Category: Hadisə

  • Bakıda kişi evində ölü tapıldı

    Bakıda evdən meyit tapılıb.

    Median.Az Lent.az-a istinadən xəbər verir ki, hadisə Xətai rayonu, M.Hadi küçəsində qeydə alınıb.

    Şirvan şəhər sakini, 52 yaşlı Hikmət Fazil oğlu Əliyevin meyiti həmin ünvanda yaşadığı mənzildə aşkarlanıb. Onun hansı səbəbdən öldüyü bilinmir.

    Araşdırma aparılır.

  • Gəncədə ev yanıb, ölən var

    Gəncə şəhərində yanğın hadisəsi olub.

    Median.Az “Report”a istinadən xəbər verir ki,, hadisə şəhərin Yeni Gəncə qəsəbəsindəki evlərdən birində baş verib.

    Evdəki yanğın söndürülsə də, bir nəfərin ölüm faktı qeydə alınıb.

    Yanğının başvermə səbəbi araşdırılır.

  • Bakıda yeniyetmə qızı maşın vurdu

    Bakıda yeniyetmə qızı maşın vurub.

    “Unikal”ın məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonu, Səməd Vurğun küçəsində baş verib.

    “Xəzər” markalı avtomobil piyadalar üçün qırmızı işıq yanarkən gözlənilmədən qarşısıına çıxan yeniyetmə qızı vurub. Piyada xəsarət alıb.

    Faktla bağlı araşdırma başlanıb.

  • Bakı-Qazax yolunda mikroavtobus qəzaya uğradı: 9 NƏFƏR YARALANDI – Video

    Dünən saat 16:00-da Bakı-Qazax avtomobil yolunun 59-cu kilometrliyində yol-nəqliyyat hadisəsi qeydə alınıb.

    “Mercedes Vito” avtomobil ilə “Honda” markalı avtomobil toqquşub.

    Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən və Kliniki Tibbi Mərkəzdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, çağırış ünvanına 6 təcili tibbi yardım briqadası cəlb olunub.

    Məlumatda qeyd olunub ki, təcili tibbi yardım briqadaları tərəfindən 9 nəfər (8 qadın, 1 kişi) müştərək travmalarla Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub:

    “Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda onların müalicələri müvafiq şöbələrdə davam etdirilir. 6 nəfərin vəziyyəti orta ağır, 2 nəfərin vəziyyəti isə ağır qiymətləndirilir”.

  • Gəncədə 73 yaşlı kişinin meyiti tapıldı

    Gəncə şəhərində 73 yaşlı kişinin meyiti tapılıb.

    Oxu.Az-ın məlumatına görə, hadisə şəhər ərazisindəki evlərdən birində aşkar edilib. Şəhər sakini 1953-cü il təvəllüdlü Elman Həsənovun meyiti yaşadığı mənzildə tapılıb. İlkin ehtimala görə, onun ürək çatışmazlığından öldüyü bildirilir.

    Faktla bağlı araşdırma aparılır.

  • İsmayıllıda 55 yaşlı kişi texniki spirt içdi, vəziyyəti ağırdır

    İsmayıllı rayonunda 55 yaşlı kişi spirtli içkidən zəhərlənib.

    Oxu.Az-ın məlumatına görə, hadisə İsmayıllı şəhərində baş verib.

    Belə ki, şəhər sakini, 1971-ci il təvəllüdlü Elşən Dəmirov yaşadığı evdə xeyli miqdarda texniki spirt içib. O, ağır vəziyyətdə İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılıb. E.Dəmirovun vəziyyəti ağır qiymətləndirilir.

    Məlumata görə, E.Dəmirov spirtli içki aludəçisi olub və bu məqsədlə texniki spirt içib.

    Faktla bağlı araşdırma aparılır.

  • Altı yaşlı uşağa işgəncə verən ögey atanın cinayət işi: “Bu dəqiqə yemək hazırlamasan…” – FOTO

    Bakıda 6 yaşlı ögey övladını yuxudan oyadıb xüsusi amansızlıqla döyərək öldürməyə cəhd edən Rəşad İsmayılovun cinayət işinin bəzi detalları məlum olub.

    Median.Az “Unikal”a istinadən xəbər verir ki, istintaqla Rəşad İsmayılovun xuliqanlıq niyyəti ilə, xüsusi amansızlıqla, köməksiz vəziyyətdə olan şəxsi qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etməsi müəyyən olunub.

