Category: Dünya

  • Britaniya Yaxın Şərqə təxliyə üçün gəmi göndərir

    Böyük Britaniya Yaxın Şərqdə mülki şəxslərin təxliyəsi üçün gəmi göndərməyə hazırlaşır.

    Bu barədə “The Telegraph” məlumat yayıb.

    Məlumata görə, Britaniyanın Kral Dəniz Donanmasının mülki dəstək bölməsinin desant gəmisi olan “RFA Lyme Bay” yüksək hazırlıq vəziyyətinə gətirilib.

    Gəmi həm aviasiya platforması kimi fəaliyyət göstərə bilər, həm də tibbi avadanlıqlarla təchiz olunduğundan humanitar və fəlakət zamanı yardımı missiyaları üçün də əlverişlidir.

  • ABŞ-nin Torontodakı konsulluğu yaxınlığında atışma baş verib

    Kanadada naməlum şəxs ABŞ-nin Torontodakı konsulluğu yaxınlığında atışma törədib.

    Median.Az bu barədə “The Guardian” nəşrinə istinadən xəbər verir.

    Atışma nəticəsində mümkün xəsarət alanlar barədə məlumat verilmir.

    Hadisə yerində odlu silahdan açılan atəş izləri aşkar edilib. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma başlanılıb.

  • Rusiya ordusu Ukraynanı bombaladı

    Rusiya ordusu Ukraynanın Slovyansk şəhərinin mərkəzinə aviabomba atıb.

    Bu barədə “Unian” məlumat yayıb.

    Məlumata görə, şəhərə atılan aviabombalardan birinin çoxmərtəbəli yaşayış binasına düşməsi nəticəsində 4 nəfər ölüb, biri uşaq olmaqla 16 nəfər yaralanıb.

    Bildirilir ki, ümumilikdə üç aviabombanın partlaması nəticəsində şəhərdə altı çoxmərtəbəli binaya ziyan dəyib.

  • Aİ lideri: Yaxın Şərqdə müharibədən qazanclı çıxan yeganə tərəf Rusiyadır

    Avropa İttifaqı (Aİ) Yaxın Şərqdə münaqişədə bütün tərəfləri maksimum təmkin göstərməyə və danışıqlar masasına qayıtmağa çağırıb.

    Bu barədə Aİ Şurasının Prezidenti Antonio Koşta Aİ səfirlərinin konfransında bildirib.

    Onun sözlərinə görə, enerji qiymətlərinin artması ilə Rusiya Ukraynaya qarşı apardığı müharibəni maliyyələşdirmək üçün yeni resurslar qazanır və Ukrayna cəbhəsinə diqqətin azalmasından faydalanır.

    Koşta əlavə edib ki, Yaxın Şərqdə müharibədən qazanclı çıxan yeganə tərəf Rusiyadır: “Ukraynaya göndəriləcək hərbi yardımın Yaxın Şərqə göndərilməsi Rusiyaya faydalıdır. Yaxın Şərqdə müharibənin gündəmə çıxması və Ukraynaya diqqətin azalması Rusiya üçün əlverişlidir”.

    O, eskalasiyanın daha da şiddətlənməsinin Yaxın Şərqlə birlikdə Avropanı və daha geniş regionu da təhdid etdiyini vurğulayıb.//APA

  • “İrana hücumların ən çox olduğu gün olacaq” – ABŞ tarix verdi

    ABŞ Müdafiə Naziri Pete Hegseth İran əleyhinə başlatdıqları hücumların 11-ci günündə son vəziyyətlə bağlı açıqlama verib.

    Median.Az xarici mediaya istinadən xəbər verir ki, Pete Hegseth ABŞ və İsrail qüvvələrinin İran əleyhinə davam etdirdikləri əməliyyatlar barədə Pentaqonun mətbuat konfransında jurnalistlərə açıqlamalar verib.

    Sahədə üstünlüyü ələ keçirdiklərini iddia edən Hegseth, “Bu gün ən çox döyüş təyyarəsi və bombardman təyyarəsinin iştirak etdiyi, İran daxilindəki hücumlarımızın ən yoğun günü olacaq. Kəşfiyyatımız hər zamankından daha yaxşı və dəqiqdir”, – deyə vurğulayıb.

  • İranın İsrailə hücumunda 2 azərbaycanlı həlak oldu – Foto

    İranın İsrailə raket atması nəticəsində 2 azərbaycanlı – Amid Murtuzov və Rüstəm Qulamov həlak olub.

    Bu barədə “Times of İsrael” məlumat yayıb.

    Bildirilib ki, onlar Təl-Əvivin Petah Tikva adlanan hissəsinə kasetli bombanın düşməsi nəticəsində həyatlarını itiriblər.

