Category: Dünya

  • 300-dən çox zəvvar Ərəbistandan təxliyə olundu

    Yaxın Şərq ölkələrindən diplomatik nümayəndələrimizə müraciət edilib

    Bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov moldovalı həmkarı Mixay Popşoyla birlikdə Bakıda mətbuat üçün brifinqdə deyib.

    “BƏƏ, Səudiyyə Ərəbistanda, Küveyt, Qətər və Bəhreyndən 1000-ə yaxın Azərbaycan vətəndaşı diplomatik korpuslarımıza müraciət edilib, Səudiyyə Ərəbistanından zəvvarlar evakuasiya olunub. Onlardan 293 nəfəri Azərbaycan vətəndaşı, 9 nəfər Gürcüstan azərbaycanlıları olub”.

  • Rusiya Silahlı Qüvvələri Ukraynada yaşayış məntəqəsini nəzarət altına aldı

    Rusiya Silahlı Qüvvələri Ukraynanın Donetsk vilayətində yaşayış məntəqəsini nəzarətə götürüb.

    Median.Az-ın Rusiya KİV-ə istinadən xəbərinə görə, bu barədə ölkənin Müdafiə Nazirliyindən məlumat verilib.

    Məlumata görə, Rusiya hərbçiləri Donetskdə Sosnovoye yaşayış məntəqəsini nəzarət altına alıblar.

  • İranda ölənlərin sayı 1 300-ü ötdü

    ABŞ və İsrailin İran ərazisinə endirdiyi zərbələr nəticəsində mülki şəxslər arasında ölənlərin sayı 1 332 nəfərə çatıb.

    Bu barədə İran Qızıl Aypara Cəmiyyəti məlumat verib.

    Qeyd edək ki, ötən gün İran Şəhidləri və Veteranları Fondu 1 230 nəfərin öldüyünü xəbər vermişdi.

    Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.

    İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

    Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.

    İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.

  • İrandan sonra növbədə Kubadır? – Trampdan İLGİNC AÇIQLAMA

    ABŞ İrana qarşı hərbi əməliyyatını başa çatdırdıqdan sonra Kuba ilə bağlı əlavə tədbirlər planı hazırlamağa başlamaq niyyətindədir.

    Median.Az TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp açıqlama verib. O, həmçinin Kuba kökənli dövlət katibi Marko Rubioya da müraciət edərək deyib ki, ora qayıtmaq zaman məsələsidir:

    “Marko, sən əla çalışırsann, Kuba adlı bir yerlə bağlı fantastik iş görürsən. Ora ilə baş verənlər heyrətamizdir. Amma biz əvvəlcə bunu (İran nəzərdə tutulur – red.) bitirmək istəyirik. Sizin və bir çox insanın Kubaya qayıtması yalnız zaman məsələsidir. Ümid edirəm ki, orada qalmayacaqsınız. Biz sizin geri qayıtmağınızı istəyirik”.

    Ağ Ev rəhbəri açıqlamasında Venesueladan da danışıb. O, sözügedən ölkədə işlərin yaxşı getdiyinə əmin olduğunu bildirib:

    “Delsi Rodrigez (Venesuelanın müvəqqəti prezidenti – red.) və onun ətrafı bizimlə işləyərək fantastik bir iş görürlər. Biz Venesueladan yüz milyonlarla barel neft alırıq və onu Hyustona, digər neft emalı zavodlarına göndəririk. Biz onlara illərdir qazandıqlarından daha çox pul göndəririk”.

    Xatırladaq ki, bundan əvvəl “The Atlantic” qəzetinin özəl mənbələrə istinadən verdiyi məlumatda ABŞ-nin Kubaya qarşı hərbi əməliyyatı nəzərdən keçirdiyini bildirilmişdi.

  • İranda hələ ki yeni ali lider seçilməyəcək: Səbəb açıqlandı

    İran öldürülmüş ali lider Əli Xameneinin varisinin təyin edilməsini təxirə salıb. Bu qərar ABŞ və İsrailin yeni dövlət başçısının da hədəfə çevrilə biləcəyi bəyanatlarından sonra təhlükəsizlik səbəbləri ilə əlaqəli olub.

    Bu barədə “The New York Times” (NYT) nəşri iki İran məmuruna istinadən məlumat verib.

    Mənbələrin sözlərinə görə, öldürülmüş ayətullahın oğlu Müctəba Xameneinin ölkənin yeni lideri ola biləcəyinə dair KİV-də yayılan xəbərlərdən sonra İranda onun təhlükəsizliyi ilə bağlı narahatlıqlar artıb.

    * İranda Xameneinin postu uğrunda mübarizə: Namizədlər kimlərdir? – FOTO

    NYT qeyd edib ki, əgər Müctəba Xamenei hər şeyə rəğmən İranın yeni ali lideri olarsa, bu, İslam Respublikasında sərt və mühafizəkar idarəetmə xəttinin davam etməsi demək olacaq. Nəşr Əli Xameneinin oğlunu “müəmmalı, lakin nüfuzlu şəxs” adlandırıb və onun İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə yaxın əlaqələrinin olduğuna diqqət çəkib.

    İranın Rusiyadakı səfiri Kazem Cəlali bildirib ki, ali rəhbərin seçilməsi ilə bağlı dəqiq məlumat yoxdur.

