Category: Hadisə

  • Biləsuvarda iki uşaq anasının meyiti tapıldı

    Biləsuvar rayonunda qadın meyiti aşkarlanıb.

    Median.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Nəsimikənd kəndində qeydə alınıb.

    Kənd sakini, 1985-ci il təvəllüdlü Xalidə Ağabəy qızı Rüstəmovanın meyiti yaşadığı evin həyətindəki tikilidə aşkar edilib.

    Qeyd olunub ki, X.Rüstəmova iki uşaq anası olub.

    Faktla bağlı araşdırma aparılır.

  • Oğuzda DƏHŞƏTLİ HADİSƏ – Toydan qayıdan ata və qızı xəstəxanalıq oldular (Yenilənib)

    Oğuz rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin vəziyyəti açıqlanıb.

    Oxu.az-ın sorğusuna cavab olaraq Oğuz Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, aprelin 7-də saat 03:30-da baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə beş nəfər (üç qadın, iki kişi) Oğuz Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

    “Yaralılara döş qəfəsinin travması, başın və bədənin müxtəlif nahiyələrinin əzilmiş, açıq yaraları diaqnozları təyin olunub və zəruri tibbi yardım göstərilib.

    Vəziyyətləri qənaətbəxş qiymətləndirilən 1983-cü il, 1992-ci il və 2011-ci təvəllüdlü şəxslər (hər üçü qadın) ambulator müalicə üçün evə buraxılıblar.

    1965-ci il və 1976-cı il təvəllüdlü şəxslər (hər ikisi kişi) daha ixtisaslı tibbi xidmət üçün Qəbələ Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunublar”, – deyə məlumatda bildirilir.

    * * * * *

    Oğuzda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Hadisə rayonun Sincan kəndi ərazisində baş verib.

    Sirapil Yunisov 90-ML-835 dövlət nömrə nişanlı “Mitsubishi” markalı avtomobilə idarəetməni itirib və nəticədə nəqliyyat vasitəsi aşıb.

    Hadisə zamanı 1976-cı təvəllüdlü Otabek Yunisov və 19 yaşlı qızı Asmin Yunisova xəsarət alıblar.

    Onların xəsarətlərinin yüngül olduğu bildirilir.

    Faktla bağlı araşdırmalar aparılır.

    “Report”un məlumatına görə, qəzaya düşən şəxslər Bakı şəhərindən toy mərasimindən qayıdırlarmış.

  • Bakıda DƏHŞƏTLİ HADİSƏ – Azyaşlılar atalarının avtomobili ilə iki qadını vurdular, biri öldü

    Bakıda atasına məxsus avtomobildə nəzarətsiz qalan iki azyaşlı nəqliyyat vasitəsini hərəkətə gətirərək qəza törədib.

    Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, hadisə paytaxtın Xətai rayonunda baş verib.

    Belə ki, Xətai rayon sakini İlham Qasımov VAZ markalı avtomobili yaşadığı evin qarşısında, sərt enişli ərazidə, qapıları açıq vəziyyətdə saxlayaraq oradan uzaqlaşıb. Bu vaxt onun 6 və 7 yaşlı övladları avtomobilə əyləşərək sürətlər qutusuna müdaxilə ediblər.

    Bildirilib ki, nəticədə avtomobil hərəkətə gəlib. Uşaqlar nəqliyyat vasitəsindən düşməyə imkan tapsalar da, eniş istiqamətində sürət yığan avtomobil yolda olan iki qadını vurub. Hadisə zamanı piyadalardan biri xəsarət alıb, digəri isə həyatını itirib.

    “Bu hadisə göstərir ki, nəqliyyat vasitəsinin saxlanılması zamanı təhlükəsizlik tələblərinə əməl olunmaması ağır nəticələrə səbəb ola bilər. “Yol hərəkəti haqqında” Qanunun tələblərinə uyğun olaraq, enişli yolda saxlanılan avtomobilin duracaq tormoz sistemi qoşulmalı, təkərlər təhlükəsiz istiqamətə çevrilməli, nəqliyyat vasitəsi isə qapıları kilidli vəziyyətdə tərk edilməlidir.

    Əgər həmin avtomobildə bu sadə, lakin həyati əhəmiyyət daşıyan təhlükəsizlik tədbirləri görülmüş olsaydı, bu gün iki ailə ağır faciə ilə üz-üzə qalmazdı.

    Baş Dövlət Yol Polisi İdarəsi diqqətə çatdırır ki, nəqliyyat vasitəsinin saxlanılması zamanı təhlükəsizlik tələblərinə əməl olunmaması ağır nəticələrə səbəb ola bilər. Bu baxımdan, sürücülərdən məsuliyyətli davranmaları və qanunvericiliyin tələblərinə ciddi riayət etmələri tələb olunur”, – məlumatda qeyd edilib.

  • İtkin düşən 74 yaşlı kişinin meyiti meşədə tapıldı

    Daşkəsəndə itkin düşən şəxsin meyiti tapılıb.

