Uzun illər Salyan şəhər A.Pənah adına 1 nömrəli humanitar fənlər təmayüllü məktəb-liseydə riyaziyyat müəllimi işləmiş Hökümə Kəlbihüseyn qızı Həsənova vəfat edib.
O, bu gün vəfat edib.
Müəllimin hansı səbəbdən dünyasını dəyişdiyi məlum deyil.
Bakıdakı klinikalardan birində beşgünlük körpə ölüb.
Bu barədə Oxu.Az-a uşağın babası, Zərdab rayon sakini Tahir Qasımov məlumat verib.
O bildirib ki, 5 gün əvvəl nəvəsi A.Qasımov Bakıdakı klinikalardan birində dünyaya gəlib:
“İki gündən sonra uşağı klinikadan çıxarıb rayona evimizə gətirdik. Həmin gün axşam saatlarında uşaqda narahatlıq başladı və onu Zərdab Rayon Mərkəzi Xəstəxanasının Ailə-Sağlamlıq Mərkəzinə apardıq. Mərkəzin bölmə müdiri Şəfa Qocayeva uşaqda ciddi xəstəliyin olmadığını bildirdi və müalicə yazdı. Həmin müalicəni eləyəndən sonra uşağın vəziyyəti daha da pisləşdi. Uşağı Təcili Tibbi Yardım Stansiyasına çatdırdıq. Oranın həkimləri bildirdilər ki, uşaq sarılıq xəstəliyi keçirib və səhv müalicədən vəziyyəti ağırlaşıb. Məsləhət bildirdilər ki, uşağı yenidən Bakıya aparaq. Təcili olaraq uşağı Elmi Tədqiqat Uşaq Problemləri İnstitutuna gətirdik. Həkimlərin müayinəsi zamanı məlum oldu ki, yanlış müalicədən uşağın beyni zədələnib və vəziyyəti kritikdir. Körpəni reanimasiyaya yerləşdirsələr də, müalicələrin xeyri olmadı və nəvəm dünən axşam saatlarında dünyasını dəyişdi”.
T.Qasımov bildirib ki, uşağa səhv müalicə yazan həkim Şəfa Qocayeva Zərdab Rayon Mərkəzi Xəstəxanasının direktoru Nihad Qocayevin həyat yoldaşıdır:
“Xəstəxanaya gələn xəstələri bilərəkdən həyat yoldaşının qəbuluna yönəldir. O da səhv diaqnozlarla xəstələrin vəziyyətini daha da ağırlaşdırır”.
Zərərçəkmiş bildirib ki, hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edəcək.
Abşeron rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Median.Az “Report”a istinadən xəbər verir ki, hadisə Xırdalan dairəsi yaxınlığında qeydə alınıb.
İlkin məlumata əsasən, “Chevrolet Cruze”, “Ford Transit” və “QAZel” markalı avtomobillər toqquşub.
Qəza nəticəsində xəsarət alanların olduğu bildirilir. Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunublar.
Faktla bağlı araşdırma aparılır.
Bakıda 82 yaşlı qadın küçədə qəfil ölüb.
Oxu.Az-ın məlumatına görə, hadisə fevralın 22-sində Hövsan qəsəbəsi H.Quliyev küçəsi ev 20-nin qarşısında baş verib.
Qəsəbə sakini 1944-cü il təvəllüdlü Qalina Aleksandrovna Solovyeva küçədə qəfil vəfat edib. Onun meyiti küçə sakinləri tərəfindən tapılıb. Meyitin üzərində zorakılıq əlamətləri aşkarlanmayıb.
Faktla bağlı araşdırmalar aparılır.
Goranboy rayonunda körpə peyvənd vurulduqdan sonra ölüb.
Rayonun Yuxarı Ballıqaya kənd sakini 2025-ci il təvəllüdlü körpəyə kənd ərazisində yerləşən tibb məntəqəsində yoluxucu xəstəliklərə qarşı peyvənd vurulub.
Bundan sonra körpə iynənin təsirindən şoka düşərək vəfat edib.
Faktla bağlı araşdırma aparılır.
//oxu.az
Şəmkir rayonunda 36 yaşlı kişi küçədə ölüb.
Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Abbaslı kəndində baş verib. Çinarlı qəsəbə sakini, 1990-cı il təvəllüdlü Elçin Firudin oğlu Qurbanov Abbaslı kəndi ərazisində olarkən qəfil halı pisləşib. O, yerindəcə dünyasını dəyişib .
Faktla bağlı araşdırma aparılır.
Gəncədə “KIA” və “Mitsubishi” markalı avtomobillər toqquşub.
Median.Az “Teleqraf”a istinadla xəbər verir ki, hadisə Gəncə-Göygöl-Kəlbəcər yolunun Gəncə şəhərindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə, qəza zamanı beş nəfər – 1987-ci il təvəllüdlü Sərxan Hüseynov, 1960-cı il təvəllüdlü Rəna Abdilova, 1986-cı il təvəllüdlü Mehriban İsgəndərova, 1971-ci il təvəllüdlü Vəlisə Orucova və 2001-ci il təvəllüdlü Elmuraz Zeynalov xəsarət alıb.
Xəsarət alanlar Gəncə şəhərində xəstəxanaların birinə yerləşdiriliblər.
Hadisənin səbəbləri araşdırılır.
Cəlilabad rayonunun Buravar kəndində iki yaşayış evi yanıb.
Kənd sakini Abdullayev Amil Əliağa oğluna məxsus iki mərtəbəli evdə qeydə alınıb. Qəfil başlayan yanğın qısa müddətdə bütün otaqlara yayılıb.
Hadisə yerinə Yardımlı və Cəlilabad rayonlarından canlı qüvvə və texnika cəlb olunub. Lakin ev tamamilə yanaraq yararsız hala düşüb.
Faktla bağlı araşdırma aparılır.
Bakıda motosiklet qəzası ölümə səbəb olub.
Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Suraxanı rayonunun Zığ qəsəbəsində qeydə alınıb.
18 yaşlı Məhəmməd Ovçuyev sükan arxasında olduğu motosikleti yolun kənarındakı səkiyə çırpıb. Qəza nəticəsində gənc hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır