Category: Hadisə

  • Azərbaycanlı tanınmış MÜĞƏNNİ FACİƏLİ ŞƏKİLDƏ öldü – Foto / Video

    Bakı-Sumqayıt yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

    Hadisə nəticəsində bir nəfərin öldüyü bildirilir.

    Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) oxu.az-ın sorğusuna cavab olaraq fakt təsdiqlənib.

    “Məlumata görə, Daşkəsən rayon sakini, 1979-cu il təvəllüdlü Samir Əhməd oğlu Səmədovun idarə etdiyi MAN markalı 60-AC-426 dövlət nömrə nişanlı yük maşını “Lexus” markalı 77-GE-211 dövlət nömrə nişanlı avtomobili və onun yanında dayanmış sürücü – 1983-cü il təvəllüdlü Kamil Əlövsət oğlu Sərməsovu vurub.

    Nəticədə Kamil Sərməsov hadisə yerində həyatını itirib. Faktla bağlı araşdırma aparılır”, – deyə məlumatda vurğulanıb.

    Qeyd edək ki, Kamil Sərməsov keçmiş ANS telekanalının məşhur layihələrindən olmuş “Toylar Kralı”nın finalçılarından idi.



  • Gəncədə türkiyəli iş adamı evində ölü tapıldı

    Gəncədə fəaliyyət göstərən xarici tikinti şirkətlərindən birinin rəhbəri vəfat edib.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Türkiyə vətəndaşı Mustafa Karabelanın Gülüstan yaşayış massivində yaşadığı evdə meyiti tapılıb.

    Meyitin üzərində zorakılıq əlamətləri aşkar edilməyib. İlkin ehtimallara görə, 40 yaşlı iş adamı ürək çatışmazlığından ölüb.

    Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma başlanılıb.

    Məlumat üçün bildirək ki, M.Karabela Gəncə şəhərində avtomobil yollarının asfaltlanması işlərini həyata keçirən “DKT İnşaat Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycandakı filialının rəhbəri olub.

  • Bakıda 87 yaşlı kişinin meyiti tapıldı

    Bakıda evdən meyit tapılıb.

    Hadisə Sabunçu rayonu, Məhəmmədi qəsəbəsində qeydə alınıb.

    87 yaşlı Hüseyn Həsənqulu oğlu İsmayılovun meyiti yaşadığı evdə aşkarlanıb. Meyitin üzərində zorakılıq əlamətləri olmayıb.

    Araşdırma aparılır.

  • 45 yaşlı kişini elektrik cərəyanı vurub öldürdü

    Mingəçevirdə kişi bədbəxt hadisə nəticəsində həyatını itirib.

    Hadisə bu gün saat 18 radələrində baş verib.

    Belə ki, 1981-ci il təvəllüdlü Mahmudov Zaur Musa oğlu elektrik stansiyasında iş görərkən onu cərəyanı vurub.

    45 yaşlı kişi vəfat edib.

  • 5-ci mərtəbədən yıxılan qız ağır xəsarət aldı

    Bu gün Mingəçevirdə bədbəxt hadisə baş verib.

    “Qafqazinfo” xəbər verir ki, şəhər sakini 19 yaşlı Nailə Əkbərova yaşadığı binanın 5-ci mərtəbəsindəki mənzilin eyvanından yıxılıb.

    Ağır xəsarət alan qız Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

    Sözügedən tibb müəssisəsindən sorğumuza cavab olaraq bildirilib ki, bu gün saat 14:40 radələrində Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunan qıza ağır travmatik şok, sol said sümüklərinin açıq sınığı, dalağın cırılması, daxili qanaxma diaqnozu qoyulub: “Pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicəsi müvafiq şöbədə davam etdirilir, vəziyyəti ağırdır”.

    Faktla bağlı araşdırma aparılır.

  • Bakı Ağır Cinayətlər Məhkəməsinin şöbə rəisi vəfat etdi (FOTO)

    Bakı Ağır Cinayətlər Məhkəməsinin vəzifəli şəxsi dünyasını dəyişib.

    Median.Az ehüquq.az-a istinadən xəbər verir ki, məhkəmənin icra şöbəsinin rəisi Mübariz Abdullayev uzun sürən xəstəlikdən sonra martın 3-də günorta saatlarında vəfat edib.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin şöbə rəisi vəfat etdi

    Məlumata görə, mərhum ağciyər xərçəngindən əziyyət çəkib.

    Qeyd edək ki, Mübariz Abdullayev bundan əvvəl Göyçay regional ədliyyə idarəsinin böyük məsləhətçisi vəzifəsində çalışıb.

  • Faciəli şəkildə ölən hərbçimizin FOTOSU

    Gecə saatlarında Xocalı yolu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

    Median.Az “Unikal”a istinadən hadisə zamanı dünyasını dəyişən Azərbaycan Ordusunun giziri, 1996-cı il təvəllüdlü Vüsal Quluzadənin fotosunu təqdim edir:

  • Sahibkar mağazasında ÖLÜ TAPILDI

    Abşeronda mağazadan meyit tapılıb.

    Median.Az Lent.az-a istinadən xəbər verir ki, hadisə rayonun Novxanı kəndində qeydə alınıb.

    Kənd sakini, 1962-ci il təvəllüdlü İsrail Əli oğlu Əliyevin üzərində zorakılıq əlamətləri görünməyən meyiti özünə məxsus mağazada aşkar edilib.

    Ölümün səbəbi hələlik məlum deyil.

    Faktla bağlı rayon Prokurorluğunda araşdırma aparılır.

  • Siyəzəndə sürücü sükan arxasında infarkt keçirdi, maşın kanala aşdı

    Siyəzən rayonunda avtomobil su kanalına aşıb.

    Median.Az APA-ya istinadla xəbər verir ki, hadisə martın 1-də Alxanlı kəndinin ərazisində qeydə alınıb.

    Şabran rayon sakini 1954-cü il təvəllüdlü Feyruz Qasımovun idarə etdiyi VAZ-2107 markalı, 10 MU 248 nömrəli maşın yolun kənarındakı su kanalına düşüb.

    Hadisənin sürücünün sükan arxasında infarkt keçirməsi səbəbindən baş verdiyi bildirilir.

    Araşdırma aparılır.

  • Siyəzəndə 10-cu sinif şagirdinin meyiti tapılıb

    Siyəzən rayonunda məktəbli qızın meyiti tapılıb.

    Hadisə martın 1-də baş verib.

    Belə ki, 2010-cu il təvəllüdlü Arzu Pənah qızı Kamilovanın meyiti yaşadığı evdə yaxınları tərəfindən aşkarlanıb.

    Qeyd edək ki, A.Kamilova Siyəzən şəhər Şirin İsmayılov adına 3 saylı tam orta məktəbinin 10-cu sinif şagirdi olub.