Category: Dünya

  • NATO İranın Türkiyəni hədəfə almasını qınayıb

    NATO İranın Türkiyəni hədəfə almasını qınayıb.

    Median.Az “Haber Global”a istinadən xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyindən bildirilib.

    Qeyd edilir ki, İrandan atılan bir raket Türkiyə hava məkanına yönəlib. Bu səbəbdən Şərqi Aralıq dənizində yerləşən NATO-nun hava və raketdən müdafiə qüvvələri tərəfindən vurulub.

    NATO isə bəyan edib ki, İranın Türkiyəni hədəf almasını pisləyir:

    “Hava və raketdən müdafiə də daxil olmaqla, çəkindirmə və müdafiə qabiliyyətlərimiz güclü şəkildə davam etdirilir. İranın bütün bölgədə ayrı-seçkilik etmədən həyata keçirdiyi hücumlar qarşısında NATO Türkiyə də daxil olmaqla, bütün müttəfiqlərinin yanında qətiyyətli şəkildə dayanmaqdadır”, – deyə NATO nümayəndəsi əlavə edib.

  • Bu gecə Xamenei ilə üç günlük vida mərasimi başlayır

    Bu gün Tehranda İranın öldürülən ali lideri Ayətullah Əli Xameneinin cənazəsi ilə vida mərasimi başlayacaq.

    Qaynarinfo Tasnim-ə istinadən xəbər verir ki, İran İslam Koordinasiya Şurasının rəhbəri Mohsün Mahmudiin məlumatına görə, vida mərasimi üç gün məsciddə gecə-gündüz davam edəcək.

    Mərasim başa çatdıqdan sonra ali liderin cənazəsi Məşhəd əhərinə aparılaraq dəfn olunacaq.

    Fevralın 28-dən etibarən ABŞ və İsrailin İrana endirdiyi hava zərbələri ölkədə dağıntılara və insan tələfatına səbəb olub. İran da buna cavab olaraq İsrailə və bölgədəki ABŞ hərbi bazalarına raket zərbələri endirib. Fevralın 28-də baş verən hücumlar nəticəsində Əli Xameneinin və digər yüksək vəzifəli şəxslər həlak olub.

    Xatırladaq ki, vida mərasimi İran vaxtı ilə bu gecə saat 22:00-da başlayacaq.

  • BƏƏ hava məkanındakı məhdudiyyətlərin müddəti məlum oldu

    Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) səması uçuşlar üçün tamamilə qapadılmayıb, hazırkı vaxtda yerli aeroportlardan uçan və oraya enən təyyarələr üçün müəyyən hava dəhlizləri fəaliyyət göstərir.

    Bu barədə TASS agentliyinə bölgədəki mənbə informasiya verib.

    Bundan öncə Domodedovo hava limanı tərəfindən yayılan məlumatda bildirilmişdi ki, “Emirates Airlines” aviaşirkəti “regiondakı hava məkanının bağlanması səbəbindən” Moskva vaxtı ilə 5 mart saat 00:59-dək (Bakı vaxtı ilə 5 mart saat 01:59 – red.) Dubay istiqamətində və əksinə bütün reysləri təxirə salıb.

    Məlumata görə BƏƏ-nin hava sahəsi yalnız qismən məhdudlaşdırılıb və uçuşların həyata keçirilməsi üçün bir neçə dəhliz ayrılıb. Bu da hava gəmilərinin, o cümlədən sərnişin təyyarələrinin aeroportlara enişinə və oradan qalxmasına şərait yaradır.

    Qeyd olunub ki, təyin edilmiş marşrutlar Yaxın Şərqdəki hadisələrə görə qapadılmayan qonşu Oman və Səudiyyə Ərəbistanının hava məkanına istiqamətlənir. Mənbə onu da xatırladıb ki, BƏƏ səmasının uçuşlar üçün qismən bağlanması rejimi martın 7-i şənbə gününə, qədər qüvvədə qalacaq.

  • İran ABŞ-lə danışıqları RƏDD ETDİ

    Tehran rəsmi Vaşinqtonla gələcəkdə hər hansı müzakirə aparmağı planlaşdırmır və hərbi qarşıdurmanı zərurət yarandığı müddətcə davam etdirmək əzmindədir.

    Median.Az “Tasnim” agentliyinə istinadən xəbər verir ki, bu barədə İranın Ali rəhbərinin müşaviri Məhəmməd Möhbər bəyanatla çıxış edib.

    “Amerikalılara qətiyyən etibarımız yoxdur və onlarla danışıq masasına oturmaq niyyətində deyilik. Biz 1980-1988-ci illər İran-İraq müharibəsi dövründə nümayiş etdirdiyimiz kimi, döyüşləri istədiyimiz qədər uzatmaq iqtidarındayıq”, – deyə o vurğulayıb.

