
Tanınmış aktyor 27 yaşlı İbrahim Yıldız vəfat edib
Median.Az xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.
Gənc aktyor İstanbulda güclü fırtına zamanı aşan ağacın altında qalmış və ağır yaralanmışdı.

Tanınmış aktyor 27 yaşlı İbrahim Yıldız vəfat edib
Median.Az xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.
Gənc aktyor İstanbulda güclü fırtına zamanı aşan ağacın altında qalmış və ağır yaralanmışdı.

İran hökuməti Ümrə və Həcc ziyarətlərini təxirə salıb.
Median.Az bildirir ki, bu qərar ABŞ-İsrail qüvvələrinin İrana hücumu nəticəsində hava məkanının bağlanması ilə əlaqədardır.
Qeyd olunub ki, davam edən müharibə səbəbilə Ümrə və Həcc ziyarətləri müvəqqəti olaraq ləğv edilib.
İsrail Müdafiə Ordusu (SAXAL) İran rejiminin strateji müdafiə sistemlərinə qarşı genişmiqyaslı əməliyyat həyata keçirib.
Median.Az xəbər verir ki, bu barədə SAXAL-ın “X” sosial şəbəkə hesabında qeyd edilib.
Fevralın 28-də İranın qərbində, Kermanşah bölgəsində yerləşən müasir “SA-65” hava müdafiə sistemi də daxil olmaqla bir neçə strateji zenit-raket kompleksi vurulub.
Türkiyə ABŞ və İsrailin İrana hücumlarının regional və qlobal sabitliyə təhdid yaratdığını bəyan edib.
Median.Az xəbər verir ki, məlumatı Türkiyənin Xarici İşlər Nazirliyi yayıb.
Açıqlamada bildirilir ki, İsrail və ABŞ-nin İrana hücumları ilə başlayan və daha sonra İranın üçüncü ölkələrə qarşı zərbələri ilə davam edən hadisələr regionun gələcəyini və qlobal sabitliyi risk altına salır.
Türkiyə XİN tərəfləri dərhal hərbi əməliyyatları dayandırmağa çağırıb.
Qurum vurğulayıb ki, regiondakı problemlər sülh yolu ilə həll edilməlidir. Türkiyə vasitəçi qismində zəruri dəstəyi göstərməyə hazır olduğunu bildirib. Nazirlik həmçinin eskalasiyadan təsirlənən ölkələrdə yaşayan Türkiyə vətəndaşlarının təhlükəsizliyinin prioritet olduğunu və bununla bağlı bütün zəruri tədbirlərin görüldüyünü qeyd edib
İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ və İsrailin zərbələri nəticəsində ölkənin bir neçə komandirini itirmiş ola biləcəyini bildirib.
Median.Az xəbər verir ki, bu barədə NBC telekanalı məlumat yayıb.
“Bildiyimə görə, İranın ali lideri Xamenei sağdır”, – A.Əraqçı qeyd edib.
Nazirin sözlərinə görə, məhkəmə hakimiyyətinin rəhbəri, parlament sədri və bütün yüksəkvəzifəli rəsmilər sağdırlar. O əlavə edib ki, Milli Təhlükəsizlik Şurasının katibi də daxil olmaqla hamı hazırda vəzifə başındadır.
Xatırladaq ki, daha əvvəl İsrailin müdafiə naziri İsrael Kats ölkə ordusunun İrana qarşı “Şir nəriltisi” adlı preventiv əməliyyata başladığını açıqlayıb. Hər iki ölkə hava məkanını bağlayıb.
Sonradan ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun da İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bəyan edib. Pentaqon əməliyyatın “Epik qəzəb” adlandırıldığını bildirib.
Buna cavab olaraq İran İsrail istiqamətində onlarla ballistik raket buraxıb. İsrail Müdafiə Ordusu (SAXAL) raket buraxılışlarını təsdiqləyib, ölkə üzrə hava hücumundan müdafiə sistemləri işə salınıb.
Həmçinin İran Qətər, BƏƏ, Bəhreyn, İraq, Səudiyyə Ərəbistanı və İordaniyada yerləşən ABŞ hərbi bazalarına zərbələr endirib. Tehran öz əməliyyatını “Doğru vəd 4” adlandırıb.
İran Küveytdə yerləşən NATO bazasına növbəti raket zərbəsi endirib.
Median.Az xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.
Məlumata görə, raketlər havada zərərsizləşdirilib, lakin onların qəlpələri aviabaza yaxınlığına düşüb.
Bundan bir qədər əvvəl İtaliyanın xarici işlər naziri Antonio Tayani “X” sosial şəbəkəsində Küveytdə 300 italyan hərbçisinin yerləşdiyi bazanın uçuş-enmə zolağına zərbə endirildiyini bildirmişdi. Nazir qeyd etmişdi ki, hərbçilər hücum zamanı bunkerlərə sığındıqları üçün xəsarət almayıblar.