    Bildirilib ki, hər iki şəxs tikinti sahəsində çalışırmış və işlədikləri yerdə həlak olublar./\qafqazinfo
     

  • Tramp administrasiyası müharibəni tezliklə bitirmək istəyir – KİV

    Trampın ətrafı İrandan müharibədən çıxış yolu axtarır.

    Median.Az xarici KİV-ə istinadən xəbər verir ki, bu qorxu qarşıdan gələn seçkidə uğur qazanmaq istəyi ilə əlaqədardır.

    ABŞ prezidenti Trampın müşavirləri xəbərdarlıq edirlər ki, neft qiymətlərinin artması və vətəndaşların narazılığı “siyasi fırtına” yarada bilər.

    Trampın müşavirləri ona təklif edirlər ki, iqtisadi nəticələr reytinqinə kritik təsir göstərmədən əvvəl hədəflərə çatıldığını elan edib əməliyyatı dayandırsın.

  • Müctəba Xamenei “sakit” yaşaya bilməyəcək – Tramp

    Onun “sakit” yaşaya biləcəyinə inanmıram.

    Median.Az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Fox News”a açıqlamasında İranın yeni Ali Rəhbəri Müctəba Xameneidən danışarkən bildirib.

    Eyni zamanda, ABŞ Prezidenti iddia edib ki, əgər Vaşinqton İrana qarşı hərbi əməliyyatları üç gün gecikdirsə idi, birinci hücumu İran edəcəkdi.

  • İran parlamentinin spikeri: Atəşkəs istəmirik, düşmənin dişi qırılmalıdır!

    İran atəşkəs istəmir. 

    Median.Az xəbər verir ki, bu barədə İran parlamentinin spikeri Məhəmməd Bağır Qalibaf sosial şəbəkə hesabı üzərindən etdiyi paylaşımda bildirib.

    “Biz atəşkəs istəmirik. Biz inanırıq ki, təcavüzkarın dişlərinə yumruq vurmalıyıq ki, o, dərsini öyrənsin və bir daha sevimli İranımıza qarşı təcavüz etməyi düşünməsin. Sionist rejimi öz utancverici varlığını dominantlığını möhkəmləndirmək üçün müharibə, danışıqlar, atəşkəs və sonra yenidən müharibə dövrünü davam etdirməkdə görür. Biz bu dövrü qıracağıq”,-deyə Qalibaf qeyd edib. 

  • Ən pisə hazırlıq: İsveç vətəndaşlara qida, yanacaq və nağd pul yığmağı tövsiyə etdi

    İsveç mümkün böhran və konfliktlərə hazırlığı gücləndirir, vətəndaşları qida, yanacaq və nağd pul ehtiyatı etməyə çağırır. Hökumət yerli bələdiyyələrə mülki müdafiə və yerli dözümlülüyü gücləndirmək üçün 1,4 milyard kron (təxminən 131 milyon avro) vəsait ayırıb.

    Median.Az xəbər verir ki, məlumatı mülki müdafiə naziri Karl-Oskar Bolin “Novinite”ə açıqlayıb.

    Plan üzrə maliyyənin üçdə biri generator və digər avadanlıqlara, üçdə biri zəruri məhsulların ehtiyatlarının yaradılmasına, qalan hissəsi isə strateji əhəmiyyətli bölgələrdə yerli rəhbərlərin görüş üçün təhlükəsiz yerlər üçün infrastruktura sərf olunacaq.

    Bu təşəbbüs 2022-ci ildə Rusiya-Ukrayna müharibəsindən sonra və Yaxın Şərqdə davam edən konfliktlər nəticəsində artan təhlükəsizlik narahatlığını əks etdirir. 2024-cü ildə hökumət artıq bütün ev təsərrüfatlarına elektrik kəsilməsi zamanı hazırlıq və saxlanmalı su miqdarı ilə bağlı bələdçi broşürlər göndərmişdi.

    Mülki Müdafiə Agentliyi (MCF) materialların alınmasını və vəsaitlərin bölgələr üzrə paylanmasını nəzarətdə saxlayacaq. Təxminən 500 milyon kron (46,8 milyon avro) prioritet bələdiyyələrə, sayı 100-dən az olan yerlərə yönəldiləcək.

    Mərkəzi Bank hər bir yetkin vətəndaşa əsas ehtiyaclarını ödəmək üçün ən azı 1000 kron (təxminən 94 avro) nağd pul saxlamağı tövsiyə edib, rəqəmsal ödəniş sistemlərində hər hansı nasazlıq baş verə biləcəyinə görə.

    Bolin vurğulayıb ki, hökumət ölkəni yalnız böhranlara hazırlamalı deyil, həm də vətəndaşları fövqəladə vəziyyətlərdə öz həssaslıqlarını azaltmaq üçün öyrətməlidir.