Category: Dünya

  • İsrailin müdafiə naziri: “Yaxın günlərdə İrandakı hədəflərə zərbələrin miqyası artırılacaq”

    “İsrail və ABŞ qüvvələrinin İrandakı hədəflərə hücumlarının intensivliyi qarşıdakı günlərdə əhəmiyyətli dərəcədə artacaq”.

    Median.Az “Ynet”ə istinadən xəbər verir ki, bunu İsrailin müdafiə naziri İsrael Kats deyib.

    “İsrail və ABŞ ordularının İran rejiminə və bu ölkənin infrastrukturlarına qarşı həyata keçirəcəyi hücumların intensivliyi həftənin əvvəlindən (İsraildə həftə bazar günü başlayır – red.) xeyli artacaq. İsrail ordusu güclüdür və bütün hərbi məqsədlərə nail olunana qədər davam edəcəyik”, – deyə nazir bildirib.

    Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.

    İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

    Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.

    İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.

  • TDT liderlərinin növbəti görüşü Türküstanda keçiriləcək

    Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Türk Dövlətləri Təşkilatı (TDT) liderlərinin yüksəksəviyyəli görüşünün Türküstanda keçiriləcəyini elan edib.

    Median.Az bu barədə “Akorda” istinadən xəbər yayıb.

    “Mayın ortalarında Türküstanda Türk Dövlətləri Təşkilatı liderlərinin yüksəksəviyyəli görüşü planlaşdırılır. Dünyada mövcud qeyri-sabit vəziyyət şəraitində bu beynəlxalq tədbir xüsusi əhəmiyyət kəsb edir”, – deyə dövlət başçısı Türküstan vilayətinin ictimaiyyəti qarşısında çıxış edərkən bildirib.

    O əlavə edib ki, hökumət və akimat bu sammiti keyfiyyətli şəkildə təşkil etməyə xüsusi diqqət yetirməlidir:

    “Biz həmişə yadda saxlamalıyıq ki, Türküstan millətin gələcəyini müəyyən edən taleyüklü qərarların qəbul edildiyi Qazax xanlığının əsas siyasi mərkəzlərindən biri olub”, – deyə Qazaxıstan prezidenti bildirib.

  • İranın Natanzdakı nüvə obyekti vuruldu

    ABŞ və İsrail İranın Natanzdakı nüvə obyektinə zərbə endiriblər.

    Bu barədə “Tasnim” xəbər agentliyi məlumat yayıb.

    Xəbərə görə, Natanzdakı obyektə edilən zərbə nəticəsində heç bir radioaktiv maddə sızması aşkar edilməyib.

    Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.

    İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

    Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.

    İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.

  • Bu ölkədə güclü zəlzələ oldu

    İtaliyanın Siciliya adası sahillərində 5.2 bal gücündə zəlzələ qeydə alınıb.

    Bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
    Xəbərə görə, zəlzələnin episentri Lena kommunasından 46 kilometr qərbdə, episentri isə 10 kilometr dərinlikdə yerləşib.
    İtki və dağıntılar barədə informasiya yoxdur. Bundan başqa sunami təhlükəsi ilə bağlı da məlumat verilməyib.

  • SEPAH-ın sözçüsü öldürüldü

    İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) sözçüsü general Əli Məhəmməd Naini cümə günü ABŞ və İsrailin İslam Respublikası ərazisinə endirdiyi hava hücumları nəticəsində ölüb.

    Bu barədə SEPAH-ın mətbuat xidməti məlumat verib.

    “Müqəddəs Ramazan ayının son günündə sübh tezdən terror hücumunun qurbanı olan mədəniyyət və media xadimi, İslam İnqilabı Keşikçiləri Korpusunun ictimaiyyətlə əlaqələr üzrə müavini və sözçüsü, SEPAH-ın general-mayoru Əli Məhəmməd Naininin şəhid olduğunu dərin kədər və eyni zamanda qürur hissi ilə elan edirik”, – deyə açıqlamada qeyd olunub.

  • Antalyada bayram səhəri dəhşətli yanğın: Ana və beş uşağı həlak oldular

    Türkiyənin Antalya şəhərinin Kepez rayonunda baş verən yanğın nəticəsində ana və beş uşağı həlak olublar.

    Bu barədə “İhlas” xəbər agentliyi məlumat yayıb.

    Bildirilir ki, gecə saatlarında yaşayış binasında baş verən hadisənin səbəbi hələlik bəlli deyil. Ölən şəxslər xarici ölkə vətəndaşları olublar. Hadisə zamanı daha üç nəfərin xəsarət aldığı bildirilir.

