Category: Hadisə

  • Kürdəmir sakini bədbəxt hadisə nəticəsində ölüb

    Kürdəmirdə bədbəxt hadisə baş verib.

    Median.Az APA-ya istinadən xəbər verir ki, rayonun Sığırlı kənd sakini, 1983-cü il təvəllüdlü Ramal Məmmədov yaşadığı evin həyətində kəsici alətlə yanacaq balonunu kəsərkən partlayış olub.

    Ağır xəsarət alan R. Məmmədov ölüb.

    Fakt araşdırılır.

  • Qaraheybət təlim mərkəzində bədbəxt hadisə

    Qaraheybət təlim mərkəzində bədbəxt hadisə baş verib.

    DİN-in Mətbuat Xidmətindən bildirilib ki, kursant M.Rüstəmov sursatla ehtiyatsız davranması nəticəsində vəfat edib.

    Faktla bağlı müvafiq araşdırmalar aparılır.

  • Sumqayıtda 66 yaşlı kişi hamamda yıxılaraq ÖLDÜ

    Sumqayıt şəhəri, Corat qəsəbəsində ölüm hadisəsi baş verib.

    Oxu.az-ın əldə etdiyi məlumata görə, 1960-cı il təvəllüdlü Dadaş Abduləziz oğlu Babayevin meyiti yaşadığı evin hamam otağında aşkar edilib.

    Məlumata görə, o, hamam otağında müvazinətini itirib və hadisə yerində vəfat edib.

    Faktla bağlı araşdırma aparılır.

  • Prezident təltif etmişdi: cəmi 4 ay sonra faciəli şəkildə öldü

    Ötən gün Naxçıvanın Uzunoba gölündə Zamin Qalayev boğularaq ölüb.
     
    Bu barədə politoloq Heydər Oğuz məlumat yayıb.
     
    O bildirib ki, Zamin Qalayev Prezident İlham Əliyevin 2025-ci il dekabrın 15-də imzaladığı sərəncamla “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunubmuş.
     
    Zamin Qalayev FHN əməkdaşı imiş.//axar

  • “Niva” “Chevrolet”lə toqquşdu – Xəsarət alanlar var

    Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

    Qəza şəhərin Bağman adlanan ərazisində qeydə alınıb. Hərəkətdə olan “Niva” və “Chevrolet” markalı minik avtomobilləri toqquşub.

    Hadisə nəticəsində bir neçə nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar xəstəxanaya çatdırılıb.

    Qəza yerinə polis əməkdaşları cəlb olunub və faktla bağlı araşdırma aparılır.
    //unikal.az

  • Tovuzda 73 yaşlı kişi faciəli şəkildə öldü

    Tovuz rayonunda 73 yaşlı kişi dəm qazından boğularaq ölüb.

    Oxu.Az-ın əldə etdiyi məlumata görə, rayonun Aşağı Öysüzlü kənd sakini 1953-cü il təvəllüdlü Rafil Hüseynov hamamda dəm qazından zəhərlənib.

    O, xəstəxanaya aparılsa da, öldüyü məlum olub.

    Hadisə yerinə polis və prokurorluq əməkdaşları gəliblər.

    Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırma aparılır.

  • Bakı-Sumqayıt yolunda bitişik obyektlərdə yanğın oldu – Video

    Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonunda Bakı – Sumqayıt yolunun 7-ci km-də yanğın baş verməsi barədə məlumat daxil olub.

    Bu barədə FHN məlumat yayıb.

    Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

    Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının bir dam altında tikilmiş bir-birinə bitişik müxtəlif təyinatlı obyektlərdə baş verdiyi və yayılma riskinin yüksək olduğu müəyyən edilib.

    Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

    Yanğın nəticəsində ümumi sahəsi 650kv.m. olan müxtəlif təyinatlı obyektlərdən sahəsi 100 kv.m. olan mebel sexinin yanar konstruksiyaları, bitişik sahəsi 90 kv.m. olan digər mebel sexinin yanar konstruksiyaları, bitişik sahəsi 120 kv.m. olan avtomobil təmiri sexinin yanar konstruksiyaları 20 kv.m. sahədə və bitişik sahəsi 120 kv.m. olan mebel sexinin içərisində olan avadanlıqlar 5 kv.m. sahədə yanıb, yüksək temperaturdan digər sexdə təmirə dayanmış “İsuzu” markalı yük avtomobilinin yük hissəsində kondisioner deformasiya edib.

    Digər bitişik anbarlar və avtomobil yanğından mühafizə olunub

  • Ötən gün həyatını itirən həkimin ÖLÜM SƏBƏBİ BİLİNDİ

    Ötən gün Biləsuvarda həyatını itirən həkim Bayraməli Süleyman oğlu Bayramovun ölüm səbəbi məlum olub.

    O, miokard infarktı səbəbi ilə həyatını itirib.

    Qeyd edək ki, B.Bayramov uzun illər Nərimankənd kəndində həkim məntəqəsinin baş həkimi kimi çalışıb. O, ən son Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinin həkim-terapevti kimi fəaliyyət göstərib.

  • Ərinin məzarını ziyarət edən qadının ürəyi dayandı – Azərbaycanda

    Tovuz rayonunda qəbiristanlıq ərazisində qadın meyiti aşkarlanıb.

    Hadisə rayonun Yuxarı Öysüzlü kəndində qeydə alınıb. Kənd qəbiristanlığında Bakı şəhər sakini, 1961-ci il təvəllüdlü N. Qasımovanın meyiti tapılıb.

    Məlumata görə, qadın həyat yoldaşının ildönümü münasibətilə məzarını ziyarət etməyə gəlib. Bu zaman onun halı qəfil pisləşib və hadisə yerinə təcili tibbi yardım briqadası çağırılıb.

    Həkimlərin müayinəsi zamanı qadının həyatını itirdiyi müəyyən edilib. İlkin ehtimala görə, o, ürək tutmasından vəfat edib.

    Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırma aparılır.
    //unikal.az

  • Tərtərə qonaq gedən kişi arı sancmasından ÖLDÜ

    Tərtər rayonunda kişi arı sancması nəticəsində ölüb.

    Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə mayın 1-i Düyərli kəndində qeydə alınıb.

    Belə ki, Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü Nazim Əmrahov qonaq gəldiyi qohumunun həyətyanı sahəsindən arı sancması ilə xəstəxanaya yerləşdirilib və orada ölüb.

    Faktla bağlı araşdırma aparılır.