Category: Dünya

  • Pavel Durovun “TikTok” hesabı bloklanıb – FOTO

    “Telegram” mesencerinin həmtəsisçisi Pavel Durovun “TikTok” hesabı bloklanıb. Bunu təsdiq edən ekran görüntüsünü “Kod Durova” nəşri yayıb.

    Median.Az TASS-a istinadən xəbər verir ki, sosial şəbəkədə axtarış zamanı artıq onun bloklanmış hesabını tapmaq mümkün deyil.

    Qeyd edək ki, Durov yanvarın sonunda “TikTok”da olan məzmunun “beyni dağıtdığını” bildirmişdi.

  • İran İsrailin bazasına və ABŞ hərbi düşərgəsinə zərbə endirib

    İran İsrailin şimalındakı Ramat-David aviabazasına və İsrail Hərbi Hava Qüvvələrinin Meron aviabazasındakı radiolokasiya stansiyasına PUA (pilotsuz uçuş aparatları) zərbələr endirib.

    Median.Az-ın “Tasnim” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə İranın “Xatam əl-Anbiya” Hava Hücumundan Müdafiə Qüvvələrinin Mərkəzi Qərargahının nümayəndəsi məlumat verib.

    Həmçinin İran hərbi-dəniz qüvvələri ABŞ-nin Küveytdəki Əl-Udeyri hərbi düşərgəsinə də PUA zərbələri endiriblər.

  • Fransa İrana zərbə üçün bazalarını açdı

    Fransa ABŞ-a Yaxın Şərqdəki bazalarından istifadə etməyə icazə verib.
     
    Median.Az xəbər verir ki, bu barədə “Lo Monde” nəşri Fransa Baş Qərargahının rəsmisinə istinadla məlumat yayıb.
     
    “ABŞ-la münasibətlərimizin bir hissəsi olaraq, təyyarələrinin bazalarımızda müvəqqəti olaraq yerləşdirilməsi üçün icazə verilib”, – məlumatda qeyd olunub./axar

  • Çin dünyaya dizel və benzin satışını dayandırdı

    Pekin dizel və benzin ixracını dayandırdı.
     
    Median.Az xəbər verir ki, bu barədə “Reuters” nəşri məlumat yayıb.
     
    Bildirilir ki, Çin hökuməti ölkənin ən böyük neft emalı zavodlarına dizel yanacağı və benzin ixracını dayandırmaq göstərişi verib. Bu qərar Yaxın Şərqdə baş verən müharibənin qlobal enerji təchizatını poza biləcəyindən irəli gəlir.
     
    Agentliyin mənbələrinə görə, bu çağırış beynəlxalq uçuşlar üçün reaktiv yanacaqla təminat, təyyarələrin girov müqabilində yanacaqla doldurulması və ya Honq Konq və Makao tədarüklərinə aid deyil.
     
    Qeyd olunur ki, Çindən ixracın azalması – Asiyanın ən böyük yanacaq ixracatçılarından biri – Asiyada artıq məhdud olan yanacaq təchizatını daha da pisləşdirə bilər və emal marjasını artıracaq./modern

  • İrandan atılan raket Türkiyənin hava məkanında vurulub

    İrandan atılan və Türkiyənin hava məkanında məhv edilərək Adıyamanda Atatürk su anbarına düşən raketin qalıqları xüsusi qruplar tərəfindən axtarılır.

    Median.Az bu barədə İHA agentliyinə istinadən xəbər verir.

    Qruplar suya düşmüş raketə aid bir hissəni tapıblar. Raketə aid hissə araşdırılması üçün Jandarm Komandanlığına aparılıb. Su anbarında qalan raket parçalarının tapılması üçün işlər görülür.

    Eyni zamanda qruplar bölgədəki kənd təsərrüfatı sahələri ərazisində də axtarışlar həyata keçirirlər.

  • Donald Tramp: “İranın gələcək liderinin müəyyənləşdirilməsi prosesində şəxsən iştirak etməliyəm”

    ABŞ Prezidenti Donald Tramp İranın gələcək liderinin müəyyənləşdirilməsi prosesində şəxsən iştirak etmək istədiyini bildirib.

    Median.Az xəbər verir ki, o, bu barədə “Axios” portalına müsahibəsində danışıb.

    “Onlar vaxt itirirlər. Müctəba Xamenei (Əli Xameneinin oğlu) zəif fiqurdur. Mən təyinat prosesində şəxsən iştirak etməliyəm, necə ki, bu Venesuelada Delsi Rodrigeslə olmuşdu”, – deyə Ağ Evin rəhbəri qeyd edib.

