
Sumqayıt şəhər 27 nömrəli tam orta məktəbin müəllimi dünyasını dəyişib.
Bu barədə sosial şəbəkədə məlumat paylaşılıb.
Bildirilib ki, məktəbin təsviri incəsənət müəllimi Telman Yaqubov vəfat edib.

Sumqayıt şəhər 27 nömrəli tam orta məktəbin müəllimi dünyasını dəyişib.
Bu barədə sosial şəbəkədə məlumat paylaşılıb.
Bildirilib ki, məktəbin təsviri incəsənət müəllimi Telman Yaqubov vəfat edib.
Bakının Nəsimi rayonu ərazisində bədbəxt hadisə baş verib.
Hadisə aprelin 14-də rayonun 20 Yanvar küçəsində yerləşən yaşayış binasında qeydə alınıb. Həmin binanın mənzillərindən birinin eyvanında usta tərəfindən aparılan iş zamanı partlayış olub.
Məlumata görə, 34 yaşlı Ömər Məhərrəmli kondisionerin mühərrikinə qaz doldurarkən partlayış baş verib. Nəticədə, o, 15-ci mərtəbədən yıxılaraq hadisə yerində ölüb.
Hadisə zamanı eyvanda olan digər şəxs isə xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
//oxu.az
Gəncədə “Ford” markalı yük maşını ilə minik maşını toqquşub.
“Unikal”ın məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospekti ilə Əkbər Babayev küçəsinin kəsişməsində qeydə alınıb. Hərəkətdə olan “Changan” markalı minik maşını ilə Ford Tranzit markalı yük avtomobili toqquşub. Qəza zamanı 1986-cı il təvəllüdü S.Kərimov xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Fakt araşdırılır.
Abşeron rayonunda sərxoş qadın sevgilisinin avtomobilini qaçırıb.
Abşeron rayonu Xırdalan şəhəri ərazisində “Toyota” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.
Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, avtomobil sahibinin sevgilisi, 35 yaşlı G.Nəsibova müəyyən olunaraq saxlanılıb. Araşdırma zamanı saxlanılan şəxsin qaçırdığı avtomobillə spirtli içkinin təsiri altında qəza törətdiyi də məlum olub.
Faktla bağlı araşdırma davam etdirilir.
//oxu.az
Xaçmaz rayonunda 60 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.
Hadisə bu gün səhər saat 5 radələrində rayonun Qusarkənd kəndi ərazisində baş verib.
Kənd sakini, 1966-cı il təvəllüdlü Telman Xasay oğlu Fərhadov yaşadığı evin həyətində pilləkənindən yıxılıb. Ağır kəllə-beyin travması ilə xəstəxanaya çatdırılan T.Fərhadov orada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
//oxu.az
Suraxanı rayonu ərazisində, Zığ-Hava Limanı yolunda baş verən dəhşətli qəzanın təfərrüatı məlum olub.
Oxu.az-ın əldə etdiyi məlumata görə, hadisə zamanı 1965-ci il təvəllüdlü Azad Əhmədov, yeznəsi 1986-cı il təvəllüdlü Elvin Əsgərov və Azad Əhmədovun bibisi oğlu 1984-cü il təvəllüdlü Samir Məmmədov qohumlarının toyundan qayıdırmışlar. Onlar yolun kənarında “Hyundai” markalı yük avtomobilinin yaxınlığında dayanaraq taksi gözləyiblər.
Həmin vaxt yüksək sürətlə hərəkət edən “Toyota Corolla” markalı avtomobil idarəetmədən çıxaraq əvvəlcə piyadaları vurub, daha sonra isə yük maşınına çırpılaraq yanıb.
Qəza nəticəsində Samir Məmmədov hadisə yerində, Elvin Əsgərov isə xəstəxanada ölüb. Hadisə zamanı xəsarət alan Azad Əhmədov hazırda komatoz vəziyyətdə xəstəxananın Reanimasiya şöbəsindədir.
Qəza zamanı “Toyota” markalı avtomobildə sərnişin qismində olan bir qadın da xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Quba rayonunda avtomobil aşıb.
Median.Az “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə rayonun Təngaltı kəndində baş verib.
Belə ki, intensiv yağışlardan sonra qəzalı vəziyyətə düşən Quba-Qonaqkənd yoluna alternativ olaraq çəkilən yolun tikintisinə cəlb olunan yük avtomobillərindən biri sərt döngədə aşıb.
Qəza nəticəsində yük avtomobilinin sürücüsü yüngül xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
Salyan rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Median.Az “Report”a istinadən xəbər verir ki, hadisə Ələt-Astara magistral yolunun 52-ci kilometrliyində, yolun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan iki “Mercedes” markalı avtomobil toqquşub. Qəza nəticəsində Lənkəran rayon sakinləri – 1980-ci il təvəllüdlü Vüsalə Səməd qızı Bədəlova, 1972-ci il təvəllüdlü Rəfail Əvəz oğlu Bədəlov, 2002-ci il təvəllüdlü Həsən Rəfail oğlu Bədəlov, 1967-ci il təvəllüdlü Elşən Şəmsəddin oğlu Axundov və Cəbrayıl rayon sakini – 1959-cu il təvəllüdlü Füzuli Ramazan oğlu İsmayılov müxtəlif dərəcəli xəsarətlər alıblar.
Onlar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
Azərbaycanda ötən həftə ərzində baş verən hadisələr nəticəsində 9 nəfər ölüb.
Bu barədə Föpvqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 179 yanğına çıxış, 41 halda köməksiz vəziyyətdə qalma, 2 avtonəqliyyat qəzası və intensiv yağışlarla əlaqədar qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
Görülən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən həftə ərzində 20-si azyaşlı olmaqla 46 nəfər xilas edilib, 3 nəfər xəsarət alıb, hadisələr nəticəsində 9 nəfər həyatını itirib.