Category: Hadisə

  • Yevlaxda kafedə PARTLAYIŞ – Ölən var

    Yevlax rayonunda ölümlə nəticələnən partlayış hadisəsi baş verib.

    Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Aran qəsəbəsi ərazisindəki kafelərdən birində baş verib.

    Hadisə zamanı kafedə qaz balonu partlayıb. Partlayış nəticəsində orada olan Yevlax rayon sakini, 1969-cu il təvəllüdlü Ruslan Şirin oğlu Sadıqov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yevlax Rayon Mərkəzi xəstəxanasına yerləşdirilən R.Sadıqov orada ölüb.

    Faktla bağlı Yevlax Rayon Prokurorluğunda araşdırma aparılır.

  • Bakıda evlərdən 12 min manatlıq oğurluq olub

    Bakının Binəqədi rayonunda evlərdən 12 min manatlıq oğurluqda şübhəli bilinən şəxslər saxlanılıblar.

    Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, naməlum şəxs müxtəlif vaxtlarda rayonun Biləcəri və Sulutəpə qəsəbələrində yerləşən dörd evdən ümumilikdə 6 min 435 manat dəyərində nağd pul, qızıl-zinət və məişət əşyaları oğurlayıb.

    Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməllərini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 39 yaşlı X. Rüstəmov müəyyən edilərək saxlanılıb. O, taladığı pullarla rayon ərazisində mağazaların birindən alış-veriş edib.

    İdarə əməkdaşlarının keçirdikləri digər tədbir nəticəsində rayon ərazisindəki evlərin birindən 6 min manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən 23 yaşlı İ.Feyzullayev də saxlanılıb.

    Faktlarla bağlı araşdırmalar davam etdirilir.

  • Şəmkirdə avtomobillər toqquşub, ölən və xəsarət alanlar var- YENİLƏNİB

    Şəmkirdə avtomobillər toqquşub, ölən və xəsarət alanlar var.

    Rayonun Qasımalılar kəndində “VAZ-2106” və “Mitsubishi” markalı avtomobillərin toqquşması nəticəsində Gədəbəy rayon sakini, 1953-cü il təvəllüdlü Fəxrəddin Məmmədov dünyasını dəyişib.

    Daha bir neçə nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.

    * * * * *

    Şəmkirdə avtomobil qəzası olub, xəsarət alanlar var.

    Hadisə Şəmkir rayon Qasımalılar kəndində qeydə alınıb.

    Yol-nəqliyyat hadisəsi nəticəsində azı 4 nəfər xəsarət alıb.

    Əraziyə Təcili tibbi yardım biriqadası və Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.

    Faktla bağlı araşdırma aparılır. Hadisənin təfərrüatları hələ məlum deyil. Xəsarət alanların içərisində vəziyyəti ağır olanlar var

  • Qubada 71 yaşlı kişi qadın tanışının evində öldü

    Quba rayon Qonaqkənd qəsəbə sakini 1955-ci il təvəllüdlü Söhrab Cabbar oğlu Məmmədovun meyiti tanışı Nəsibə Ərzuman qızı Dadaşovanın evində tapılıb.

    Mərhum N.Dadaşovaya məxsus evdə infarkt keçirərək ölüb.

    Faktla bağlı araşdırmalar aparılır.

  • Bakıda avtomobil yanır – Video

    Bakıda, metronun “Neftçilər” stansiyasının yaxınlığında avtomobil yanır.

    Median.Az Baku TV-yə istinadən hadisə yerindən görüntüləri təqdim edir:

  • Oğuzda ağır QƏZA – Xəsarət alanlar var

    Gecə saatlarında Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Oğuz rayonunun Bayan kəndi ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

    Oxu.Az-ın məlumatına görə, hadisə nəticəsində VAZ-2107 markalı avtomobil idarəetmədən çıxaraq işıq dirəyinə çırpılıb.

    Nəticədə sürücü, 23 yaşlı Səddam Allahverdiyev, sərnişinləri – 24 yaşlı Cəmil Şərifli və 25 yaşlı Okan Həmidli xəsarət alıblar.

    Faktla bağlı araşdırma aparılır.

  • Əməkdar jurnalist Eyruz Məmmədov vəfat edib

    Əməkdar jurnalist, Sumqayıt hadisələrinin araşdırmaçısı, yazıçı-publisist və “Exo Sumqaita” qəzetinin baş redaktoru Eyruz Məmmədov 73 yaşında vəfat edib.

    Bu barədə onun yaxınları məlumat veriblər.

    Qeyd edək ki, onun uzun sürən xəstəlikdən sonra vəfat etdiyi bildirilir.

  • Şəkidə yaşayış binasında yanğın

    Şəki şəhərində çoxmərtəbəli yaşayış binasında yanğın hadisəsi qeydə alınıb.
     
    Median.Az xəbər verir ki, hadisə axşam saat 19:00 radələrində şəhərin M.Ə. Rəsulzadə prospektində yerləşən 5 mərtəbəli yaşayış binasının ikinci mərtəbəsində baş verib. Belə ki, Tural İsmayılova məxsus 3 otaqlı mənzildə yanğın çıxıb.
     
    Əraziyə dərhal Şəki Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb olunub. Yanğının genişlənməsinin qarşısı operativ şəkildə alınıb.
     
    Hadisə nəticəsində mənzilin otaqlarından birinin yanar konstruksiyaları zədələnib. Tüstülənmə səbəbindən 10 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib.
     
    Yanğın zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır. (APA)

  • Fermadan 44 yaşlı kişinin meyiti tapıldı

    Ağstafa rayonunun Poylu kəndində fermada kişi meyiti tapılıb.
     
    Median.Az xəbər verir ki, araşdırmalar nəticəsində meyiti tapılan şəxsin Saloğlu kənd sakini 1982-ci il təvəllüdlü Fərhad Xıdır oğlu Vəliyev olduğu müəyyən edilib.
     
    Faktla bağlı Ağstafa rayon prokurorluğunda araşdırma aparılır./qafqazinfo

  • Bakıda 53 yaşlı kişi küçədə öldü

    Bakıda kişi küçədə ölüb.

    Oxu.Az-ın məlumatına görə, hadisə fevralın 22-si saat 01 radələrində paytaxtın Nərimanov rayonu Ə.Əliyev küçəsi, ev 115-in qarşısında baş verib. Bakı şəhər sakini 1973-cü il təvəllüdlü Vidadi Mürvət oğlu Qafarov həmin ərazidə qəfil infarktdan ölüb.

    Faktla bağlı araşdırmalar aparılır.