Category: Dünya

  • Yəhudi məktəbində partlayış oldu – Amsterdamda

    Amsterdamın Büytenveldert rayonundakı yəhudi məktəbində partlayış olub.

    Median.Az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə yerinə polis və yanğınsöndürənlər cəlb olunub.

    Partlayış nəticəsində əmlaka məhdud dərəcəli ziyan dəyib. Hazırda zərərçəkənlər barədə məlumat yoxdur.

  • Samvel Karapetyan ev dustaqlığında qalacaq

    İrəvanın Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi martın 13-də iş adamı Samvel Karapetyanın ev dustaqlığının müddətini daha bir ay uzadıb.

    Median.Az Ermənistan KİV-ə istinadən xəbər verir ki, məhkəmə müdafiə tərəfinin bu qətimkan tədbirinin ləğv edilməsi ilə bağlı şikayətini də rədd edib.

    Qeyd edək ki, Samvel Karapetyan 2025-ci ilin iyununda din xadimləri ilə hökumət arasında münaqişə fonunda Erməni Apostol Kilsəsini açıq şəkildə dəstəklədikdən sonra saxlanılıb. İş adamı ona qarşı irəli sürülən ittihamları qəbul etməyərək bunu siyasi təzyiq adlandırıb.

    2025-ci ilin dekabrının sonunda məhkəmə onun barəsində seçilmiş qətimkan tədbirini ev dustaqlığı ilə əvəz edib.

  • Şri-Lanka 84 iranlı dənizçinin qalıqlarını geri qaytardı

    Şri-Lanka ABŞ sualtı qayığı tərəfindən batırılan freqatları nəticəsində həlak olan 84 iranlı dənizçinin qalıqlarını vətəninə qaytarıb.

    Bu barədə “Press Trust of India” agentliyi məlumat yayıb.

    Ötən həftə Şri-Lanka çərşənbə günü İranın IRIS Dena freqatının adanın cənub sahillərində ABŞ sualtı qayığı tərəfindən batırılmasından sonra 84 iranlı dənizçinin cəsədini tapdığını açıqlamışdı.

    Təxminən 130 nəfərlik heyətə malik freqat 4 martda ABŞ Hərbi Dəniz Qüvvələrinin sualtı qayığı tərəfindən hücuma məruz qalıb və Şri-Lanka sahillərində batıb. Şri-Lanka donanması hamısı İran vətəndaşı olan 32 nəfəri xilas edərək xəstəxanaya yerləşdirilib

  • Tramp Putinin İranla bağlı təklifini rədd etdi

    ABŞ Prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putin arasında baş tutan telefon danışığında İranın zənginləşdirilmiş uranının Rusiyaya köçürülməsi təklif edilib, lakin ABŞ prezidenti bu təşəbbüsü rədd edib.

    Bu barədə “Axios” məlumat yayıb.

    Nəşrin mənbələri qeyd ediblər ki, V.Putin söhbət əsnasında Vaşinqtonla Tehran arasındakı hərbi gərginliyi dayandırmaq məqsədilə bəzi təkliflər səsləndirib.

    “ABŞ-nin mövqeyi ondan ibarətdir ki, biz uranın tam və etibarlı şəkildə nəzarətdə saxlanılmasını təmin etməliyik”, – deyə amerikalı rəsmi bildirib.

    Məlumata əsasən, hazırda Donald Tramp həm Vladimir Putin, həm Çin lideri Si Cinpin, həm də Avropa nümayəndələri olmaqla hər kəslə dialoqdadır və istənilən vaxt müqavilə bağlamağa açıqdır”. Bundan əlavə məlumatda vurğulanıb ki, keyfiyyətli təkliflər olmalıdır, çünki prezident əlverişsiz təklifləri qəbul etməyəcək.

    Xatırladaq ki, Amerika və İran nümayəndəlikləri arasında nüvə fəaliyyətlərinə dair müzakirələr fevralın 6-da yenidən başlayıb. Sonuncu görüş isə fevralın 26-da Cenevrə şəhərində keçirilib. Fevralın sonunda rəsmi Tehran urandan və onu zənginləşdirmək prosesindən imtina etməyəcəyini bəyan edib. “The Wall Street Journal” nəşrinin xəbərinə əsasən, danışıqlar prosesində Vaşinqton qalan bütün zənginləşdirilmiş uranın ABŞ ərazisinə daşınmasını tələb etsə də, İran tərəfi bu şərtlərlə razılaşmayıb.

  • Yazın ilk uzunmüddətli maqnit fırtınası – Doqquz saatdan çoxdur davam edir

    Yer kürəsində yaz fəslinin ilk uzun sürən maqnit fırtınası artıq doqquz saatdan çoxdur ki, aktivliyini qoruyur.

    Bu məlumatı Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutuna daxil olan Günəş astronomiyası laboratoriyası, həmçinin qurumun Sibir Bölməsinin Günəş-Yer Fizikası İnstitutu açıqlayıblar.

