Category: Dünya

  • İranda ölənlərin sayı açıqlandı

    İranda fevralın 28-dən bəri 1255 nəfər ölüb, 12 mindən çox insan yaralanıb.

    Bu barədə İranın səhiyyə nazirinin müavini Əli Cəfərian “Əl-Cəzirə” telekanalına müsahibədə məlumat verib.

    Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.

    İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

    Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.

    İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.

  • Gürcüstanda Azərbaycan vətəndaşları SAXLANILDILAR

    Gürcüstanın Batumi şəhərində bir qrup şəxs tərəfindən əvvəlcədən razılaşma yolu ilə külli və xüsusilə külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz alınmasına, saxlanmasına və satışına kömək etmək ittihamı ilə iki Azərbaycan vətəndaşı saxlanılıb.

    Bu barədə Median.Az Gürcüstan KİV-ə istinadən xəbər verir.

    Məlumata görə, 1998-ci il təvəllüdlü A.Z. və 1999-cu il təvəllüdlü E.F. Acarıstan Daxili İşlər Nazirliyinin Mərkəzi Cinayət Polisi Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıblar.

    Bildirilir ki, onların şəxsi və müvəqqəti yaşayış yerlərində aparılan axtarış zamanı satış üçün nəzərdə tutulan külli miqdarda müxtəlif narkotik vasitələr və psixotrop maddələr aşkarlanaraq maddi sübut kimi müsadirə olunub.

    Məsələ ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 260, 261 və 260-4-cü maddələri üzrə istintaq aparılır ki, bu maddələr 20 ilə qədər azadlıqdan məhrumetmə və ya ömürlük həbs cəzasını nəzərdə tutur.

  • İranın yeni ali lideri Müctəba Xamenei kimdir? – DOSYE

    Martın 8-də Müctəba Xamenei İranın yeni ali lideri seçilib.

    Median.Az onun həyatı barədə bəzi məlumatları təqdim edir.

    İranın sabiq dini lideri Əli Xameneinin oğlu Müctəba Xamenei 1969-cu (bəzi mənbələrdə 1968) ildə İranın Məşhəd şəhərində anadan olub.

    Qum şəhərində dini təhsil alıb, şiə ilahiyyatı üzrə klassik hövzə (dini seminariya) sistemində yetişib.

    İran siyasi sistemində rəsmi dövlət vəzifəsi tutmasa da, uzun illər ölkənin siyasi və təhlükəsizlik strukturlarına təsir edən fiqurdur.

    O, atasının siyasi şəbəkəsinə yaxın şəxslərlə əlaqələri koordinasiya edən şəxslərdən biri olub.

    Bəzi ekspertlər Müctəba Xameneinin İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə yaxın əlaqələrə malik olduğunu qeyd edirlər. Bu əlaqələrin onun ölkə daxilində siyasi təsir imkanlarını artırdığı bildirilir.

    Müctəba Xamenei ictimaiyyət qarşısında nadir hallarda görünür və mediada çox az çıxış edir. Onun şəxsi həyatı və fəaliyyəti barədə məlumatlar məhduddur, buna görə də o, İran siyasətində ən qapalı fiqurlardan biri hesab olunur.

  • Müctəba Xamenei bu gün sədaqət andı içəcək

    Bu gün İranın yeni Ali Rəhbəri Müctəba Xamenei sədaqət andı içəcək.

    Bu barədə İRNA agentliyi məlumat yayıb.

    Məlumata görə, tədbir yerli vaxtla saat 15:00-da (Bakı vaxtı ilə 15:30 – red.) başlayacaq.

    Qeyd olunur ki, andiçmə mərasimi paytaxt Tehranın mərkəzində Azadi meydanında keçiriləcək.

    Daha əvvəl İranın Ekspertlər Şurası ABŞ-İsrail hərbi əməliyyatları zamanı öldürülən Ayətullah Əli Xameneinin oğlu, 56 yaşlı Müctəba Xameneini İslam Respublikasının yeni Ali Lideri seçib.

    Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.

    İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

    Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.

    İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.

  • Türkiyə səhəri GÜCLÜ ZƏLZƏLƏ ilə açdı

    Türkiyənin Dənizli bölgəsinin Buldan rayonunda 5.1 maqnitudalı zəlzələ baş verib.

    Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) məlumat yayıb.

