Category: Hadisə

  • Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı

    Marneuli bələdiyyəsinin Yuxarı Saral kəndindən olan 24 yaşlı Aysun Quliyeva Tbilisidə faciəvi şəkildə vəfat edib.

    Gənc qızın meyiti Tbilisidə yaşadığı mənzildə asılmış vəziyyətdə aşkar edilib. Hadisənin hansı şəraitdə baş verdiyi hələlik məlum deyil.

    Məlumata əsasən, hadisə yerinə dərhal hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub və əraziyə baxış keçirilib. Faktla bağlı araşdırmaya başlanılıb, hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində istintaq tədbirləri davam etdirilir.

    Mərhumun cəsədi müvafiq ekspertiza üçün tibbi müayinəyə göndərilib.

  • Samuxda usta damdan yıxılaraq öldü

    Samuxda usta hündürlükdən yıxılıb.

    “Unikal”ın məlumatına görə hadisə rayonun Ziyadlı kəndində baş verib. Kənd sakini 1982-ci il təvəllüdlü Yavər Məmmədov 1965-ci il təvəllüdlü Güllü Zeynalovaya məxsus evin dam örtüyünü təmir edən zaman yıxılıb. Ağır xəsarət alan 44 Y.Məmmədov xəstəxanaya yerləşdirilib. Xəstəxanada həkimlərin tibbi yardımlarına baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.

    Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

  • Bakıda avtobus sürücüsü sükan arxasında öldü

    Bakıda avtobus sürücüsü sükan arxasında ölüb.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə dünən saat 10 radələrində Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində qeydə alınıb.

    Belə ki, qəsəbə ərazisində 55 saylı avtobusun 60 yaşlı sürücüsü, Bakı sakini Rövşən Hüseynov infarktdan ölüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Ağdərədə usta faciəli şəkildə öldü

    Ağdərə rayonunda usta həyatını itirib.

    Oxu.Az-ın məlumatına görə, hadisə aprelin 18-də baş verib.

    Belə ki, 1995-ci il təvəllüdlü Elvin İlham oğlu Paşayevin üzərinə dəmir lövhə düşüb. O, aldığı xəsarətlərdən ölüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Bakıda ağır qəza: Ölən var

    Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Oxu.Az-ın məlumatına görə, hadisə paytaxtın Xəzər rayonu Qala-Şüvəlan yolunda qeydə alınıb. Cəmil Nurulla oğlu Behbudov idarə etdiyi “Mercedes-Benz” markalı avtomobillə hərəkətdə olarkən yolun qarşı tərəfindən gələn Vüqar İlqar oğlu Əşrəfzadənin idarə etdiyi motosikletlə toqquşub. Hadisə nəticəsində V.Əşrəfzadə aldığı xəsarətlərdən ölüb.

    Fakt üzrə cinayət işi başlanılıb.

  • Ağdamda gənc FACİƏLİ şəkildə öldü

    Ağdamda 25 yaşlı gənc traktorun aqreqatının altında qalaraq həyatını itirib.

    Median.Az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Zəngişalı kəndi ərazisində qeydə alınıb.

    Kənd sakini, 2001-ci il təvəllüdlü Hikmət Sadiq oğlu Mahmudlu kənd təsərrüfatı işləri ilə məşğul olarkən traktora qoşulmuş torpaqüyüdən aqreqatın altında qalıb.

    H. Mahmudlu aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.

    Faktla bağlı araşdırma aparılır.

  • Uşaq 4-cü mərtəbədən yıxılaraq ölüb

    Bakıda 3 yaşlı uşaq 4-cü mərtəbədən yıxılaraq ölüb.

    Hadisə ötən gün paytaxtın Nərimanov qəsəbəsində baş verib.

    2023-cü il təvəllüdlü E.Q. mənzilin 4-cü mərtəbəsindəki pəncərədən yıxılaraq ölüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Bakıda “Land Rover” yandı

    Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Yasamal rayonu, Kənar Dairəvi yolda avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.

    Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

    Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində “Land Rover” markalı minik avtomobilinin mühərrik hissəsində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

    Yanğın nəticəsində avtomobilin mühərrik hissəsi yanıb. Avtomobilin digər hissələri yanğından mühafizə olunub. Xəsarət alan olmayıb.

  • 38 yaşlı sürücü sükan arxasında öldü

    Gəncədə 38 yaşlı sürücü sükan arxasında ölüb.

    Hadisə şəhərin Dəmiryolu vağzalının yaxınlığında qeydə alınıb. Belə ki, hərəkətdə olan minik avtomobilinin sürücüsü, Samux rayon sakini -1988-ci il təvəllüdlü B.Məməşovun sükan arxasında halı anidən pisləşib və o, maşını yol kənarına çəkib. Dərhal əraziyə Təcili Tibbi Yardım briqadası çağrılıb. Müayinə zamanı 38 yaşlı kişinin öldüyü məlum ölüb. Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

    İlkin məlumata görə 38 yaşlı B.Məmişov sükan arxasında infarkt keçirdib. Onun ürəyində problemi olduğu deyilir. Hazırda hadisənin səbəbləri araşdırılır.

  • Keçmiş mətbuat katibi VƏFAT ETDİ – FOTO

    Bakı Slavyan Universitetinin (BSU) bölmə rəhbəri Mənsur İbrahimli 55 yaşında vəfat edib.

    Median.Az “Yeni Sabah”a istinadən xəbər verir ki, M.İbrahimli qəfil ürək çatışmazlığından dünyasını dəyişib.

    Qeyd edək ki, M.İbrahimli 1971-ci il fevralın 1-də anadan olub. O, əvvəllər Azərbaycan Dövlət Pedaqoji Universitetinin mətbuat xidmətinin rəhbəri olub. 2019-2022-ci illərdə BSU-nun mətbuat katibi vəzifəsində çalışıb. Daha sonra ali məktəbin bölmə rəhbəri kimi işinə davam edib.