Category: Hadisə

  • Sumqayıtda JAC və “Prius” TOQQUŞUB – Yük avtomobili aşıb

    Sumqayıt şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

    Avtoqəza ilə bağlı videogörüntü sosial şəbəkələrdə yayılıb.

    Məlumata görə, qəza “Koroğlu” prospektində qeydə alınıb. Belə ki, JAC markalı yük maşını “Toyota Prius”la toqquşub. Nəticədə yük avtomobili aşıb.

    Hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib. Qəza zamanı xəsarət alanların olub-olmaması ilə bağlı məlumat verilməyib.

  • Gəncədə 55 yaşlı kişi avtomobildə öldü

    Gəncə şəhərində sürücü sükan arxasında ölüb.

    Hadisə martın 16-da səhər saatlarında baş verib.

    1971-ci il təvəllüdlü Nuruzadə Mustafayev idarə etdiyi VAZ-2106 avtomobili ilə hərəkətdə olarkən qəfil özünü pis hiss edib. O, avtomobildə dünyasını dəyişib.

    İlkin ehtimalla N.Mustafayev infarktdan ölüb.

    Faktla bağlı araşdırma aparılır.

  • 90 yaşlı professor vəfat etdi

    Azərbaycan Dillər Universitetinin (ADU) professoru Gəray Yusifov dünyasını dəyişib.

    G.Yusifov 11 noyabr 1936-cı il Yevlax rayonunun Salahlı kəndində anadan olub.

    1955-1960-cı illərdə M.F.Axundov adına Azərbaycan Dillər İnstitutunda İngilis dili fakültəsində təhsil alıb.

  • 57 yaşlı qadın dəm qazından ölüb

    Bakıda 57 yaşlı qadın dəm qazından boğulub.

    Median.Az apa-ya istinadən xəbər verir ki, hadisə martın 16-da baş verib. Sabunçu rayonu Zabrat qəsəbə sakini 1969-cu il təvəllüdlü Yeganə Nağıyeva yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək ölüb.

    Araşdırma aparılır.

  • Bakıda maşın yandı – Video

    Bu gün səhər saatlarında paytaxtın Yasamal rayonu, Tbilisi prospektində hərəkətdə olan nəqliyyat vasitələrindən birində yanğın baş verib.

    Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib ki, dərhal ərazidə xidmət aparan yol polisi əməkdaşları tərəfindən yolda təhlükəsizlik təmin edilib və yanğınsöndürənlərin hadisə yerinə manesiz və təhlükəsiz şəkildə yaxınlaşması üçün zəruri şərait yaradılıb.

    Yanğın qısa müddət ərzində söndürülüb.

  • Tovuzda PARTLAYIŞ: Bir ailənin 4 üzvü xəsarət aldı – Video

    Tovuz rayonunda yaşayış evində partlayış olub.

    Hadisə gecə saatlarında rayonun Aşağı Quşçu kəndində baş verib.

    Kənd sakini, 1967-ci il təvəllüdlü Zeyhun Cəfərova məxsus 4 otaqlı evdə qaz sızmasından qəfil partlayış olub.

    Hadisə nəticəsində ev sahibi və onun ailə üzvləri – 1997-cü il təvəllüdlü Turxan Cəfərzadə, 2005-ci il təvəllüdlü Turanə Cəfərova və 2024-cü il təvəllüdlü F.Cəfərov yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

    Faktla bağlı araşdırma aparılır.
    //oxu.az

  • Ağstafada AĞIR QƏZA: Xəsarət alanlar var

    Ağstafa rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

    Şəhər ərazisində iki VAZ markalı avtomobil toqquşub.

    Hadisə nəticəsində avtomobillərdə olan 1998-ci il təvəllüdlü Mahir Hüseynov, 2004-cü il təvəllüdü Yasin Kazımov və 1999-cu il təvəllüdlü Taleh Quliyev müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

    Faktla bağlı araşdırma aparılır.

  • Bakıda yaşayış binasında yanğın başlayıb

    Bakının Xətai rayonunda yaşayış binasında yanğın başlayıb.

    Median.Az APA-ya istinadla xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

    Yanğının qarşısının alınması üçün tədbirlər görülür.

  • Gədəbəydə 54 yaşlı kişi küçədə öldü

    Gədəbəy rayonunda 54 yaşlı kişi küçədə ölüb.

    Hadisə martın 16-da axşam saatlarında rayonun Novosaratovka kəndində qeydə alınıb.

    Kənd sakini, 1972-ci il təvəllüdlü Habil Rəhman oğlu Tağıyev kənd ərazisində olarkən qəfil özünü pis hiss edib. O, elə küçədə dünyasını dəyişib.

    Faktla bağlı araşdırmalar aparılır.

  • Azərbaycanda tanınmış həkimin oğlu FACİƏLİ ŞƏKİLDƏ ÖLDÜ: Türkiyədən yenicə qayıdıbmış – FOTO

    Lənkəran rayonunda ağır yol-nəqliyyat hadisəsindən sonra dünyasını dəyişən 25 yaşlı Ümid Nicat oğlu Möhübbətovla bağlı bəzi detallar məlum olub.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, rayonun Separadi kəndi ərazisində, körpü üzərində qeydə alınan yol-nəqliyyat hadisəsi zamanı Masallı rayonu Mahmudavar kənd sakini 2005-ci il təvəllüdlü Sultan İlkin oğlu Hacıyevin idarə etdiyi “Hyundai Sonata” markalı avtomobilin 20 metr hündürlükdən çaya düşməsi nəticəsində sərnişin qismində olan həmyerlisi 21 yaşlı Ümid Nicat oğlu Möhübbətov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da xəsarətləri ağır olub və həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Sürücü isə Reanimasiya şöbəsinə yerləşdirilib.

    Məlum olub ki, həyatını itirən gəncin Masallı rayonunun tanınmış həkimlərindən biri olan Nicat Möhübbətovun övladı imiş. O, Türkiyədə təhsil alırmış və bir müddət əvvəl ölkəyə qayıdıbmış.

    Faktla bağlı araşdırma aparılır.

    * * * * *

    Lənkəranda ağır yol-nəqliyyat hadisəsi baş verib, ölən və yaralanan var.

    Median.Az “Report”a istinadən xəbər verir ki, hadisə Lənkəran-Boradigah yolunun Separadi kəndi ərazisində qeydə alınıb.

    Belə ki, Masallı rayonunun Mahmudavar kənd sakini Sultan İlkin oğlu Hacıyev “Hyundai Sonata” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil əvvəlcə yol kənarındakı rabitə dirəyinə, daha sonra körpünün dəmir konstruksiyasına çırpılıb. Maşın təxminən 20 metr hündürlükdən çaya aşıb.

    Qəza nəticəsində sərnişin, Masallı rayonunun Mahmudavar kənd sakini, 25 yaşlı Ümid Nicat oğlu Möhübbətov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Ətrafdakı insanların köməyi ilə sudan çıxarılaraq təcili tibbi yardım vasitəsilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

    Lakin Ümid Möhübbətov aldığı ağır xəsarətlər səbəbindən xəstəxanada ölüb. Sürücünün vəziyyətinin isə ağır olduğu bildirilir.

    Faktla bağlı araşdırma aparılır.