  • “Hizbullah” İsrailin ən böyük müdafiə şirkətinə zərbə endirib

    Livanın şiə hərəkatı “Hizbullah” İsrailin ən iri aerokosmik və aviasiya şirkəti olan Israel Aerospace Industries-in qərargahına silsilə zərbələr endirdiyini bildirib.

    Bu barədə AFP məlumat yayıb.

    Məlumata görə, “Hizbullah” hərəkatı raket və pilotsuz uçuş aparatları ilə İsrailin aviasiya istehsalçısı şirkətinin (IAI) mərkəzi hissədəki qərargahına hücum edib.

    Həmçinin Səfəd şəhərinin şərqində pilotsuz uçuş aparatlarının idarə edilməsindən məsul olan “Giva” bazasına və İsrail ordusunun Şimali Hərbi Dairəsinin qərargahına (Dado bazası) raketlə zərbə endirilib.

  • ABŞ İrandakı əməliyyatlara milyardlarla dollar xərcləyib – Video

    ABŞ İrandakı əməliyyata üç gün ərzində iki milyard dollardan çox pul xərcləyib.

    Median.Az bu məlumatı hərbi xərcləri real vaxt rejimində izləyən veb-saytın məlumatlarına istinadən xəbər verir.

    Saytda qeyd olunub ki, hesablamalara şəxsi heyətin, gəmilərin, təyyarələrin və əlaqəli hərbi infrastrukturun saxlanılması xərcləri daxildir.

    Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.

    İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

    Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.

    İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.
    //oxu.az

  • Qətər, Küveyt və Bəhreyinin hava məkanları daha 12 saat bağlı qalacaq

    Qətər, Küveyt və Bəhreynin hava məkanları daha 12 saat bağlı qalacaq.

    Bu barədə TASS məlumat yayıb.

    Agentlikdən bildirib ki, Qətər, Bəhreyn və Küveyt aviasiya orqanları hava məkanlarını yerli vaxtla saat 16:00-a (Bakı vaxtı ilə saat 20:00) qədər bağlı saxlayacaq.

    Qeyd olunub ki, əvvəl bu ölkələrin hava məkanında uçuşların saat 02:00-da (Bakı vaxtı ilə saat 08:00) bərpa olunacağı planlaşdırılırdı, lakin mövcud vəziyyətə görə qadağa yenidən uzadılıb.

    Xatırladaq ki, bundan əvvəl Suriyanın Hələb hava limanından Suriya-Türkiyə sərhədi istiqamətində iki dəhlizin açıldığı bildirmişdi. Ölkənin hava məkanının qalan hissəsi martın 7-ə qədər bağlı qalacaq. İran və İraqın da hava məkanı hazırda bağlıdır, BƏƏ səması isə qismən məhdudlaşdırılıb.

  • İran Bağdad Beynəlxalq Hava Limanı yaxınlığındakı bazanı vurdu

    İran Bağdad Beynəlxalq Hava Limanı yaxınlığındakı logistika bazasına hücum edib.

    Bu barədə “Al Jazeera” kanalı məlumat yayıb.

    Dağıntı və tələfat barədə informasiya verilməyib.

    Qeyd olunub ki, hücum ən azı bir pilotsuz təyyarədən istifadə edilərək həyata keçirilib.

    Kanalın xəbərinə görə, sözügedən baza ABŞ qüvvələri tərəfindən istifadə olunurdu.

  • İran ABŞ və İsrail mövqelərinə 40-dan çox raket atdı

    İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ və İsrailə qarşı növbəti əməliyyatlarda hədəflərə 40-dan çox raket atıb.

    Median.Az TASS-a istinadən xəbər verir ki, bu barədə SEPAH məlumat yayıb.

    “Bir neçə saat əvvəl SEPAH-ın qüvvələri tərəfindən ABŞ-İsrail hədəflərinə 40-dan çox raket buraxılıb. “Əsl vəd-4″ əməliyyatının 17-ci mərhələsi həyata keçirilib”, – deyə SEPAH-ın yaydığı məlumatda bildirilib.

    Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.

    İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

    Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.

    İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.

  • Dubay müharibəyə görə dəqiqədə 1 milyon dollar itirir

    Dubay hava limanının işləməməsi səbəbindən Birləşmiş Ərəb Əmirlikləri dəqiqədə 1 milyon dollar itirir.

    Bloomberg xəbər verir ki, Dubay Beynəlxalq Hava Limanındakı fasilələr Əmirliyə gündə yüz milyonlarla dollara başa gəlir və bu da Əmirliklərə, tranzitə, otellərə və pərakəndə satışa təsir göstərir.

    Dubay hava limanı 100-dən çox ölkədə 260-dan çox şəhəri birləşdirir və Avropa, Hindistan, ABŞ, Asiya və Afrika arasında əsas mərkəzdir.