Category: Hadisə

  • Füzuli Şeydayev qəfil VƏFAT ETDİ

    Xaçmazın tanınmış futbolçularından olmuş Füzuli Şeydayev vəfat edib.

    Bu barədə onun yaxınları məlumat veriblər. Bildirilib ki, F. Şeydayev ürək çatışmazlığından dünyasını dəyişib.

    Qeyd edək ki, o, həvəskarlar liqasında “Nabran” və “Xaçmaz” komandalarının heyətində çıxış edib.

  • Kənddə evin həyətində qadın meyiti tapıldı

    Bərdədə evin həyətində meyit tapılıb.

    Hadisə rayonun Cumalar kəndində qeydə alınıb.

    Kənd sakini, 1973-cü il təvəllüdlü Mədinə Ramazan qızı Ramazanova yaşadığı evin həyətində ölü tapılıb.

    Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.

  • Biləsuvarda sahibsiz it məktəbliyə hücum etdi

    Biləsuvar rayonunda məktəbli sahibsiz itin hücumuna məruz qalıb.

    Hadisə rayon mərkəzində baş verib.

    Məlumata görə, 10 yaşlı Y.Q. məktəbə gedərkən itin hücumu ilə üzləşib.

    Nəticədə uşaq qıç nahiyəsindən xəsarət alıb.

    Yaralı dərhal rayon xəstəxanasına çatdırılıb. Ona lazımi tibbi yardım göstərilib və quduzluğa qarşı vaksin vurulub.
    //unikal.az

  • Qadın sürücü “Range Rover”i aşırdı – Video

    Bakı-Qazax magistralının Hacıqabuldan keçən hissəsində avtomobil aşıb.

    “Range Rover”in sürücüsü idarəetmədən çıxaraq maşını metal arakəsmələrə çırpıb.

    Nəticədə avtomobilin xanım sürücüsü yüngül xəsarətlər alıb.

  • İşdən çıxan 57 yaşlı prokuror vəfat etdi

    Uzun illər prokurorluq orqanlarında yüksək vəzifələrdə çalışmış 57 yaşlı İlqar Orucov vəfat edib.

    Median.Az News24.az-a istinadla xəbər verir ki, o, onkoloji xəstəlikdən əziyyət çəkirmiş.

    Qeyd edək ki, İ.Orucov bir müddət əvvəl prokurorluq orqanlarını tərk edib. Onun atası Aydın Orucov da Ağsuda tanınmış şəxslərdən olub.

  • Balakəndə avtomobil aşdı: Xəsarət alanlar var

    Balakən rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

    Oxu.az-ın məlumatına görə, hadisə bu gün səhər saatlarında rayonun Kortala kəndinin ərazisində qeydə alınıb.

    Belə ki, VAZ-21011 markalı avtomobil idarəetmədən çıxaraq aşıb.

    Nəticədə sürücü, 27 yaşlı Nurlan Xəmmədov və sərnişini, 17 yaşlı C.Xəmmədov xəsarət alıblar.

    Faktla bağlı araşdırma aparılır.

  • Mingəçevirdə iki avtomobil toqquşub, xəsarət alanlar var

    Mingəçevirdə yol-nəqliyyat hadisəsi baş verib.

    “Unikal”ın məlumatına görə, qəza Heydər Əliyev prospektinin şəhər avtovağzalı yaxınlığından keçən hissəsində qeydə alınıb.

    Belə ki, “Toyota” və “Mercedes” markalı avtomobillərin toqquşması nəticəsində xəsarət alanlar “Mercedes”in sürücüsü, 1981-ci il təvəllüdlü Elgiz Kazımov və 1985-ci il təvəllüdlü Mahir Zeynalov xəstəxanaya çatdırılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Tramp ABŞ prezidentləri arasında ilkə imza atdı

    ABŞ Prezidenti Donald Tramp Ali Məhkəmənin iclasına gedib.

    Median.Az bu barədə “The New York Times” nəşrinə istinadən xəbər verir.

    Bununla da o, ABŞ tarixində Ali Məhkəməyə şəxsən gələn ilk fəaliyyətdə olan prezident adını qazanıb.

    Tramp məhkəmənin “doğum hüququ ilə ABŞ vətəndaşlığının verilməsini məhdudlaşdıran fərman”a baxışında iştirak edib. Bu fərman 2025-ci ilin yanvarında Tramp tərəfindən imzalanan ilk sənədlərdən biri idi. Fərman, xüsusilə, ölkədə qeyri-qanuni şəkildə və ya turist vizası ilə olan anaların övladlarını ABŞ vətəndaşlığı almaq hüququndan məhrum edirdi.

    Bundan sonra onlarla ştat fərmanın ABŞ Konstitusiyasının 14-cü düzəlişini pozduğunu hesab edərək iddia qaldırıb. Sözügedən düzəliş “ABŞ-də doğulan və ya naturallaşdırılan bütün şəxsləri” ABŞ vətəndaşı elan edir.

  • Siyəzəndə qadın dəm qazından boğuldu

    Siyəzəndə dəm qazından boğulma baş verib.

    Median.Az Lent.az-a istinadən xəbər verir ki, Siyəzən şəhər sakini, 59 yaşlı Sevda Ziyad qızı Zeynalovanın üzərində zorakılıq əlamətləri görünməyən meyiti yaşadığı evin hamam otağında aşkarlanıb. Onun dəm qazından öldüyü ehtimal edilir.

    Araşdırmalar rayon prokurorluğunda aparılır.

  • Baba nəvəsini xilas etmək üçün evə girib – Masallıdakı dəhşətli yanğının təfərrüatı

    Bu gün Masallının Qızılağac kəndində baş vermiş faciəvi hadisənin təfərrüatları məlum olub.
     
    Median.Az “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisənin baş verdiyi ev Seyid Mirhəsən Ağa (1868-İsfahan -1955- Qızılağac) ocağı kimi də tanınır.
     
    Bildirilib ki, hadisə vaxtı Seyid Mirhəsən Ağanın nəvəsi 1967-ci il təvəllüdlü Abdullayev Camələddin Həsənağa oğlu evin yandığını görüb və 2 yaşlı nəvəsi Məmmədzadə Məhərrəm Mehman oğlunu xilas etmək üçün yanan mənzilə daxil olub. Bu zaman alov daha da şiddətlənib və taxta konstruksiyaları tamamilə əhatəyə alıb. Nəticədə nəvə və onu xilas etmək üçün evə girən babası yanaraq vəfat ediblər.
     
    Hadisə yerinə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov və rayonun hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri gəliblər.