Category: Dünya

  • ABŞ İspaniya ilə ticarəti dayandıracaq

    İspaniyanın İrana qarşı zərbələr üçün öz hərbi bazalarını təqdim etməkdən imtina etməsi və müdafiə xərclərini artırmaması səbəbindən Vaşinqton Madridlə ticarəti dayandıracaq.

    Bunu ABŞ Prezidenti Donald Tramp bildirib.

    Onun sözlərinə görə, İspaniya NATO-da müdafiə xərclərini ÜDM-in 5 faizinə çatdırmağa razılaşmayan yeganə ölkə olub.

    “Biz İspaniya ilə bütün ticarəti dayandıracağıq. İspaniya ilə heç bir iş görmək istəmirik”, – deyə Tramp bildirib.

    ABŞ lideri əlavə edib ki, buna baxmayaraq, zərurət yaranarsa, ABŞ İrana qarşı əməliyyat çərçivəsində İspaniyadakı hərbi bazalardan istifadəni davam etdirəcək.

  • İranlı alimlər hakimiyyətin Pəhləviyə verilməsini tələb etdilər – FOTO

    İranlı akademiklər hakimiyyətin xalqa ötürülməsini tələb edirlər.

    Median.Az xəbər verir ki, son bir neçə saat ərzində yüzlərlə İran universitet professoru və texnologiya mütəxəssisi İran Konstitusiyasını qeyri-legitim elan edən bəyanat imzalayıblar.

    Onlar həmçinin hakimiyyətin dərhal xalqa və Rza Pəhləviyə ötürülməsini tələb ediblər.

    İmzaların sayı dəqiqəbədəqiqə artır.

  • İspaniya ilə ticarəti tam dayandırırıq – Tramp

    ABŞ Prezidenti Donald Tramp İspaniya onlara bazalarından istifadə icazəsi vermədiyini açıqlayıb.

    Median.Az xəbər verir ki, bu barədə Donald Tramp Ağ Evdə Almaniya kansleri Fridrix Merzlə görüşü zamanı bildirib.

    O, bu səbəbdən ABŞ İspaniya ilə bütün ticarət əməliyyatlarını tam dayandıracağını deyib.

    Tramp həmçinin bildirib ki, Böyük Britaniyadan da razı deyil və əlaqələrdə bəzi gərginliklər mövcuddur. ABŞ milli maraqlarını qorumaq üçün sərt addımlar atmağa hazırdır.

  • Çində hazırlanmış yeni batareya elektrikli avtomobillərin məsafəsini iki dəfə artıra bilər

    Tədqiqatçılar bildirirlər ki, yeni batareya yüksək hündürlüklərdə istifadə üçün nəzərdə tutulan nəqliyyat vasitələrində və dronlarda tətbiq oluna bilər

    Elektrikli avtomobillərin qət etmə məsafəsini iki dəfə artıra biləcək yeni komponent hazırlayan çinli alimlər litium batareyaların uzun müddətdir mövcud olan məhdudiyyətini aradan qaldırdıqlarını açıqlayıblar.

    Elektrikli avtomobillərdə geniş istifadə olunan litium batareyalar enerji istehsal etmək üçün adətən həlledici mühitdə litium duzları ilə oksigen atomları arasındakı qarşılıqlı təsirə əsaslanır. Kimyəvi reaksiya nəticəsində duzlar həll olur və litium ionlarının elektrolit daxilində hərəkəti təmin edilir. Bu proses elektrik cərəyanının yaranmasına səbəb olur. Lakin bu batareyalar böyük həcmdə həlledici tələb edir ki, bu da onların ölçülərinin kiçildilməsini çətinləşdirir.

    Həlledicilər aşağı temperaturda effektiv işləmədiyi üçün bu batareyalar dünyanın daha soyuq bölgələrində az səmərəli olur.

    Bundan əlavə, mövcud batareyalar 350 vatt-saat/kq nəzəri həddə yaxın işləyir ki, bu da bir çox şirkəti bərk hal batareyalarına keçməyə sövq edir.

