İran ABŞ və İsrail obyektlərinə qarşı “Həqiqi vəd – 4” əməliyyatının 12-ci mərhələsinə başladığını açıqlayıb. Bu barədə İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bəyanat yayıb.
Median.Az xəbər verir ki, bundan əvvəl NourNews İranın regiondakı ABŞ bazalarına zərbələr zamanı ən yeni ağır raketdən istifadə etdiyini iddia etmişdi.
Fevralın 28-də İsrail Müdafiə Qüvvələri İran ərazisinə “Şir nəriltisi” əməliyyatı çərçivəsində zərbələr endirmişdi və hər iki ölkə hava məkanını bağlamışdı.
Daha sonra ABŞ Prezidenti Donald Trump ABŞ-ın da əməliyyatda iştirak etdiyini bildirib. Pentaqon əməliyyatı “Epik Qəzəb” adlandırıb.
İran isə cavab olaraq İsrailə onlarla ballistik raket buraxıb və Qətər, BƏƏ, Bəhreyn, İraq, Səudiyyə Ərəbistanı və İordaniyada yerləşən ABŞ hərbi bazalarına zərbələr endirib./modern.az
Category: Dünya
-
İran ABŞ və İsrail obyektlərinə raket zərbələri endirdi
-
ABŞ İranda ilk dəfə yeni raketdən istifadə etdi

ABŞ İrandakı əməliyyatlarda ilk dəfə yeni “Precision Strike” (PrSM) həssas vuruş raketindən istifadə edib.
Median.Az xəbər verir ki, bu barədə “TWZ” məlumat yayıb.
Bu, təxminən iki il əvvəl istifadəyə verilib və ilk dəfə döyüşdə istifadə edilir.
“PrSM” sələfi olan “ATACMS”dan əsasən 500 kilometrə çatan artırılmış mənzili ilə fərqlənir.
Nəşrin məlumatına görə, “PrSM” İran hədəflərinə “HIMARS” raket sistemindən istifadə edilərək buraxılıb.
“Yeni raket, xüsusən də quyruğunun forması və konfiqurasiyası baxımından ATACMS-dən xeyli fərqlənir”, – “TWZ” qeyd edir.
Bundan əvvəl, ABŞ ordusunun İrandakı hədəflərə endirilən zərbələr zamanı ilk dəfə kamikaze dronlarını sınaqdan keçirdiyi bildirilmişdi. -
Tramp İranda öldürülən liderlərin sayını açıqladı

ABŞ Prezidenti Donald Tramp Birləşmiş Ştatların İrana qarşı əməliyyatının ilk günündə İranın ən yüksəkvəzifəli 49 liderinin öldürüldüyünü açıqlayıb.
Bu barədə o, “Fox News”a müsahibəsində bildirib.Donald Tramp deyib ki, Ayətullah Əli Xamenei hücumun səhəri səhər yeməyində yaxın ətrafı ilə görüşüb.
“Düşünürdük ki, İran rəhbərliyindən qurtulmaq üçün dörd həftə lazım olacaq.
Bilirsiniz ki, onlar gizlənsələr bu, dörd həftədən daha uzun çəkir. Nə baş verdiyini eşidəndə şoka düşdük. Nə baş verdiyinə və harada baş verdiyinə dair dəqiq məlumatımız var idi”, – deyə Tramp əlavə edib.
-
Ərdoğan Mark Rutte ilə regiondakı gərginliyi müzakirə etdi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun baş katibi Mark Rutte ilə telefon danışığı aparıb.
Median.Az xəbər verir ki, Ərdoğan Türkiyənin bölgədəki münaqişəli prosesləri həssaslıqla izlədiyini, davamlı və dayanıqlı sülhün təmin olunması üçün diplomatiyaya geniş imkan yaradılmasının vacibliyini bildirib. -
Rza Pəhləvi: “İranda rəsmi vəzifələr tutmaq fikrində deyiləm”
İranda devrilmiş şahın oğlu Rza Pəhləvi ölkədə rəsmi vəzifələrə iddialı olmayacağını bildirib.