    Belə ki, 2024-cü il martın 8-də saat 4 radələrində Rəşad yuxudan oyanıb ikinci dəfə ailə qurduğu Aynur Həsənovadan yemək istəyib. O isə Rəşada – “bir az gözlə, səhər açılsın, yemək hazırlayım”, – deyib. Rəşad isə qışqıraraq – “bu dəqiqə yemək hazırlamasan, bu evdə qan tökəcəyəm”, – deyib. Arvadı Rəşadın xasiyyətini bildiyi üçün qorxudan ona yemək hazırlamağa başlayıb. Sadəcə yemək bir az gec hazırlandığından Rəşad onun acığına uşaqlar yatan otağa keçib 6 yaşlı oğulluğu Nuranın baş və sinə nahiyələrinə yumruq və təpik zərbələri vurub. Artıq həmin vaxt uşaq tam şəkildə özündən gedib. Buna baxmayaraq, Rəşad uşağı sürüyüb çölə çıxarıb və orada da vurmağa davam edib. Həmin vaxtı qışqırıq səsinə oyanan onun ögey qızı 8 yaşlı Şəbnəm atalığının qardaşı Nuranı vəhşicəsinə döydüyünü görüb, sadəcə onun qorxusundan otaqda ağlayıb.

    Aynur qışqıraraq Rəşada deyib ki, uşaqdan əl çəksin, yoxsa qonşuları və polisi çağıracaq. Rəşad onun polis çağıracağından qorxaraq uşağı vurmağı dayandırıb.

    Sonra uşaq qusmağa başlayıb və özündən gedib. Aynur oğlunu təcili həkimə aparaq deyəndə Rəşad isə – “lazım deyil, qoy ölsün, bildirərik ki, pilləkəndən yıxılıb ölüb”, – deyib. Aynurun yalvarışından sonra Rəşad razılıq verib və taksi çağırıb uşağı xəstəxanaya aparıblar. Lakin Rəşad ona dəfələrlə – “xəstəxanada deyərsən ki, uşaq pilləkəndən yıxılıb, əks halda səni və uşaqlarını öldürəcəyəm”, – deyib. Onlar uşağı taksi ilə xəstəxanaya aparıblar və həkimə Rəşadın dediyi kimi Nuranın guya pilləkəndən yıxılaraq özündən getdiyini deyiblər. Xəstəxanada uşaq əməliyyat olunub və buna baxmayaraq həmin gündən Nuran eşitmə, danışma, görmə və yerimə qabiliyyətlərini itirib və iflic vəziyyətdə yataqda yatıb. Aynur Rəşadın qorxusundan 4 ay hər kəsdən uşağının döyülməsini gizlədib, onun yıxılaraq xəsarət aldığını deyib, lakin uşağın getdikcə ağırlaşdığını görüb məcbur olub 2024-cü il iyulun 19-da hadisə barədə Xəzər Rayon Polis İdarəsinin (RPİ) 1-ci Polis Şöbəsinə ərizə ilə müraciət edib.

    Xəzər RPİ-nin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində 1987-ci il təvəllüdlü Rəşad İsmayılov saxlanılıb.

    Bununla da, Rəşad İsmayılova qarşı Cinayət Məcəlləsinin 29,120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd), 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) və 29,120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürməyə cəhd) maddələri ilə ittiham irəli sürülüb.

    Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə Rəşad İsmayılov 15 il müddətinə azadlıqdan məhrum edilib.

  • Xaçmazda meşədə gənc oğlan meyiti TAPILDI

    Xaçmazda meşədə meyit tapılıb.

    Median.Az Lent.az-a istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

    Xudat şəhər sakini, 25 yaşlı Şükür Rəsul oğlu Musayevin meyiti Xaçmaz şəhəri ərazisindəki meşəlik sahədə aşkarlanıb. Onun hansı səbəblə öldüyü bilinmir.

    Araşdırma aparılır.

  • 17 yaşlı oğlanın meyiti tapıldı

    Paytaxtın Binəqədi rayonunda 17 yaşlı oğlanın meyiti tapılıb.

    28 May qəsəbə sakini 2009-cu il təvəllüdlü Q.Salmanovun meyiti yaşadığı evdə aşkarlanıb.

    Onun ölüm səbəbinin müəyyən edilməsi üçün ekspertiza təyin olunub.

    Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.

  • Tərtərdə kişi göbələkdən zəhərləndi

    Tərtərdə kişi göbələkdən zəhərlənib.

    Hadisə Şıxarx qəsəbəsindəki kafedə baş verib.

    Qəsəbə sakini 49 yaşlı Yalçın Qasım oğlu Atakişiyev burada göbələkdən zəhərlənib. O, zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

    Araşdırma aparılır.