Category: Hadisə

  • Göyçayda meyit tapılıb

    Göyçayda küçədən meyit tapılıb.

    Oxu.Az-ın məlumatına görə, hadisə Göyçay çayının kənarında baş verib. Göyçay şəhər sakini 1982-ci il təvəllüdlü Emil Babayevin üzərində zorakılıq əlamətləri görünməyən meyiti çayın kənarında aşkarlanıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Azərbaycanda VƏZİFƏLİ ŞƏXS FACİƏLİ şəkildə öldü (Yenilənib)

    Şəkidə dəm qazından boğulub ölən qadınla bağlı təfərrüat məlum olub.

    Median.Az Lent.az-a istinadən xəbər verir ki, hadisə gecə saatlarında qeydə alınıb.

    Şuşa rayon sakini olan mərhum Kəmalə Yaqub qızı Quliyeva Şuşa mədəniyyət evində dərnək rəhbəri olub.

    * * * * *

    Şəkidə 47 yaşlı qadın faciəli şəkildə ölüb.

    Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Yeni Çələbixan qəsəbəsində baş verib.

    Qəsəbə sakini, 1979-cu il təvəllüdlü Kəmalə Quliyeva yaşadığı ünvanda dəm qazından boğulub. Yaxınları onun meyitini evdə aşkarlayıblar.

    Faktla bağlı araşdırma aparılır.

  • Ağdaş sakininin üzərinə qaynar su töküldü, xəstəxanada öldü

    Ağdaşda bədbəxt hadisə baş verib.

    Oxu.Az-ın məlumatına görə, yaşadığı evin hamam otağında su qızdırıcı partlayıb və qaynar su şəhər sakini 78 yaşlı Zakir Rəsulovun üzərinə dağılıb.

    Xəstəxanaya çatdırılan Z.Rəsulov tibbi müdaxilələrə baxmayaraq ölüb.

  • Gəncədə dərmandan zəhərlənən 38 yaşlı kişi öldü

    Gəncədə dərmandan zəhərlənən şəxs ölüb.

    “Unikal”ın məlumatına görə, hadisə şəhərin Yeni Gəncə yaşayış massivi ərazisində baş verib. Sözügedən ərazidə yaşayan 1988-ci il təvəllüdlü M.Qasımovun yaşadığı evdən meyiti tapılıb. Məlumata görə, 38 yaşlı kişi dərmandan zəhərlənərək ölüb. Onu hansı şəraitdə dərmandan zəhərlənməsi hələlik məlum deyil. Mərhumun meyiti müayinə olunmaq üçün aidiyyatı üzrə təhvil verilib.

    Hadisə yerinə polis və prokurorluq əməkdaşları əməkdaşları cəlb edilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Gəncədə avtomobillər toqquşdu: Xəsarət alanlar var

    Gəncə şəhərində iki nəqliyyat vasitəsinin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə nəticəsində VAZ-2110 avtomobili ilə “Hyundai “markalı nəqliyyat vasitəsi toqquşub.

    Qəza zamanı xəsarət alanların olduğu bildirilib. Hadisə yerinə polis əməkdaşları cəlb olunublar.

    Faktla bağlı araşdırma aparılır.

  • Bakıda zəhərlənən 66 yaşlı kişi xəstəxanada infarktdan öldü

    Bakıda dərman zəhərlənməsi ilə xəstəxanaya yerləşdirilən şəxs infarktdan ölüb.

    Hadisə martın 7-də axşam saatlarında baş verib.

    Paytaxtın Nəsimi rayonu, 20 Yanvar küçəsindəki mənzillərdən birində yaşayan 1960-cı il təvəllüdlü Tofiq Allahverdi oğlu Məmmədov yaşadığı evdə dərmandan zəhərlənib.

    66 yaşlı T.Məmmədov xəstəxanaya gətirilib. O, xəstəxanada olarkən infarkt keçirib. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. T.Məmmədov xəstəxanada ölüb.

    Faktla bağlı araşdırmalar aparılır.
    //oxu.az

  • Bakıda DƏHŞƏTLİ OLAY: Ata və oğlunun meyiti tapıldı

    Qaradağ rayonunda ata və oğlu dəm qazından ölüb.

    Median.Az “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə martın 6-sı saat 16 radələrində qeydə alınıb.

    1983-cü il təvəllüdlü Ruslan Məmmədov və 16 yaşlı oğlu Yusif yaşadıqları evdə dəm qazından zəhərlənərək ölüblər.

    Hadisə ilə bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

  • Qobustanda azyaşlı qız yanıq xəsarətləri alıb

    Qobustan rayonunda iki yaşlı qız yanıq xəsarətləri alıb..

    Oxu.Az-ın məlumatına görə, hadisə Mərəzə qəsəbəsində baş verib.

    Qəsəbə sakini 2024-cü il təvəllüdlü M.O. evdə olarkən üzərinə qaynar su tökülüb. Azyaşlı yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Göyçayda 31 yaşlı kişi yoxa çıxdı: Paltarları kanalın kənarında tapıldı

    Göyçayda 31 yaşlı kişi itkin düşüb.

    Oxu.Az-ın məlumatına görə, rayon sakini, 1995-ci il təvəllüdlü Ramil Abdullayev martın 3-də evdən çıxaraq geri qayıtmayıb.

    Axtarışlar zamanı itkin düşən şəxsə məxsus bəzi üst geyimləri rayon ərazisindən keçən Yuxarı Şirvan kanalının kənarında aşkar edilib. Bu səbəbdən onun kanala düşməsi və ya yıxılması ehtimalı nəzərə alınaraq əraziyə polis və Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları cəlb olunublar.

  • Gəncədə ticarət mərkəzində yanğın olub

    Gəncədə yanğın hadisəsi baş verib.

    Median.Az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Nizami Gəncəvi prospektində yerləşən “Xəmsə Park” ticarət mərkəzində qeydə alınıb.

    Belə ki, ticarət mərkəzində anidən yanğın başlayıb. Dərhal əraziyə FHN yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb edilib. Yanğın qısa müddət ərzində söndürülüb, ticarət mərkəzinin qalan hissəsi yanğından mühafizə olunub.

    Yanğın zamanı xəsarət alan olmayıb. Hadisənin baş vermə səbəbləri araşdırılır.