Category: Hadisə

  • Masazırda evdə yanğın baş verib

    Abşeron rayonu, Masazır qəsəbəsində fərdi yaşayış evində yanğın baş verib.

    Bu barədə BAKU.WS-in “qaynar xətti”nə məlumat daxil olub.

    Bildirilib ki, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

    Yanğın söndürülüb. Xəsarət alan olmayıb.

  • Ağcabədidəki dəhşətli qəzada ölən şəxs qazi imiş

    Martın 23-ü Ağcabədidə baş verən yol-nəqliyyat hadisəsi zamanı vəfat edən şəxs İkinci Qarabağ müharibəsinin qazisi olub.

    Median.Az Oxu.az-a istinadən xəbər verir ki, 19.02.1987-ci il təvəllüdlü Şaiq Firdosi oğlu Ələsgərov Vətən müharibəsi baş verən ərəfədə könüllü olaraq ordu sıralarına qatılıb.

    Müharibədə ölümdən xilas olan Şaiq Ələsgərov baş verən qəzada həyatını itirib.

    Xatırladaq ki, hadisə rayonun Hindarx qəsəbəsi ilə Hüsnülü kəndi arasında qeydə alınıb. Belə ki, Hindarx qəsəbə sakini, 1987-ci il təvəllüdlü Şaiq Ələsgərovun idarə etdiyi “Mercedes” markalı avtomobillə 1996-cı il təvəllüdlü Bayram İsmayılovun idarə etdiyi “Hyundai” markalı avtomobil toqquşub. Qəza nəticəsində Şaiq Ələsgərov aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib, Bayram İsmayılov xəsarət alıb.

  • “Hyundai” aşıb əkin sahəsinə düşdü

    Lənkəranda yol-nəqliyyat hadisəsi baş verib.

    Median.Az “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə Ələt-Astara magistralının rayonun Girdəni kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

    Belə ki, rayon sakini 1991-ci il təvəllüdlü Faiq Məmmədlinin sürdüyü “Hyundai Sonata” avtomobili idarəetmədən çıxıb yol kənarındakı kanalın üzərindən aşaraq əkin sahəsinə düşüb.

    Qəza nəticəsində sürücü və həyat yoldaşı 1990-cı il təvəllüdlü Xanım Məmmədli xəsarət alıblar.

    Deformasiyaya uğrayan avtomobildə ağır xəsarət alan ər-arvad rayon xəstəxanasına hospitalizasiya olunublar. Onlara ilkin tibbi yardım göstərildikdən sonra qadın Reanimasiya şöbəsinə yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Qəbələdə maşın piyadanı vuraraq öldürüb

    Qəbələdə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə martın 23-də axşam saatlarında qeydə alınıb.

    Belə ki, Qəbələ şəhərində Hamlet Yolçuyevin idarə etdiyi KIA markalı avtomobil yolu keçən piyada, 71 yaşlı Səmayə Hüseynovanı vurub. Piyada aldığı xəsarətlərdən ölüb.

    Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin regional qrupundan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı Qəbələ Rayon Polis Şöbəsində (RPŞ) cinayət işi başlanılıb, istintaq aparılır.

  • Zaqatalada avtomobil çuxura düşdü, sürücü xəsarət aldı

    Zaqatala rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

    Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Yuxarı Tala kəndi ərazisində qeydə alınıb.

    Belə ki, 2002-ci il təvəllüdlü Səbuhi Abdurahmanovun idarə etdiyi VAZ-2109 avtomobili idarəetmədən çıxaraq yol kənarındakı çuxura düşüb.

    Hadisə nəticəsində xəsarət alan sürücü Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib.

    Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində (RPŞ) araşdırma aparılır.

  • Şəmkirdə eyni vaxtda iki qəza olub: Dörd nəfər xəsarət alıb

    Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.

    Median.Az APA-ya istinadən xəbər verir ki, hadisə zamanı VAZ markalı maşın digər minik avtomobili ilə toqquşub.

    Qəza nəticəsində xəsarət alan iki nəfər xəstəxanaya yerləşdirilib.

    Digər hadisə isə Şəmkir-Gədəbəy yolunda qeydə alınıb. VAZ-21015 markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb. Nəticədə iki nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

    Hadisə yerinə polis əməkdaşları cəlb ediliblər. Hər iki faktla bağlı araşdırma aparılır.

  • Naxçıvanda evdən iki nəfərin meyiti tapıldı – ARAŞDIRMA APARILIR

    Naxçıvanda fərdi yaşayış evindən iki nəfərin meyiti tapılıb.

    Median.Az-a Baş Prokurorluğunun Mətbuat xidmətindən verilən məlumata görə, fakt üzrə rayon prokurorluğunda araşdırma aparılır.

    “Martın 22-də Babək rayonu Yarımca kəndi ərazisində yerləşən fərdi yaşayış evlərindən birinin hamam otağında iki nəfərin (ər və arvad) meyitinin aşkar edilməsi faktı üzrə rayon prokurorluğunda araşdırma aparılır”, – məlumatda vurğulanıb.

    Xatırladaq ki, martın 22-də Babək rayonunun Yarımca kəndində Baxşəli Yunis oğlu Allahverdiyev və onun həyat yoldaşı Gülnarə Xalıqverdi qızı Hüseynovanın meyitləri yaşadıqları mənzildən tapılıb.

  • Cəlilabadda 49 yaşlı kişini avtomobil vuraraq öldürüb

    Cəlilabad rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Median.Az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Günəşli kəndi ərazisində qeydə alınıb.

    Belə ki, Cəlilabad rayon sakini, 29 yaşlı Məhəmməd Hüseynov idarə etdiyi “Toyota Prius” markalı avtomobillə həmkəndlisini – 49 yaşlı Ceyhun Rzayevi vuraraq öldürüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Qaxda hamam otağında yıxılan kişi öldü

    Qaxda hamam otağında halı pisləşən şəxs dünyasını dəyişib.

    “Unikal”ın bölgə müxbirinin məlumatına görə, Qax şəhər sakini 1972-ci il təvəllüdlü Cəfərov Elxan Sabir oğlunun hamam otağında qəfil halı pisləşib.

    Hadisə yerinə Təcili Tibbi Yardım birqadası çağırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

  • Bir ayda ikinci dəfə dəm qazından zəhərləndi

    Gəncədə dəm qazından zəhərlənmə faktı qeydə alınıb.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə şəhərin Səmədağa Kəsəmənli 97 ünvanında qeydə alınıb.

    Belə ki, 2002-ci il təvəllüdlü Xəyal Məmmədov dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya aparılıb. Ona ilkin tibbi yardım göstərilib, müalicəsi davam edir.

    Məlumat üçün bildirək ki, adı çəkilən şəxs təxminən bir ay öncə də dəm qazından zəhərlənib.