Category: Hadisə

  • Ağdamda ağır qəza: Ölənlər və xəsarət alanlar var

    Ağdam rayonunda iki nəfərin ölümü, dörd nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Median.Az “Report”a istinadən xəbər verir ki, hadisə Xankəndi-Ağdam yolunun Xıdırlı kəndi ərazisində qeydə alınıb.

    Hərəkətdə olan VAZ-2107 və “Opel” markalı avtomobillərin toqquşması nəticəsində iki nəfər ölüb, dörd nəfər isə ağır xəsarət alıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Azərbaycanın tanınmış eksperti həbsdə vəfat etdi

    Narkotik ittihamı ilə məhkum edilən informasiya və kommunikasiya texnologiyaları üzrə tanınmış ekspert İlqar Əliyev vəfat edib.

    Median.Az “Qafqazinfo”ya istinadla xəbər verir ki, o, həbsdə xəstəlik səbəbindən dünyasını dəyişib.

    Qeyd edək ki, bu ilin martında İlqar Əliyevin cəzası 4 ildən 3 ilə endirilmişdi.

    Xatırladaq ki, İlqar Əliyev əvvəllər “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-də “İnformasiya texnologiyaları” departamentinin müdiri, həmçinin bank sektorunda müşavir kimi fəaliyyət göstərib.

    O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitə və ya psixotrop maddə əldə etməkdə təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrum edilmişdi. Məhkum həm apellyasiya, həm kassasiya şikayətlərində məhkəmədən bəraət istəyirdi.

  • Milli Onkologiya Mərkəzindəki hadisənin DETALLARI: Xəstə üzərində partlayıcı ilə otağa daxil olubmuş – FOTO (Yenilənib)

    Aprelin 30-da saat 14 radələrində Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzində partlayışın baş verməsinə dair Yasamal Rayon Prokurorluğuna məlumat daxil olub.

    Bu barədə Baş Prokurorluqdan məlumat verilib.

    Bildirilib ki, ilkin araşdırmalarla onkoloji xəstə kimi qeydiyyatda olan 1988-ci il təvəllüdlü Mübariz Sahib oğlu Əliyevin qanunsuz olaraq əldə edib saxladığı partlayıcı vasitəni qeyd olunan müalicə müəssisəsinin Radiologiya şöbəsində partlatması nəticəsində həkim Asif Akif oğlu Nəsirovu ümumi təhlükəli üsulla qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

    Baş vermiş partlayış nəticəsində Mübariz Əliyev aldığı xəsarətlərdən hadisə yerində ölüb, ağır bədən xəsarətləri alan Asif Nəsirovun isə hazırda vəziyyəti ağır olaraq qiymətləndirilir, müalicəsi xəstəxana şəraitində davam etdirilir.

    Aidiyyəti hüquq-mühafizə orqanlarının əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən tibb sahəsində ekspertin iştirakı ilə isti izlər əsasında hadisə yerinə baxış keçirilib, cinayətin izlərini əks etdirən maddi sübutlar müvafiq qaydada götürülüb, meyitin daxili və xarici müayinəsinin aparılması üçün məhkəmə-tibbi ekspertizası təyin olunub, habelə, digər zəruri prosessual hərəkətlər icra olunub.

    Fakt üzrə cinayət prosessual qanunvericiliyə uyğun olaraq dərhal Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.2.4 (ümumi təhlükəli üsulla adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq partlayıcı maddələr və qurğular əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.

    Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etməklə, hadisənin baş vermə şəraiti və səbəbləri, partlayıcı maddənin əldə edilmə mənbəyi və digər sübut edilməli olan halların müəyyənləşdirilməsi istiqamətində aidiyyəti hüquq-mühafizə orqanları ilə birgə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

    * * * * *

    Milli Onkologiya Mərkəzində baş verən partlayış nəticəsində xəsarət alan Şüa-diaqnostika şöbəsinin həkim-radioloqu Asif Nəsirlinin fotosu yayılıb.

    Median.Az həmin fotonu təqdim edir:

    * * * * *

    Milli Onkologiya Mərkəzində partlayış hadisəsi Şüa-diaqnostika şöbəsində baş verib.

    Şöbənin birinci mərtəbəsində qeydə alınan olay zamanı həkim-radioloq Asif Nəsirli ağır bədən xəsarətləri alıb.

    O, təcili olaraq xəstəxanaya hospitalizasiya edilib.

    Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar, hadisənin başvermə səbəbləri araşdırılır.

    * * * * *

    Milli Onkologiya Mərkəzinin otaqlarının birində partlayış olub.

