Category: Hadisə

  • Gürcüstanda ağır qəza: Azərbaycan vətəndaşı xəsarət aldı

    Gürcüstanda, Kobuleti-Batumi yolunda bu gün səhər saatlarında baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı Azərbaycan vətəndaşı xəsarət alıb.

    Median.Az Oxu.Az-a istinadən xəbər verir ki, avtobus və yük maşınının toqquşması nəticəsində iki nəfər ölüb, bir nəfər yaralanıb.

    Qəza səbəbindən yolun bir hissəsi müvəqqəti olaraq bağlanıb və nəqliyyatın hərəkəti köhnə marşrut üzrə dəyişdirilib.

    Məlumata görə, qəza zamanı xəsarət alan yük maşının sürücüsü, 49 yaşlı Azərbaycan vətəndaşı xəstəxanaya aparılıb. Onun vəziyyətinin stabil olduğu bildirilir.

    Faktla bağlı araşdırma aparılır.

  • Binəqədidə 76 yaşlı kişi binanın qarşısında qəfil öldü

    Bakıda 76 yaşlı kişi qəfil ölüb.

    Hadisə paytaxtın Binəqədi rayonu Ə.Naxçıvani küçəsi 4 ünvanında baş verib. Ağdam rayonunda daimi qeydiyyatda olan 1950-ci il təvəllüdlü Yusif Məmməd oğlu Məmmədov qeyd edilən ünvandakı binanın bloklarından birinin girişində naməlum səbəbdən ölüb.

    Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.
    //oxu.az

  • Paytaxtda 68 yaşlı kişi yıxılıb öldü

    Bakıda 68 yaşlı kişi küçədə yıxılaraq ölüb.

    Oxu.Az-ın məlumatına görə, hadisə paytaxtın Yasamal ərazisində baş verib. Bakı şəhər sakini – 1958-ci il təvəllüdlü Qüdrət İsmət oğlu Hüseynov rayonun A.Məlikov küçəsində piyada hərəkət edərkən ehtiyatsızlıqdan yıxılıb. Baş nahiyəsindən aldığı xəsarətlə xəstəxanaya yerləşdirilən Q.Hüseynov orada ölüb.

    Rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

  • Bakıda məşhur tikinti şirkətinin obyektində FACİƏ

    Bakıda fəhlə bədbəxt hadisə nəticəsində ölüb.

    Oxu.az-ın məlumatına görə, hadisə paytaxtın Səbail rayonu, Badamdar qəsəbəsinin ərazisində baş verib. Həmin ərazidə yerləşən “Huner Group” MMC-nin tikinti sahəsində işləyən Neftçala rayon sakini 1988-ci il təvəllüdlü Ramil Əlisafa oğlu Səfərovun üzərinə elektrik barabanı düşüb. R.Səfərov hadisə yerində ölüb.

    Faktla bağlı araşdırmalar aparılır.

  • Azərbaycanda vəkil vəfat etdi

    Vəkil Səfər Baxşıyev dünyasını dəyişib.

    Median.Az “Unikal”a istinadən xəbər verir ki, Azərbaycan Vəkillər Kollegiyasının üzvü olan S.Baxşıyev uzun sürən xəstəlikdən sonra vəfat edib.

    Qeyd edək ki, o, müxtəlif illərdə Biləsuvar Rayon Məhkəməsinin hakimi və digər məsul vəzifələrdə çalışıb.

    Uzun illərdən bəri Biləsuvar rayonunda vəkil qismində əhaliyə hüquqi xidmətlər göstərib.

  • Xırdalanda 13-cü mərtəbədən yıxılan oğlan sağ qaldı

    Gecə saatlarında Xırdalanda 22 yaşlı oğlan binadan yıxılıb.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə “Kristal Abşeron” kompleksində baş verib.

    Saat 2 radələrində 2004-cü il təvəllüdlü Nihad Yunus oğlu Vəliyev yaşadığı 16 mərtəbəli binanın 13-cü mərtəbəsinin eyvanından yıxılıb.

    O, ağır xəsarətlər alıb və xəstəxanaya yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Qəbələdə ağır qəza olub, ölən var

    Qəbələdə ölümlə nəticələnən yol qəzası baş verib.

    Bu gün saat 18 radələrində Qəbələ rayonunun Məmmədağalı kəndi ərazisində “Ford” markalı minik avtomobili idarəetmədən çıxaraq ağaca çırpılıb.

    Nəticədə sürücü, 24 yaşlı Nuran Muradasılov aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

    DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, ərazi üzrə polis orqanında faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

  • Göygöldə 32 yaşlı qadın dərmandan zəhərləndi

    Göygöldə qadın dərmandan zəhərlənib.

    “Unikal”ın məlumatına görə, hadisə rayon sakini 1994-cü il təvəllüdlü Ü.Abbasəliyeva zəhərlənmə diaqnozu ilə xəstəxanaya yeləşdirilib. Dərhal ona yardım edilib, qadının vəziyyətinin kafi olduğu bildirilir.

    Qadının hansı səbəbdən dərmandan zəhərlənməsi məlum deyil.

    Faktla bağlı araşdırma aparılır.

  • Bakıda 79 yaşlı kişi ölü tapıldı

    Xətai rayonunda mənzildən meyit tapılıb.

    Hadisə dünən saat 17 radələrində baş verib.

    Belə ki, 1947-ci il təvəllüdlü Aleksey Tyutyunikovun meyiti yaşadığı paytaxtın Seyid Əzim Şirvani küçəsində yerləşən mənzildə aşkar edilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Şəkidə müəllim vəfat edib

    Şəki rayonu Orta Zəyzid kənd 2 nömrəli tam orta məktəbində Hərbi Hazırlıq rəhbəri vəzifəsində işləyən Vahid Abdulhəmidov vəfat edib.

    O, bu gün dünyasını dəyişib.

    Müəllimin uzunsürən xəstəlikdən sonra öldüyü bildirilir.