Category: Hadisə

  • Bakıda “Ford” piyadanı vurub öldürdü

    Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Hadisə paytaxtın Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində qeydə alınıb.

    Bakı şəhər sakini Hacıağa Ələkbərov idarə etdiyi “Ford Tranzit” markalı avtomobillə hərəkətdə olarkən yolu keçən Zülfi Kərimovu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

    Faktla bağlı cinayət işi başlanılıb.
    //oxu.az

  • Məktəbli qız dəm qazından zəhərləndi

    Ağdaş rayonunda məktəbli qız dəm qazından zəhərlənib.

    Oxu.Az-ın məlumatına görə, hadisə şəhər ərazisindəki evlərdən birində baş verib.

    Şəhər sakini, 2011-ci il təvəllüdlü T.Qarazadə yaşadığı evdə dəm qazından zəhərlənib. O, təcili olaraq xəstəxanaya hospitalizasiya edilib. Həkimlərin səyi nəticəsində 15 yaşlı qızın həyatını xilas etmək mümkün olub.

    Məlumata görə, T.Qarazadə 9-cu sinif şagirdidir.

    Faktla bağlı araşdırma aparılır.

  • Oğlunun toyu günü başına daş düşən Göygöl sakini öldü

    Göygöldə başına aqlay daşı düşən 64 yaşlı kişi şəxs xəstəxanada ölüb.

    “Unikal”ın məlumatına görə, hadisə rayonun Üçtəpə kəndi ərazisində yerləşən şadlıq saraylarının birində qeydə alınıb. Rayon sakini 1962-ci il təvəllüdlü Adil Hüseynovun başına restoranın yaxınlığına aqlay daşı düşüb. 64 yaşlı kişi xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

    Hadisə yerinə polis və prokurorluq əməkdaşları əməkdaşları cəlb edilib.

    Qeyd edək ki, bu gün hadisə baş verən restoranda vəfat edən şəxsin oğlunun toy məclisi keçilirmiş.

    Faktla bağlı araşdırma aparılır.

  • “BakuBus”la minik maşını toqquşdu

    Gəncədə minik maşını ilə sərnişin avtobusu toqquşub.

    “Unikal”ın məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində baş verib. Prospektlə hərəkətdə olan “BakuBus”a məxsus 1 saylı xətt üzrə işləyən sərnişin avtobusu ilə “Chevrolet” markalı minik maşını toqquşub.

    Qəza zamanı xəsarət alan olmasa da avtomobillərə ciddi ziyan dəyib.

    Hadisə yerinə DYP əməkdaşları cəlb edilib. Fakt araşdırılır.

  • Üçüncü mərtəbədən yıxılan yeniyetmə 3 gün sonra öldü

    Sumqayıtda 16 yaşlı yeniyetmə yaşadığı binanın 3-cü mərtəbəsindən yıxılıb.

    Hadisə şəhərin 3-cü məhəlləsində yerləşən yaşayış binalarından birində qeydə alınıb.

    Sumqayıt şəhər sakini, 2010-cu il təvəllüdlü İsayeva Fəxriyyə Emin qızı binanın 3-cü mərtəbəsindəki mənzilin balkonundan yıxılıb.

    O, bir müddət öncə ağır vəziyyətdə xəstəxanaya aparılıb. Həkimlərin göstərdiyi tibbi yardıma baxmayaraq, o, hadisədən üç gün sonra xəstəxanada vəfat edib.

    Hadisənin başvermə səbəbləri araşdırılır.

  • Sumqayıtda 16 yaşlı qız FACİƏLİ ŞƏKİLDƏ ÖLDÜ

    Sumqayıt şəhərində yeniyetmənin ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.

    Bu barədə Oxu.Az-a Sumqayıt Tibb Mərkəzindən məlumat verilib.

    Qeyd olunub ki, aprelin 1-i, saat 13:20-də Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına ağır vəziyyətdə hospitalizasiya olunan 2010-cu il təvəllüdlü şəxsin (qadın cinsli) aparılan reanimasiya tədbirlərinə baxmayaraq, aprelin 4-də, saat 06:30-da bioloji ölüm faktı qeydə alınıb.

    “Meyit təşrih olunması üçün aidiyyəti üzrə təhvil verilib. Qeyd edək ki, ağır kəllə-beyin travması, baş-beynin əzilməsi, ikitərəfli pnevmotoraks və dalağın cırılması diaqnozları təyin olunan pasiyent üzərində splenektomiya (dalağın götürülməsi) əməliyyatı icra olunmuşdu”, – deyə məlumatda qeyd edilib.

  • Sumqayıt şəhərində dəm qazından zəhərlənən altı uşaqdan biri ölüb

    Sumqayıt şəhərində dəm qazından zəhərlənmə ilə bağlı baş verən hadisə azyaşlının ölümü ilə nəticələnib.

    Median.Az “Teleqraf”a istinadən xəbər verir ki, hadisə iki gün əvvəl şəhərin Xəzri bağları ərazisində qeydə alınıb.

    Belə ki, çoxuşaqlı ailənin altı üzvü yaşadıqları evdə dəm qazından zəhərlənib və onlar dərhal xəstəxanaya çatdırılaraq tibbi yardım alıblar.

    Müalicədən sonra azyaşlılar evə buraxılsa da, zəhərlənənlərdən biri – 2024-cü il təvəllüdlü Cəbrayılova Gülcənnətin qəfil vəziyyəti pisləşib. Körpə yenidən xəstəxanaya yerləşdirilib.

    Həkimlərin göstərdiyi tibbi yardıma və aparılan müayinələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Mingəçevirdə evdən qadın meyiti tapıldı

    Mingəçevirdə evdə qadın meyiti aşikarlanıb.

    “Unikal”ın məlumatına görə, 1964-cü il təvəllüdlü ev sahibi Şükufə Aslanova yaşadığı evdə ölü vəziyyətdə tapılıb. İlkin müayinə zamanı meyit üzərində zorakılıq əlaməti aşikar edilməyib.

    Faktla bağlı araşdırma aparılır.

  • Gəncədə avtomobil mağazaya çırpıldı

    Gəncədə yol qəzası olub.

    “Unikal”ın məlumatına görə, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb.

    Belə ki, hərəkətdə olan “Lada” markalı minik maşını idarəetmədən çıxaraq yol kənarındakı qab-qacaq mağazasına çırpılıb. Zərbənin təsirindən avtomobil mağazanın içərisinə daxil olub. Nəticədə mağazada olan xeyli qab-qacaq yararsız hala düşüb.

    Qəza zamanı xəsarət alan olmasa da, avtomobilə və mağazaya xeyli ziyan dəyib. Hadisə yerinə DYP əməkdaşları cəlb edilib.

    Fakt üzrə araşdırma aparılır.

  • Salyanda yaşayış evi yandı

    Salyan rayonunda yaşayış evində yanğın baş verib.

    Lent.az xəbər verir ki, hadisə rayonun Şəkərli kəndində qeydə alınıb. Kənd sakini Təyyar Şahbazova məxsus fərdi yaşayış evi yanaraq yararsız vəziyyətə düşüb.

    Hadisə yerinə FHN-in Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub. Yanğın söndürülüb və alovun ətraf tikililərə keçməsinin qarşısı alınıb.

    Hadisənin başvermə səbəbləri araşdırılır.