Category: Hadisə

  • Goranboyda avtomobil piyadanı vuraraq öldürüb

    Goranboy rayonunda piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

    Hadisə rayon ərazisində qeydə alınıb. Hərəkətdə olan minik avtomobili yolu qarşı tərəfə keçmək istəyən 1963-cü il təvəllüdlü Zaur Hüseynovu vurub.

    Ağır xəsarətlər alan 63 yaşlı piyada xəstəxanaya aparılarkən yolda ölüb.

    Faktla bağlı Goranboy Rayon Polis Şöbəsində cinayət işi açılıb, hadisənin başvermə səbəbləri araşdırılır.

  • Ot bağlamalarının üzərindən yıxılan 72 yaşlı kişi vəfat edib

    Yevlaxda ot bağlamalarının üzərindən yıxılaraq xəsarət alan 72 yaşlı şəxs ölüb.

    Median.Az report-a istinadən xəbər verir ki, hadisə martın 1-i rayonun Qoyunbinəsi kəndinin ərazisində baş verib.

    Belə ki, Ağdam rayon sakini 1954-cü il təvəllüdlü Zeynal Abbas oğlu Tağıyev ot bağlamalarının üzərindən yıxılması nəticəsində boyun nahiyəsindən xəsarət alıb. Xəstəxanaya gətirilən şəxs martın 28-i orada ölüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Qazaxda 18 yaşlı qız dəm qazından boğularaq öldü

    Qazaxda 18 yaşlı qız dəm qazından boğularaq ölüb.

    Median.Az report-a istinadən xəbər verir ki, hadisə rayonun Daş Salahlı kəndində qeydə alınıb.

    Belə ki, kənd sakini 2008-ci il təvəllüdül Abgül Elməddin qızı Quliyeva yaşadığı evin hamam otağında dəm qazından ölüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Ucarda yol qəzası olub, xəsarət alan var

    Ucarda yol qəzası olub, xəsarət alan var.

    Median.Az apa-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistralının rayonun Şahlıq kəndindən keçən hissəsində qeydə alınıb.
    “BMW” markalı minik maşını idarəetmədən çıxaraq beton arakəsməyə çırpılıb. Nəticədə 1 nəfər xəsarət alaraq Ucar Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.

    Fakt araşdırılır.

  • Yevlaxda yıxılan 72 yaşlı kişi xəstəxanada öldü

    Yevlax rayonunda ehtiyatsızlıqdan xəsarət alan kişi ölüb.

    Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Qoyunbinəsi kəndində baş verib.

    Ağdam rayon sakini 1954-cü il təvəllüdlü Zeynal Tağıyev martın 1-də həyətdə ot bağlamalarının üzərində olarkən ehtiyatsızlıqdan yıxılıb.

    Hadisə nəticəsində ağır kəllə-beyin travması və boyun nahiyəsindən xəsarət alan Z.Tağıyev xəstəxanaya yerləşdirilsə də, martın 28-də orada ölüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Lənkəranda “Prius” “Opel”lə toqquşdu – Xəsarət alanlar var

    Lənkəran rayonunda xəsarətlə ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    “Unikal”ın bölgə müxbirinin məlumatına görə, hadisə Lənkəran-Lerik magistralında Lənkəran rayonunun Şağlaküçə kəndi ərazisində qeydə alınıb.

    Belə ki, hərəkətdə olan “Toyota Prius” və “Opel” markalı maşınlar toqquşub.

    Hadisə nəticəsində 5 nəfər Lənkəran rayonunun Xarxatan kənd sakinləri 1997-ci il təvəllüdlü Mirşamil Namiq oğlu Hüseynzadə, 1997-ci il təvəllüdlü Mirabidin Asəf oğlu Məmmədzadə, Şovu kənd sakinləri 2005-ci il təvəllüdlü Aydan Eldar qızı Alxaslı, 2004-cü il təvəllüdlü Elgin Cavad oğlu Məmmədli və Rvo kənd sakini 2005-ci il təvəllüdlü Fərid Mübariz oğlu Ələsgərli müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

    Onlar Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Gədəbəydə 2 yaşlı uşaq xəstəlikdən öldü

    Gədəbəydə 2 yaşlı uşaq xəstəlikdən vəfat edib.

    Şəhər sakini 2024-cü il təvəllüdlü Alparslan Arzuman oğlu Musayev yaşadığı evdə epilepsiyadan ölüb.

    Faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

  • Bakıda daha bir kişi 16-cı mərtəbədən yıxılıb öldü

    Bakıda daha bir nəfər hündürmərtəbəli binadan yıxılaraq ölüb.

    Hadisə səhər tezdən saat 5 radələrində Binəqədi rayonu, S.S.Axundov küçəsində qeydə alınıb.

    Ağdaş rayon sakini 30 yaşlı Vüqar Ruslan oğlu İsmayılov 16 mərtəbəli binanın sonuncu mərtəbəsinin eyvanından yıxılaraq dünyasını dəyişib.

    Faktla bağlı araşdırma aparılır.

    Qeyd edək ki, bu gün paytaxtın Xətai rayonunda da gənc oğlanın 20-ci mərtəbədən yıxılıb ölməsi barədə xəbər vermişdik.
    //lent.az

  • Qobustandakı qəza yolda sıxlıq yaratdı

    Qobustanda qəza olub, yol bağlanıb.

    Hadisə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Qobustan rayonu ərazisində baş verib.

    Belə ki, Şamaxıdan Bakı istiqamətində hərəkətdə olan nəqliyyat vasitəsi qəza edib. Bu səbəbdən həmin istiqamətdə yol birtərəfli bağlanıb, avtomobillərin hərəkətində sıxlıq yarsnıb.
    //unikal.az

  • Zaqatalada sərxoş kişi xəstəxanada öldü

    Zaqatala rayonunda sərxoş kişi xəstəxanada ölüb.

    Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Yuxarı Tala kəndində baş verib.

    Kənd sakini, 1976-cı il təvəllüdlü İlham Davudov sərxoş vəziyyətdə yaşadığı evin pəncərəsinə təpiklə vurub. Nəticədə pəncərənin şüşəsi onun ayağının topuq nahiyəsini kəsib.

    Xəstəxanaya çatdırılan İ.Davudov qanaxmadan ölüb.