Category: Dünya

  • İsveçrədə Özbəkistanın keçmiş prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimovanın məhkəməsi başlayıb

    İsveçrənin Bellinçona şəhərində yerləşən Federal Cinayət Məhkəməsində Gülnarə Kərimova işi üzrə məhkəmə prosesi başlayıb. O, çirkli pulların yuyulması və cinayət şəbəkəsi yaratmaqda ittiham olunur.

    Median.Az xəbər verir ki, bu barədə Swissinfo məlumat yayıb.

    İstintaqın versiyasına görə, Kərimova “The Office” adlı struktur vasitəsilə 2005–2012-ci illərdə “cinayət yolu ilə əldə edilmiş” vəsaitlərin, o cümlədən telekommunikasiya şirkətlərindən alınan pulların yuyulmasına rəhbərlik edib. Söhbət yüz milyonlarla dollardan gedir.

    Hazırda təqsirləndirilən şəxs Özbəkistanda həbsdədir və məhkəmə prosesində şəxsən iştirak edə bilmir. Gülnarə Kərimova daha əvvəl də vətənində məhkum olunub. 2015-ci ildə ona 5 il azadlığın məhdudlaşdırılması cəzası verilib, 2019-cu ildə isə koloniyaya köçürülüb.

    2020-ci ilin martında məhkəmə onu dövlət vəsaitlərinin mənimsənilməsi, ölkə maraqlarına zidd sazişlərin bağlanması və xüsusilə külli miqdarda hədə-qorxu ilə tələb etmə ittihamları üzrə daha 13 il 4 ay müddətinə azadlıqdan məhrum edib.

    İsveçrədə keçirilən məhkəmə prosesi Kərimova işi ilə bağlı maliyyə əməliyyatlarının beynəlxalq araşdırmasının bir hissəsi kimi qiymətləndirilir.

    Foto: sda-ats

  • Günəşdə güclü partlayış olub

    Günəşdə aprelin 28-də gücünə görə güclü partlayış qeydə alınıb.

    Bu barədə TASS-a Rusiya Tətbiqi Geofizika İnstitutundan bildiriblər.

    Qeyd olunub ki, aprelin 28-də Bakı vaxtı ilə 16:33-də rentgen diapazonunda 4420 nömrəli günəş ləkələri qrupunda (N14W37) 23 dəqiqə davam edən M1.0 sinifli partlayış baş verib.

    Günəş partlayışları rentgen şüalanmasının gücünə görə A, B, C, M və X siniflərinə bölünür. Minimum A0.0 sinfi Yer orbitində bir kvadratmetrə 10 nanovat gücə uyğun gəlir. Hər növbəti sinfə keçiddə şüalanmanın gücü 10 dəfə artır.

    Partlayışlar günəş plazmasının atılması ilə müşayiət olunur və bu buludlar Yerə çatdıqda maqnit qasırğalarına səbəb ola bilər.

  • Moskvada yanğında 8 nəfər ölüb

    Moskvanın şimalında çoxmərtəbəli tikinti sahəsində baş verən yanğında ölənlərin sayı artıb.

    Yanğında ölənlərin sayı 8-ə çatıb.

    * * * * *

    Moskvanın şimalında çoxmərtəbəli tikinti sahəsində baş verən yanğında ölənlərin sayı artıb.

    APA-nın Rusiya bürosu xəbər verir ki, yanğında ölənlərin sayı 7-yə çatıb, 13 nəfər yaralanıb.

    1400 kvadratmetr ərazidə baş verən yanğın söndürülüb.

    * * * * *

    Moskvanın şimalında çoxmərtəbəli tikinti sahəsində baş verən yanğında ölənlərin sayı 5-ə çatıb.

    31 nəfər xilas edilib.

    * * * * *

    Moskvanın şimalında çoxmərtəbəli tikinti sahəsində yanğın baş verib.

    Yanğın nəticəsində 3 nəfər ölüb, 7 nəfər yaralanıb.

    Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, yanan binanın içərisində 200-ə qədər insan ola bilər.

    Hazırda 21 nəfərin xilas edildiyi bildirilib.

    Operativ xidmətlər yanğının yayıldığını bildirir.

  • “Telegram” bir gündə dünya üzrə 105 000-dən çox kanal və qrupu blokladı

    “Telegram” mesenceri aprelin 27-də dünya üzrə 105 000-dən çox kanal və qrupu bloklayıb.

