Category: Hadisə

  • Paytaxtda bədbəxt hadisə: Körpə pəncərədən yıxılıb öldü

    Bakıda 3 yaşlı körpə dördüncü mərtəbədən yıxılaraq ölüb.

    Median.Az “Report”a istinadən xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonunda qeydə alınıb.

    Belə ki, ötən gün 2023-cü il təvəllüdlü E.Q. yaşadıqları evin pəncərəsindən (4-cü mərtəbə) yıxılaraq ölüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Bakıda özəl xəstəxanada yeni doğulmuş KÖRPƏ ÖLDÜ

    Bakıda özəl xəstəxanada yeni doğulan körpə ölüb.

    Median.Az “Report”a istinadən xəbər verir ki, Şamaxı rayonunun Mərzəndiyə kənd sakini 1995-ci il təvəllüdlü Leyla Salman qızı Mikayılovanın aprelin 11-də dünyaya gətirdiyi körpə Bakıda yerləşən özəl xəstəxanaların birində ölüb.

    Körpənin beyninə qansızmadan öldüyü bildirilir.

  • Sumqayıtda yol-nəqliyyat hadisəsi olub, ölən var

    Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

    Median.Az “Report”a istinadən xəbər verir ki, hadisə bu gün şəhər ərazisində qeydə alınıb.

    Belə ki, yük avtomobili piyadanı vurub. Nəticədə ağır xəsarətlər alan Əliyev Samir Sərhəd oğlu dərhal xəstəxanaya çatdırılıb.

    Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

    Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

  • Sabirabadda qəza: Ölən var

    Sabirabad rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Hadisə rayonun Yaxa Dəlləkli kəndində qeydə alınıb.

    Qurbanı Qəliş oğlu Lətifov idarə etdiyi VAZ-2107 markalı avtomobillə yolu keçən piyada Şamo Eyyub oğlu Əsədovu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

    Faktla bağlı cinayət işi başlanılıb.

  • Qubada 4 aylıq körpə EVDƏ ÖLDÜ

    Quba rayonunda 4 aylıq körpə ölüb.

    Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Rustov kəndində baş verib.

    Kənd sakini Emil Adıgözəlovun 4 aylıq oğlu evdə qəfil halı pisləşib və dünyasını dəyişib.

    Məlumata görə, körpə anadangəlmə ürək qüsurlu olub.

    Faktla bağlı Quba Rayon Prokurorluğunda araşdırma aparılır.

  • TƏCİLİ: Azərbaycanda içində çox sayda şagird olan avtobus AŞDI – Hadisə yerindən GÖRÜNTÜLƏR – (FOTO / VİDEO)

    Sabirabadda içərisində 20-yə yaxın şagird olan mikroavtobus aşıb.

    Median.Az APA-ya istinadən xəbər verir ki, hadisə Sabirabad rayonunun Osmanlı kəndində baş verib.

    Şirvandan hazırlıq kursundan şagirdləri evlərinə aparan “Mercedes” markalı mikroavtobusun qarşısına heyvan çıxması nəticəsində yoldan çıxaraq aşdığı bildirilir.

    20-yə yaxın şagird avtomobildən çıxarılıb. Məlumata görə, ciddi xəsarət alan olmayıb.

    Faktla bağlı araşdırma aparılır.



  • 39 yaşlı kişinin faciəli ölümünün TƏFƏRRÜATI: Qonşu qonaq otağında meyiti ilə qarşılaşıb (Yenilənib)

    Şamaxıda 39 yaşlı kişinin faciəli ölümünün təfərrüatı məlum olub.

    Hadisə aprelin 14-ü axşam saatlarında rayonun Quşçu kəndindəki fərdi yaşayış evində baş verib.

    Kənd sakini, 1987-ci il təvəllüdlü Xanbaba Həmid oğlu Həmidov bir müddət imiş ki, tək yaşayırmış. Bir neçə il əvvəl onun atası və anası, daha sonra isə qardaşı dünyasını dəyişib. Xanbaba Həmidov ailəli olsa da, bir müddət əvvəl həyat yoldaşından boşanıb və evdə tək yaşayırmış.

    Təsərrüfatla məşğul olan Xanbala Həmidov aprelin 14-də axşam saatlarında evində yatdığı yerdə boğulub. Evin qonaq otağında quraşdırılan qaz sobası yanılı vəziyyətdə qalıb, Xanbala Həmidov həmin otaqda yatıb. Gecə saatlarında otağa dəm qazı sızıb və Xanbala boğularaq ölüb. O, evdə tək olduğundan hadisədən heç kimin xəbəri olmayıb. Bir gün sonra – aprelin 15-də axşam saatlarında qonşulardan biri Xanbalaya zəng etsə də, o cavab verməyib. Qonşu Xanbalanın yaşadığı evə gəlib, evə daxil olanda onu qonaq otağında ölmüş vəziyyətdə aşkarlayıb. Qonşu bu barədə hüquq-mühafizə orqanlarına məlumat verib.

    Faktla bağlı araşdırma aparılır.

    * * * * *

    Şamaxı rayonunda 39 yaşlı kişi dəm qazından boğulub.

    Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Quşçu kəndində qeydə alınıb.

    Kənd sakini 1987-ci il təvəllüdlü Xanbaba Həmid oğlu Əmirov yaşadığı evdə dəm qazından boğulub. Qonşular onun meyitini evində aşkar ediblər.

    Məlumata görə, X.Əmirov evdə tək yaşayırmış.

    Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

  • Şəmkir sakinini cərəyan vurub öldürdü

    Şəmkir sakini bədbəxt hadisə nəticəsində ölüb.

    Hadisə aprelin 15-də rayonun Düyərli kəndində baş verib.

    Kənd sakini Səhman Rəhim oğlu Rəhimovu ehtiyatsızlıqdan elektrik cərəyanı vurub. O, hadisə yerində ölüb.

    Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma aparılır.
    //oxu.az

  • Gədəbəydə körpə qızdırmadan ölüb

    Gədəbəydə xəstəxanada körpə ölümü qeydə alınıb.

    Median.Az “Report”a istinadla xəbər verir ki, aprelin 15-də saat 5 radələrində Kiçik Qaramurad kənd sakini, 2025-ci il təvəllüdlü Rəsul Elman oğlu Əsədov xəstəxanada qızdırmadan ölüb.

    Faktla bağlı araşdırmalar Gədəbəy Rayon Prokurorluğu tərəfindən aparılır.

  • Sabirabadda 18 yaşlı qızın meyiti tapıldı

    Sabirabadda 18 yaşlı qızın meyiti aşkarlanıb.

    “Unikal”ın məlumatına görə, hadisə Qara Güney kəndində baş verib. 18 yaşlı kənd sakini Samirə Azər qızının meyiti yaşadığı həyətin tövləsində aşkarlanıb.

    Faktla bağlı araşdırma aparılır.