Category: Hadisə

  • ANAMA-nın əməkdaşı Xocalıda minaya düşüb

    Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı, 2000-ci il təvəllüdlü Vasif Fizuli oğlu Çobanov xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə minaya düşüb.

    Hadisə fevralın 18-də işğaldan azad edilmiş Xocalı rayonunun Muxtar kəndi ərazisində qeydə alınıb.

    Bildirilib ki, ANAMA-nın əməkdaşı hadisə nəticəsində sol əlindən və üz nahiyəsindən müxtəlif xəsarətlər alıb. V.Çobanov rayon mərkəzi xəstəxanasına təxliyə olunub. Vəziyyəti qənaətbəxşdir, həyati təhlükəsi yoxdur.

  • Ucarda itkin düşən 62 yaşlı kişinin meyiti tapıldı

    Ucar rayonunda bir neçə gün əvvəl itkin düşən şəxsin meyiti tapılıb.

    Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Qaracallı kəndi ərazisində baş verib.

    Kənd sakini, 1964-cü il təvəllüdlü Vahid Məmmədov iki gün əvvəl itkin düşüb. Yaxınlarının axtarışları nəticəsində V.Məmmədovun meyiti fevralın 17-də axşam saatlarında kənd ərazisindən keçən su kanalında aşkar edilib.

    Meyitin üzərində zorakılıq əlamətləri aşkarlanmayıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Xızıda avtotəmir zamanı FACİƏ – 63 yaşlı kişi öldü

    Xızıda avtomobil ustası faciəli şəkildə ölüb.

    Median.Az Lent.az-a istinadla xəbər verir ki, hadisə rayonun Sitalçay kəndinin ərazisində qeydə alınıb.

    Ucar rayon sakini 63 yaşlı Abuzər Durasan oğlu Həsənov “Hovo” markalı avtomobildə təmir işləri apararkən avtomobil onun üzərinə düşüb.

    O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

  • Kürdə adam batıb – Dalğıclar axtarışa başlayıb

    Kür çayının Salyan şəhəri ərazisindən keçən hissəsində bir nəfər batıb.

    Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) açıqlama yayıb.

    Bildirilib ki, məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

  • Bakının mərkəzində GÜCLÜ YANĞIN – Hadisə yerindən GÖRÜNTÜLƏR (Video)

    Bakının Səbail rayonunun Lev Tolstoy küçəsində ikimərtəbəli yaşayış binasında yanğın baş verib.

    Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

    Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

    Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

    * * * * *

    Paytaxtın Səbail rayonu Lev Tolstoy küçəsində yerləşən yaşayış binalarından birində güclü yanğın hadisəsi baş verib.

    “Unikal”ın məlumatına görə, yanğın yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri çağırış üzrə cəlb olunub.

  • Moskvada azərbaycanlı cütlüyün cəsədi tapıldı

    Moskvada azərbaycanlı cütlüyün cəsədləri tapılıb.

    Hadisə Moskvadakı Salaryevo Park yaşayış kompleksində evli cütlüyün cəsədləri tapılıb. Medianın məlumatına görə, onların hər ikisi intihar edib. Faciə baş verən zaman onların beş yaşlı uşağı mənzildə olub və o, faciənin şahidi olub.

    Ölənlər geyim və alt paltarı satan sahibkarlar Vasif və Aygündür. Onlar əvvəllər Xantı-Mansi Muxtar Dairəsində bizneslə məşğul olublar, lakin sonradan Moskvaya köçüb evlərinin yaxınlığında mağaza açıblar. Ölümün səbəbi hələ müəyyən edilməyib.

    Psixoloqlar uşaqla işləyirlər. Ailənin üç uşağı var.

  • 46 yaşlı kişi işlədiyi yerdə ürəktutmasından öldü

    Samuxda şirkətlərin birində çalışan şəxs ürəktutmadan dünyasını dəyişib.

    Hadisə rayon ərazisində fəaliyyət göstərən şirkətlərin birində baş verib.

    Belə ki, Tərtər Rayon sakini olan X. Hüseynovun işlədiyi şirkətdə halı pisləşib. Müayinə zamanı 46 yaşlı kişinin öldüyü məlum ölüb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.

    Məlumata görə 46 yaşlı kişi ürəktutmadan dünyasını dəyişib. Mərhumun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertizanın Patoloji Anatomiya Birliyinin rayon şöbəsinə təhvil verilib.

    Meyit müayinə olunduqdan sonra ailəsinə verilib. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır

  • Bərdədə ağır qəza: Ölən var

    Bərdədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

    Median.Az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Birinci Qazaxlar kəndində baş verib.

    İlkin məlumata görə, “Qazel” markalı yük maşını kənd sakini, 1972-ci il təvəllüdlü Elçin Balağlan oğlu Sadıqovu vurub.

    Xəsarət alan şəxs hadisə yerində həlak olub.

  • Kanaldan 76 yaşlı kişinin meyiti tapıldı

    Ağdaşda kanaldan 76 yaşlı kişi meyiti tapılıb.

    “Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Cüvə kəndi ərazisində qeydə alınıb.

    Meyiti tapılan Ənvər Məmmədovun üzərində zorakılıq əlamətləri aşkar edilməyib.

    Faktla bağlı araşdırma aparılır.

  • Bakıda evdən meyit tapıldı

    Bakıda evdən meyit tapılıb.

    Hadisə Xətai rayonunda qeydə alınıb.

    1977-ci il təvəllüdlü Faxrutin Fayzullayeviç Qurbanovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti yaşadığı Telnov küçəsi ev 10-da aşkar edilib.

    Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.