Category: Hadisə

  • Göygöldə avtoqəzada xəsarət alan şəxsin son durumu

    Göygöldə yük və minik avtomobillərinin toqquşması nəticəsində xəsarət alan şəxsin son vəziyyəti açıqlanıb.

    Oxu.az-ın sorğusuna cavab olaraq Gəncə Şəhər Birləşmiş Xəstəxanasından bildirilib ki, fevralın 15-də saat 18:40-da Göygöl rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsində xəsarət alan bir nəfər (kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına Xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub:

    “2010-cu il təvəllüdlü gəncə aşıq sümüyünün sınığı, gözün və göz yuvasının digər travmaları diaqnozu təyin olunub və zəruri tibbi yardım göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb”.

  • Sumqayıtda qadın dördüncü mərtəbədən yıxılıb

    Sumqayıtda qadın dördüncü mərtəbədən yıxılıb.

    Hadisə fevralın 15-də saat 04:00-da “Bağça Şəhər” yaşayış kompleksində olub.

    1995-ci il təvəllüdlü Aytac Hüseynova yaşadığı mənzilin eyvanından ehtiyatsızlıq nəticəsində yıxılıb.

    Xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir.

    Faktla bağlı araşdırma aparılır.
    //oxu.az

  • Gəncədə dəm qazından zəhərlənən tələbə qızların son vəziyyəti

    Gəncədə dəm qazından zəhərlənən tələbə qızların son vəziyyəti məlum olub.

    Oxu.Az-ın sorğusuna cavab olaraq Gəncə Şəhər Birləşmiş Xəstəxanasından bildirilib ki, fevralın 16-da saat 03:20-də zəhərlənmə şübhəsi ilə üç nəfər (qadın) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına Xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

    “Dəm qazının toksiki təsiri diaqnozu təyin olunan pasiyentlərə zəruri tibbi yardım göstərilib. Vəziyyətləri qənaətbəxş hesab edilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar”, – deyə məlumatda bildirilir.

  • Gəncədə tələbə qızlar dəm qazından zəhərləndilər

    Gəncədə zəhərlənmə hadisəsi baş verib.

    Median.Az APA-ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

    Belə ki, 2006-cı il təvəllüdlü F.Həsənova, 2006-cı il təvəllüdü İ.Mollayeva və 2005-ci il təvəllüdlü N.Musayeva zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.

    Dərhal onlara yardım edilib, hazırda vəziyyətlərinin kafi olduğu bildirilir. Məlumata görə, hər üç şəxs Zaqatala rayon sakinidir, onların tələbə olduqları bildirilir.

    Tələbələr yaşadıqları evdə dəm qazından zəhərləniblər.

    Faktla bağlı araşdırma aparılır.

  • Psixiatriya xəstəxanasında müalicə alan şəxs öldü

    Respublika Psixiatriya Xəstəxanasında müalicə alan şəxs ölüb.

    Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə fevralın 15-də saat 20:00-da qeydə alınıb.

    Bakı şəhər sakini, 1979-cu il təvəllüdlü Fərhad Əliyev müalicə aldığı tibb müəssisəsində infarkt nəticəsində həyatını itirib.

    Faktla bağlı araşdırma aparılır.

  • Ağdaşda 76 yaşlı kişinin meyiti tapıldı

    Ağdaş rayonunda itkin düşmüş 76 yaşlı kişinin meyiti tapılıb.

    Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Cüvə kəndi ərazisində baş verib.

    Belə ki, 1950-ci il təvəllüdlü Ənvər Məmmədovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti kəndin ərazisindəki kanaldan tapılıb.

    Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

    Faktla bağlı araşdırma aparılır.

  • Bakı-Sumqayıt yolunda sərnişin avtobusu iki bahalı avtomobilin arasında qaldı – Video

    Bakı-Sumqayıt yolunda avtoqəza baş verib.

    Median.Az xəbər verir ki, hadisə zamanı sərnişin avtobusu iki minik avtomobili ilə toqquşub.

    Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) Oxu.Az-ın sorğusuna cavab olaraq fakt təsdiqlənib.

    Bildirilib ki, qəza fevralın 15-də saat 16:20-də Bakı-Quba yolunun 8-ci kilometrində, Sumqayıt istiqamətində qeydə alınıb.

    “10-TH-236 dövlət nömrə nişanlı sərnişin avtobusu 10-KK-201 dövlət nömrə nişanlı “Mercedes-Benz Gelandewagen” və 77-DQ-014 dövlət nömrə nişanlı “Lynk & Co” avtomobilləri ilə toqquşub.

    Hadisə nəticəsində xəsarət alan olmayıb. Nəqliyyat vasitələrinə maddi ziyan dəyib. Faktla bağlı araşdırma aparılır”, – deyə məlumatda bildirilir.

  • Bakıda estetik əməliyyat etdirən qadın öldü – FOTO

    Bakıda estetik əməliyyat etdirən qadın vəfat edib.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda baş verib.

    Belə ki, fevralın 10-da Səttar Bəhlulzadə küçəsində yerləşən “Medi Hall” hospitalda bədənşəkilləndirmə əməliyyatı edilən 1983-cü il təvəllüdlü Nigar İsmayılovanın vəziyyəti kəskin pisləşib.

    Tibbi müdaxiləyə baxmayaraq, o, fevralın 13-də vəfat edib.

    Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.

  • “Hyundai” mopedlə toqquşdu: 17 yaşlı gənc xəsarət aldı

    Mingəçevir şəhəri, N.Nərimanov küçəsində yol-nəqliyyat hadisəsi baş verib.

    Oxu.Az-ın məlumatına görə, “Hyundai” markalı avtomobil ilə moped toqquşub.

    Hadisə nəticəsində mopedin sürücüsü, 17 yaşlı Sübhan Nəsirzadə xəsarət alıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Xırdalanda yaşayış binasında yanğın olub – VİDEO

    Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar xəttinə Apşeron rayonu, Xırdalan şəhərində yanğın baş verməsi barədə məlumat daxil olub.

    Bu barədə FHN-dən bildirilib.

    Bildirilib ki, məlumatla əlaqədar dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb edilib.

    Yanğın yaşayış binasının fasadında quraşdırılmış tüstü bazasında baş verib. Yanğın genişlənmədən qısa müddətdə söndürülüb.

    Hadisə nəticəsində tüstü bazasında yığılmış yağ qalığı yanıb, lakin yaşayış binası yanğından mühafizə olunub.

    * * * * *

    Xırdalan şəhərində yaşayış binasında yanğın başlayıb.

    Yanğın Mehdi Hüseynzadə küçəsində yerləşən yaşayış binalarının birində qeydə alınıb.

    Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

    Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyinə sorğu ünvanlanıb.