    Məlumata görə, seysmik hadisə yerli vaxtla saat 9:21-də (Bakı vaxtı ilə 10:21 – red.) qeydə alınıb.

    Yeraltı təkanların ocağı 7 kilometr dərinlikdə olub.

    Zəlzələnin ətraf əyalətlərdə də hiss olunduğu bildirilir.

    İtki və dağıntı barədə məlumat verilməyib.

  • İran BƏƏ-yə PUA hücumları edir

    İran BƏƏ-yə PUA hücumları edir BƏƏ hazırda İran tərəfindən raket və pilotsuz uçuş aparatları ilə hücuma məruz qaldığını bəyan edib.

    Median.Az xəbər verir ki, bu barədə BƏƏ hökuməti rəsmi bəyanat yayıb.

  • İsrail bu əraziləri VURDU

    İsrail Müdafiə Qüvvələri Tehrandakı İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Hava Qüvvələrinin komandanlıq mərkəzinə zərbə endirdiyini açıqlayıb.
     
    Median.Az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb.
     
    “İsrail Hərbi Hava Qüvvələri Tehrandakı İran rejiminin hərbi hədəflərinə qarşı genişmiqyaslı zərbələr endirib. Əsas zərbələrdən biri hava vəziyyətini qiymətləndirmək və İran hava məkanını qorumaqdan məsul olan SEPAH Hərbi Hava Qüvvələrinin komandanlıq mərkəzini hədəf alıb. Bu idarəetmə mərkəzi Tehranda əsas hava hücumundan müdafiə komandanlıq məntəqəsi olub”, – deyə İDF sözçüsü bildirib.  
     
    Bundan əlavə, İDF əlavə edib ki, “İsrail Hərbi Hava Qüvvələri ərazidəki hava hücumundan müdafiə sistemlərinə, komandanlıq mərkəzlərinə və logistika anbarlarına zərbə endirib”./ musavat.com

  • Martın 16-da diqqətçəkən kosmik hadisə gözlənilir

    Martın 16-da 3I/ATLAS adlı ulduzlararası kometa Jupiter planetinə ən yaxın nöqtədən keçəcək. Bu barədə Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrası məlumat yayıb.

    Median.Az xəbər verir ki, hesablamalara görə, kometanın Yupiterə minimal yaxınlaşma məsafəsi təxminən 0.36 au (təxminən 53 milyon km) olacaq və bu, toqquşma riski yaratmır.

    3I/ATLAS Günəş sistemindən kənardan gələn və hiperbolik trayektoriya ilə hərəkət edən ulduzlararası kometadır. O, 2025-ci il iyulun 1-də ATLAS müşahidə sistemi tərəfindən aşkarlanıb və Günəş sistemindən keçdikdən sonra yenidən ulduzlararası fəzaya qayıdacaq.

    Alimlər bu keçidin əsas məqsədinin Yupiterin güclü cazibə qüvvəsinin kometanın hərəkətinə təsirini müşahidə etmək olduğunu bildirirlər. Bu cür ulduzlararası obyektlərin müşahidəsi isə çox nadir hesab olunur və kosmosda planet sistemlərinin yaranmasını daha yaxşı anlamağa kömək edir.
    //milli.az

  • Təl-Əviv ərazisində həyəcan siqnalı verildi

     Təl-Əviv ərazisində həyəcan siqnalı verildi.  
     
    Median.Az xəbər verir ki, İsrail Hərbi Qüvvələri İrandan yeni raket atışlarından sonra sakinləri raket təhlükəsi barədə xəbərdar edib.  
     
    Hava hücumu siqnalı mərkəzi İsraildə bir neçə saatlıq sakitlikdən sonra səsləndirilib.  
     
    Siqnal Təl-Əvivdə və ətraf ərazilərdə də eşidilib.

  • Dubayda qızılın qiyməti ucuzlaşdı – SƏBƏB

    Yaxın Şərqdə müharibə səbəbindən Dubayda qızıl endirimlə satılmağa başlayıb.

    Median.Az xəbər verir ki, “Bloomberg”in məlumatına görə, İranla bağlı gərginlik üzündən aviareyslərin tez-tez ləğv olunması qızılın daşınmasını çətinləşdirib.

    Çatdırılma və sığorta xərclərinin artması səbəbindən bir çox alıcı sifarişlərdən imtina edib. Nəticədə treyderlər qızılı bir unsiya üçün təxminən 30 dollar endirimlə təklif edirlər.