    “Konstitusiyamıza əsasən, ali lider prosesin gedişatında seçiləcək. Bütün rəhbərlərimiz təhlükə altındadır. Lakin ölkəmiz irəliləyir. Və bu o deməkdir ki, bizdə sistem formalaşdırılıb və bu sistem çərçivəsində yeni ali lider seçiləcək. Və heç bir problem olmayacaq”, – deyə Cəlali bildirib.

    Xatırladaq ki, daha əvvəl İsrail müdafiə naziri İsrael Kats sələfinin yolunu davam etdirəcək istənilən yeni İran liderinin İsrailin hədəfi olacağını bəyan etmişdi. ABŞ Prezidenti Donald Tramp daha əvvəl yeni ali liderin təyinatında şəxsən iştirak etmək istəyini bildirmişdi. Lakin eyni zamanda qeyd etmişdi ki, Xameneinin oğlu “heç kimdir”.

  • İran daha intensiv hücumlara başlayacağını elan etdi

    “Yaxın günlərdə İranın düşmən mövqelərinə hücumları daha intensiv və genişmiqyaslı olacaq”.

    Bu barədə İranın Xatəm əl-Ənbiya Mərkəzi Qərargahının Mətbuat Xidməti məlumat verib.

    ABŞ və İsraillə əlaqəli hədəflərə qarşı bir neçə cəbhədə – hava, dəniz və quru istiqamətlərində əməliyyatların intensivliyinin artırılması planlaşdırılır.

    İran komandanlığı, həmçinin İsraildəki Ramat David və Meron Hava Bazalarına hücumların olacağını qeyd edib. Bundan əlavə, İslam Respublikası Küveytdə yerləşən ABŞ bazalarına hücum edildiyini vurğulayıb.

    Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.

    İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

    Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.

    İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.

  • İran İsrailin bazasına və ABŞ hərbi düşərgəsinə zərbə endirib

    İran İsrailin şimalındakı Ramat-David aviabazasına və İsrail Hərbi Hava Qüvvələrinin Meron aviabazasındakı radiolokasiya stansiyasına PUA (pilotsuz uçuş aparatları) zərbələr endirib.

    Median.Az-ın “Tasnim” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə İranın “Xatam əl-Anbiya” Hava Hücumundan Müdafiə Qüvvələrinin Mərkəzi Qərargahının nümayəndəsi məlumat verib.

    Həmçinin İran hərbi-dəniz qüvvələri ABŞ-nin Küveytdəki Əl-Udeyri hərbi düşərgəsinə də PUA zərbələri endiriblər.

  • Türkiyədə güclü zəlzələ oldu

    Türkiyənin Antalya bölgəsinin Kaş rayonu akvatoriyasında 4.5 maqnitudalı zəlzələ olub.

    Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) məlumat yayıb.

    Məlumata görə, seysmik hadisə yerli vaxtla 8:35-də (Bakı vaxtı ilə saat 9:35) qeydə alınıb.

    Xəbərdə bildirilib ki, 12.5 kilometr dərinlikdə ocağı yerləşən zəlzələ ən yaxın yaşayış məntəqəsindən 145 kilometr aralıda baş verib.

    İtki və dağıntı barədə məlumat verilməyib.

  • İran Manamanı vurdu

    İran Bəhreynin paytaxtı Manamaya hava zərbəsi endirib.

    Bu barədə Krallığın Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

    Qeyd olunub ki, İranın dron hücumu nəticəsində iki hotel və bir yaşayış binası zərər görüb.

    Qeyd olunub ki, hücum nəticəsində insan itkisi olmayıb.

  • Sadə diş ağrısı ölümcül xəstəliyin xəbərçisi ola bilər

    Böyük Britaniyada yaşayan 42 yaşlı Ed Vieyra adlı kişidə şiddətli diş ağrısının ölümcül xəstəliyin əlaməti olduğu məlum olub.

    Bu barədə “The Mirror” nəşri yazıb.

    Ed Vieyranın sözlərinə görə, əvvəlcə o, yalnız sol köpək dişində ağrı hiss edib. Lakin bir müddət sonra ön dişlərinin də ağrıdığını və boşaldığını anlayıb.

    “Eyni zamanda ağrı o qədər güclü idi ki, burnumu belə silə bilmirdim. Sağ burun boşluğumun yanında isə kiçik, sərt bir şiş hiss etdim”, – deyə o xatırlayıb.

    Kişi əvvəlcə bu ağrıları diş çürüməsi ilə əlaqələndirib. Lakin rentgen müayinəsi onun üzünün sol tərəfindəki bəzi sümüklərin zədələndiyini göstərib. Sonradan aparılan kompüter tomoqrafiyası zamanı həkimlər onun sol sinusunda çənə sümüklərini zədələyən şiş aşkar ediblər.

    Biopsiyadan sonra həkimlər Vieyraya onda “Non-Hodgkin Lymphoma” – limfa sisteminə təsir edən qan xərçəngi növünün ikinci mərhələsinin olduğunu bildiriblər.

    “Əgər diş ağrısı keçsəydi, vəziyyət daha da pisləşəcəkdi və xərçəng daha çox yayılacaqdı. Ehtimal ki, bütün dişlərimi itirəcəkdim. Xərçəng artıq boynuma yayılıb və bunun nə qədər ağırlaşa biləcəyini düşünmək belə istəmirəm”, – deyə Ed Vieyra bildirib.

    Hazırda o, təyin olunmuş altı kimyaterapiya kursundan dördünü artıq başa vurub. Lakin müalicənin tam nəticəsi hələ məlum deyil.