    Qaynarinfo-nun verdiyi xəbərə görə, “Nature” elmi jurnalında dərc olunan yeni araşdırmada tədqiqatçılar bildirirlər ki, hazırlanmış batareya “otaq temperaturunda 700 vatt-saat/kq-dan çox, -50 dərəcə Selsidə isə təxminən 400 vatt-saat/kq enerji sıxlığına” çata bilər.

    Yeni batareya litium duzlarının effektiv həllini təmin edən “flüorlu hidrokarbon” həlledicisindən istifadə edir. Çinli alimlərin sözlərinə görə, bu həlledici ənənəvi litium-oksigen modelini əvəz edir və daha yüksək səmərəlilik təqdim etməklə elektrolitin miqdarını əhəmiyyətli dərəcədə azaldır.

    Nankay Universitetinin professoru Cao Çinq bildirib: “Elektrolit ionları sürətlə buraxmalı və eyni zamanda sürətli şarj ötürülməsini təmin etməlidir, lakin bu iki xüsusiyyət adətən bir-birinə mane olur”.

    Alimin sözlərinə görə, flüorun litium üzərində daha zəif cazibə qüvvəsi bu problemi aradan qaldırır.

    Tədqiqatçılar qeyd edirlər ki, litium-flüorid sistemi aşağı temperaturda belə sürətli şarj ötürülməsi prosesini mümkün edir və -50 dərəcə Selsiyə qədər soyuq şəraitdə işləyə bilir.

    Dövlət televiziyası “CCTV”nin məlumatına görə, tədqiqatçılar bildiriblər: “Bu böyük irəliləyiş mövcud litium batareyaların tutumunu ölçüsünü və ya çəkisini artırmadan iki dəfə yüksəldə bilər”.

    Nankay Universitetindən tədqiqatın baş müəllifi Çen Çün deyib: “Hazırda 500 km məsafə qət edən elektrikli avtomobillər batareyalarımızdan istifadə etməklə bir şarjla 1000 km-dən artıq yol gedə bilər”.

    Bu yenilik adi litium batareyaların enerji sıxlığını bərk hal batareyalarının səviyyəsinə çatdırır.

    Yeni batareya çox aşağı temperaturda belə səmərəli işlədiyindən, tədqiqatçılar onun yüksək hündürlüklərdə istifadə üçün nəzərdə tutulan nəqliyyat vasitələrində və dronlarda tətbiq olunacağına ümid etdiklərini bildirirlər.

  • İordaniya hava məkanını açdı

    İordaniya hava məkanını açıb.

    İordaniya Mülki Aviasiya İdarəsi hava məkanının açıldığını bəyan edib.

    Qərar təhlükəsizliklə bağlı vəziyyətin diqqətlə araşdırılmasından sonra verilib.

    Qeyd edək ki, bundan əvvəl İordaniya regionda yaşanan gərginlik fonunda hava məkanını bağlayıb.

    \apa

  • Peyk görüntüləri İrandakı nüvə kompleksindəki dağıntıları üzə çıxardı

    Peykdən əldə edilən fotoşəkillər İranın Natanz ərazisində yerləşən nüvə kompleksinə vurulan ziyanı sübuta yetirib.

    Sözügedən məsələ ilə bağlı Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) mətbuat xidməti sosial şəbəkə platformasında açıqlama yayımlayıb.

    Məlumata görə, kompleksin giriş hissəsindəki tikililər dağıntıya məruz qalıb. Qurum vurğulayıb ki, bu zədələnmə hər hansı radioloji fəsadlara səbəb olmayıb.

    Bəyanatda qeyd olunur:

    “Ən yeni peyk təsvirlərinə istinadən BAEA təsdiq edir ki, baş verən son hadisələr Natanzda yerləşən yeraltı yanacaq zənginləşdirmə müəssisəsinin girişindəki tikililərə ziyan vurub”.

  • İran Qətərdə su anbarlarını vurub

    “İranın hücumları Qətərin kritik sənaye infrastrukturuna, o cümlədən Mesaiddəki su anbarlarına və Ras-Laffandakı “Qatar Energy” sənaye kompleksinə yönəldilmişdi”.

    Bu barədə Qətərin Xarici İşlər Nazirliyinin sözçüsü Məcid bin Məhəmməd əl-Ənsari brifinqdə bildirib.

