Category: Hadisə

  • Bakıda mənzildən meyit tapıldı

    Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

    Bu barədə FHN-dən məlumat verilib.

    Bildirilib ki,məlumatla əlaqədar Nazirliyin Bakı Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

    Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

  • Gəncədə 29 yaşlı qadın dəm qazından zəhərləndi

    Gəncədə 29 yaşlı qadın dəm qazından zəhərlənib.

    “Unikal”ın məlumatına görə, şəhər sakini – 1997-ci il təvəllüdlü N.Xəlilova huşsuz vəziyyətdə xəstəxanaya çatdırılıb. Ona müayinə zamanı zəhərlənmə diaqnozu təyin edilib.

    Dərhal qadına yardım edilib, hazırda vəziyyətinin orta-ağır olduğu bildirilir. Məlumata görə, 29 yaşlı qadın yaşadığı evin vanna otağında dəm qazından zəhərlənib.

    Fakt araşdırılır.

  • Bakıda bağlı qapı arxasında köməksiz qalan şəxs ÖLÜB

    Bakı şəhərinin Xətai rayonunda bir nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

    Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, məlumatla əlaqədar nazirliyin Bakı Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

    Həyata keçirilən tədbirlər nəticəsində meyit aidiyyəti üzrə təhvil verilib.

  • Azərbaycan vətəndaşı Türkiyədə qəzada öldü

    Türkiyədə iki yük maşınının toqquşması nəticəsində baş verən ağır yol-nəqliyyat hadisəsində Azərbaycan vətəndaşı həlak olub.

    Median.Az “Demirören” agentliyinə istinadən xəbər verir ki, hadisə fevralın 26-da Sivas-Tokat yolunun Çamlıbel aşırımında baş verib.

    Məlumata görə, maşınlardan birinin sürücüsü, 41 yaşlı Azərbaycan vətəndaşı Elməddin Qurbanov aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

    Qeyd olunub ki, digər maşındakı iki nəfər xəsarət alaraq, xəstəxanaya aparılıblar. Onların həyati təhlükəsinin olmadığı bildirilir.

    Hadisə ilə bağlı araşdırma aparılır.

  • Qala qəsəbəsində avtomobil qatarla toqquşub – Video

    Bakı şəhərinin Xəzər rayonu, Qala qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib və vətəndaş avtomobildə sıxılı vəziyyətdə qalıb.

    Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

    Bildirilib ki, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.

    Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən edilib ki, “Ford” markalı yük avtomobilinin hərəkətdə olan qatara çırpılması nəticəsində qəza hadisəsi baş verib və yük avtomobilinin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalıb.

    Xilasedicilər xüsusi xilasetmə vasitələrinin köməyi ilə vətəndaş, 1981-ci il təvəllüdlü Rövşən Ədalət oğlu Soltanovu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

    Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

  • Bakıda 43 yaşlı həkim əməliyyatdan sonra öldü

    Xəzər Tibb Mərkəzində fəaliyyət göstərən həkim-neonatoloq Gülnarə Əkbərova dünyasını dəyişib.

    Bu barədə tibb müəssisəsi məlumat yayıb.

    Bildirilib ki, 43 yaşlı tibb mütəxəssisi keçirdiyi cərrahi əməliyyatdan sonra səhhətinin kəskin pisləşməsi səbəbindən vəfat edib.

  • Sumqayıtda PARTLAYIŞ: Xəsarət alanlar var

    Sumqayıt şəhərinin Kimyaçılar qəsəbəsi ərazisində yerləşən poladəritmə sexində partlayış baş verib.

    Median.Az “Report”a istinadən xəbər verir ki, sexdə quraşdırılmış sobanın partlaması nəticəsində orada fəhlə işləyən 1994-cü il təvəllüdlü Elməddin Nurəddin oğlu İsmayılov, 1989-cu il təvəllüdlü Ceyhun Zakir oğlu Davidov və 1997-ci il təvəllüdlü Coşğun Ruşan oğlu Məmmədov müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar.

    Yaralılar dərhal tibb müəssisəsinə çatdırılıblar. Onlara zəruri tibbi yardım göstərilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Bakıda montyor faciəli şəkildə öldü

    Bakıda montyor bədbəxt hadisə nəticəsində ölüb.

    Oxu.Az-ın məlumatına görə, hadisə dünən paytaxtın Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində baş verib.

    Valid Şəmsəddin oğlu Səfərov qəsəbədə elektrik dirəyinə naqil bağlayan zaman 15 metr hündürlükdən yıxılıb. Xəstəxanaya yerləşdirilən Ş.Səfərov orada ölüb.

    Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

  • Gəncədə 5 avtomobil toqquşdu

    Gəncə şəhərində zəncirvari yol-nəqliyyat hadisəsi qeydə alınıb.

    “Unikal”ın məlumatına görə, qəza şəhərin Gəncə şəhərində, Heydər Əliyev prospektində baş verib.

    Belə ki, hərəkətdə olan “Chevrolet”, “BYD”, “VAZ 21015”, “Nissan” və “Toyota” markalı minik avtomobilləri toqquşub. Zəncirvari qəza nəticəsində xəsarət alan olmayıb, avtomobillərə isə ciddi maddi ziyan dəyib.

    Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub. İlkin məlumata görə, qəzaya səbəb yağışlı hava şəraiti olub.

    Faktla bağlı araşdırma aparılır.

  • Ramiz Əzizbəylinin xanımı dünyasını dəyişdi

    Mərhum Xalq artisti Ramiz Əzizbəylinin həyat yoldaşı Zümrüd Əzizbəyli uzun sürən xəstəlikdən sonra vəfat edib.

    Median.Az Baku.ws-ə istinadən xəbər verir ki, bu barədə Ramiz Əzizbəylinin qardaşı gəlini Nərmin Əzizbəyli bildirib.

    O bildirib ki, Zümrüd Əzizbəyli bir ay komada qaldıqdan sonra ötən gün dünyasını dəyişib.

    Xatırladaq ki, Ramiz Əzizbəyli 2021-ci ildə uzun sürən xəstəlikdən sonra vəfat edib. O, ümumşəhər qəbiristanlığında dəfn edilib.