Category: Hadisə

  • Bakıda avtomobil qəza nəticəsində yandı

    Bakının Xətai rayonunda qəza nəticəsində BMW markalı avtomobil yanıb.

    Median.Az “Report”a istinadən xəbər verir ki, rayonun Seyid Əzim Şirvani küçəsində BMW markalı 77-SM-527 dövlət qeydiyyat nişanlı minik avtomobili ilə “Audi” markalı 90-LO-360 dövlət qeydiyyat nişanlı minik avtomobili toqquşub.

    Hadisə nəticəsində hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.

    Faktla bağlı araşdırma aparılır.

  • Sumqayıtda ağır QƏZA: “Mercedes” aşdı, sürücü ÖLDÜ

    Sumqayıtda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Median.Az “Report”a istinadən xəbər verir ki, hadisə “Yaşma bağları” adlanan yaşayış massivində qeydə alınıb.

    “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində sürücü, 1969-cu il təvəllüdlü Davud Fərhad oğlu Baxşıyev ağır xəsarətlərdən hadisə yerində ölüb.

    Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

  • Neftçalada 15 və 17 yaşlı iki qardaş faciəli şəkildə öldü

    Neftçalada qəza baş verib, iki qardaş avtomobillə kanala düşərək ölüb.

    Median.Az APA-ya istinadən xəbər verir ki, Qazaxbərəsi kəndində qeydiyyatda olan 2009-cu il təvəllüdlü Rəvan Vüsal oğlu Manaflı və qardaşı, 2011-ci il təvəllüdlü Əli Vüsal oğlu Manaflı səhər saatlarında Ramazanlı kəndi ərazisində valideynlərinə məxsus 99-TE-303 dövlət nömrə nişanlı “Nissan” markalı avtomobillə hərəkətdə olarkən maşın idarəetmədən çıxıb və kanala düşüb.

    Hər iki qardaş hadisə yerində ölüb.

    Onların meyitləri sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Hacıqabulda avtomobillər toqquşdu – Yaralılar var

    Hacıqabul rayonunda minik avtomobilinin aşması ilə nəticələnən yol qəzası zamanı 3 nəfər xəsarət alıb.

    Hadisə Bakı-Qazax avtomobil yolunun Hacıqabul rayonunun Pirsaat kəndi ərazisində qeydə alınıb. “Opel” markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində xəsarət alanlar – M.Ağayev, Ə.Əhmədova və İ.Əhmədova Şirvan Şəhər Mərkəzi Xəstəxanaslna yerləşdiriblər.

    Faktla bağlı araşdırma aparılır.

  • Sumqayıtda 39 yaşlı qadın dəm qazından ölüb

    Sumqayıtda 39 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb.

    Median.Az “Report”a istinadən verir ki, hadisə şəhərin Sülh prospekti ərazisində yerləşən fərdi yaşayış evlərindən birində qeydə alınıb.

    Belə ki, 1987-ci il təvəllüdlü Xəyalə Əzizbəy qızı Kərimova evdə dəm qazının sızması nəticəsində zəhərlənərək həyatını itirib.

    Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

  • İnternat məktəbinin şagirdi imtahan günü öldü

    Bakıda 11-ci sinif şagirdi vəfat edib.

    Median.Az “Bizim media”ya istinadən xəbər verir ki, 11 nömrəli İnteqrasiya təlimli internat məktəbinin 11-ci sinif şagirdi Fərhad Allahverdiyev martın 15-də dünyasını dəyişib.

    Məktəbdən bildirilib ki, Fərhad Allahverdiyev həmin gün keçirilən buraxılış imtahanında iştirak etməli idi. Lakin bir müddət əvvəl onda şəkər xəstəliyi aşkarlandığından, imtahandan üç gün əvvəl səhhəti pisləşib və valideynləri tərəfindən xəstəxanaya yerləşdirilib.

    Bakı Dəmiryolu Xəstəxanasında müalicə alan Fərhad Allahverdiyev elə imtahan günü xəstəxanada vəfat edib.

    Qeyd olunub ki, mərhumun anası həmin təhsil müəssisəsində çalışır.

  • Şəmkirdə ikimərtəbəli ev yandı

    Şəmkirdə yanğın hadisəsi olub.

    “Unikal”ın məlumatına görə, hadisə rayonun Kür qəsəbəsində baş verib. Belə ki, qəsəbə sakini 1989-cu il təvəllüdlü E.Məmmədova məxsus ikimərtəbəli fərdi yaşayış evində qəfil yanğın olub. Dərhal hadisə yerinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən avtomobilləri və şəxsi heyəti cəlb olunub.

    Yanğın qısa müddətdə ərazisində söndürülüb.Yanğın nəticəsində ümumi sahəsi 220 kv metr olan ikimərtəbəli evin 35 kv metrinin yanar konstruksiyaları yanaraq külə dönüb. Hadisə nəticəsində xəsarət alan olmayıb. Əraziyə adiyyatı qurumların əməkdaşları cəlb edilib. Baş verən yanğın hadisəsi ilə bağlı araşdırma aparılır.

  • Xaçmazda avtoqəza – Ölən var

    Xaçmazda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Hadisə Gəndob-Yalama avtomobil yolunun adıçəkilən rayonunun Çinartala kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Xaçmaz sakini, 1999-cu il təvəllüdlü Cavidan Abdullayev idarə etdiyi VAZ-2107 markalı avtomobillə yolu keçmək istəyən həmyerlisi Tofiq Hacıbala oğlu Almazovu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Cəlilabadda “Kia Rio” ilə “Changan” toqquşdu – Ölən var

    Cəlilabad rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

    “Unikal” xəbər verir ki, hadisə Cəlilabad şəhəri ərazisində qeydə alınıb.

    Belə ki, rayon sakini Səbran Əliyevin idarə etdiyi “Kia Rio” markalı avtomobillə digər rayon sakini Kamran Quliyevin idarə etdiyi “Changan” markalı nəqliyyat vasitəsi toqquşub.

    Qəza nəticəsində hər iki sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıb, “Changan” markalı avtomobildə olan sərnişin, 1991-ci il təvəllüdlü Xəyal Bəşirov isə ölüb.

    Faktla bağlı araşdırma aparılır.

  • 40 yaşlı sahibkar ölü tapıldı

    Salyan və Bakıda fəaliyyət göstərən “Öz geyim” mağazalar şəbəkəsinin 40 yaşlı sahibi Şamil Qədirov vəfat edib.

    Bu barədə onun yaxınları sosial şəbəkədə məlumat yayıblar.

    Bildirilib ki, Ş.Qədirovun meyitini yaxınları Salyanda yaşadığı evdə aşkar ediblər.

    Mərhumun 2 övladı qalıb.

    Sahibkarın ölümü ilə bağlı araşdırma aparılır.