    Onun sözlərinə görə, Müctəba Xamenei liderlik üçün qəbuledilməz namizəddir. Tramp vurğulayıb ki, əvvəlki siyasi kursun davam etməsi ABŞ-ni beş ildən sonra yenidən müharibəyə qayıtmağa məcbur edə bilər.

    “Biz İrana harmoniya və sülh gətirəcək bir lider istəyirik”, – deyə ABŞ prezidenti əlavə edib.

  • Qlobal fəlakət yaxınlaşır: Yalnız belə qorunmaq olar

    Beynəlxalq Valyuta Fondunun (BVF) idarəedici direktoru Kristalina Georgievanın sözlərinə görə, Yaxın Şərqdəki münaqişə qlobal iqtisadiyyatı sınağa çəkəcək.
     
    Median.Az xəbər verir ki, onun sözlərini “Bloomberg” agentliyi sitat gətirib.
     
    O izah edib ki, əgər döyüşlər davam edərsə, bu, təkcə enerji qiymətlərinə deyil, həm də bazar əhval-ruhiyyəsinə, iqtisadi artıma və inflyasiyaya təsir edəcək. Buna görə də, bu fəlakət nə qədər tez bitərsə, bütün dünya üçün bir o qədər yaxşı olacaq.
     
    Georgieva əmindir ki, müxtəlif miqyaslı yeni şoklar qaçılmazdır:
     
    “Əksər hallarda onların nə olacağını dəqiq proqnozlaşdırmaq mümkün deyil. Asiya dağıdıcı texnologiyalar, ticarət və geosiyasət tərəfindən idarə olunan təkrarlanan çətinliklər dünyasına hazırlaşmalıdır. Buna görə də, region özünü davam edəcək ticarət qeyri-müəyyənliyindən qorumaq üçün daha sıx daxili əməkdaşlığa nail olmalıdır”./publika

  • Tramp: Zelenski Ukrayna üzrə sülh sazişinə maneə yaradır

    ABŞ prezidenti Donald Tramp Ukrayna üzrə sülh sazişinin əldə olunmasına əsas maneənin Ukrayna prezidenti Volodimir Zelenski olduğunu bildirib.

    APA xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.

    Tramp müsahibəsində qeyd edib ki, Ukrayna üzrə danışıqlar davam edir, lakin o, Zelenskinin mövqeyindən narazılığını yenidən ifadə edib.

    “Zelenski özünü toparlamalı və razılaşma əldə etməlidir”, – deyə ABŞ prezidenti bildirib.

    Tramp eyni zamanda Rusiya prezidenti Vladimir Putinin müharibənin başa çatdırılması ilə bağlı danışıqlara hazır olduğunu düşündüyünü deyib.

  • Günəşdə güclü partlayışlar 2028-ci ilə qədər davam edəcək

    2026-cı ilin sonuna qədər Günəş səthində təqribən 5-10 ədəd X kateqoriyalı partlayışın qeydə alınması ehtimal edilir.
     
    Median.Az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu məlumat yayıb.
     
    İnstitutdan verilən məlumata görə, M və X dərəcəli Günəş partlayışlarının təxminən 2028-ci ilə qədər müşahidə olunacağı gözlənilir. Bu tarixdən sonra onlar səngiyəcəklər. Cari ildə daha 5-10 X səviyyəli partlayışın olması ehtimal edilir.
     
    Günəşdəki partlayışlar yaydıqları rentgen şüalanmasının intensivliyinə görə beş əsas qrupa ayrılır: A, B, C, M və X. Ən aşağı səviyyə olan A0.0 Yer kürəsinin orbitində hər kvadratmetrə düşən 10 nanovat radiasiya gücünə bərabərdir. Hər növbəti hərfə keçid zamanı güc on qat artır. Bu cür alovlanmalar, adətən, günəş plazması kütlələrinin atılması ilə nəticələnir ki, bu da Yerə çatdıqda geomaqnit fırtınalar yarada bilər.//oxu.az

  • Rusiyada Şahin Şıxlinski və Səfərovlara hökm oxundu: 22 il

    Yekaterinburqda Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski və Səfərov qardaşlarına hökm oxunub.

    APA-nın Rusiya bürosu xəbər verir ki, Şahin Şıxlinski 22 il müddətinə azadlıqdan məhrum edilib.

    Akif Səfərov 21, Ayaz Səfərov 20, Kamal Səfərov 14, Məzahir Səfərov 13, Bakir Səfərov 10 il müddətinə azadlıqdan məhrum edilib.

    Şücayəddin Rəcəbov isə 14 il müddətinə azadlıqdan məhrum edilib.