Bu barədə o, “60 Minutes” proqramına verdiyi müsahibədə danışıb.“Onlar mənə keçid dövrünün rəhbəri kimi etibar edirlər, gələcəyin kralı və ya prezidenti kimi yox”, – deyə R.Pəhləvi qeyd edib.
O həmçinin İsraillə sıx əlaqələrin strateji əhəmiyyətini vurğulayıb. R.Pəhləvi ABŞ Prezidenti Donald Trampı “ən məşhur xarici lider” adlandırıb.
-
İsfahandakı nüvə obyektinə zərbələr endirildi
ABŞ ordusu İsfahanda yerləşən nüvə obyekti və yaxınlıqdakı aviabazaya raket zərbələri endirib.
Median.Az İsrailin “Kan” dövlət telekanalına istinadən xəbər verir ki, hücum nəticəsində hərbi hava bazası ilə yanaşı, nüvə kompleksinin müəyyən hissələri də hədəfə gəlib.Kanalın məlumatına görə, hücuma baxmayaraq, Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi hələlik nüvə obyektlərini hədəf alan hərbi fəaliyyət qeydə almadıqlarını bildirib. Təşkilat rəhbərinin sözlərinə görə, Buşehr AES, Tehran tədqiqat reaktoru və digər nüvə müəssisələrinin zədələnməsi barədə onlarda rəsmi məlumat yoxdur.
Xatırladaq ki, fevralın 28-i səhər saatlarında ABŞ və İsrailin başladığı genişmiqyaslı əməliyyat zamanı Tehran başda olmaqla ölkənin strateji əhəmiyyətli digər şəhərləri də hədəfə alınıb.
-
İran raketlərlə bağlı yenilik tətbiq etdi
İran raketlərdə partlayıcı olan yeni döyüş başlıqlarından istifadə edib.
Median.Az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
Məlumata görə, İran raketlərinin döyüş başlıqlarındakı partlayıcı maddənin növü dəyişib. İndi 500 kiloqram ağırlığında olan döyüş başlığı əvvəlki bir tonluq döyüş başlıqlarına bərabərdir.
Buna görə də İranın son günlərdəki hücumlarının həm həcminə, həm də keyfiyyətinə görə 12 günlük müharibədən fərqləndiyi vurğulanıb./publika -
Qazax idman paytaxtı seçildi: Şəhər bu statusa nə dərəcədə hazırdır?
Baku TV-nin “İdmanda nə baş verir?” podkastının yeni buraxılışında Qazaxın idman paytaxtı elan olunması məsələsi ətrafında geniş müzakirə aparılıb.
Qazax niyə idman paytaxtı seçildi?
Şəhər bu statusa nə dərəcədə hazırdır?
Qazaxda hansı idman yarışlarının keçirilməsi daha məqsədəuyğundur?
Quba və Qəbələ idman paytaxtı seçildikdən sonra həmin şəhərlərdə hansı real dəyişikliklər baş verdi?
İdman jurnalisti Elmar Rza proqramda bu və digər suallara aydınlıq gətirib.
-
İspaniya ABŞ-yə hərbi bazalarından istifadə etməyə qadağa qoyub
İspaniya ABŞ Prezidenti Donald Trampa İrana hücum etmək üçün öz hərbi bazalarından istifadə etməyi qadağan edib, həmçinin ABŞ Hərbi Hava Qüvvələrinin tankerlərini ölkədən çıxarıb.
Median.Az bu barədə “El Pais” nəşrinə istinadən xəbər verir.
Nəşrdə qeyd olunur ki, Madrid ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlarını dəstəkləməkdən imtina edib. Həmçinin İspaniya Tehranın Fars körfəzi ölkələrinə və Kiprə hücumuna cavab olaraq “mütənasib hücum hərəkətləri” etməyə hazır olduqlarını bildirən Fransa, Almaniya və Böyük Britaniyanın mövqeyindən uzaqlaşıb.
Ölkənin xarici işlər naziri Xose Manuel Albaresin sözlərinə görə, Avropanın səsi gərginliyin azaldılmasına və danışıqlara qayıtmağa yönəlmiş balans və mülayimlik səsi olmalıdır.







