Category: Hadisə

  • Bozdağ-Güzdək vulkanı püskürdü

    Aprelin 9-da Abşeron yarımadasında yerləşən Bozdağ-Güzdək palçıq vulkanda növbəti püskürmə qeydə alınıb.

    Bu barədə Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

    Bildirilib ki, püskürmə yerli vaxtla saat 22:26-da başlayıb və altı dəqiqə davam edib:

    “Püskürmə bir faza ilə xarakterizə olunub. Palçıq vulkanlarının monitorinqi stansiyalarının məlumatlarına əsasən, Bozdağ-Güzdək palçıq vulkanda ocağın dərinliyi 3.0 kilometr, püskürməyin davamlılığı 6 dəq, ayrılan enerjisi isə – 6.32*106 Coul təyin edilib”.

  • İsmayıllıda 84 yaşlı qadının meyiti tapıldı

    İsmayıllı rayonunda yaşlı qadının meyiti tapılıb.

    Hadisə şəhər ərazisində qeydə alınıb.

    Rayonun Qalınçaq kənd sakini – 1942-ci il təvəllüdlü Vəzifə Fətullayevanın üzərində zorakılıq əlamətləri müşahidə edilməyən meyiti yarımtikilidə aşkarlanıb.

    Faktla bağlı araşdırma aparılır.
    //oxu.az

  • Bakıda müharibə iştirakçısının meyiti tapıldı

    Bakıda gənc oğlan evində ölü halda tapılıb.

    Median.Az Lent.az-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində qeydə alınıb.

    Qəsəbə sakini 24 yaşlı Fəxri Fərhad oğlu Qəhrimanovun meyiti yaşadığı evdə aşkarlanıb. Onun hansı səbəbdən öldüyü bilinmir.

    Faktla bağlı araşdırma aparılır.

    Məlumata görə, Fəxri Fərhad oğlu Qəhrimanov İkinci Qarabağ müharibəsi iştirakçısıdır. O, “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif olunub.

  • Gəncədə qadın sürücü piyadanı vurdu

    Gəncədə piyadanın avtomobil vurub.

    Hadisə şəhərin Huseyn Cavid küçəsində baş verib. Hərəkətdə olan “KİA” markalı minik avtomobili yolu qarşı tərəfə keçmək istəyən orta yaşlı qadını vurub. Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.

    Qeyd edək ki, piyadanı vuran avtomobilin sürücü qadın olub. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

    Faktla bağlı araşdırma aparılır.

  • 37 yaşlı kişini elektrik cərəyanı vurdu

    Zaqatalada bədbəxt hadisə baş verib.

    Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Qəbizdərə kəndində qeydə alınıb. Kənd sakini – 1989-cu il təvəllüdlü Elmir Bayramovu elektrik cərəyanı vurub. O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Mingəçevirdə maşın “Qala”ya çırpıldı – Yaralılar var

    Mingəçevirdə idarəetmədən çıxan avtomobil restorana çırpılıb.

    Hadisə gecə saatlarında Füzuli küçəsində baş verib.

    İdarəetmədən çıxan “Vaz 2107” markalı maşın “Qala” restoranının yerləşdiyi binaya çırpılıb. Hadisə zamanı avtomobildə olan 1997-ci il təvəllüdlü Qurban İsmayılov, 2006-cı il təvəllüdlü Ruslan Əhmədov və 2003-cü il təvəllüdlü Kənan Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

    Faktla bağlı araşdırma aparılır.
    //unikal.az

  • Qobustanda FACİƏ: 9 yaşlı oğlan öldü

    Qobustan rayonunda 9 yaşlı oğlan faciəli şəkildə ölüb.

    Oxu.az-ın məlumatına görə, hadisə rayon ərazisində yerləşən qış otlaq sahəsində baş verib.

    Orada yaşayan, 2017-ci il təvəllüdlü Heybət Heybətli sahənin yaxınlığında ehtiyatsızlıqdan gölməçəyə yıxılıb. O, gölməçədə boğularaq ölüb.

    Hazırda faktla bağlı Qobustan Rayon Prokurorluğunda araşdırma aparılır.

  • Sarayda tikiş sexi yandı

    Sarayda tikiş sexi yanıb.

    Bu barədə FHN-in mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, ümumi sahəsi 250 m² olan birmərtəbəli tikiş sexinin içərisində parça materialları 120 m² sahədə və dam örtüyünün taxta atmaları 200 m² sahədə yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub.

    Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

  • Gəncədə müəllim dəm qazından öldü

    Gəncədə qadın dəm qazından boğularaq ölüb.

    Hadisə şəhərin Nəriman Nərimanov prospektində yerləşən yaşayış binalarının birində baş verib. Belə ki, şəhər sakini 1962-ci il təvəllüdlü S.Mehdiyevanın yaşadığı evin vanna otağından meyiti aşkarlanıb. Hadisə yerinə adiyyatı qurumların əməkdaşları cəlb edilib. Mərhumun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertizanın Potoloji Anatomiya Birliyi Publik Hüquqi Şəxsin Gəncə şəhər şöbəsinə təhvil verilib.

    Xatırladaq ki, dəm qazından boğularaq ölən qadının 64 yaşlı qadının müəllim olduğu bildirilir.

    Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.
    //unikal.az

  • Qubada yer yarıldı, 10 kəndlə əlaqə kəsildi – Video

    Qubada Qonaqkənd kəndini rayon mərkəzi ilə birləşdirən avtomobil yolu tamamilə yararsız vəziyyətə düşüb.

    Bu barədə Oxu.Az-a kənd sakinləri məlumat veriblər.

    Məlumata əsasən, Quba-Qonaqkənd yolunun bir hissəsində genişmiqyaslı torpaq sürüşməsi baş verib, nəticədə yol dağılıb və dərin yarğanlar əmələ gəlib.

    Hadisə səbəbindən Qonaqkənd, Cimi, Xaşı, Xaltan, Nohurdüzü, Yerfi, Talış, Dərk, Qayadalı və Söhüb kəndləri ilə nəqliyyat əlaqəsi kəsilib.

    Sakinlərin sözlərinə görə, sürüşmə təkcə yolu deyil, infrastrukturu da ciddi zədələyib. Belə ki, sürüşmə zonasındakı elektrik dirəkləri sıradan çıxıb, nəticədə kəndlərdə elektrik enerjisinin verilişi dayanıb.

    Bundan əlavə, torpaq sürüşməsi Vəlvələçayın qarşısını kəsib. Bu isə suyun yığılmasına və Qonaqkənd ərazisinin su altında qalması riskinə səbəb olub.

    Hazırda sakinlər ciddi narahatlıq içindədirlər. Aidiyyəti qurumların hadisə yerinə cəlb olunmasını və təxirəsalınmaz tədbirlərin görülməsini tələb edirlər.