Category: Hadisə

  • Bakıda moped divara çırpıldı: Ölən var

    Bakıda moped qəzaya uğrayıb.

    Median.Az Oxu.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu, Şağan qəsəbəsi ərazisində baş verib.

    2005-ci il təvəllüdlü Hüseyn Mayıl oğlu Mayılovun idarə etdiyi “Champ” markalı moped divara çırpılıb. Hadisə nəticəsində o, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

    Faktla bağlı Xəzər Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırma aparılır.

  • Göyçayda 16 yaşlı qız dəm qazından zəhərlənib

    Göyçayda 16 yaşlı qız dəm qazından zəhərlənib.

    Oxu.Az-ın məlumatına görə, rayon sakini, 2010-cu il təvəllüdlü D.Ziyadova yaşadığı ünvanda dəm qazından zəhərlənmə ehtimalı ilə xəstəxanaya müraciət edib.

    Faktla bağlı araşdırma aparılır.

  • Bərdədə VAZ “KamAZ”a çırpıldı: Ölən var

    Bərdə rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Oxu.Az-ın məlumatına görə, hadisə martın 13-də axşam saat 22 radələrində rayonun Hərəmə kəndi ərazisində qeydə alınıb.

    Rayon sakini, 2005-ci il təvəllüdlü Yadigar Rəhimov idarə etdiyi VAZ-2106 avtomobilində idarəetməni itirərək “KamAZ” markalı yük avtomobili ilə toqquşub.

    Hadisə nəticəsində minik avtomobilinin sürücüsü Y.Rəhimov ölüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Salyanda 4 yaşlı uşaq su quyusunda boğulub

    Salyan rayonunda dörd yaşlı uşaq faciəli şəkildə ölüb.

    Oxu.Az-ın məlumatına görə, hadisə martın 13-də axşam saatlarında rayonun Qaraçala qəsəbəsi ərazisində baş verib.

    Qəsəbə sakini 2022-ci il təvəllüdlü Ə.A. həyətdəki su quyusuna düşərək ölüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Bakıda binadan yıxılan qadın ölüb

    Bakıda qadın binadan yıxılaraq ölüb.

    Oxu.Az-ın məlumatına görə, hadisə martın 13-də paytaxtın Nizami rayonu, T.Abbasov küçəsi bina 13, mənzil 32-də baş verib. Həmin ünvanda yaşayan Bakı şəhər sakini, 1977-ci il təvəllüdlü Gülər Çingiz qızı Mustafayeva mənzilin pəncərəsindən yıxılıb. Qadın xəstəxanaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb, aldığı xəsarətlərdən orada ölüb.

    Məlumata görə, G.Mustafayeva ruhi-əsəb xəstəliyindən əziyyət çəkirmiş.

    Faktla bağlı araşdırma aparılır.

  • Siyəzəndə 27 yaşlı qadın faciəli şəkildə öldü

    Siyəzəndə 27 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb.

    Yenikənd kənd sakini 1999-cu il təvəllüdlü Esmira Məmmədova yaşadığı evin hamam otağında dəm qazından zəhərlənib. Xəstəxanaya yerləşdirilən qadın orada ölüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Binəqədidə yanğın başlayıb

    Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu ərazisində təkər və məişət tullantıları yığılmış ərazidə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.

    Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

    Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.

    Əlavə məlumat veriləcək.

  • Bir rayonda iki nəfər küçədə öldü

    Bakıda iki nəfər küçədə ölüb.

    Hadisələr Suraxanı rayonu ərazisində qeydə alınıb.

    67 yaşlı Rəşid Murad oğlu Rəşidov Hövsan, 67 yaşlı Aybəniz Hətəm qızı Paşayeva isə Yeni Günəşlə qəsəbəsinin ərazisində qəfil ölüblər. Onların infarkt səbəbilə öldükləri bildirilir.

    Faktlarla bağlı araşdırma aparılır.

  • Gənc oğlan Qubada kvadrisikl qəzasında öldü

    Qubada kvadrisikl qəzası ölümlə nəticələnib.

    Quba rayonunun Qımılqazma kəndi ərazisində kvadrisikllə törədilən qəza faciə ilə nəticələnib. İlkin məlumata əsasən, Bakı şəhər sakini 27 yaşlı Elçin Yusif oğlu Yusifovun idarə etdiyi kvadrisikl daş hasara çırpılıb. Nəticədə sürücü aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib. Faktla bağlı araşdırma aparılır.

    Baş Dövlət Yol Polisi İdarəsi bildirir ki, son dövrlər istirahət və turizm məkanlarında geniş istifadə edilən kvadrisikllərin istismarı zamanı təhlükəsizlik qaydalarına əməl olunmaması ciddi narahatlıq doğurur. Belə ki, bu tip nəqliyyat vasitələrinin sürət həddi və yol şəraiti nəzərə alınmadan idarə olunması həyat və sağlamlıq üçün real təhlükə yaradır və bəzən də ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinə səbəb olur.

    Nəzərə alınmalıdır ki, kvadrisikl konstruktiv xüsusiyyətlərinə görə sabitliyi məhdud olan nəqliyyat vasitəsidir və onun məsuliyyətsiz şəkildə idarə olunması sürücü üçün yüksək risk yaradır. Eyni zamanda xatırladılır ki, kvadrisikllərin ümumi istifadədə olan yollarda idarə edilməsi yalnız müvafiq sürücülük hüququ olan şəxslər tərəfindən həyata keçirilə bilər.

    Baş Dövlət Yol Polisi İdarəsi bir daha diqqətə çatdırır ki, adətən çətin relyef şəraitində, dağlıq ərazilərdə istifadə olunan bu növ nəqliyyat vasitələrinin istismarı zamanı təhlükəsizlik qaydalarına ciddi əməl edilməsi, sürət həddinin və yol şəraitinin nəzərə alınması, baş verə biləcək ağır yol-nəqliyyat hadisələrinin qarşısının alınması baxımından mühüm əhəmiyyət kəsb edir.

  • Bakıda süpürgəçini maşın vurub öldürdü

    Bakıda süpürgəçini maşın vurub.

    Median.Az Lent.az-a istinadla xəbər verir ki, hadisə Nizami rayonu, Heydər Əliyev prospektində baş verib.

    Hadisə zamanı maşın yolu təmizləyən 40 yaşlı Samirə Əyyub qızı Məsimovanı vuraraq öldürüb.

    Faktla bağlı araşdırma aparılır.