Category: Hadisə

  • Cocuq Mərcanlı kəndi yaxınlığında YANĞIN – Hadisə yerindən Video

    Cəbrayıl rayonu, Cocuq Mərcanlı kəndi yaxınlığında açıq ərazidə yanğın baş verib.

    Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

    Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunublar.

    Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

    Nəticədə 0.7 ha sahədə kol-kos və quru ot yanıb.

    Ətraf ərazilər yanğından mühafizə olunub.

  • “Koti” ləqəbli tiktoter HƏBS EDİLDİ

    “Koti” kimi tanınan tiktoker Zeynəb Zeynallı həbs edilib.

    Median.Az “Qafqazinfo”ya istinadla xəbər verir ki, məhkəmə prokurorluğun müraciəti əsasında belə qərar qəbul edib.

    “Koti” bu dəfə Baş Prokurorluğun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsi tərəfindən inzibati məsuliyyətə cəlb edilib. Qərarda yazılıb ki, 25 yaşlı Z.Zeynallı “this.koti” adlı səhifəsində əxlaqsız ifadələr, söyüşlər səsləndirib, 300 min nəfərə yaxın izləyicisi olan səhifə üzərindən cəmiyyətə qarşı açıqca hörmətsizlik edib. Bu hərəkətlər də sosial şəbəkələrdə kütləvi nümayiş etdirildiyi halda xırda xuliqanlıq hesab edilir.

    “Koti” özü də məhkəmədə təqsirini etiraf edib. Deyib ki, çox aqressiv biri olduğu üçün onun barəsində mənfi fikirdə olanları elə sosial şəbəkə üzərindən təhqir edib. O, həmçinin İnzibati Xətalar Məcəlləsinə sosial şəbəkələrdə cəmiyyətə hörmətsizliklə bağlı yeni maddə əlavə edildiyini bilmədiyini deyib, bir daha bu cür hərəkətlər etməyəcəyinə söz verib.

    Hakim onun geniş izləyici kütləsinin olmasını və nalayiq paylaşımları dəfələrlə təkrarlamasını əsas gətirərək 8 günlük həbs edilməsinə qərar verib. “Koti” məhkəmə zalından birbaşa saxlanılma məntəqəsinə aparılıb.

    Qeyd edək ki, Z.Zeynallı bundan əvvəl dəfələrlə inzibati məsuliyyətə cəlb edilsə də, bu onun ilk həbsidir.

  • Gömrük terminalında maşının altından meyit tapıldı

    Bakıda gömrük terminalında meyit tapılıb.

    Hadisə fevralın 19-da qeydə alınıb. Qaradağ rayonu Lökbatan qəsəbəsinin ərazisində yerləşən Gömrük Terminalının dayanacağında avtomobillərin altında Ağdaş rayon sakini 1994-cü il təvəllüdlü Ələddin İsrafilovun meyiti tapılıb.

    Meyitin üzərində zorakılıq əlamətləri görünməyib.

    Araşdırma aparılır.
     
    \apa

  • Badamdarda maşın yandı – Video

    Səbail rayonu, Badamdar qəsəbəsində avtomobildə yanğın baş verib.

    Hadisə ilə bu barədə Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olub.

    Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

    Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində “Ford Fusion” markalı minik avtomobilində baş vermiş yanğın qısa müddətdə söndürülüb.

    Yanğın nəticəsində avtomobilin mühərrik hissəsi yanıb.

    Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

  • Sumqayıtda bağ evindən meyit tapıldı

    Sumqayıtda evdən meyit tapılıb.

    Hadisə Corat bağlar sahəsində qeydə alınıb.

    53 yaşlı Vaqif Sərxan oğlu Valehovun meyiti yaşadığı bağ evində aşkarlanıb. Meyitin üzərində zorakılıq əlamətləri olmayıb. Mərhumun hansı səbəblə öldüyü bilinmir.

    Araşdırma aparılır.

  • Azərbaycanın iki rayonunda baş vermiş yanğınlar söndürüldü

    Yevlax rayonu ərazisində, Yevlax-Bərdə avtomobil yolunun kənarında və Beyləqan rayonu, Eyvazalılar kəndində açıq ərazidə baş vermiş yanğınların qarşısı alınıb.

    Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

    Bildirilib ki, FHN qüvvələri tərəfindən yanğın daha böyük sahəyə yayılmasına imkan verilmədən söndürülüb.

  • “SAB”ın maşını Bakıda qəza törətdi

    Səhər saatlarında paytaxt ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

    “Unikal”ın məlumatına görə, qəza Ziya Bünyadov prospektində qeydə alınıb.

    Belə ki, “SAB” şirkətinə məxsus 01-AG-916 dövlət qeydiyyat nişanlı avtomobil “Hyundai” markalı maşına çırpılıb. Qəza nəticəsində yolda sıxlıq yaranıb.

    Hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.

  • Ucarda zəncirvari qəza: Xəsarət alanlar var

    Ucarda zəncirvari yol-nəqliyyat hadisəsi olub.

    Median.Az APA-ya istinadla xəbər verir ki, hadisə Bakı-Qazax magistralının rayonun Müsüslü kəndindən keçən hissəsində baş verib.

    Belə ki, minik, yük avtomobillərinin və mikroavtobusun iştirakı ilə baş verən qəzada altı nəfər xəsarət alaraq Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

    Faktla bağlı araşdırmalar davam etdirilir.

  • Ucarda məktəb binası yandı

    Ucarda məktəb binasında yanğın olub. Hadisə gecə saatlarında rayonun Ənvər Məmmədxanlı kəndində baş verib.

    Median.Az AZƏRTAC-a istinadla xəbər verir ki, Elman Əliyev adına Ənvər Məmmədxanlı kənd orta məktəbində başlayan yanğın qısa müddətdə genişlənib.

    Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Ucar Rayon Bölməsinin texnikası və canlı qüvvəsi cəlb olunub.

    Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində alov qısa müddətdə məhdudlaşdırılıb, məktəbin əsas hissəsi və ətraf ərazilər yanğından mühafizə olunub.

    Yanğının başvermə səbəbləri araşdırılır.

  • “Azərsilah”ın Şirvandakı zavodunda qəza olub

    Fevralın 18-də “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” QSC-nin strukturuna daxil olan “Sənayecihaz” Elmi-İstehsalat Müəssisəsinin Şirvan şəhərində yerləşən zavodunun sexlərinin birində istehsalat qəzası olub

    Bu barədə Müdafiə Sənayesi Nazirliyindən məlumat verilib.

    Qeyd olunub ki, qəza nəticəsində xəsarət alan olmayıb.

    Hadisənin baş vermə səbəbləri araşdırılır.