İranda Miyanab bölgəsində qızlar məktəbinə hava zərbələri nəticəsində ölən şagirdlərin sayı artıb.
APA “Tasnim”ə istinadən xəbər verir ki, hadisə zamanı ölən şagirdlərin sayı 57 nəfərə çatıb.
İran şənbə günü ABŞ və İsrailin zərbələrinə cavab olaraq bir neçə Körfəz Ərəb ölkəsinə raket hücumu həyata keçirib.
Median.Az xəbər verir ki, hadisə regionda təhlükəsizliyi ilə seçilən ərazilərə də münaqişənin yayılmasına səbəb olub.
Birləşmiş Ərəb Əmirlikləri dövlət mediası Abu Dabidə bir nəfərin öldüyünü açıqlasa da, əlavə detal verməyib. Küveyt, Qətər, BƏƏ və İordaniya İran raketlərinin hava hücumundan müdafiə sistemləri vasitəsilə zərərsizləşdirildiyini bildirib.
İranın İran İnqilab Keşikçiləri Korpusu isə açıqlamasında bölgədəki “ABŞ bazalarının və işğal olunmuş ərazilərin” raketlərlə vurulduğunu və əməliyyatların davam edəcəyini bəyan edib.
Bəhreyn ərazisində də hücum faktı təsdiqlənib və ABŞ Hərbi Dəniz Qüvvələrinin Beşinci Donanması xidmət mərkəzinin zərbə aldığı bildirilib. Abu Dabidə və Qətərin paytaxtı Dohada güclü partlayış səsləri eşidilib, əhaliyə sığınacaqlara çəkilmək barədə xəbərdarlıqlar göndərilib.
Hücumlar fonunda beynəlxalq aviaşirkətlər Yaxın Şərq üzərində uçuşları dayandırıb, İran hava məkanı isə demək olar ki, boş qalıb. Regionda vəziyyətin gərgin olaraq qaldığı bildirilir. (Reuters)

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəsmi nümayəndəsi ölkənin hərbi arsenalı ilə bağlı iddialı bəyanatla çıxış edib.
Median.Az-ın məlumatına görə general bildirib ki, İran indiyədək öz raket potensialının yalnız kiçik bir hissəsindən istifadə edib və bunlar əsasən “arxa cəbhə ehtiyatları” hesab olunur:
“Tezliklə sizə hələ heç vaxt görmədiyiniz silahlarımızı nümayiş etdirəcəyik”.
Bu kəskin bəyanat fonunda maraqlı bir hadisə baş verib. İsrail mediası və beynəlxalq izləmə sistemləri Baş nazir Benyamin Netanyahunun təyyarəsinin Tel-Əvivdən uçaraq naməlum istiqamətə yola düşdüyü barədə məlumatlar yayıb.
Təyyarənin hərəkəti İranın yeni silah hədəsi ilə eyni vaxta təsadüf etdiyi üçün regionda gərginlik daha da artıb.