Category: Dünya

  • Zelenski azərbaycanlı hərbçini ordenlə təltif etdi – FOTO

    Ukrayna Prezidenti Volodimir Zelenski azərbaycanlı hərbçini təltif edib.

    Bu barədə Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporu məlumat yayıb.

    Qeyd olunub ki, Ukrayna ordusunda xidmət edən soydaşımız Emin Həsənov “İgidliyə görə” ordeni ilə mükafatlandırılıb.

    “Emin Həsənov 2015-ci ildən könüllü olaraq Ukrayna ordusunda xidmət edir.

    Məlumata görə, Emin Həsənov bir neçə dəfə ağır yaralanmasına baxmayaraq müalicə aldıqdan sonra yenidən cəbhə xəttinə – komandiri olduğu bölməyə qayıdıb”, – deyə məlumatda bildirilib.

  • “Gəncə Sukanal” ləğv olunur

    Ləğv olunmuş “Azərsu” ASC-nin tabeliyindəki “Gəncə Sukanal” ASC ləğv olunduğunu elan edib.

    Median.Az “Report”a istinadən xəbər verir ki, kreditorlar iki ay ərzində tələblərini Gəncə şəhəri, Üzeyir Hacıbəyov küçəsi, ev 76 ünvanına bildirməlidirlər.

    Xatırladaq ki, Prezident İlham Əliyevin 30 mart 2023-cü il tarixli “Su ehtiyatları, su təsərrüfatı və meliorasiya sahələrində idarəetmənin təkmilləşdirilməsi haqqında” fərmanı ilə Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin əsasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yaradılıb.

    “Azərsu” “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC ilə birlikdə Agentliyin tabeliyinə verilib.

  • ABŞ təyyarəsi İraqda qəzaya uğrayıb: Ölənlər var (Yenilənib)

    Martın 12-də təxminən saat 14:00-da İraqın qərbində ABŞ-yə məxsus “KC-135” yanacaq dolduran təyyarəsi qəzaya uğrayıb. Altı heyət üzvündən dördünün öldüyü təsdiqlənib və axtarış-xilasetmə işləri isə davam edir.

    Bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) “X”də məlumat verib.

    “Hadisənin baş vermə səbəbləri araşdırılır”, – deyə məlumatda qeyd olunub.

    “Hərbi qulluqçuların kimliyi yaxın qohumların məlumatlandırılmasından sonra 24 saat tamam olanadək açıqlanmır”, – bəyanatda bildirilib.

    * * * * *

    ABŞ qüvvələri İraqın qərbində baş verən qəza nəticəsində “KC-135” yanacaq dolduran təyyarəsini itirib.

    Bu barədə məlumatı ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) “X” sosial şəbəkə hesabında paylaşıb.

    Bildirilib ki, hadisə “Epik qəzəb” əməliyyatı zamanı “dost hava məkanı”nda baş verib və hazırda xilasetmə işləri davam etdirilir.

    Məlumata görə, insidentdə iki təyyarə iştirak edib. Onlardan biri İraqın qərbində qəzaya uğrayıb, digəri isə təhlükəsiz şəkildə eniş edib.

    Komandanlıq vurğulayıb ki, qəza nə düşmən, nə də dost atəşi nəticəsində baş verib.

    “KC-135” təyyarəsinin 6 ekipaj üzvünün hamısının həlak olduğu bildirilir.

  • Türkiyəyə İrandan növbəti ballistik raket atılıb – RƏSMİ – FOTO

    Türkiyəyə İrandan növbəti ballistik raket atılıb.

    Bu barədə Milli Müdafiə Nazirliyi sosial şəbəkə hesabında məlumat yayıb.


  • Pakistan və Çindən Əfqanıstan məsələsində ortaq mövqe: İslamabad təhlükəsizlik zəmanətləri tələb edir

    Pakistan Əfqanıstandan təhlükəsizliyinin təmin edilməsinə və terrorun dayandırılmasına dair zəmanətlər tələb edir.

    Median.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin (XİN) rəsmisi Tahir Andrabi açıqlama verib.

    “Bu cür zəmanətlər alınmadığı üçün Pakistan öz siyasətinə davam edəcək və sərhədyanı hücumlar zamanı özünümüdafiə hüququnu özündə saxlayır”, – deyə diplomat vurğulayıb.

    XİN rəsmisinin sözlərinə görə, Pakistan və Çin Əfqanıstan məsələsində vahid mövqe tutur ki, bu da həftə ərzində baş nazirin müavini və XİN rəhbəri Məhəmməd İshaq Darın çinli həmkarı Van Yi ilə telefon danışığında təsdiqlənib.

    Söhbət zamanı döyüş əməliyyatlarının davam etdiyi Pakistan-Əfqanıstan sərhədindəki vəziyyət müzakirə olunub:

    “Pakistan və Çin bütün məsələlərdə, o cümlədən Əfqanıstanla bağlı yekdil mövqe tutur. Ölkələrimiz Əfqanıstan üzrə beynəlxalq dialoqda iştirak edir, belə danışıqlar ikitərəfli səviyyədə, həmçinin Kabilin iştirakı ilə daim aparılır”.

    Qeyd edək ki, dünən Pakistanın ordusu Əfqanıstan ərazisinə növbəti hava zərbələri endirib.

  • Əli Xameneinin öldüyü deyilən həyat yoldaşının sağ olduğu bildirilir

    İranın mərhum ali rəhbəri Əli Xameneinin fevralın 28-də İsrailin zərbələri nəticəsində öldürülən həyat yoldaşı Mənsurə Xocəstə Baqerzadənin ölümü barədə məlumat yanlış olub.

    Median.Az bu barədə “Fars” agentliyinə istinadən xəbər verir.

