Category: Hadisə

  • İmişlidə ağır qəza: Dörd nəfər xəstəxanaya yerləşdirildi

    İmişli rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

    Hadisə bu gün rayonun Çahar kəndi ərazisində qeydə alınıb.

    Alim Şahpələngovun idarə etdiyi “Mercedes” markalı avtomobil Alişan Gözəlovun idarə etdiyi “Hyundai” markalı avtomobillə toqquşub. Hadisə nəticəsində “Mercedes” markalı avtomobildə olan dörd sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.
    //oxu.az

  • “Torqovı”da evdən meyit TAPILDI

    Bakının mərkəzində evdən meyit tapılıb.

    Hadisə Səbail rayonu, Nizami küçəsindəki evlərdən birində qeydə alınıb.

    Oranın sakini, 1963-cü il təvəllüdlü Elcan Abduləli oğlu Həsənovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti yaşadığı mənzildə aşkar edilib.

    Faktla bağlı Səbail rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

  • İmişlidə avtomobillər toqquşdu – 4 nəfər xəsarət aldı

    İmişli rayonunda baş verən yol qəzasında 4 nəfər xəsarət alıb.

    Hadisə İmişliyə gedən avtomobil yolunun Çahar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

    Belə ki, “Mercedes” və “Hyundai” markalı avtomobillər toqquşub. Sonra “Mercedes” yoldan çıxaraq aşıb.

    Hadisə zamanı 4 nəfər xəsarət alaraq İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

    Faktla bağlı araşdırma aparılır.
    //unikal.az

  • Qubada ağır QƏZA: 4 nəfər xəsarət alıb

    Aprelin 11-də saat 17:10 radələrində Quba rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 4 nəfər (2 kişi, 2 qadın) Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

    Bu barədə Quba Rayon Mərkəzi Xəstəxanası məlumat yayıb.
     
    Qeyd olunub ki, yaralılara bədənin müxtəlif nahiyələrinin əzilmiş yaraları, göz qapağının açıq yarası və sol bud sümüyünün sınığı diaqnozu təyin olunub və zəruri tibbi yardım göstərilib.
     
    Vəziyyətləri orta ağır qiymətləndirilən 1962-ci il (qadın), 1963-cü il (kişi) və 2000-ci il (qadın) təvəllüdlü şəxslərin müalicəsi Travmatologiya şöbəsində davam etdirilir.
     
    2000-ci il təvəllüdlü (kişi) şəxsin vəziyyəti qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıb.

  • İmişlidə ev sahibi ilə birgə yandı

    İmişlinin Qaralar kəndində Akif Mədət oğlu Abşova məxsus fərdi yaşayış evi yanıb.
     
    Median.Az APA-ya istinadla xəbər verir ki, yanğının söndürülməsinə İmişli Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub.
     
    Yanğın lokallaşdırılıb. Yanğın zamanı ev sahibi də yanaraq ölüb. Onun yanmış meyiti aşkar edilib.
     
    Faktla bağlı araşdırma aparıır.

  • İmişlidə kişi evi ilə birlikdə yandı

    İmişli rayonunu Qaralar kəndində fərdi yaşayış evi yanıb.

    Median.Az APA-ya istinadən xəbər verir ki, kənd sakini Akif Mədət oğlu Abşova məxsus evdə baş verən yanğının söndürülməsinə İmişli Rayonu Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub.

    Yanğın lokallaşdırılıb. Hadisə zamanı ev sahibi də yanaraq ölüb. Onun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib.

    Faktla bağlı araşdırma aparıır.

  • İmişlidə kişi evi ilə birlikdə yandı

    İmişli rayonunu Qaralar kəndində fərdi yaşayış evi yanıb.

    Median.Az APA-ya istinadla xəbər verir ki, kənd sakini Akif Mədət oğlu Abşova məxsus evdə baş verən yanğının söndürülməsinə İmişli Rayonu Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub.

    Yanğın lokallaşdırılıb. Hadisə zamanı ev sahibi də yanaraq ölüb. Onun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Tərtərdə FACİƏ: 7 yaşlı qız kanalda boğuldu

    Tərtər rayonunda 7 yaşlı qız kanalda boğulub.

    Oxu.Az-ın məlumatına görə, hadisə aprelin 10-u saat 15 radələrində şəhər ərazisində baş verib.

    Şəhər sakini 2019-cu il təvəllüdlü Aylin Mustafazadə evlərinin qarşısında olarkən ehtiyatsızlıqdan kanala yıxılıb. Azyaşlı köməksiz vəziyyətdə qaldığından kanalda boğulub.

    Onun meyiti sudan çıxarılıb.

    Faktla bağlı araşdırmalar aparılır.

  • Tərtərdə iki qadın DÖNƏRDƏN ZƏHƏRLƏNDİ

    Tərtər rayonunda iki nəfər dönərdən zəhərlənib.

    Hadisə aprelin 10-da qeydə alınıb. Tərtər şəhər sakinləri – 1999-cu il təvəllüdlü Şəfaqət İslam qızı Paşayeva və 1983-cü il təvəllüdlü Nuranə Ədalət qızı Məmmədova qidadan zəhərlənmə diaqnozu ilə xəstəxanaya gətiriliblər.

    Məlumata görə, hər iki şəxs şəhər ərazisindəki dönərxanaların birindən dönər alıb yeyib, bir müddətdən sonra vəziyyətləri pisləşib.

    Faktla bağlı araşdırma aparılır.
    //oxu.az

  • İmişlidə müəmmalı ölüm: 15 yaşlı qızın meyiti yarımtikilidə tapıldı

    İmişlidə 15 yaşlı qızın meyiti tapılıb.

    Median.Az Lent.az-a istinadla xəbər verir ki, hadisə İmişli şəhərində yerləşən fərdi yaşayış evlərinin birində qeydə alınıb.

    İmişli şəhər sakini Nigar Möhlət qızı Kazımlının meyiti yaşadığı evin həyətindəki yarımtikilidə qohumları tərəfindən aşkar edilib.

    Faktla bağlı İmişli Rayon Prokurorluğunda araşdırma aparılır.