici İşlər Nazirliyinin (XİN) nümayəndəsi İsmayıl Bəqai İtaliyanın “Corriere della Sera” qəzetinə müsahibəsində məlumatı təsdiqləyib. Bildirib ki, İranın yeni Ali Lideri Müctəba Xamenei yaralanıb, lakin özünü yaxşı hiss edir.

    Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.

    İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

    Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.

    İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.

    Həmçinin Hörmüz boğazından gəmilərin keçidində ciddi problemlər yaranıb.

    //oxu.az

  • Kim Çen In Rusiyaya gedəcək

    Şimali Koreya lideri Kim Çen In Rusiyaya səfərə hazırlaşır.

    Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

    Kreml sözçüsünün sözlərinə görə, səfərin tarixləri açıqlanmayıb, hazırda diplomatik kanallar vasitəsilə danışıqlar aparılır.

    Qeyd edək ki, KXDR Ali Xalq Məclisi özünün ilk iclasında Kim Çen Inı yenidən Dövlət İşləri Komissiyasının sədri seçib.

  • İrandan ABŞ-yə Hörmüz boğazı ilə bağlı SƏRT XƏBƏRDARLIQ

    ABŞ-nin İran sahillərində və ya adalarında quru əməliyyatı keçirməsi halında İran Fars körfəzindəki bütün dəniz yollarını minalayacaq.

    Median.Az “Fars” agentliyinə istinadən xəbər verir ki, bu barədə İslam Respublikasının Müdafiə Şurası məlumat verib.

    “Düşmənin İran sahillərinə və ya adalarına müdaxilə etmək cəhdi Fars körfəzində və sahil boyunca bütün dəniz yollarının, rabitə xətlərinin üzən sursatlar da daxil olmaqla müxtəlif növ dəniz minaları ilə minalanmasına səbəb olacaq”, – deyə agentlik bəyanatdan bir hissəni sitat gətirib.

    Bəyanatda, həmçinin qeyd olunur ki, İrana düşmən olmayan istənilən ölkə Tehranla koordinasiyalı şəkildə Hörmüz boğazından keçə bilər:

    “Düşmən olmayan ölkələrin Hörmüz boğazından keçməsinin yeganə yolu İranla koordinasiyadır”, – deyə açıqlamada qeyd olunub.

  • Böyrək xəstəlikləri üçün gözlənilməz risk faktoru açıqlanıb

    Pekin Universitetinin alimləri müəyyən ediblər ki, xroniki böyrək xəstəliklərinin və böyrək çatışmazlığının terminal mərhələsinin yayılmasının artması ortaillik temperaturun yüksəlməsi ilə əlaqəlidir.

    Tədqiqatın nəticələri “Clinical Journal of the American Society of Nephrology” jurnalında dərc olunub.

    Tədqiqatçılar ABŞ-nin müxtəlif bölkrgələrində iqlim şəraitinin böyrək xəstəlikləri ilə əlaqəsini araşdırıblar. Bunun üçün onlar 65 yaşdan yuxarı insanlar arasında diaqnoz qoyulmuş xroniki böyrək xəstəliyi (2005-2019-cu illər) haqqında “Medicare” proqramının məlumatlarından, həmçinin son mərhələ böyrək xəstəliyi statistikasından (2010-2019-cu illər) istifadə ediblər .

    Xroniki böyrək xəstəliyi (XBX) böyrəklərin qanı süzmək və orqanizmdən artıq maye ilə maddələr mübadiləsinin tullantılarını xaric etmək qabiliyyətini tədricən itirdiyi haldır.

    Təhlil göstərib ki, diaqnoz qoyulmuş XBX-nin yayılmasının təxminən 0.23 faiz bəndi artması, həmçinin 100 min nəfərə düşən son mərhələ böyrək xəstəliyi hallarının sayının artması ortaillik temperaturun 1°C yüksəlməsi ilə əlaqələndirilir.

    Bundan əlavə, anormal istilik dövrlərində temperaturla böyrək funksiyasının pisləşməsi arasında əlaqə daha da güclənib. Temperatur həddi nə qədər yüksək idisə və istilik nə qədər uzun davam edirdisə, risk bir o qədər nəzərəçarpacaq dərəcədə artırdı.

    Tədqiqat müəlliflərinin fikrincə, əldə olunan nəticələr ətraf mühit amillərinin böyrək sağlamlığında mühüm rol oynadığını göstərir. İqlim risklərinin nəzərə alınması profilaktik tədbirlərin hazırlanmasına və ən həssas icmalarda böyrək xəstəliklərinin yayılmasının azaldılmasına kömək edə bilər.

  • İran su təchizatı sisteminə kiberhücum iddialarını təkzib edib

    İranda supaylama və təchizat sisteminə qarşı kiberhücumun həyata keçirildiyinə dair məlumatlar yayılıb.

    Bu barədə ISNA agentliyi xəbər verib.

    İranın Energetika Nazirliyi isə ölkənin su infrastrukturuna kiberhücum olunması barədə yayılan məlumatları təkzib edib.

    Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.

    İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

    Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.

    İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.

  • İsrailin daha bir F16 qırıcısı vuruldu

    İsrailə məxsus F16 qırıcısı SEPAH-ın Aerokosmik Qüvvələrinin hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub.

    Bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun İctimaiyyətlə Əlaqələr şöbəsi açıqlayıb.

    Qeyd olunub ki, müharibənin ilk 3 həftəsində dronlar, qanadlı raketlər, tankerlər və ultra-inkişaf etmiş düşmən qırıcıları da daxil olmaqla 200-dən çox vasitə uğurla vurulub.

  • İran İraqa təbii qaz ixracını yenidən bərpa etdi

    İran 2026-cı il martın 18-dən dayandırılan İraqa təbii qaz ixracını bərpa edib.

    Median.Az INA-ya istinadən xəbər verir ki, bu barədə İraqın Energetika Nazirliyi məlumat yayıb.

    “Bu gün İran qazının İraqa nəqli 5 milyon kubmetr həcmində bərpa olunub. Bu həcm İraqın enerji sistemi və elektrik stansiyalarının fəaliyyətinin dəstəklənməsi üçün tədricən artırılacaq. İraq elektrik stansiyalarının fəaliyyətinin müvəqqəti dayandırılması nəticəsində ciddi zərər görüb. Bu isə xüsusilə Cənubi Pars İran yatağına hücum edilməsi ilə bağlı olub. Fasilələr dövründə Bağdad alternativ yanacaq növlərindən istifadə etməyə məcbur olub”, – deyə nazirliyin rəsmisi Əhməd Musa bildirib.

    O əlavə edib ki, İrandan idxalın qismən bərpasından sonra İraqda elektrik enerjisi istehsalı 14 min MVt səviyyəsində sabitləşib.