    Aprelin 4-də Daşkəsən Rayon Polis Şöbəsinə rayonun Qabaqtəpə kənd sakini, 74 yaşlı Ə.Kərimovun yaşadığı evi tərk edərək geri qayıtmaması barədə məlumat daxil olub.

    Müraciətlə əlaqədar dərhal polis əməkdaşları tərəfindən axtarış tədbirlərinə başlanılıb.

    Keçirilmiş axtarış tədbirləri nəticəsində Ə.Kərimovun üzərində zorakılıq əlamətləri olmayan meyiti rayon ərazisində yerləşən meşəlik sahədə, dərədə aşkar olunaraq çıxarılıb.

  • Gəncə sakini su çənini rəngləyən zaman zəhərlənərək ölüb

    Gəncə şəhərində bədbəxt hadisə baş verib.

    Median.Az APA-ya istinadən xəbər verir ki, şəhər sakini 1961-ci il təvəllüdlü M.Məmmədov yaşadığı evin damında su çəninin içərisini rəngləyən zaman zəhərlənərək ölüb.

    Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb ediliblər.

    Mərhumun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə təhvil verilib.

    Fakta bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.

  • Gəncədə kişi evin damından yıxılıb öldü

    Gəncə şəhərində kişi evində bədbəxt hadisə nəticəsində ölüb.

    Hadisə bu gün şəhər ərazisində baş verib. 1973-cü il təvəllüdlü Hafiz İsmayılov evinin dam örtüyünü təmir edərkən yerə yıxılıb.

    H.İsmayılov aldığı xəsarətdən hadisə yerində ölüb.

    Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.

  • Bakıda 54 yaşlı kişi maşında öldü

    Bakıda sürücü sükan arxasında dünyasını dəyişib.

    Hadisə aprelin 4-də gecə saatlarında paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsində qeydə alınıb.

    Bakı şəhər sakini 1972-ci il təvəllüdlü Ləyaqət Vəliyev “Toyota” markalı avtomobillə hərəkətdə olarkən qəfil özünü pis hiss edib. O, sükan arxasında infarkt keçirib və elə avtomobildə də ölüb.

    Hazırda faktla bağlı araşdırma aparılır.

  • Qida borusunda yemək qalan qadın öldü

    Bakının Ələt qəsəbəsində 64 yaşlı qadın qida borusunda yemək qalması nəticəsində ölüb.

    Median.Az “Report”a istinadən xəbər verir ki, hadisə aprelin 4-də saat 20 radələrində baş verib.

    Belə ki, Ələt qəsəbə sakini 1962-ci il təvəllüdlü Aygün Lətif qızı Abbasovanın yaşadığı evdə qida borusunda yemək qalıb. Nəticədə o, həyatını itirib.

    Faktla bağlı Qaradağ Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

  • Sumqayıtda dəm qazından zəhərlənən uşaqlardan daha ikisinin vəziyyəti ağırlaşdı

    Sumqayıtda dəm qazından zəhərlənən 6 uşaqdan daha ikisinin vəziyyəti ağırlaşıb.

    Bu barədə Oxu.Az-a Sumqayıt Tibb Mərkəzi və Respublika Pediatriya Mərkəzindən daxil olan birgə məlumatda bildirilib.

    Məlumatda qeyd edilib ki, Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasında 4 nəfərin (kişi cinsli) müalicəsi davam etdirilir:

    “Dəqiqləşdirilməmiş virus meninqoensofalit diaqnozu təyin edilən 2 nəfərin vəziyyətləri ağır, dəqiqləşdirilməmiş virus infeksiyası diaqnozu təyin edilən 2 nəfərin vəziyyəti stabildir.

    Respublika Pediatriya Mərkəzinin nəzdindəki Ə.F.Qarayev adına Uşaq Klinik Xəstəxanasına təxliyə edilən 1 nəfərə (qadın cinsli) isə meninqoensofalit diaqnozu təyin edilib. Hazırda vəziyyəti ağır stabil qiymətləndirilir”.

    Xatırladaq ki, aprelin 2-də Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində bir ailənin 6 azyaşlı övladı dəm qazından zəhərlənib. Azyaşlılar xəstəxanaya yerləşdirilsələr də, onlardan biri dünyasını dəyişib.

  • Daşkəsəndə qayalıq ərazidə meyit tapıldı

    Fövqəladə Hallar Nazirliyinə Daşkəsən rayonunda qayalıq ərazidə aşkar edilən meyitin götürülməsinə köməklik göstərilməsi üçün müraciət daxil olub.

    Bu barədə nazirlik açıqlama yayıb.

    Bildirilib ki, məlumat qəbul ediləndən dərhal sonra nazirliyin Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar. Həyata keçirilən tədbirlər nəticəsində vətəndaşın meyiti qayalıq ərazidən götürülərək aidiyyəti üzrə təhvil verilib.