    “Son bir neçə gün ərzində inqilab liderinin ölməsindən sonra bəzi KİV səhvən böyük ayətullahın həyat yoldaşının da ölümü xəbərini dərc edib”, – deyə məlumatda bildirilir.

    Fevralın 28-də İsrail HHQ-nin Tehranda ayətullanın iqamətgahına endirdiyi zərbədən sonra onun ağır yaralandığı və komaya düşdüyü bildirilirdi.

    Mənsurə Xocəstə Baqerzadə 79 yaşındadır. O, dini bir ailədə doğulub. Atası iş adamı idi. Əli Xamenei ilə 1964-cü ildə tanış olub. Növbəti il onlar evləniblər. Evləndikdən sonra o, ictimaiyyət qarşısında demək olar ki, görünməyib. Onların evlilikdən dörd övladı olub.

  • İsrail SEPAH komandirini Livanda öldürdü

    Livanda “Hizbullah”ın raket bölməsində çalışan İnqilab Keşikçiləri (SEPAH) komandiri öldürülüb.

    Bu barədə İsrail ordusu açıqlayıb.

    Ötən gün Beyruta edilən hücumlar zamanı öldürülən komandir Əbuzər Məhəmmədi olub. İsrail ordusu Məhəmmədinin “Hizbullah” və İslam Respublikası arasında hərbi koordinasiyada əsas amil olduğunu vurğulayıb.

  • “Krokus” terrorunu törədən 15 nəfərə ömürlük həbs cəzası verildi

    İkinci Qərb Dairə Hərbi Məhkəməsi “Crocus City Hall”dakı terror aktında təqsirləndirilən 19 nəfərdən 15-ni ömürlük həbs cəzasına məhkum edib.

    Bu barədə Rusiya mətbuatı yazıb.

    Onların arasında dörd cinayətkar var: Dalerjon Mirzoyev, Murodali Rachabalizoda, Muhammadsobir Fayzov və Shamsidin Fariduni. Onlar cəzalarının bir hissəsini həbsxanada, qalan hissəsini isə ciddi rejimli cəza koloniyasında çəkəcəklər. Əlavə olaraq hər biri 990.000 rubl cərimələnib.

    Umedjon və Mustakim Soliyev, Shaxromdjon Gadoev, Zubaydullo Ismoilov, Hüseyn Xamidov, Muhammad Sharipzoda, Yakubdjoni Yusufzoda, Nəzrimad Lutfulloi, Cumaxon Kurbonov, Husen Medov və Cəbrail Auşev də ömürlük həbs cəzasına məhkum ediliblər.

    Evini terrorçulara kirayə verən Əlişir Qasımov 22 il 10 ay müddətinə azadlıqdan məhrum edilib. Onun Moskva vilayətindəki mənzili müsadirə edilib. İsrail, Dilovar və yaraqlılara avtomobil satan Əminçon İslamov isə 19 il 11 ay müddətinə azadlıqdan məhrum olunublar.

    Məhkəmə təqsirləndirilən şəxslərə zərərçəkmişlərə 200 milyon rubldan çox məbləğ ödəməyi qərara alıb.

    Qeyd edək ki, Krasnoqorsk şəhərindəki binada terror aktı 22 mart 2024-cü ildə baş verib. Hücum edənlər binanın içərisindəkilərə silahlardan atəş açıb və auditoriyanı yandırıblar. Nəticədə 149 nəfər həlak olub, bir nəfər itkin düşüb, 609 nəfər yaralanıb.
    //unikal.az

  • İran bu ölkənin Hörmüz boğazından keçməsinə icazə verdi

    İran Hindistan bayrağı altında üzən tankerlərin Hörmüz boğazından keçməsinə icazə verib.

    “Unikal” xəbər verir ki, bu barədə NDTV məlumat yayıb.

    Məlumata görə, razılaşma Hindistan xarici işlər naziri Subrahmanyam Cayşankar və İran xarici işlər naziri Abbas Əraqçi arasında danışıqlardan sonra əldə edilib. Bildirilir ki, bu hadisədən sonra ABŞ, Avropa və İsraildən gələn gəmilər məhdudiyyətlərlə üzləşməyə davam etsə də, ən azı iki Hindistan tankeri – Puşpak və Parimal strateji əhəmiyyətli boğazdan uğurla keçib”.

  • Tramp ABŞ-də benzinin bahalaşmasına görə hərəkətə keçdi

    ABŞ prezidenti Donald Tramp İrana qarşı hərbi əməliyyatlar fonunda ölkədə kəskin şəkildə artan benzin qiymətlərini azaltmaq üçün ABŞ-nin Strateji Neft Ehtiyatından qismən istifadə etməyi təklif edib.

    O, bu barədə Ohayo ştatındakı yerli televiziya kanalına verdiyi müsahibədə bildirib.

    “Mən neft ehtiyatını bir dəfə doldurmuşam və yenidən dolduracağam, amma hazırda biz onu bir az azaltacağıq və benzinin qiymətlərini aşağı salacağıq”, – deyə Tramp ifadə edib.

    Xatırladaq ki, 28 fevralda ABŞ və İsrail Tehran da daxil olmaqla İrandakı hədəflərə zərbələr endirməyə başlayıblar. İran İsrail ərazisinə, eləcə də Yaxın Şərqdəki ABŞ hərbi obyektlərinə cavab zərbələri endirir. Nəticədə, Hörmüz boğazından gəmiçilik kəskin şəkildə azalıb.

    Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, 2025-ci ildə Hörmüz boğazından neft və neft məhsullarının tranziti gündə orta hesabla 20 milyon barel və ya dünya dəniz neft ticarətinin təxminən 25%-ni təşkil edib. Bu marşrutu keçməklə neftin daşınması imkanı məhduddur.
    //unikal.az