    “Ras-Laffan və Mesaiddə sənaye obyektləri və infrastruktura təsir edən zərbələr qeydə alınıb”, – o, əlavə edib.

    Diplomat qeyd edib ki, Ras-Laffanda hədəf istismar və xidmət obyektlərini əhatə edən inteqrasiya olunmuş sənaye kompleksi, Mesaiddə isə həyati əhəmiyyətli obyekt və su anbarları olub.

    Bazar ertəsi “Qatar Energy” Ras-Laffan və Mesaid şəhərlərindəki sənaye obyektlərinə edilən hücumla əlaqədar sıxılmış təbii qaz (STQ) və əlaqəli məhsulların istehsalını dayandırdığını elan edib. Qətər Müdafiə Nazirliyinin məlumatına görə, bu obyektlər İran ərazisindən buraxılan pilotsuz uçuş aparatlarının zərbələrinə məruz qalıb.

    Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.

    İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

    Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.

    İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.

  • İsrail ordusu Tehranda strateji mərkəzləri VURDU

    İsrail Hərbi Hava Qüvvələri Tehranın mərkəzində bir neçə küçəni əhatə edən hökumət binaları kompleksinə zərbələr endirib.

    Bu barədə İsrail Müdafiə Qüvvələri (SAXAL) məlumat yayıb.

    “İsrail Hərbi Hava Qüvvələri Tehranın mərkəzində yerləşən İran obyektlərinə zərbələr endirib. Hücum zamanı prezident iqamətgahına və Ali Milli Təhlükəsizlik Şurasının binasına çoxsaylı mərmilər atılıb. Zərbələr zamanı yüksəksəviyyəli təhlükəsizlik qərarları qəbul edənlərin toplantı yeri, eləcə də İranın hərbi zabitləri üçün təlim mərkəzi hədəfə alınıb”, – deyə SAXAL-dan bildirilib.

    Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.

    İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. SAXAL zərbələri təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

    Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.

    İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.

  • Türkiyənin İranla sərhədində qara bayraq asıldı

    ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində Türkiyənin Esendere gömrüyündə məhdudiyyətlər tətbiq olunub.

    Bu barədə İHA informasiya agentliyi məlumat yayıb. Bildirilib ki, İranda 40 günlük matəmin elan olmasına görə sərhəd qapısına qara bayraq asılıb.

    Qeyd edək ki, təhlükəsizlik səbəbi ilə verilən qərara əsasən, İran ilə Türkiyə arasında ümumi keçidlər dayandırılıb. Vətəndaşların nəzarətli şəkildə ölkələrinə qayıtmalarına icazə verilir.

    Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.

    İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

    Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.

    İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib.

  • Tramp: “İrana qarşı hərbi əməliyyat planlaşdırılan 4-5 həftədən daha uzun çəkə bilər”

    “ABŞ və İsrailin İranda həyata keçirdiyi hərbi əməliyyat planlaşdırılan 4-5 həftədən daha uzun çəkə bilər. Döyüş əməliyyatları zəruri hesab edilən müddət ərzində davam edəcək”.

    Median.Az “Kommersant” nəşrinə istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdəki çıxışı zamanı bildirib.

    “Biz əvvəlcədən dörd-beş həftəlik müddət proqnozlaşdırmışdıq. Lakin bu müddətdən daha uzun davam etməyə imkan verən potensialımız var”, – deyə o vurğulayıb.

    Bununla yanaşı, dövlət başçısı əməliyyatın planlaşdırılandan daha sürətli getdiyini qeyd edib. Trampın sözlərinə görə, ilkin mərhələdə İranın hərbi rəhbərliyinin üzvlərinin zərərsizləşdirilməsi üçün dörd həftə vaxt nəzərdə tutulmuşdu, lakin ABŞ bunu cəmi bir saat ərzində həyata keçirə bilib.

    O əlavə edib ki, hərbi əməliyyatlar ABŞ qarşıya qoyduğu məqsədlərə çatdıqdan sonra başa çatacaq. Tramp bu məqsədlər sırasında İranın nüvə və raket proqramlarının tam dayandırılmasını xüsusi vurğulayıb.

    Amerika Birləşmiş Ştatları (ABŞ)