    Bunu “Telegram”ın rəsmi saytında dərc olunan yenilənmiş statistika göstərir.

    Cari məlumata görə, ilin əvvəlindən bəri “Telegram”da 13.7 milyondan çox qrup və kanal bloklanıb. Son bir həftə ərzində “Telegram” mesenceri təxminən 635 000 kanalı blok edib.

    2023-cü ilin dekabrından bəri ən kütləvi bloklama isə 1 yanvar 2026-cı ildə baş verib – o zaman təxminən 543 000 qrup və kanal bloklanıb.

    Statistikanın təhlili kontentin moderasiyası üzrə aktivlikdə əhəmiyyətli artım olduğunu göstərir. 2026-cı ilin birinci rübündə “Telegram” xidmətin siyasətini pozduğuna görə ötən ilin eyni dövrü ilə müqayisədə 51% daha çox kanal və qrupu bloklayıb.

  • Cənubi Sudanda təyyarə qəzası oldu – Xeyli sayda ölən var

    Cənubi Sudanın paytaxtı Cuba yaxınlığında kiçik təyyarənin qəzaya uğraması nəticəsində 14 nəfər həlak olub.

    Bunu Cənubi Sudan Mülki Aviasiya İdarəsi bildirib.

    Məlumata görə, “Cessna 208 Caravan” tipli təyyarə Yai şəhərindən Cuba Beynəlxalq Hava Limanına daxili reys həyata keçirirmiş. Yerli vaxtla saat 09:15-də havaya qalxan təyyarə ilə təxminən 30 dəqiqə sonra əlaqə kəsilib. Qəza nəticəsində göyərtədə olan 13 sərnişinin və pilotun hamısı həyatını itirib.

    Həlak olanlardan ikisinin Keniya vətəndaşı olduğu, digərlərinin isə Cənubi Sudan vətəndaşları olduğu bildirilir.

    İlkin ehtimallara əsasən, qəzanın baş verməsinə əlverişsiz hava şəraiti və zəif görünüş səbəb olub. Faktla bağlı araşdırma aparılır.

    Hadisə yerinə göndərilən mütəxəssislər qəzanın səbəblərinin müəyyənləşdirilməsi və xilasetmə işlərinə dəstək göstərilməsi istiqamətində iş aparırlar.

  • Bu ölkə rusiyalılara daşınmaz əmlak almağı qadağan edir

    Estoniya Daxili İşlər Nazirliyi hökumət adından Daşınmaz Əmlakın Əldə Edilməsinin Məhdudlaşdırılması Qanununa dəyişikliklər hazırlayıb.

    Bu dəyişikliklər daimi yaşayış icazəsi olmayan Rusiya və Belarus vətəndaşlarına daşınmaz əmlak almaq hüququndan məhrum edəcək.

    Bu müddəa, həmçinin, Rusiya və Belarus şirkətlərinə, eləcə də onların faydalandıqları iki ölkədəki hüquqi şəxslərə də şamil edilə bilər.

    Məhdudiyyətlər, həmçinin, mənzil mülkiyyətinə də şamil ediləcək ki, bu da indiyə qədər Daşınmaz Əmlakın Əldə Edilməsinin Məhdudlaşdırılması Qanununun əhatə dairəsindən kənarda qalıb.

    Estoniya hökuməti yalnız milli əhəmiyyətli və ya humanitar səbəblərdən daşınmaz əmlak almaq üçün icazə verə bilər.

  • “WhatsApp” bu telefonlarda işləməyəcək

    Dünyada ən çox istifadə olunan mesajlaşma tətbiqlərindən “WhatsApp” 8 sentyabr 2026-dan etibarən Android 6.0-dan aşağı əməliyyat sisteminə malik cihazlarda dəstəyi dayandıracaq.

    Qərar xüsusilə Android 5.0 və 5.1 ilə işləyən köhnə modellərə təsir edəcək.

    Şirkət bu addımı təhlükəsizlik və performans tələbləri ilə əsaslandırıb. Bildirilir ki, yeni funksiyalar və şifrələmə sistemləri köhnə sistemlərdə stabil işləmədiyi üçün dəstək dayandırılır.