    Oxu.Az-ın əldə etdiyi məlumata görə, xəstə Mübariz Əliyev hadisə yerində ölüb, bir həkim xəsarət alıb.

    Hüquq-mühafizə orqanları hadisə yerinə cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

  • Sabirabadda qəza – 3 nəfər yaralandı

    Sabirabadda yol qəzası olub.

    Hadisə rayonun Qaratəpə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

    Belə ki, “VAZ-2107” və “Vita” markalı avtomobillərin toqquşması nəticəsində 3 nəfər yaralanıb. Onlar 1998-ci təvəllüdlü İlkanə Qəhrəman qızı Qəhrəmanova, 2022-ci il təvəllüdlü Mehdi Nurəddin oğlu Qəhrəmanov və daha bir nəfər xəsarət alıb.

    Onlar Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

    Faktla bağlı araşdırma aparılır.
    //unikal.az

  • İşıqforun qırmızı işığında keçdi – Qəza oldu

    Mingəçevirdə yol qəzası baş verib

    “Unikal”ın məlumatlna görə, hadisə Bələdiyyə meydanında, Heydər Əliyev prospektinin Səməd Vurğun küçəsi ilə kəsişməsində qeydə alınıb.

    “Vaz 21015” “Mercedes” markalı avtomobilə çırpılıb.

    Məlumata görə, hadisəyə səbəb maşınlardan birinin işıqforun qırmızı işığında keçməsi olub.

    Faktla bağlı araşdırma aparılır.

  • Azərbaycan Texnologiya Universitetinin baş müəllimi vəfat edib

    Azərbaycanda baş müəllim vəfat edib.

    Azərbaycan Texnologiya Universitetinin (ATU) Mexanika və nəqliyyat texnologiyaları kafedrasının baş müəllimi Natiq Vəliyev dünyasını dəyişib.

    Qeyd edək ki, N.Vəliyev 1980-ci ildən etibarən ATU-da çalışıb.

  • Bakıda gənc oğlan 14 yaşlı qızla hamamda dəm qazından zəhərləndi – Ölən var

    Bakıda iki nəfər dəm qazından zəhərlənib.

    Hadisə paytaxtın Xətai rayonu R.Bağırov küçəsi ev 30-da baş verib.

    Ağdaş rayon sakini 2007-ci il təvəllüdlü Yusuf Mehmet oğlu Atalay və Yevlax rayon sakini 2012-ci il təvəllüdlü Təranə Mədxun qızı Bəkirova həmin ünvanın hamam otağında dəm qazından zəhərləniblər.

    Hadisə nəticəsində Y.Atalay ölüb, T.Bəkirova isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

    Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırmalar aparılır.
    //oxu.az

  • Türkiyədə Azərbaycan nömrəli yük avtomobili yanaraq kül oldu

    Türkiyənin Samsun bölgəsində Azərbaycan dövlət qeydiyyat nişanlı avtomobildə yanğın baş verib.

    Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

    Məlumata görə, N.I.S. tərəfindən idarə olunan yük maşınında yanğın nəqliyyat vasitəsinin mühərrik hissəsində başlayıb.

    Hadisə yerinə jandarma və yanğınsöndürmə qüvvələri göndəriliblər.

    Yanğın söndürülsə də, maşın istifadəyə yararsız hala düşüb.

    Baş verən hadisə ilə əlaqədar yolda nəqliyyatın hərəkəti müvəqqəti olaraq dayandırılıb.

  • Kürdəmirdə fərdi yaşayış evində YANĞIN – Ölən var

    Kürdəmirdə fərdi yaşayış evində yanğın baş verib.

    Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, yanğın yerinin müayinəsi zamanı bir nəfərin meyiti tapılıb.

    “Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Kürdəmir rayonu, Yenikənd kəndində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.

    Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Kürdəmir Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunublar.

    Yanğınsöndürənlər tərəfindən ümumi sahəsi 168 kvadratmetr olan birmərtəbəli fərdi yaşayış evində baş vermiş yanğın söndürülüb.

    Yanğın nəticəsində evin yanar konstruksiyaları 144 kv.m sahədə yanıb. Yanğın yerinin müayinəsi zamanı 1981-ci il təvəllüdlü Fikrət Mütəllim oğlu Eminovun meyiti aşkar edilib.

    Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır”.

  • Azərbaycanda gənc müəllim vəfat etdi

    Balakən rayonunda gənc müəllim vəfat edib.

    Rayonun Qaysa kənd orta məktəbinin fiziki tərbiyə müəllimi Aygül Çunayeva uzun sürən xəstəlikdən sonra ötən gün dünyasını dəyişib.