Category: Hadisə

  • Beyləqanda kişini cərəyan vurub öldürdü

    Beyləqanda kişini cərəyan vuraraq öldürüb.

    Hadisə Xaçınabad kəndi ərazisində qeydə alınıb.

    65 yaşlı İsmayıl Ləzim oğlu İsmayılov elektrik xəttində təmir işləri apararkən cərəyan vurması nəticəsində dünyasını dəyişib.

    Faktla bağlı araşdırma aparılır

  • Əflatun Amaşov qəza keçirdi – FOTO

    Azərbaycan Mətbuat Şurasının sabiq sədri Əflatun Amaşov qəza keçirib.

    Median.Az Nocomment.az-a istinadən )xəbər verir ki, Ə.Amaşovun Bakı-Şamaxı yolunda avtomobili aşıb.

    Hadisə vaxtı Ə.Amaşov xəsarət almasa da, yanındakı sərnişin yüngül zədə alıb.

  • Göyçayda qamışlıq ərazidə yanğın

    Göyçay rayonunun Çayarxı kəndi ərazisində qamışlıq və yabanı kolluq ərazidə yanğın olub.

    Əraziyə Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Göyçay rayon bölməsinin canlı qüvvəsi və texnikası cəlb olunub.

    Yanğınsöndürənlərin müdaxiləsi nəticəsində alov lokallaşdırılıb, yaxınlıqda yerləşən yaşayış tikililərinə, təsərrüfat sahələrinə və meyvə bağlarına keçməsinin qarşısı alınıb.

    Yanğın tam söndürülüb, hadisənin başvermə səbəbləri araşdırılır.

  • Biləsuvarda iki avtomobil TOQQUŞUB: Dörd yaralı var

    Biləsuvar rayonunda dörd nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

    Median.Az “Report”a istinadla xəbər verir ki, hadisə Ələt-Astara magistralının Biləsuvar rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

    İki minik avtomobilinin toqquşması nəticəsində dörd nəfər xəsarət alıb, onlar xəstəxanaya çatdırılıblar.

    Faktla bağlı araşdırma aparılır.

  • Gübrə daşıyan yük maşını “Mercedes”in üzərinə aşdı – Video

    Buzovnada gübrə daşıyan yük avtomobili yoldan keçən “Mercedes” markalı minik avtomobilinin üzərinə aşıb.

    Median.Az Report-a istinadən xəbər verir ki, nəticədə gübrə həm yerə, həm də avtomobilin üzərinə dağılıb.

  • Qaxda restorandan meyit tapıldı

    Qaxda restorandan meyit tapılıb.

    Median.Az Lent.az-a istinadla xəbər verir ki, hadisə rayonun Qıpçaq kəndinin ərazisində baş verib.

    Yevlax rayon sakini 53 yaşlı Zahir Zabit oğlu İbrahimovun meyiti kəndin ərazisindəki restoranda aşkarlanıb. Meyitin üzərində zorakılıq əlamətləri olmayıb.

  • Əlində protexniki vasitə partladı – 13 yaşlı uşağın barmağı amputasiya edildi

    Göygöldə əlində protexniki vasitə partlayan 13 yaşlı uşağın barmağı amputasiya edilib.

    Hadisə martın 22-də rayonun Üçtəpə kəndi ərazisində baş verib.

    Məlumata görə, Gəncə şəhər sakini 2013-cü il təvəllüdlü S.B-nın əlində pirotexniki vasitə partlayıb. Nəticədə onun əlində əzilmiş deşilmiş yaralar meydana gəlib və 1 barmağı amputasiya olunub.

    Faktla bağlı araşdırma aparılır.

  • Beyləqanda 65 yaşlı kişi faciəli şəkildə öldü

    Beyləqan rayonunda elektrik cərəyanının vurması nəticəsində 65 yaşlı kişi ölüb.

    Hadisə rayonun Xaçınabad kəndi ərazində qeydə alınıb.

    Belə ki, elektrik xəttində təmir işi görən 1961-ci il təvəllüdlü kənd sakini İsmayıl İsmayılovu cərəyan vurub. O, hadisə yerində həyatını itirib.

    Faktla bağlı araşdırma aparılır.

  • Tərtərdə DƏHŞƏTLİ QƏZA: QARDAŞLAR ÖLDÜLƏR, yaralılar var (Yenilənib)

    Tərtərdə baş verən yol-nəqliyyat hadisəsində xəsarət alanların vəziyyəti açıqlanıb.

    Bu barədə Oxu.Az-a Tərtər Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

    Bildirilib ki, Tərtər rayonu Qaradağlı kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə xəsarət alan iki nəfər (biri kişi, biri qadın) Tərtər Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub:

    “Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib.

    Hər iki pasiyentə ilkin tibbi yardım göstərilib və Gəncə Beynəlxalq Xəstəxanasına göndərişlə təmin olunublar.

    Hadisə nəticəsində iki nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb”.

    * * * * *

    Tərtərdə ağır yol-nəqliyyat hadisəsi baş verib.

    Median.Az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Qaradağlı kəndi ərazisində qeydə alınıb.

    Qəza nəticəsində 1958-ci il təvəllüdlü Nəsrəddin Müzəffər oğlu Ağayev və 1971-ci il təvəllüdlü Yunus Müzəffər oğlu Ağayev ölüblər. 1991-ci il təvəllüdlü Sənan Nəsrəddin oğlu Ağayev və Könül Tərlan qızı Aslanova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

    Yaralılar Tərtər Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar, onlara ilkin tibbi yardım göstərildikdən sonra Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə göndəriliblər.

    Faktla bağlı araşdırma aparılır.

  • Maşınını təmir edərkən xəstəxanalıq oldu

    Gəncədə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, şəhər ərazisində nasaz avtomobilini təmir edən 1964-cü il təvəllüdlü Saleh Qurbanovu arxadan gələn “Volkswagen” markalı sərnişindaşıyan mikroavtobus vurub.

    Hadisə nəticəsində sürücü ağır bədən xəsarətləri alıb və xəstəxanaya çatdırılıb.

    Faktla bağlı araşdırma aparılır.