    Cəmi 25 yaşı olan ana yeddi aylıq hamilə imiş, onun böyük uşağının doqquz yaşı varmış.

  • Tehranda daha dörd yeni partlayış qeydə alınıb

    Tehranda ən azı dörd yeni partlayış baş verib.

    Bu barədə “Al Jazeera” telekanalı məlumat yayıb.

    Partlayışların şəhərin hansı ərazilərində eşidildiyi barədə hələlik heç bir məlumat yoxdur.

    Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.

    İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

    Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.

    İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.

  • Vanuatuda güclü zəlzələ baş verib

    Sakit okeanda, Vanuatu Respublikası akvatoriyasında 6.1 maqnitudalı zəlzələ qeydə alınıb.

    Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

    Məlumata görə, seysmik hadisənin episentri paytaxt Port-Viladan 173 km cənub-şərqdə, təxminən 35 min əhalinin yaşadığı ərazidə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.

    İtki və dağıntı barədə məlumat verilməyib, sunami təhlükəsi elan olunmayıb.

  • Tramp İrana hücum barədə müttəfiqləri əvvəlcədən xəbərdar etməməsinin səbəbini açıqladı

    ABŞ Prezidenti Donald Tramp bildirib ki, hücumun gözlənilməzliyini təmin etmək üçün İranda hərbi əməliyyata başlamaq barədə Yaponiya da daxil olmaqla, müttəfiqləri əvvəlcədən xəbərdar etməyib.

    Median.Az “İnterfax” agentiyinə istinadən xəbər verir ki, o, bu barədə Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.

    “Biz bu barədə heç kimə demədik, çünki sürpriz effektini təmin etmək istəyirdik. Sürprizlər haqqında Yaponiyadan yaxşı kim bilər? Niyə bizi Perl-Harbor barədə xəbərdar etmədilər?”, – deyə Tramp zarafatla bildirib və Yaponiyanın 1941-ci ildə ABŞ-yə hücumunu xatırladıb.

  • Paşinyan müxalifəti Azərbaycanla yeni müharibəyə hazırlıq görməkdə ittiham etdi

    Ermənistanın baş naziri Nikol Paşinyan rəhbərlik etdiyi siyasi qüvvənin iyunun 7-də keçiriləcək parlament seçkisində parlamentdə çoxluq yaratmaq üçün kifayət qədər səs toplayacağına ümid edir. Baş nazirin sözlərinə görə, məhz bu, regional sülh kontekstində prosesləri irəlilətməyə imkan verəcək.

    Median.Az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə Paşinyan hökumət iclasından sonra keçirilən brifinqdə çıxışı zamanı bildirib.

    Nikol Paşinyan bəzi müxalifət qüvvələrini Azərbaycanla yeni müharibə hazırlığı görməkdə ittiham edib. Baş nazir bildirib ki, bu qüvvələrin bəziləri nə dediklərini belə başa düşmürlər, çünki bu bəyanatların ən azından bir hissəsi başqa yerdə yazılıb və sadəcə üzdən oxunur.

    “Bu partiyalar və qüvvələr, birincisi, sülhə qarşı olmadıqlarını bəyan edirlər, ikincisi isə bildirirlər ki, hakimiyyətə gəldikdən sonra sülhü yenidən nəzərdən keçirməyə başlayacaqlar. Birbaşa demək istəyirəm ki, bu, Ermənistanın təkcə ərazisinin deyil, həm də suverenliyinin itirilməsi ilə nəticələnən müharibə olacaq. Üstəlik, dediklərini başa düşməyən qüvvələr və siyasi xadimlər, əlbəttə ki, Ermənistanda heç bir rəsmi statusa malik olmamalıdırlar. Bütün bu qüvvələr sülhü yenidən nəzərdən keçirmək mövqeyindən çıxış edirlər ki, bu da əslində ən geci payızda qaçılmaz müharibə deməkdir. Düşünürəm ki, bəziləri nə dediklərini belə başa düşmürlər, amma onlar ciddi nəticələrə səbəb olacaq yeni sentyabr müharibəsi hazırlayırlar”, – deyə Paşinyan qeyd edib.

    Bu qüvvələrin müharibədən nə qazanacaqları ilə bağlı suala cavab olaraq Paşinyan vurğulayıb ki, onlar müharibədən dövlətin hökmdarları kimi deyil, forpostlar kimi faydalanacaqlar, çünki zaman göstərdi ki, bu, onlar üçün maliyyə baxımından sərfəlidir.