    İstifadəçilərə məlumat itkisinin qarşısını almaq üçün ehtiyat nüsxə yaratmaq, cihazlarını yeniləmək və ya daha yeni modellərə keçmək tövsiyə olunur. Məlumata görə, mesaj və fayllar Google Drive üzərindən saxlanıla bilər.

    iOS istifadəçiləri isə bu dəyişiklikdən təsirlənməyəcək və xidmət iOS 15.1 və daha yeni versiyalarda davam edəcək.

  • Tehran Hörmüz boğazı ilə bağlı alternativ yola ət atdı

    İranın Hörmüz boğazı ilə bağlı hazırladığı qanun layihəsi gəmilərdən keçidə görə deyil, göstərilən xidmətlərə görə ödəniş alınmasını nəzərdə tutur.

    Bu barədə “The Guardian” nəşri məlumat yayıb.

    Bildirilir ki, Tehran gəmiçilik şirkətlərinin boğazdan keçid zamanı təqdim olunan konkret xidmətlərə görə ödəniş etməsini təklif edir. Bu yanaşma İrana birbaşa keçid rüsumu tətbiq etmədən gəmiçilikdən gəlir əldə etməyə imkan yarada bilər.

    İran parlamentinin milli təhlükəsizlik komissiyasının rəhbəri İbrahim Əzizi bildirib ki, ödənişlər milli valyuta – İran rialı ilə həyata keçirilməlidir.

    Onun sözlərinə görə, layihə faktiki olaraq Hörmüz boğazı üzərində nəzarətin İran Silahlı Qüvvələri tərəfindən həyata keçirilməsini nəzərdə tutur. O qeyd edib ki, İran ordusu “düşmən gəmilərini” buraxmayacaq.

    Qəzet vurğulayır ki, təklif olunan mexanizm BMT-nin dəniz hüququ üzrə konvensiyasının müddəalarını pozmadan gəlir əldə etməyə imkan verə bilər. Həmin sənədə əsasən, xarici gəmilər yalnız keçidə görə rüsumla yüklənə bilməz, lakin konkret xidmətlər – məsələn, loçmanlıq və ya təhlükəsizlik təminatı – üçün ödəniş tələb oluna bilər.

    Qeyd edək ki, İran bu konvensiyanı imzalasa da, hələ ratifikasiya etməyib.

  • “Bu, hərbi xidmətə yararsız olması üçün əsas yaratmır” – 3 barmağı olan çağırışçı ilə bağlı açıqlama (FOTO)

    Ayağında 5 barmaq əvəzinə 3 barmaq olan 25 yaşlı Fəzail Amil oğlu Abbasquliyev yararlı kimi hərbi xidmətə qəbul edilib.

    Bu barədə sosial şəbəkədə hərbi bloqer Tofiq Şahmuradov paylaşım edib.

    Məsələ ilə bağlı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İctimaiyyətlə əlaqələr və daxili kommunikasiyalar şöbəsinin müdiri Tural Qurbanov sorğumuza cavab olaraq bildirib ki, sosial şəbəkələrdə Füzuli rayon sakini, 2001-ci il təvəllüdlü Abbasquliyev Fəzail Amil oğlunun guya hərbi xidmətə yararsız olduğu halda yararlı hesab edilməsi ilə bağlı yayılan iddialar həqiqəti əks etdirmir:

    “Adıçəkilən vətəndaş 01.12.2025-ci il tarixdə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində yekun tibbi müayinədən keçirilib.

    Aparılmış tibbi müayinənin nəticələrinə əsasən, vətəndaşın mövcud sağlamlıq vəziyyəti və müəyyən edilmiş diaqnozu qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq ona hərbi xidmətə çağırışdan möhlət verilməsi və ya hərbi xidmətə yararsız hesab olunması üçün əsas yaratmır.

    Bir daha qeyd edirik ki, vətəndaşların hərbi xidmətə yararlılıq dərəcəsi yalnız mövcud qanunvericilik və tibbi göstəricilər əsasında müəyyən edilir.

    Eyni zamanda, vətəndaş qəbul edilmiş qərardan narazı olduğu halda qanunvericiliyə uyğun olaraq məhkəməyə müraciət etmək hüququna malikdir”, – deyə açıqlamada qeyd olunub.

  • Putin Əraqçi ilə görüşdü

    Rusiya Prezidenti Vladimir Putinlə İranın xarici işlər naziri Abbas Əraqçi arasında görüş keçirilir.

    Görüş Kremldə baş tutur.

    Putin görüşdə Əraqçiyə İranın ali liderinə ən xoş arzularını çatdırıb.