    Qeyd olunur ki, planetar maqnit fırtınası Moskva vaxtı ilə gecə yarısından etibarən müşahidə edilir. Təbiət hadisəsi Günəşin səthindəki tac dəliyinin təsiri ilə Yerə yaxın ərazilərdə küləyin sürətinin anidən yüksəlməsi nəticəsində yaranıb. Fırtınanın gedişatı kifayət qədər stabildir – doqquz saatlıq müddət ərzində göstəricilər dəyişməyərək orta güclü hadisələrə xas olan G1.7 səviyyəsində qərarlaşıb.

    Mütəxəssislər bunun mart ayı ərzində baş verən ilk ciddi geomaqnit fırtınası olduğunu vurğulayıblar. Martın 4-də də oxşar hal qeydə alınıb, amma həmin təzahür qısamüddətli xarakter daşıyıb və kənar amillərlə bağlı olmayıb.

  • KİV: Tehranda SEPAH-ın ən böyük qərargahı dağıdıldı

    Tehranda İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) ən böyük qərargahının yerləşdiyi bina İsrail və ABŞ qüvvələrinin hücumu zamanı ciddi şəkildə zədələnib və demək olar ki, tamamilə dağılıb.

    Bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.

    “ABŞ və İsrailin hava hücumu nəticəsində Tehrandakı ən böyük SEPAH qərargahı dağıdılıb”, – deyə telekanalda bildirilib.

    Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.

    İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

    Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.

    İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.

  • Şimali Koreya Yapon dənizi istiqamətində ballistik raketlər buraxdı

    Şimali Koreyanın atdığı və ballistik olduğu ehtimal edilən raket Yaponiyanın müstəsna iqtisadi zonasından kənara düşüb.

    Bu barədə NHK telekanalına Yaponiyanın Dəniz Təhlükəsizliyi İdarəsi və Müdafiə Nazirliyindəki mənbələr bildiriblər.

    Qeyd olunub ki, Cənubi Koreya tərəfi mərminin uçuş məsafəsi də daxil olmaqla, onun uçuşu ilə bağlı məlumatları təhlil edir.

    “Yonhap” agentliyi Cənubi Koreya hərbi rəsmilərinə istinadən bildirib ki, Şimali Koreya bu gün təxminən 10 ballistik raket buraxıb.

    “Silahlı qüvvələrimiz saat 13:20-də (Bakı vaxtı ilə səhər 08:20) Sunan ərazisindən Yapon dənizinə doğru atılan təxminən 10 ballistik raket aşkar ediblər”, – deyə xəbərdə bildirilib.

    Cənubi Koreya mediası qeyd edib ki, raketin buraxılışı ölkənin baş nazirinin ABŞ Prezidenti Donald Trampın Şimali Koreya lideri Kim Çen Inla təmaslarda maraqlı olması barədə açıqlamaları fonunda baş tutub.

    Vaşinqtonda Trampla görüşdən sonra Cənubi Koreyanın Baş naziri Kim Min Sok ABŞ prezidentinin Şimali Koreya lideri ilə görüşmək ehtimalını istisna etmədiyini bildirib.

  • Xruşşovun nəticəsi xarici agent elan edildi

    SSRİ Nazirlər Sovetinin sədri Nikita Xruşşovun nəticəsi, politoloq Nina Xruşşova rusofob çıxışına görə xarici agentlər siyahısına əlavə edilib.

    Siyahıda, həmçinin, jurnalist Sergey Reznik, ictimai fəal Aleksey Nesterenko, iqtisadçı Yekaterina Juravskaya və filosof Vadim Ştepa da var.

    Qeyd edək ki, 35 ildən çoxdur, ABŞ-də yaşayan Nina Rusiyada “şizofreniya genetik kodun bir hissəsidir”deyib və keçmiş həmvətənlərinin aşağı təbəqədən olduğunu bildirib. O, nəinki Ukraynanı və Qərbi dəstəkləyir, həm də çıxışılarında dəfələrlə Rusiyanın məğlubiyyətini və parçalanmasını səbirsizliklə gözlədiyini qeyd edib.

  • Türkiyə Ordusunun Quru Qoşunları komandanı İranla sərhədə getdi

    Türkiyə Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı ordu generalı Metin Tokel İranla sərhədə gedib.

    Metin Tokel İrandan atılan daha bir ballistik raketin Türkiyə səmasında zərərsizləşdirilməsindən sonra sərhədə gedərək ərazidə mövcud şəraitlə tanış olub.

  • İlber Ortaylı vəfat etdi

    Türkiyənin tanınmış alimi, professor, doktor İlber Ortaylı müalicə aldığı hospitalda vəfat edib.

    Bu barədə Türkiyə mediası məlumat yayıb.

    Xatırladaq ki, 78 yaşı tarixçi -alim bir həftə idi xəstəxanada müalicə olunurdu.